Magistr imtahanı narazılıq doğurdu: .....                     Paşinyanın “İsgəndər” iddiası və ardınca gələn təkzib: .....                     “Qarabağda təxribatlar ola bilər, müharibə isə…” .....                     Bakıda 22 yaşlı oğlan qətlə yetirilib .....                     İpoteka və Kredit Zəmanət Fonduna .....                     “Allahın da yadından çıxan məktəb”: .....                     AXC-nin elan edildiyi bina bərpaya hazırlanır .....                     "Gedib yıxılıb öldüm, borcu kim ödəyəcək?" .....                     Ermənilər kabab vədilə Paşinyanın mitinqinə gətirilir .....                     Spitakın meri də müxalifətə qoşuldu .....                     Ermənistanda Qasparyanın istefasından sonra seçki keçirilə bilər .....                     Köçəryan hakimiyyətə bu cür qayıtmaq istəyir .....                     "Müxtəlif cinayət törədənlər əfv olunmaq istəyir" .....                     Dövlətin boynunda olan böyük yük: .....                     “İndi müharibə onlar üçün ən pis ssenari olar” .....                     Azay Quliyevlə bağlı araşdırma NƏ YERDƏDİR .....                     “Məni onu qırx ildi tanıyıram, içki içən görməmişəm, ağ eləməyin...” .....                     Səlim Müslümov əlillərin sayını necə artırıb? .....                     "Harda yaşayım, necə yaşayım?" .....                     Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur .....                     Məhkəmə Nikola Sarkozinin həbsi barədə qərar verib .....                     Azərbaycanda ümumilikdə 234662 nəfər COVID-19-a yoluxub, 3223 nəfər vəfat edib .....                     Azərbaycanda indiyədək 2602884 koronavirus testi aparılıb .....                     Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabah Ali Məhkəmə nə qərar verəcək? .....                     "Sonra da tamaşaçı deyir ki, “Guya bizdə film var?”" .....                     Mərkəzi Bank “Holcim Azərbaycan”a cərimə protokolu yazıb .....                     Ağstafanın başçısı postunda çox qalmayacaq... .....                     Rektor Mustafa Babanlının imtahan biznesi ... .....                     Ermənistanda daha bir general Qasparyanı dəstəklədi .....                     "Üç-dörd ay panik-atak keçirdim" .....                     Hacı Qamətdən daha bir ABSURD: .....                     Ermənistandakı böhran Azərbaycan üçün daha bir .....                     Nikol Paşinyan Ermənistan prezidentinin evinə gedib .....                     Türk modelli Azərbaycan ordusunda yenə rus silahı? .....                     "Əli Həsənovun heç vaxt bizə münasibəti müsbət olmayıb" .....                     “Muğan Bank” İFLASIN ASTANASINDA .....                     “Rayondan bütün pensiyaçılara sənəd veriblər ki, gedin…” .....                     "Operativ Qərargah bilmir ki, nəyi bağlasın, nəyi açsın” .....                 

Tehran “Qarabağ xətasını" düzəltməyə çalışır - İrandan “Zərif gediş”
Tarix: 26-01-2021, 11:44 | Çap et
Tehran “Qarabağ xətasını" düzəltməyə çalışır
İranın Xarici İşlər naziri regional əməkdaşlıq turnesi çərçivəsində Azərbaycanda danışıqlara başlayıb.

Məhəmməd Cavad Zərif Bakıdan sonra Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə də səfər edəcək. Müzakirələrdə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra bölgədə çoxtərəfli əməkdaşlıq formatının qurulması məsələsi gündəlikdə olacaq. Ancaq İranın bu prosesdə hansı şəkildə yer alması danışıqlar başa çatdıqdan sonra müəyyənləşəcək. İran işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etmək niyyətində olduğunu bildirib.

Ancaq bu barədə rəsmi Bakı mövqeyini yəqin ki, müzakirələr başa çatdıqdan sonra elan edəcək. Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında Türkiyənin iştirakına razılıq verdiyini birmənalı şəkildə elan edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il dekabrın 10-da Azərbaycana səfəri zamanı təklif etdiyi “Alıtılıq platforması” çərçivəsində isə İranın fəaliyyət istiqamətləri və rolu hələ tam müəyyənləşməyib.

Tehran hakimiyyəti regionda yaranmış yeni situasiyada öz mövqeyini gücləndirmək və təsir dairəsini artırmaq üçün Azərbaycana müsbət jestlər etməyə çalışır. Məhəmməd Cavad Zərifin Bakıya səfəri zamanı verdiyi açıqlama da, məhz qeyd edilən fikrə hesablanıb.

“Qardaş ölkə Azərbaycanın torpaqlarını geri almasından məmnunuq.

Bu gün Azərbaycan torpaqları Azərbaycan xalqının əlindədir. Xalqın azad edilən bölgələrdə evlərinə sürətlə dönməsi üçün yardım etmək istəyirik”, -deyə Cavad Zərif bildirib.

Nazir deyib ki, azərbaycanlı tərəfdaşlarla Qarabağakı stabillik, sülh və bölgənin yenidən qurulması mövzularını müzakirə edəcək. Danışıqlarda tranzit yükdaşımaları və Cənub-Şimal nəqliyyat dəhlizi ilə bağlı məsələlər də gündəmə gələcək.

“Torpaqlarımız işğal altında olanda İran Azərbaycana zərbələr vurub”

“Orta Doğu” Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Dağlıq Qarabağ probleminə münasibətdə daima qeyri-obyektiv mövqe tutan İran son zamanlar özünü Azərbaycana loyal göstərməklə yeni əməkdaşlıq formatında iştirak imkanlarını artırmağa çalışır.

Lakin siyasi reallıqlar İranın səmimi olmadığını göstərir:

“Noyabrın 10-dan bəri İran rəsmiləri Azərbaycanla bağlı çıxışları, bəyanatları artırıb. İran özünü elə aparır ki, guya Azərbaycanı indi tanımağa başlayıb. Halbuki, torpaqlarımız işğal altında olanda İran Azərbaycana davamlı surətdə zərbələr vurub. 1990-cı illərdən 2020-ci il noyabrın 10-a qədər olan müddətdə İranın işğalçı Ermənistana etdiyi yardımları yada salmaq kifayətdir. İslam adı altında mövcud olan bu rejim işğalçı Ermənistana yanacaq, ərzaq məhsulları göndərib, hərbi yardımlar edib. Hətta fürsətdən istifadə edib Ermənistanda fars dili konfransı keçirərək erməni dilini fars dilinin tərkib hissəsi sayıb, erməniləri qardaş elan ediblər. Yəni İran Ermənistanla hər cür qardaşlıq edib. İran abidələri təmir etmək adı altında İrəvandakı Azərbaycana məxsus “Göy məscid"i fars məscidi adlandırıb. Orada İran Mədəniyyət Mərkəzi açılıb. Şuşada Yuxarı Gövhər Ağa məscidini yarımçıq bərpa edib və onu da İran elementləri ilə bəzəyərək Azərbaycanın tarixi memarlıq nişanələrinə zərbə vurub. Bununla da erməni işğalçılarının üzünü ağ edib. Məlum olduğu kimi, ermənilər iağal etdikləri ərazilərdə 100-dək məscidi darmadağın edib. Ermənilər Şuşadakı Gövhər Ağa məscidini dünyaya nümayiş etdirməklə müsəlman abidələrinə toxunmadıqlarını sübut etmək istəyirlər. Halbuki, Ağdamda, Zəngilanda, Qubadlıda və digər yerlərdəki məscidlərin tövləyə çevrilməsi, insanların inanc yerlərinin dağıdılması ilə bağlı çoxsaylı faktlar var. Yəni İran mədəni və dini sahələrdə də ermənilərin tərəfində dayanıb. Son hadisələrə gəlincə, ötən ilin qışında Qarabağa "TIR"-lara yüklənmiş yanacağın İran ərazisindən keçməklə Qarabağa gətirildiyi sübut olundu. Bunun videogörüntüləri də var. Sonradan rəsmi İrəvan da bəyan etdi ki, Ermənistanda və Qarabağda koronavirus İran sürücüləri vasitəsilə yayılıb. Yəni bu ölkələr arasında əlaqələr bu qədər sıx olub. Azərbaycanda hərbi əməliyyatlar başlayanda Rusiyanın İran üzərindən Ermənistana silah və zirehli texnika ötürməsi xəbəri yayıldı. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan da bəyan edib ki, döyüşlər vaxtı Rusiya Ermənistana nə yardım lazım idisə hamısını etdi. Bu yardımlar da təbii ki, İran vasitəsilə çatdırılıb. Yüklər əsasən gəmi ilə İrana, oradan isə Ermənistana ötürülüb. Ona görə də İran Ermənistanın təbliğat kampaniyasına qoşularaq elan etdi ki, guya Türkiyə Azərbaycana terrorçular gətirir. Azərbaycanın haqq işini müdafiə edən Türkiyə, Pakistan kimi ölkələrdən fərqli olaraq, İran işğalçının yanında yer alıb. Tehran hakimiyyəti iddia edir ki, Azərbaycanın Qarabağ bölgəsi İranla həmsərhəddir. Bunu bəhanə edərək həm regional əməkdaşlıqdan pul qazanmaq istəyir, həm də bildirir ki, təhlükəsizliyimə problem yarana bilər. O zaman sual oluna bilər: İran ötən 30 ildə Qarabağın işğaldan azad olunması üçün hansı addımları atıb? İran əslində, Qarabağın işğal altında qalmasına çalışıb. Ona görə də Xarici İşlər naziri Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan arasında vurnuxmaqla İranın Qarabağa daxil olmasını təmin etməyə çalışır. İran bütün gücü ilə Qarabağdakı layihələrdə iştirak etməyə çalışır. Yəni məqsəd İranın Qarabağda öz bayrağını qaldırmaq, mövcud olmaq istəyir”.

“İranın bu prosesə cəlb edilməsi sonra problem yarada bilər”

Ekspert qeyd etdi ki, İranın regional əməkdaşlıq formatında iştirakının təmin olunması Azərbaycanın mövqeyindən asılıdır. Rəsmi Bakı “Altılıq platforması”nın formalaşmasında əsas söz sahibidir. Lakin İranın bu prosesə cəlb edilməsi perspektivdə Azərbaycan və Türkiyə üçün problem də yarada bilər.

“Məhəmməd Cavad Zərif Bakıdan Rusiyaya gedəcək, sonra Ermənistana səfər edəcək. Axırda isə Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu ilə görüşəcək. Çox güman ki, Rusiya məsələnin Azərbaycan və İran arasında həll edilməsini istəyir. Əgər Azərbaycan və İran arasında razılaşdırlmamış məsələlər qalarsa, o halda Tehran Moskvaya müraciət edəcək. Azərbaycanla aparılan danışıqların nəticələrini Rusiyaya aparacaq, Xarici İşlər naziri naziri Sergey Lavrovla müzakirə edəcək. Yekunda isə İrəvana gəlib Ermənistana bildirəcək ki, bu məsələni yerinə yetirməlisən. Yəni Ermənistanın mövqeyi nəzərə alınmayacaq. Ermənistan razılaşdırılmış sənədi icra edəcək. Təbii ki, İran Türkiyənin də təkliflərini nəzərə almalı olacaq. Mehridən keçməklə Naxçıvana və Culfaya gedən dəmir yolu xətti vaxtilə Moskva-Tehran dəmir yolu marşrutu adlanırdı. İndi “Altılıq platforması” çərçivəsində bu yolun bərpası və İranın rolu məsələsi də müzakirə olunacaq. Zəngilanla Naxçıvan Muxtar Respublikasını Mehri vasisətilə birləşdirən kiçik dəmir yolu xətti həm də İran-Ermənistan sərhəddinə düşür. İran bu dəmir yolunun təhlükəsizliyinə təminat verməlidir ki, perspektivdə orada problemlər yaranmasın. Yəni altı tərəfli əməkdaşlığın detalları müzakirə olunur. İranın üzərinə düşən vəzifələr müəyyənləşdirilir. Məhəmməd Cavad Zərif Azərbaycanla “Altılıq platforması”nı müzakirə edəcək, əldə olunan nəticəni Moskvaya aparacaq. Ancaq bu məsələdə əsas söz sahibi Azərbaycandır. Çünki ərazi Azərbaycana məxsusdur. Rusiyanın isə birbaşa quru sərhəddi yoxdur. Rusiyanın Ermənistanda yalnız hərbi bazaları var. Bu baxımdan, Azərbaycan razılıq verməsə, əməkdaşlıq baş tuta bilməz. Lakin gələcək üçün potensial bir təhlükə mənbəyi var. Rusiya, İran və Ermənistan birləşə bilər. Azərbaycan və Türkiyə bundan ehtiyyatlı olmalıdır”.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Magistr imtahanı narazılıq doğurdu: - suallar çətin, vaxt az...
Dünən, 18:22
Paşinyanın “İsgəndər” iddiası və ardınca gələn təkzib: - “Rusiyanın “könlünü almağa” kifayət edəcək”
Dünən, 18:16
“Qarabağda təxribatlar ola bilər, müharibə isə…” - GƏLİŞMƏ
Dünən, 18:14
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Dünən, 18:12
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
Dünən, 18:11
“Allahın da yadından çıxan məktəb”: - uçuq divar, sınıq pəncərə, odun sobası, dəmir zəng...
Dünən, 18:10
AXC-nin elan edildiyi bina bərpaya hazırlanır
Dünən, 17:56
"Gedib yıxılıb öldüm, borcu kim ödəyəcək?"
Dünən, 17:54
Ermənilər kabab vədilə Paşinyanın mitinqinə gətirilir
Dünən, 17:53
Spitakın meri də müxalifətə qoşuldu - "Paşinyan istefa versin!"
Dünən, 17:45
Ermənistanda Qasparyanın istefasından sonra seçki keçirilə bilər
Dünən, 17:42
Köçəryan hakimiyyətə bu cür qayıtmaq istəyir - Plan
Dünən, 17:41
"Müxtəlif cinayət törədənlər əfv olunmaq istəyir" - AÇIQLAMA
Dünən, 17:37
Dövlətin boynunda olan böyük yük: - Necə xilas olmalı?
Dünən, 17:36
“İndi müharibə onlar üçün ən pis ssenari olar” - Ermənistanda ikitirəlik
Dünən, 17:34
Azay Quliyevlə bağlı araşdırma NƏ YERDƏDİR - Detallar, İDDİA
Dünən, 17:31
“Məni onu qırx ildi tanıyıram, içki içən görməmişəm, ağ eləməyin...” - deputat
Dünən, 17:28
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
Dünən, 17:26
"Harda yaşayım, necə yaşayım?" - GİLEY
Dünən, 17:23
Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur
Dünən, 17:21
Məhkəmə Nikola Sarkozinin həbsi barədə qərar verib
Dünən, 17:14
Azərbaycanda ümumilikdə 234662 nəfər COVID-19-a yoluxub, 3223 nəfər vəfat edib
Dünən, 17:05
Azərbaycanda indiyədək 2602884 koronavirus testi aparılıb
Dünən, 17:04
Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
Sabah Ali Məhkəmə nə qərar verəcək? - Arif Alışanovun istəyi, yoxsa ədalət...
Dünən, 17:00
"Sonra da tamaşaçı deyir ki, “Guya bizdə film var?”"
Dünən, 16:53
Mərkəzi Bank “Holcim Azərbaycan”a cərimə protokolu yazıb
Dünən, 16:51
Ağstafanın başçısı postunda çox qalmayacaq... - Belə görünür...
Dünən, 16:50
Rektor Mustafa Babanlının imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır?
Dünən, 16:47
Ermənistanda daha bir general Qasparyanı dəstəklədi - İstefa verdi
Dünən, 16:46
"Üç-dörd ay panik-atak keçirdim"
Dünən, 16:44
Hacı Qamətdən daha bir ABSURD: - “Kişi bibiqızı və ya xalaqızı ilə “WhatsApp”da danışmamalıdır”
Dünən, 16:43
Ermənistandakı böhran Azərbaycan üçün daha bir ŞANS YARADIR...
Dünən, 16:41
Nikol Paşinyan Ermənistan prezidentinin evinə gedib
Dünən, 16:37
Türk modelli Azərbaycan ordusunda yenə rus silahı? - “Qadağa da aradan qalxacaq və...”
Dünən, 16:36
"Əli Həsənovun heç vaxt bizə münasibəti müsbət olmayıb" - Azay Quliyevdən ilginc açıqlamalar
Dünən, 16:35
“Muğan Bank” İFLASIN ASTANASINDA - HESABAT
Dünən, 16:33
“Rayondan bütün pensiyaçılara sənəd veriblər ki, gedin…” - Poliklinika da uzun növbədə yoluxma riskindən narahatdır
Dünən, 16:30
"Operativ Qərargah bilmir ki, nəyi bağlasın, nəyi açsın” - AÇIQLAMA
Dünən, 16:30
“Kremlin bu istəyi "sülhməramlı" missiyasına xələl gətirir” - BAKI SUSACAQMI?
Dünən, 16:28
Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB
Dünən, 16:27
Azərbaycan yeni ssenariyə hazır olmalıdır: - “Kremlin “əli” ilə..."
Dünən, 16:26
Yəhudi politoloqdan sensasiya: “Üçüncü Qarabağ savaşı başlanacaq” – Vaxt açıqlandı
Dünən, 16:24
“Erməni xalqının əlinə tarixi şans düşüb” - deputat
Dünən, 16:23
Ermənistanın baş prokurorundan etirazçılara xəbərdarlıq
Dünən, 16:22
Gürcüstanda partlayışda azərbaycanlı məktəbli ölüb
Dünən, 16:21
Paşinyanı Əliyev və Ərdoğan dəstəkləyirmiş: Ermənilər Putini “SAR”ıyıb? - İLGİNC
Dünən, 16:19
Kreml Nikolun üzrünü qəbul etdi
Dünən, 16:16
Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin vaxtı təyin edilib
Dünən, 16:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru