
DİA.AZ: - Qızılağac Milli Parkının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova DİA.AZ-a bildirib ki, araşdırma zamanı brakonyerin Nefçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.