Yaşar Nurinin ev muzeyindən eynəyi və mobil telefonu oğurlanıb .....                     Azərbaycanda karantinin sərtləşdirilməsi nə dərəcədə realdır? .....                     Ermənistanda vəkillər etiraz aksiyası keçirir .....                     Qars sazişi sərhədlərinə qayıdış başladı .....                     Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub .....                     Sənubər İsgəndərlidən xanımlara məsləhət: .....                     Bərdədə ŞOK OLAY .....                     Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadıldı .....                     "Bəzi vəzifəli şəxslər bu növ cinayətləri etməkdən çəkinmirlər" .....                     "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən problemlər yaradılır" .....                     Cənub-şərq küləyi əsəcək .....                     10 noyabr razılaşması tamamilə pozula bilər... .....                     31 yaşdan 17 il nazirlik edən Əhmədov... .....                     Paşinyan istefaya gedir? .....                     Erkin Qədirli “Bakının statusu haqqında” qanun layihəsi hazırlayır .....                     Azərbaycan çempionatının keçirilməməsinə qərar verilib .....                     "Bu gün tək yaşamağımın səbəbi boşanmağım deyil" .....                     Uşaqpulu bərpa edilməlidir .....                     “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” .....                     Azad Rəhimov da “qara siyahı”ya düşüb .....                     Naxçıvanda daha bir sabiq nazir HƏBS EDİLDİ .....                     "İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər" .....                     Qubadlı və Cəbrayılda düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib .....                     “Orta məktəblərdə qızların dəqiq elmlərə marağını artırmaq vacibdir” .....                     Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb .....                     “Biz pulu verəndən sonra oliqarxa çevrildi?” .....                     Azərbaycanda artan TƏQAÜD YAŞI: .....                     Onlar niyə YAP-a birləşmək qərarı verdi? .....                     Göyçə gölü yaxınlığında hava limanı tikilməsi təklif olundu... .....                     İşğaldan azad olunan ərazilərdə bələdiyyələr nə zaman yaradılacaq? .....                     138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 iş üzrə cinayət işi başlanılıb .....                     Bəzi yalanları boynumuza almalıyıq .....                     “Heç bir yeri qapatmağa ehtiyac yoxdur” .....                     Niyaz Niftiyevin suçu nə? .....                     Azərbaycan Laçın dəhlizini BAĞLAYA BİLƏR .....                     Parlamentdə bələdiyyələrin fəaliyyətinə dair illik məruzə təqdim olunur .....                     DSMF-nin sabiq əməkdaşının məhkəməsi başlayır .....                     ABŞ-Rusiya savaşında mümkün itki sayı hesablandı .....                     Deputat Bakıda aksiya keçirən qadınları tənqid etdi: .....                     Siyasi baxışları Vüsal Aslanovu daha haralara apara bilər…? .....                 

50 nəfərlik toya əksəriyyət razıdır - AÇIQLAMA
Tarix: 26-01-2021, 16:15 | Çap et
50 nəfərlik toya əksəriyyət razıdır
Toy Azərbaycan xalqının hələ çox qədim zamanlardan, böyük bir tarixin süzgəcindən keçib gələn ənənəsindən biridir.
Toyun tərifini dahi yazıçı və şairlərimizin yaradıcılıqlarında da görürük. Hətta bu haqda filmlərimizdə - "Bəyin oğurlanması", "Dəli Kür", "Koroğlu" və bir sıra milli kinolarımızın kadrlarında maraqlı fikirlər var.

İndi isə elə vəziyyətdəyik ki, ənənəsini onsuz da pərişan etdiyimiz toyların üzünə həsrət qalmışıq.
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar ötən il martın 15-dən etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilmir.

Qeyd edək ki, bu durğunluq Ramazan ayının başlaması səbəbindən hələ mayın sonuna qədər davam edəcək. Həmçinin, restoran sahibləri də bildirirlər ki, Ramazan aprel-may ayına təsadüf etdiyi üçün toylarda aktivlik gözlənilmir.

Belə çıxır ki, yeyib-içməyə meyilli olan çoxsaylı kütlə, toy havası üçün illərini sərf edib qızına cehiz yığanlar, oğlunu evləndirmək üçün kredit götürüb xərcə düşənlər və s. bir az da gözləməli olacaqlar.

Fəqət, bəzi gənclər nikah edib evləndi, yeni qaydalara da əməl etdilər. Lakin pandemiyanın hələ də davam etməsi gələcəkdə toy edəcək insanları həddən ziyadə ehtiyatlı olmağa sövq edəcək. Belə olan halda əhali üçün "köhnə kəndə yeni molla" gəlmiş kimi olsa da reallıq bundan ibarətdir. Bəs, yerli azərbaycanlı əqli sözügedən "molla"nı qəbul edir, yoxsa elə köhnə qaydalarla yaşamaq istəyir?
Yəni əksər insanlar ayaqlarını hazırkı qaydaların yorğanına görə uzatmaq istəyir, ya əvvəlki dönəmin qayıtmasında maraqlıdırlar?

Bunun üçün müxtəlif yaş təbəqələri və ayrı-ayrı düşüncələr üzərindən əhali arasında sorğu keçirdik. Öncə qarşımıza öz aralarında elə bu barədə danışan 2 şəxs çıxdı. Fürsət düşmüşkən onlardan birinin fikirlərini soruşduq. "Şərq" onların və digərlərinin fikirlərini sorğu vasitəsi ilə oxucularına təqdim edir:

Şəhər sakini Novruzov Əhməd: "Toy mərasimlərinin keçirilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması olduqca vacibdir. Pandemiya dövründə toy eləmək üçün gərək bir çox qaydalara riayət olunsun. Toylar 2 cür - qapalı və açıq məkanlarda keçirilə bilər. Koronavirus infeksiyasının yayılmasının intensivliyini gözləməklə şadlıq saraylarında 100-150 nəfərlik mərasim təşkil etmək olar. Açıq məkanlarda isə zənnimcə, insan sayına məhdudiyyət qoyulmamalıdır".

Novruz bəy həmin sahədə çalışan insanların bu müddətdə işsiz qalmasına da münasibət bildirib: "Toyların keçirilməsinə tətbiq olunan qadağa bu sahədə çalışan insanların da çörəyinə bais olub. Bu səbəbdən şadlıq saraylarında çalışan işçi personalı da uzun müddətdir ki, işsizdir. Qadağanın aradan götürülməsi toy sahibləri ilə yanaşı işçi qrupunun da üzünü güldürəcək".

Rastlaşdığımız növbəti şəxs Qasımova Mirsəkinə dedi ki, biz də qadağanın götürülməsini səbirsizliklə gözləyirik. Çünki ailəmizdə 2 nəfər uzun zamandır ki, nişanlıdır:

"Çox arzu edərdim ki, toy mərasimlərinin keçirilməsi əvvəlki qaydada təşkil olunsun. Şəxsən mən toya gedərkən maskadan istifadə etmək istəmirəm. Çünki bu heç də yaxşı görünmür. Hazırda qardaşım və qaynım nişanlıdır. Ailəlikcə qadağanın ləğv olunmasını gözləyirik. Lakin toy etməli olsaq, 50-60 nəfər yerinə daha çox insan dəvət etməyin tərəfdarıyam".

Ətrafa göz gəzdirərkən tanınmış yazıçı Kəramət Böyükçöl ilə rastlaşdıq. Ondan fikirlərini soruşarkən qeyd etdi ki, şəraitdən asılı olmayaraq toy mərasimlərinin keçirilməsi olduqca sadə və göstərişsiz qaydada olmalıdır:

"Düşünürəm ki, pandemiyanın tək müsbət cəhəti toy mərasimlərinin dayanması olub. Yəqin ki, toylara ara verilməsi əhali arasında "toysuz da yaşamaq olar" fikrini sübut edib. Yəni insanlar karantin müddətində sadə bir nikahla evliliyin mümkün olduğunun şahidi olublar".

Yazıçı onu da qeyd edib ki, iki şəxsin ailə qurub, xoşbəxtlik tapması üçün 300-500 nəfərlik toy təşkil etmək gərəksizdir: "Ölkədə çoxunun çörəyi toy bazarından çıxır. Toylar xalqın savadsızlığının, cahilliyinin ən bariz nümunəsidir. İki insanın ailə həyatı qurması və xoşbəxt ömür yaşaması üçün yüzlərlə insanın bunu qeyd etməsi mənasızdır. Cütlüklər yola gedə bilməyib boşananda isə maddiyyat faktoru önəmli rol oynadığı üçün onların ayrılmasını faciəvi hadisəyə döndərirlər".

Daha sonra parkda gənc xanımlarla həmsöhbət olduq:

Nəsibova Nərmin: "Pandemiya dövrü olmasa belə toyların 30-40 nəfərlik təşkil edilməsini daha məqsədəuyğun hesab edirəm. İnsanların o qədər toplaşmasına ehtiyac yoxdur. Digər tərəfdən sadə toy keçirməklə israfçılığın da qarşısını almış olarıq".
Novruzova Şəhla: "Karantin rejimində toy etmək istəyənlər açıq məkanların birində toplaşaraq 30-50 nəfərlik bir mərasim təşkil edə bilərlər. Ənənəvi toy keçirməkdənsə, belə olması daha yaxşıdır deyə düşünürəm".

İlahə İlyasova isə bu barədə olan fikirlərini belə ifadə etdi: "100 nəfərə kimi keçiriləcək toylara icazə verilsə yaxşı olar. Amma indi 500-1000 nəfərlik toylar təhlükəlidir. Həm də mart ayından sonra icazə veriləcəyini nəzərə alsaq, açıq havada keçiriləcək toylar daha əlverişlidir.

Elmi innovasiya mərkəzinin rəhbəri Vasif Abdullayev:

"Biz xeyli müddətdir ki, XXI əsrə qədəm qoymuşuq. Lakin ötən əsrlərin adətləri və həmin adətlərin təsiri xalqımızın üzərində hələ davam edir. Belə ənənələrdən biri də çal-çağırlı toy mərasimlərinin keçirilməsidir. Pandemiya əngəl olmasa da toylara 500-1000 nəfər aralığında insan dəvət etmək olduqca mənfi haldır. Bu adət gec-tez ləğv olunmalıdır. İndi isə əlimizə fürsət düşüb. Cəmiyyətin şansı var ki, pandemiya dövrünün müsbət cəhətlərindən faydalanaraq inkişaf istiqamətində əlverişli addım atsın. Bu sahədə kütlənin, xalqın sosial vəziyyətini də nəzərə alaraq bəzi gərəksiz adətləri yığışdırmaq lazımdır".

Yazıçı Nicat Həşimzadə də fikirlərini bizimlə bölüşdü:

"Pandemiya şəraitində toy etmək, ümumiyyətlə, düzgün deyil. Çünki virus təhlükəsi hələ də qalmaqdadır. Bir tərəfdən bu təhlükə bizi tərk etmədiyi müddətcə ürəkaçıqlığı ilə toy mərasimi təşkil eləmək mümkün olmayacaq. Digər tərəfdən isə xalqımızın özünəməxsus adət-ənənələri var ki, hazırkı vəziyyətdə onlara əməl etmək üçün əlverişli şərait yoxdur.

Əgər toy sahibi 50 nəfərlik bir yığıncaq təşkil etməyə qərar versə, həm xərclərinin yerin doldura bilməyəcək, həm də toya çağırılmayan insanlar tərəfindən qınağa məruz qalacaq. Odur ki, ən yaxşı yol sadə nikah bağlamaqdır. Daha sonra istəsələr bütün məhdudiyyətlər, həmçinin virus təhlükəsi bitəndən sonra ürəyincə toy edərlər".

"N media"nın baş redaktoru Nicat Dilqəmli isə məsələyə bir qədər fərqli aspektdən yanaşıb:

"Toy elimizin gözəl, özəl adətidir. Əsas istəyim ilk olaraq müharibə iştirakçılarının, qazilərimizin toylarını görməkdir. Onlar hər şeyin ən yaxşısına layiqdirlər.

Müəyyən qaydalara riayət etmək şərtilə yenə həyatımızı əvvəlki kimi davam etdirə bilərik.

Düşünürəm, toyların olması həm də ağır depressiya vəziyyətindən də çıxmağımıza kömək olmuş olar.
İllərdir Qarabağda toy-bayram keçirmək arzusu qəlbində çağlayan müzəffər bir xalq üçün bu, çox gözəl olar".

Əhali arasında keçirilən sorğudan sonra elə bu mövzuda həmişə sözü olan millət vəkili Fazil Mustafanı danışdırdıq. O dedi ki, artıq insanların sosial probleminə çevrildiyi üçün qadağanın aradan qaldırılması zəruridir:

"Koronavirus pandemiyası hökm sürdüyü bir zamanda toy mərasimlərinin keçirilməsi tətbiq olunan məhdudiyyətlərin nə dərəcə yumşalmasından asılıdır. Əgər bu mümkün olarsa, bütün qaydalara əməl edilməlidir. İlk növbədə isə həmin mərasimlərə az sayda insan dəvət olunmalıdır ki, yoluxma halları baş verməsin. Həmçinin vaxt məhdudiyyətinin də tətbiqi vacibdir. Mövcud vəziyyətə uyğun olaraq iki, yaxud da üç saatdan artıq toy təşkil etmək düzgün deyil ".

Siyasətçi həmçinin restoranların qiymət artımı fikrinə də münasibət bildirib:

"Bu sahədə müəyyən nəzarət mexanizmi olmalıdır ki, qiymətləri hədsiz dərəcədə qaldırmasınlar. Amma restoranların işinə bu baxımdan qarışmaq o qədər də doğru deyil. Çünki uzun müddət ərzində qadağanın qüvvədə olması onların da işinə mənfi təsir edib".

Sosioloq-alim Əhməd Qəşəmoğlu da mövzu barədə fikirlərini bizimlə bölüşüb:

"Hamı bilməlidir ki, koronavirus infeksiyasının dünyanı cənginə aldığı bir vaxtda təmtəraqlı şəkildə toy etmək olduqca böyük təhlükədir. Əgər qadağa aradan qaldırılarsa, toy mərasimlərinin təşkili 50 nəfərdən çox olmamalıdır. O cümlədən bu qaydalara nəzarət etmək olduqca vacib amildir. Özəlliklə də şadlıq evlərinin mətbəxinə ciddi nəzarət olunmalıdır. Orda fəaliyyət göstərən aşpazlar təmizliyə mütləq şəkildə əməl etməlidir. Əks halda yoluxma sayının artması qaçılmazdır".

Sosioloq toyların yay aylarında keçirilməsini daha münasib bilir:

"Toy mərasimlərinin təşkili üçün havaların isinməsini gözləmək yaxşı olar. Belə olanda açıq havada toy etmək imkanı yaranır ki, pandemiya dövründə bu, daha təhlükəsizdir".



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaşar Nurinin ev muzeyindən eynəyi və mobil telefonu oğurlanıb
Bu gün, 13:57
Azərbaycanda karantinin sərtləşdirilməsi nə dərəcədə realdır? - AKTUAL
Bu gün, 13:12
Ermənistanda vəkillər etiraz aksiyası keçirir
Bu gün, 13:09
Qars sazişi sərhədlərinə qayıdış başladı - AÇIQLAMA
Bu gün, 13:08
Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub
Bu gün, 13:06
Sənubər İsgəndərlidən xanımlara məsləhət: - “Kişini yedizdirib, doyuzdurub, sonra...“
Bu gün, 13:05
Bərdədə ŞOK OLAY - 25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırılıb
Bu gün, 13:02
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadıldı - Diqqət!
Bu gün, 13:01
"Bəzi vəzifəli şəxslər bu növ cinayətləri etməkdən çəkinmirlər" - Adil Əliyev
Bu gün, 12:54
"Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən problemlər yaradılır" - Deputatdan ETİRAZ
Bu gün, 12:51
Cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:50
10 noyabr razılaşması tamamilə pozula bilər... - İrəvan "Mehri" dəhlizi ilə bağlı danışıqlardan niyə yayınır?
Bu gün, 12:46
31 yaşdan 17 il nazirlik edən Əhmədov... - Həbs edilən generalın DOSYESİ
Bu gün, 12:45
Paşinyan istefaya gedir? - GƏLİŞMƏ
Bu gün, 12:43
Erkin Qədirli “Bakının statusu haqqında” qanun layihəsi hazırlayır
Bu gün, 12:41
Azərbaycan çempionatının keçirilməməsinə qərar verilib
Bu gün, 12:36
"Bu gün tək yaşamağımın səbəbi boşanmağım deyil"
Bu gün, 12:34
Uşaqpulu bərpa edilməlidir – “Neft ölkəsi olan Azərbaycan bu məsələni həll etməlidir”
Bu gün, 12:31
“Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” - Mehriban Zeynalova
Bu gün, 12:29
Azad Rəhimov da “qara siyahı”ya düşüb – Nazirin ABŞ-a getməsinin pərdəarxası
Bu gün, 12:25
Naxçıvanda daha bir sabiq nazir HƏBS EDİLDİ - NƏ BAŞ VERİR?
Bu gün, 12:22
"İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər" - deputat
Bu gün, 12:21
Qubadlı və Cəbrayılda düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib - FOTO
Bu gün, 12:17
“Orta məktəblərdə qızların dəqiq elmlərə marağını artırmaq vacibdir” - Akademik Rasim Əliquliyev
Bu gün, 12:16
Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb
Bu gün, 12:14
“Biz pulu verəndən sonra oliqarxa çevrildi?” - Həbsdə olan polkovnik Məlikovun əməlləri
Bu gün, 12:13
Azərbaycanda artan TƏQAÜD YAŞI: - “İndiki dövrdə nə qədər adam 65 yaşına çatır?”
Bu gün, 12:11
Onlar niyə YAP-a birləşmək qərarı verdi? – Partiya sədrləri səbəbləri açıqladı
Bu gün, 12:08
Göyçə gölü yaxınlığında hava limanı tikilməsi təklif olundu...
Bu gün, 12:05
İşğaldan azad olunan ərazilərdə bələdiyyələr nə zaman yaradılacaq? - AÇIQLAMA
Bu gün, 12:04
138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 iş üzrə cinayət işi başlanılıb
Bu gün, 12:01
Bəzi yalanları boynumuza almalıyıq - Erməni ekspert
Bu gün, 11:55
“Heç bir yeri qapatmağa ehtiyac yoxdur” - Deputatdan ETİRAZ
Bu gün, 11:54
Niyaz Niftiyevin suçu nə? – İlginc detallar
Bu gün, 11:53
Azərbaycan Laçın dəhlizini BAĞLAYA BİLƏR - Deputat ŞOK DETALLARI AÇDI
Bu gün, 11:49
Parlamentdə bələdiyyələrin fəaliyyətinə dair illik məruzə təqdim olunur
Bu gün, 11:43
DSMF-nin sabiq əməkdaşının məhkəməsi başlayır
Bu gün, 11:40
ABŞ-Rusiya savaşında mümkün itki sayı hesablandı - İlk saatlardaca 90 milyon nəfər!..
Bu gün, 11:39
Deputat Bakıda aksiya keçirən qadınları tənqid etdi: - “Haradadır bunların valideynləri, ailə tərbiyəsi?!”
Bu gün, 11:36
Siyasi baxışları Vüsal Aslanovu daha haralara apara bilər…? - İTTİHAM
Bu gün, 11:34
“Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir” - deputat
Bu gün, 11:31
Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:26
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Bu gün, 11:25
"Yoldaşım ağır xəstədir, sizə qurban olum kömək edin, imkanımız yoxdur!" - Göyçaydan Şikayət
Bu gün, 11:18
Ruslar Qarabağa qayıdan ermənilərin sayını niyə şişirdir – Sabiq nazirdən şərh
Bu gün, 11:14
Sahibə Qafarova hərbçilərin maaşlarının artmasından danışdı
Bu gün, 11:12
Paytaxtda COVID-ə görə başlanmış məktəb açılıb
Bu gün, 11:09
Rusiya sülhməramlıları əsl SÜLH GÖYƏRÇİNİ İMİŞLƏR Kİ... - VİDEO
Bu gün, 11:07
Vətəndaşlar prokurorluq orqanlarına hansı qaydada operativ müraciət edə bilər? - VİDEO
Bu gün, 11:03
Əfv Komissiyasının bir neçə iclası qaldı - 1000-dək müraciətə baxılacaq
Bu gün, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru