Arvadına sataşan kişinin dalınca düşdü, onun atasını gördükdə... .....                     Yeni Azərbaycan Partiyasının Sədr müavinləri seçilib .....                     “Partiyamız YAP-a milli və dövlətçilik maraqları naminə qoşulub” .....                     “Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” .....                     Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi .....                     Gürcüstan konstitusiyasına dəyişikliklər tələb edilir .....                     Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır .....                     Hakim partiyanın yeni strategiyası: Siyasi həmrəylik, inteqrasiya, milli birlik .....                     Neftin qiyməti 69 dollara yaxınlaşır .....                     "Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı..." .....                     Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi .....                     Ermənistanı yenidən savaşdırmaq üçün 3 milyard lazımdır: .....                     Mübariz Mənsimova elektron qolbaq taxılacaq .....                     “Hər dəfə aç-bağla, özümüz də bezmişik...” .....                     Xocalı qatili Köçəryan Ermənistanı yenidən qanlı olaylara sürükləyir .....                     Ağdamın Tağıbəyli kəndindən görüntülər .....                     “Deyir ki, get hara istəyirsən şikayət et” .....                     "Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi" .....                     “Reklam xarakterli məlumatların təqdimatı həssaslıq tələb edir” .....                     “Şarl Mişelin Bakıya gəlməməsinin səbəbi odur ki...” .....                     YAP-ın İdarə Heyətindən çıxarılan Əli Həsənovdan .....                     Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını və hərbi qulluqçularını .....                     Avrasiya İttifaqı İrəvanın təkidi ilə Türkiyəyə qarşı .....                     “Kurtlar Vadisi” ekranlara qayıdır .....                     Temperatur enəcək, güclü külək əsəcək .....                     Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu .....                     Bu icra başçıları YAP-dakı vəzifələrini İTİRDİLƏR .....                     İranda təyyarə qaçırmağa cəhd edilib .....                     Müzəffər Azərbaycan ordusu qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlib .....                     "Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi" .....                     Sədr müavinlərinin seçilməsi məsələsinə İdarə Heyətinin iclasında baxılacaq .....                     Erməni terror təşkilatı da Paşinyanı satdı: .....                     Qanunda “Tarqovu”da quzu gəzdirmək kimi qadağa yoxdu .....                     Azərbaycanda toylara icazə ilə bağlı .....                     Ona qarşı “vnimatelni” olmadılar... .....                     YAP-ın növbədənkənar qurultayı: .....                     DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib .....                     "Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik" .....                     Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək .....                     Əli Həsənov YAP-ın qurultayında iştirak etmədi .....                 

ABŞ-Azərbaycan münasibətlərini pozmaq istəyənlər çoxdur - deputat
Tarix: 25-01-2021, 09:13 | Çap et
ABŞ-Azərbaycan münasibətlərini pozmaq istəyənlər çoxdur
Ağ evdən Azərbaycana ermənilərə statusla bağlı təzyiqlər olsa belə, bunun düşmənlərimiz üçün heç bir müsbət nəticəsi olmayacaq...

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Həftə içi”nə müsahibəsində iki gün öncə andiçmə mərasimi keçirilmiş demokrat Co Baydenin yeni Prezident kimi hakimiyyətə gəlişindən sonra ABŞ-ın Azərbaycana qarşı münasibətinin hansı istiqamətdə dəyişəcəyi, Ağ evin Paşinyana dəstək verib-verməyəcəyi, qardaş Türkiyə və Cənub qonşumuz İranla münasibətləri necə quracağı və s. ilə bağlı sualları cavablandırıb.

- Asim bəy, sizcə, ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin hakimiyyətdə olduğu dövrdə Ağ Evin Azərbaycanla və konkret olaraq Qarabağla bağlı siyasəti hansı istiqamətdə dəyişəcək?

- Hesab edirəm ki, hazırda ABŞ-ın hakim partiyası ilə sıx bağlı olan, fəal və güclü ermənin diasporu yeni Bayden administrasiyasına öz təzyiqlərini göstərə bilər. Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə icra etmədiyi qətnamələrini icra edərək torpaqlarımızı işğaldan azad edib, ATƏT-in Minsk Qrupunun üzərinə düşən bölgədə sülhyaratma missiyasının həyata keçirilməsinə başlanılıb. Yeni ABŞ rəhbərliyi Ermənistana, ermənilərə “sülh, əməkdaşlıq və əmin-amanlıq yaradın, izolyasiyadan çıxın” və s. kimi tövsiyələr versə, onda Azərbaycanın da buna uyğun strategiyası həyata keçirilə bilər. Təbii ki, erməni lobbisi və digər dairələr tərəfindən Ağ evi Azərbaycana təzyiqlərə vadar etmək üçün cəhdlər olacaq, oyunlar oynanacaq. Mən belə təbəddülatları daha çox ABŞ Konqresindən gözləyirəm. Həmin qurumda bir sıra ermənipərəst nümayəndələr, senatorlar var. Onlar tərəfindən Qarabağ məsələsinə hansısa müdaxilələr oluna, hansısa bəyanatlar verilə bilər. Bir məsələni də unutmaq lazım deyil ki, Azərbaycan bölgənin kifayət qədər güclü dövlətidir. Azərbaycanın qardaşı, müttəfiqi, NATO-nun üzvü olan Türkiyə regionda və ayrıca Qarabağla bağlı son proseslərdə çox böyük önəm daşıyır.

Bildiyiniz kimi, illərdir, dünyadakı erməni lobbisi Türkiyəyə nifrət aşılamaqla məşğuldur. Heç bir şey dəyişməyib ki? Hazırda Azərbaycan Türkiyə ilə birgə qlobal strateji, xüsusən enerji və nəqliyyat layihələrini həyata keçirir. Bunun da dünyanın ən güclü ölkələrinin, o cümlədən ABŞ-ın maraqlarına uyğun olması göz qabağındadır. Odur ki, bu baxımdan da erməni lobbisinin ABŞ daxilindən Türkiyə və Azərbaycana qarşı aşılanan sonsuz nifrət strategiyası Birləşmiş Ştatları çox çətin bir geostrateji duruma sala bilər...

- Məlumdur ki, zəlil durumda olsa da, Paşinyan qərbpərəst, ABŞ milyarderi “Soros”un adamı hesab olunur. Bu amil rəsmi Vaşinqtonun Ermənistana münasibətində hansı rol oynayacaq?

- Bilirsiniz, söhbət konkret Ermənistan hökumətindən getmir. Bu dövlət, xüsusən Azərbaycan tərəfindən məğlub və miskin bir hala salındıqdan sonra, bölgədə hansısa bir təsir imkanlarına malik deyil. Söhbət çox zəngin, güclü və təşkilatlanmış xarici ermənilərdən gedir. Onlar Amerikada, Fransada, Cənubi Amerikada və s. yerləşir. Onların qurduğu lobbilərin bütün iş və siyasəti məhz irqçilik, faşizm, türkə nifrət ideologiyası üzərində qurulub. Günü sabah Güney Qafqazda yaşayan bütün erməniləri öz maraqlarına qurban verməyə hazırdırlar ki, sonradan yenidən bu məsələdən Azərbaycan və Türkiyəyə qarşı növbəti qondarma “soyqırımı”, “genosid” təzyiqləri üçün istifadə edərək özləri üçün pul yığsınlar. Söhbət bundan gedir. Ona görə də Ermənistan hökuməti var, yaxud yoxdur, onun başında duran haranın adamı olması məsələlərinin erməni lobbilərinə aidiyyəti yoxdur, onlar öz öyunlarını oynamaqda davam edirlər... Onu da deyim ki, xaricdəki belə təşkilatlanmış ermənilərin sayı Ermənistandakıların sayından qat-qat çoxdur...

- Doğrudur, Ermənistan siyasi, hərbi və iqtisadi baxımdan məğlub və miskin durumdadır. Məlumdur ki, Sovetlər İttifaqı dağıldıqdan bəri ABŞ da, Avropa da bu respublikanı Rusiya təsirindən tam çıxarmaq istəyir. Bu müstəvidə onillərdir ki, əsasən, Vaşinqton və Moskva arasında bu müstəvidə mübarizə gedir. Məhz bu baxımdan, ola bilərmi ki, Paşinyan hakimiyyətini qoruyub-saxlamaq məqsədilə Bayden administrasiyası Qarabağdakı ermənilərə “status” verilməsi və s. məsələlərdə Azərbaycan dövlətinə təzyiqlər etsin?..

- İndiki dövrdə Azərbaycana hər cür təzyiqlər ola bilər. Söhbət ondan gedir ki, həmin təzyiqlər vasitəsilə təlqin olunmağa çalışılan təklifləri kim qəbul edir. Özünü müdafiə etməyə kifayət qədər imkanları olan Azərbaycan dövləti... Ona görə də ABŞ tərəfindən də ermənilərə Qarabağda hansısa status verilməsi istiqamətində təzyiqlər olsa belə, bunun düşmənlərimiz üçün heç bir müsbət nəticəsi olmayacaq...

- ABŞ-ın Azərbaycana münasibəti sırf Türkiyə ilə münasibətlərindən asılı olacaq, yoxsa rəsmi Bakıya ayrıca kontekstdə yanaşılacaq?

- Əlbəttə, ABŞ-Türkiyə, ABŞ-Azərbaycan münasibətlərini pozmaq istəyən qüvvələr çoxdur. Hesab edirəm ki, Amerikanın özünün bir dövlət kimi milli təhlükəsizlik maraqları Azərbaycan və Türkiyə ilə münasibətləri normal münasibətdə qurmağa vadar edib və edəcək...

Regionda Pentaqonun, NATO-nun lojistik məsələlərinin həlli, məsələn, Əfqanıstana zəruri hərbi yüklərin daşınması və s. Azərbaycan vasitəsilə həyata keçirilir. Bir sözlə, təhlükəsizlik sahəsində Azərbaycanın, həmçinin, NATO üzvü olan Türkiyənin ABŞ və onun müttəfiqləri ilə böyük və sıx əməkdaşlığı var. Türkiyə ABŞ-la çox ciddi hərbi müttəfiqdir... Ermənistan isə hansısa əməkdaşlıq baxımından Amerika üçün heç nəyə yaramır...

- Bəs ABŞ-ın Cənub qonşumuz İranla münasibətləri, sizcə, yumşalacaqmı?

- Zənnimcə, Bayden administrasiyası yaxın müddətdə Cənub qonşumuz İranla Obama dövründə bağlanmış keçmiş nüvə sazişçini bərpa edəcək və bununla da münasibətlər tədricən qaydasına düşəcək...

- Ağ evin Azərbaycanın iştirak etdiyi qlobal enerji və nəqliyyat layihələrinə münasibəti necə olacaq?

- Belə layihələrin hamısına Ağ ev öz dəstəyini verib və verəcək. Azərbaycanın qoşulduğu bütün qlobal layihələr onların maraqlarına uyğundur. Həmin layihələr regionda ABŞ-ın özünün yaxud müttəfiqlərinin strateji məsələlərdə problemlərinin həllinə yönəlib. Və Ağ Ev də rəsmən həmin layihələrə dəstək verir.

- Asim bəy, necə hesab edirsiniz, yaxın gələcəkdə ABŞ dövləti Ermənistanın mümkün etirazlarına rəğmən Azərbaycanın işğaldan azad torpaqlarının məskunlaşması üçün Böyük Qayıdış proqramına dəstək verə bilərmi?

- Azərbaycana heç kəsin dəstəyi lazım deyil. Bizim özümüzün böyük imkanlarımız və lazım gəlsə, dəstək duracaq dostlarımız, müttəfiqlərimiz var. İndi hansısa dövlət dəstək durmaq istəsə, bunu edər. Etməsələr də, Azərbaycan dövləti hər bir problemini, o cümlədən keçmiş köçkün vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlarımıza qayıdışı və onların orada daim məskunlaşması problemlərini də özü həll etməyə qadirdir. Biz Ermənistan deyililk ki, bütün dünya boyu dilənib nəsə xahiş edək...



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arvadına sataşan kişinin dalınca düşdü, onun atasını gördükdə... - Şok təfərrüat
Bu gün, 16:25
Yeni Azərbaycan Partiyasının Sədr müavinləri seçilib - ADLAR
Bu gün, 16:22
“Partiyamız YAP-a milli və dövlətçilik maraqları naminə qoşulub” - Vüqar Oruc
Bu gün, 16:21
“Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” - Prezident İlham Əliyev
Bu gün, 16:20
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...
Bu gün, 16:18
Gürcüstan konstitusiyasına dəyişikliklər tələb edilir
Bu gün, 16:10
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Bu gün, 16:09
Hakim partiyanın yeni strategiyası: Siyasi həmrəylik, inteqrasiya, milli birlik - TƏHLİL
Bu gün, 16:08
Neftin qiyməti 69 dollara yaxınlaşır
Bu gün, 16:05
"Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı..." - İTTİHAM
Bu gün, 16:02
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi AZADLIQDA
Bu gün, 15:58
Ermənistanı yenidən savaşdırmaq üçün 3 milyard lazımdır: - Ona bu pulu verən tapılacaq?
Bu gün, 15:56
Mübariz Mənsimova elektron qolbaq taxılacaq
Bu gün, 15:53
“Hər dəfə aç-bağla, özümüz də bezmişik...” – Millət vəkilindən karantin qadağalarına ETİRAZ
Bu gün, 15:52
Xocalı qatili Köçəryan Ermənistanı yenidən qanlı olaylara sürükləyir - ŞƏRH
Bu gün, 15:50
Ağdamın Tağıbəyli kəndindən görüntülər - VİDEO
Bu gün, 15:49
“Deyir ki, get hara istəyirsən şikayət et” - Vətəndaş baş həkimin əlindən fəryad edir...
Bu gün, 15:48
"Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi" - Prezident İlham Əliyev
Bu gün, 15:45
“Reklam xarakterli məlumatların təqdimatı həssaslıq tələb edir” - ekspert
Bu gün, 15:44
“Şarl Mişelin Bakıya gəlməməsinin səbəbi odur ki...” - deputat
Bu gün, 15:43
YAP-ın İdarə Heyətindən çıxarılan Əli Həsənovdan AÇIQLAMA
Bu gün, 15:42
Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını və hərbi qulluqçularını təbrik etdi
Bu gün, 15:40
Avrasiya İttifaqı İrəvanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ
Bu gün, 15:39
“Kurtlar Vadisi” ekranlara qayıdır
Bu gün, 15:37
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bu gün, 15:36
Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu - İLGİNC
Bu gün, 15:34
Bu icra başçıları YAP-dakı vəzifələrini İTİRDİLƏR - SİYAHI
Bu gün, 15:30
İranda təyyarə qaçırmağa cəhd edilib
Bu gün, 15:29
Müzəffər Azərbaycan ordusu qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 15:28
"Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi" - İlham Əliyev
Bu gün, 15:27
Sədr müavinlərinin seçilməsi məsələsinə İdarə Heyətinin iclasında baxılacaq - YAP
Bu gün, 15:26
Erməni terror təşkilatı da Paşinyanı satdı: - Qasparyanla görüş
Bu gün, 15:25
Qanunda “Tarqovu”da quzu gəzdirmək kimi qadağa yoxdu – MÜTƏXƏSSİS DANIŞDI
Bu gün, 15:24
Azərbaycanda toylara icazə ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 15:22
Ona qarşı “vnimatelni” olmadılar...
Bu gün, 15:20
YAP-ın növbədənkənar qurultayı: - Hakim partiyada nələr dəyişdi?
Bu gün, 15:18
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Bu gün, 15:16
"Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik" - Prezident İlham Əliyev
Bu gün, 15:15
Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək
Bu gün, 15:14
Əli Həsənov YAP-ın qurultayında iştirak etmədi
Bu gün, 13:27
“Baklift-2”nin sabiq rəisinə hökm oxundu
Bu gün, 13:26
Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 13:26
ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb
Bu gün, 13:23
YAP-ın Qadınlar Şurasının sədri dəyişib - Nurlana Əliyevaya etimad göstərilmədi
Bu gün, 13:20
Əli Əhmədov yenidən YAP İdarə heyətinin sədr müavini seçilib
Bu gün, 13:19
Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi - SƏBƏB
Bu gün, 13:18
YAP-ın idarə heyətinin yeni üzvləri - SİYAHI
Bu gün, 13:16
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Bu gün, 13:13
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın rəhbərliyindən UZAQLAŞDIRILDI - İLGİNC
Bu gün, 13:11
İlham Əliyev yenidən YAP-ın sədri seçilib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru