Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib .....                     İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı .....                     "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur" .....                     YAP-a birləşən partiya sədri qərarından .....                     Füzuli aeroportunun binasının bünövrəsinin qazılmasına başlanıb .....                     Niyazi Bayramovun Gəncəsində biabırçı mənzərə... .....                     İşləyən şəhid anaları və şəhid xanımları təqaüdə güzəştlə çıxarılsınlar .....                     Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı .....                     Sahil Babayev Səlim Müslümovun bu qərarını ləğv etdi .....                     Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb .....                     Ötən il etdiyi oğurluqların üstü açıldı .....                     YAP-ın yeni yaradılan Veteranlar Şurasının tam tərkibi məlum olub .....                     "Zaminbank"ın həbs edilən sədri ilə "Şərurlu İsfəndiyar"ın qalmaqalı, nazirlərlə görüş .....                     Zəngilanın Qaradərə kəndindən görüntülər .....                     Azərbaycanın açıq xarici siyasəti: .....                     ADPU-nun “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi .....                     "Torpaqlar öz sahibindədir və orda çox gözəl şeylər olacaq" .....                     Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olunub .....                     "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" .....                     Paşinyan ABŞ-ın dövlət katibinə Azərbaycandan ŞİKAYƏT ETDİ .....                     General Makaryana ittiham elan olundu .....                     Bir qrup qadına fəxri adlar verilib .....                     Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib .....                     Azərbaycan hər zaman öz müttəfiqləri ilə səmimi olub .....                     Azərbaycan neftinin qiyməti 69 dolları keçib .....                     "Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki..." .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 219-a çatıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb .....                     Gürcüstanda daha 355 nəfər COVID-19-a yoluxub .....                     Krım Qarabağ, Rusiya isə Ermənistan deyil .....                     Sahil Babayev haqda ŞOK İDDİA: NƏYƏ HAZIRLAŞIR? .....                     “Hər kəs başa düşməlidir ki, virusa görə bayramda qonaq getməməlidir” .....                     4 aydan çoxdur ki, maaş ala bilmirlər... .....                     “Türkiyə ilə ard-arda hərbi təlimlər bir sıra dövlətlərə mesajdır” .....                     Cəlilabadda sosial şəbəkə vasitəsilə narkotiklər alan şəxs saxlanılıb .....                     Ermənistanın Səhiyyə naziri də Laçından rahatca keçib Araiklə görüşdü... .....                     Gənc qvardiyanın köhnə üzərində tam və qəti qələbəsi... .....                     İKİ OLİQARX TƏŞVİŞ İÇİNDƏ... .....                     "Bir nəfər gəlib qapımızı açmır ki, necə yaşayırsınız" .....                     Qarabağdakı müharibə Donbasa keçir: gərginliyin sirri .....                 

"Şərait olmalıdır ki, insanlar elektromobillərə keçid etsin"
Tarix: 22-01-2021, 11:44 | Çap et
"Şərait olmalıdır ki, insanlar elektromobillərə keçid etsin"
Son zamanlar işləyən nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərəri azaltmaq məqsədi ilə alternativ olaraq elektromobillərin sayı çoxalır. Elektromobillər əsasən inkişaf etmiş və daha sivil toplumların formalaşdığı ölkələrdə sürətlə artır. Buna misal olaraq ABŞ, Norveç, Niderland, İngiltərə, Fransa, Yaponiya, Sinqapur kimi ölkələri misal çəkmək olar. Azərbaycanda da son illər bu avtomobillərə maraq artmaqdadır. Lakin bir çox problemlər hələ də qalmaqdadır.

Bununla bağlı avtomobil üzrə ekspert Fərid Hüseynov "Şərq"in suallarını cavablandırıb. Ekspert maraqlı məqamlara toxunub.

- Fərid bəy, sizcə, elektromobilləri sürməyə dəyərmi?

- Əlbəttə. Burada bir neçə faktor rol oynayır. Avtomobilin alış qiymətini ilkin olaraq nəzərə almasaq, o zaman elektromobil istifadə olunduğu müddətdə sürücünün avtomobil üçün düşündüyü xərclərini azaldır. Belə ki, elektromobillərdə ənənəvi avtomobillərdə olduğu qədər dövri baxım xərcləri yoxdur, yəni "yağ dəyişmə" tipli. Başqa bir səbəb EM-lərin daha tez sürətlənməsidir ki, bir çox sürücü bu cəhəti bəyənir. Yanacaq xərci də ciddi şəkildə azalmış olur. Bunlar alıcılıq üçün təkan verəcək faktorlardır. Bunların hamısını bir kənara qoysaq, onda fərqli bir səbəb gələcəkdə hamımızın EM sürəcəyimizə zəmin yaradır. Bu da ekoloji faktordur. EM-lər avtosənayenin gələcəyidir, bu qaçılmazdır və sürətlə aydınlanan reallıqdır. Bu gün az qala hər avtoistehsalçının elektriklə işləyən modeli var və model cərgələrini sürətlə elektrikləşdirirlər, buna məcburdurlar. Əvvəla İEÖ-lərin qanunları, sonra isə bazar bunu tələb edir. Kim sürətlə bu yeniliyə uyğunlaşa bilməsə, bazar payını itirmə riski var. Məsələn, Avropa Birliyi daxilində istehsalçıların cərimələnmə riski də var. 2019-cu ilin yanvar ayından AB daxilində istehsalçılara belə bir tələb qoyulub ki, il ərzində satılan avtomobillərin ortalama qaz tullantısı 100 km-ə 95 qramı keçməməlidir. Əgər keçərsə, əlavə hər qrama görə 95 avro cərimə ödəyəcək. İlk baxışda ciddi rəqəmə oxşamır, amma əslində böyük rəqəmdir. "Porsche" kimi perfomans avtomobilləri istehsalçısı belə hər modelini sürətlə hibridləşdirdi və tam elektrik modeli satışa çıxardı. Yəni EM-lər bu gün zövq və seçim məsələsi ola bilər, amma sabah məcburiyyət olacaq.

- Bu avtomobillərin ölkəyə gətirilməsi üçün əsas çətinliklər nələrdir?

- Bu sualın cavabını vermək üçün bir neçə il geriyə gedib, yəni 2019-cu ilə qədərki gömrük rüsumlarımıza baxmalıyıq. 2019-cu ilə qədər EM-lər üçün ənənəvi avtomobillər kimi həm idxal rüsumu, həm aksiz vergisi, həm ƏDV ödənməli idi və bu da qiyməti şişirdirdi. Ümumiyyətlə, aksiz vergisini əslində mühərriki olmayan (EM-lərdə enerjini təkərlərə ötürən konverter olur, neçəsə litrlik DYM yoxdur, aksiz vergisi DYM həcminə görə hesablanır) avtomobil üçün necə hesablayırdılar, necə təyin edirdilər kimi suallar var. Hökumətin yeni qərarı ilə 2019-cu il 1 yanvar tarixindən gətirilən EM-lər üçün aksiz vergisi və ƏDV ödənmir, avtomobil dəyərinin 15 faizi idxal rüsumu olaraq ödənir və gömrükdə rəsmiləşdirilir. Amma bu qərar ölkədə EM-ləri artırmadı, məşhurlaşdırmadı.

- Niyə?

- Əvvəla ona görə ki, bu gün EM-lərin alışı bahadır. Çünki litium-ion batareyaları baha başa gəlir. Texnologiya kütləviləşdikcə qiymətlər aşağı düşəcək. Digər səbəb isə Azərbaycanda EM-ləri şarj etmək üçün lazımi infrastrukturun olmamasıdır. Əgər vətəndaş EM alsa belə onu lazım olduğu vaxtda və yerdə şarj etmək imkanı yoxdur. Şarj şəbəkəsi Bakıda 10-a qədər yerdə var, bu özü çox azdır. EM idarə edən vətəndaş Bakıda birtəhər şarj stansiyası tapsa da, şəhərdən kənara çıxa bilmir. Çünki heç yerdə stansiyalar yoxdur. Bu da avtomobilin qiymətindən də çox ciddi məsələdir. Hökumətin bu sahədə hansısa planı var. Əlavə olaraq SOCAR elan edib ki, ölkə üzrə öz YDM-lərində elektrik şarj stansiyaları quracaq. Amma bu proses çox ləng gedir və təbii olaraq ölkədə EM-ləri heç çür təşviq edə bilmir. Daha ciddi təşviqat aparılması lazımdır. Amma hələ ki, ciddi boşluqlar var. Bu günləri benzinin qiyməti qalxır, amma vətəndaş əvvəl qiymətə görə, sonra isə şarj edə bilməməyə görə keçid etmir və ciddi tərəddüd edir.

- Avropada elektromobilləşmə prosesi sürətlə gedir. Bəs hansı səbəbdən ölkəmizdə bu proses ləng gedir?

- Alış qiyməti və ölkəmizdə infrastruktur kasadlığı bu gün üçün əsas səbəblərdəndir. Məsələn, vətəndaş Bakıda yaşayır, valideynləri Gəncədə. Vətəndaş ayda bir dəfə Gəncəyə səfər edir. Bakıda tam şarj etdi, yola çıxdı. Uzaq yolda 100 km limitlə sürdüyü üçün şarj ciddi azaldı, yolun yarısında şarj stansiyası yoxdur. Şarj tam bitsə, bu zaman avtomobil yolda sönüb qalacaq. Bunu bilən heç bir vətəndaşı EM almağa sövq etmək olmaz. Buna görə də vətəndaş üçün əvvəlcə şərait yaradılmalıdır.

- Müsbət nəticələrin olması üçün hansı arzuolunan addımların olması zəruridir?

- Əvvəl hibridlərə gömrük güzəşti tətbiq edilməlidir ki, vətəndaşlar ənənəvi avtomobillərdən "yarı elektriklərə" keçidə başlasın. Sürüb görsün ki, sistem necə işləyir, müsbəti-mənfisi nədir. Yəni insanlara yoxlamaq fürsətini qazandırmaq lazımdır. Güzəştdən sonra isə EM almaq istəyənlər üçün subsidiyalar tətbiq edilməlidir. Subsidiyasız müsbət hansısa nəticəni gözləmək sadəlövhlük olar. Həm alış üçün subsidiya, həm də istifadə müddətinin ilk bir neçə ilində bu və ya digər rüsum-vergidən azadolmalar tətbiq edilməlidir.

Məsələn, EM alan şəxs həm dövlətdən alış üçün subsidiya alır, həm yol vergisindən, həm də avtomobilin qeydiyyat rüsumlarından azad edilir. Bu tip paketlər olmadan Azərbaycan və onun kimi ölkələrin çoxunda ciddi elektrikləşməyə keçid görə bilməyəcəyik. Biz Avropa Birliyi deyilik ki, ciddi və işlək qanunlar qəbul edək, istehsalçıları cərimələyək ki, siz bizim havamızı çirkləndirirsiniz. Və atmosferi ciddi şəkildə çirkləndirən avtomobillərə yüksək məbləğli cərimələr tətbiq edilsin. Bu günləri ölkədə saysız-hesabsız köhnə dizel avtomobilləri var.

Təəssüf ki, Avropada 3 il əvvəl qəbul edilən yeni sərt qərarlardan sonra Birlik ərazisindən çölə "atılan" dizelləri biz daşıyıb ölkəmizə gətirdik. Bir qurum belə buna qarşı çıxmadı, qabağını almadı. Yəni Azərbaycan Avropanın "çox çirkli" hesab etdiyi, ömrü az qala bitmiş maşınları qəbul etdi öz ərazisinə, "metallomu" yığdıq bura.

Ölkəmizdə sürətli şəkildə şarj stansiyaları tikilməli, infrastruktur qurulmalı, şəbəkə genişləndirilməlidir. Misal olaraq, Almaniya kimi ölkə 2020-ci ilin sonuna qədər ölkə ərazisində dövlət hesabına 40 ədəd hidrogen yanacaqdoldurma məntəqəsi tikdi. Hidrogen də elektrik kimi avtomobillərdə alternativ yanacaq növüdür.

Ciddi potensialı var. Bir neçə istehsalçı artıq 6-7 ildir ki, hidrogenlə işləyən modelləri İEÖ-lərdə satırlar. Yuxarıda adları çəkilən ölkələrin hamısında başqa maraqlı bir cəhət var: şarj stansiyaları təkcə dövlət tərəfindən deyil, həm də özəl şirkətlər, müxtəlif sahibkarlar tərəfindən qurulur.

Məhz elə bu səbəbdən də şəbəkə sürətlə genişlənir, infrastruktur artıq var. Hesab edirəm ki, bizdə bunlar olmalıdır.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Dünən, 12:10
İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı - Daha kimlər həbs oluna bilər?
Dünən, 12:08
"Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur" - Baş Qərargah rəisi
Dünən, 12:02
YAP-a birləşən partiya sədri qərarından DANIŞDI
Dünən, 12:00
Füzuli aeroportunun binasının bünövrəsinin qazılmasına başlanıb
Dünən, 11:59
Niyazi Bayramovun Gəncəsində biabırçı mənzərə... - VİDEOFAKT
Dünən, 11:58
İşləyən şəhid anaları və şəhid xanımları təqaüdə güzəştlə çıxarılsınlar - TƏKLİF
Dünən, 11:52
Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı
Dünən, 11:47
Sahil Babayev Səlim Müslümovun bu qərarını ləğv etdi - ƏMR
Dünən, 11:45
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
Dünən, 11:44
Ötən il etdiyi oğurluqların üstü açıldı
Dünən, 11:37
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tam tərkibi məlum olub - SİYAHI
Dünən, 11:33
"Zaminbank"ın həbs edilən sədri ilə "Şərurlu İsfəndiyar"ın qalmaqalı, nazirlərlə görüş - Sensasion məhkəmə işi
Dünən, 11:31
Zəngilanın Qaradərə kəndindən görüntülər - VİDEO
Dünən, 11:25
Azərbaycanın açıq xarici siyasəti: - Etibarlı tərəfdaşlıq və milli maraqlar...
Dünən, 11:23
ADPU-nun “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi ləğv edilib
Dünən, 11:22
"Torpaqlar öz sahibindədir və orda çox gözəl şeylər olacaq"
Dünən, 11:21
Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olunub - ADLAR
Dünən, 11:19
"Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" - Hikmət Hacıyev
Dünən, 11:17
Paşinyan ABŞ-ın dövlət katibinə Azərbaycandan ŞİKAYƏT ETDİ - GƏLİŞMƏ
Dünən, 11:13
General Makaryana ittiham elan olundu
Dünən, 11:11
Bir qrup qadına fəxri adlar verilib - SƏRƏNCAM
Dünən, 11:05
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI
Dünən, 11:04
Azərbaycan hər zaman öz müttəfiqləri ilə səmimi olub - İsrafil Kərimovun yazısı
Dünən, 11:03
Azərbaycan neftinin qiyməti 69 dolları keçib
Dünən, 10:59
"Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki..." - Prezidentdən 8 MART TƏBRİKİ
Dünən, 10:58
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 219-a çatıb
Dünən, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb
Dünən, 10:55
Gürcüstanda daha 355 nəfər COVID-19-a yoluxub
Dünən, 10:48
Krım Qarabağ, Rusiya isə Ermənistan deyil - Kiyevin müharibə haqqı...
Dünən, 10:47
Sahil Babayev haqda ŞOK İDDİA: NƏYƏ HAZIRLAŞIR? - Sorosun layihəsi imiş?
Dünən, 10:44
“Hər kəs başa düşməlidir ki, virusa görə bayramda qonaq getməməlidir” - XƏBƏRDARLIQ
Dünən, 10:42
4 aydan çoxdur ki, maaş ala bilmirlər... - ETİRAZ (VİDEO)
Dünən, 10:40
“Türkiyə ilə ard-arda hərbi təlimlər bir sıra dövlətlərə mesajdır” - GƏLİŞMƏ
Dünən, 10:36
Cəlilabadda sosial şəbəkə vasitəsilə narkotiklər alan şəxs saxlanılıb
Dünən, 10:31
Ermənistanın Səhiyyə naziri də Laçından rahatca keçib Araiklə görüşdü... - BİZ İSƏ SUSURUQ...
Dünən, 10:28
Gənc qvardiyanın köhnə üzərində tam və qəti qələbəsi... - NƏ BAŞ VERİR?
Dünən, 10:18
İKİ OLİQARX TƏŞVİŞ İÇİNDƏ... - Həbsləri belə mümkündür...
Dünən, 10:14
"Bir nəfər gəlib qapımızı açmır ki, necə yaşayırsınız" - NARAZILIQ!
Dünən, 10:08
Qarabağdakı müharibə Donbasa keçir: gərginliyin sirri - TƏHLİL
Dünən, 10:04
"İşləyə bilmirəm, əmək qabiliyyətimi itirmişəm..." - GİLEY
Dünən, 10:01
Şəhid polkovnik-leytenantın ailəsi bu uçuq daxmada yaşayır… - FOTO
Dünən, 09:57
Ömürlük məhkumların sayı - Onlar da əfv oluna bilər
Dünən, 09:52
Azərbaycanın tanınmış memarı vəfat edib
Dünən, 09:48
“KÖHNƏ QVARDİYA”NIN SONUNCU QALASI DA DAĞIDILDI – Artıq YAP-da da söz sahibi deyillər...
Dünən, 09:46
Qusarda qanunsuz silah aşkarlanıb
Dünən, 09:44
Bakıda arvadının boğazını kəsərək öldürən şəxsin məhkəməsi başlayır
Dünən, 09:39
Şəmkirdə narazılıq yaradan kimlərdir? - GİLEY
Dünən, 09:38
Kampaniya yaxşıdı, hədiyyə etmək də, amma gərək zay məhsul olmaya - Müştəriləri aldadırlar
Dünən, 09:36
Milli həmrəylik dövlət siyasətinin strateji prioritetidir - MƏQALƏ
Dünən, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru