Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər .....                     Savadsız alimlər Novruzu belə farslaşdırdı... .....                     Sabiq nazir Əhməd Əhmədov niyə həbs edildi? .....                     Novruzu sərt karantin rejimində qarşılayacağıq? .....                     Torpaq, yoxsa ünvanlı sosial yardım .....                     ABŞ Ali Məhkəməsi seçki nəticələri ilə bağlı Trampın son şikayətini geri çevirib .....                     “Gülbaxt Tikinti Kombinatı” MMC-dən DƏLƏDUZLUQ... .....                     Müharibə əlilinin haqqı tapdanıb... .....                     “Cənnət Park” MTK-dan cəhənnəm əzabı... .....                     Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub .....                     Bu gün dollar neçəyədir? .....                     Koronavirusa yoluxanlar çoxalır .....                     Murad Arif koronavirusa yoluxdu .....                     “Erməni cinayətlərinin ifşası yaxın gələcək baxımından da önəmlidir” .....                     “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz” .....                     Kiyev müharibəyə hazırlaşır: Müttəfiqlər dəstək verəcəkmi? .....                     "Hər peşədə Azərbaycan qadınları qabaqcıl olublar" .....                     "Separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki..." .....                     "Bu 3 işi görməsək, Zəngəzur əldən çıxacaq" .....                     Bəşşar Əsəd koronavirusa yoluxub .....                     Astaralı ikiqat qəhrəman Rəfiqə nənə: .....                     "Hazırkı sülhməramlı missiyanın varlığı beynəlxalq hüquqa və milli qanunvericiliyimizə uyğun deyil" .....                     Rusiyanın iştahına baxın: İki müstəqil ölkənin ərazisindən keçməklə... .....                     Azərbaycanın qadın nazir müavinləri kimdir? .....                     Qarabağda erməni zabitlərin həbsinə .....                     “Erməni qadınlarının övladlarını öldürdün, bu gün isə onları təbrik edirsən. Heç utanırsan?” .....                     Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib .....                     Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib .....                     "Bu məsələdə uduzan ABŞ olacaq" .....                     "Faiq Ağayev deyir ki, yeganə müğənniyəm konsertdən pul qazanıram" .....                     Həbs edilən qadın müəllim və aptek sahibinin işi .....                     Niyə bizim qadın nazirlərimiz olmasın?! .....                     Məşhur siyasətçi Anna Akopyanı öpdü, qalmaqal yarandı .....                     Gənc qız sevgilisini yataqda doğradı .....                     “Nə qədər tez ərə getsə, bir o qədər yaxşıdır” .....                     "Kasıb-kusub acından ölür, a kişi, bunlar nə fikirləşir?" .....                     "SAHİL BABAYEV, səndən iş İSTƏYİRƏM" .....                     "Qadınlar insanlığın davamı üçün əvəzolunmazdır" .....                     BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə .....                     İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb .....                 

“Yayı gözləyə bilmərik, ona görə vaksinasiya çox vacibdir” - AÇIQLAMA
Tarix: 22-01-2021, 09:36 | Çap et
“Yayı gözləyə bilmərik, ona görə vaksinasiya çox vacibdir”
Son statistikaya əsasən, dünyada indiyədək koronavirusa yoluxma sayı 97 milyon 388 mini ötüb. Yoluxanların 2 milyon 85 mindən çoxu xəstəlikdən dünyasını dəyişib. Avropada epidemioloji vəziyyət ağır olaraq qalır. Niderland bir neçə ölkə ilə hava əlaqəsini bağlayıb. ABŞ-da qarşıdakı 100 gün ərzində federal idarələrin ərazisində maskadan istifadə və sosial məsafənin gözlənilməsi məcburi olacaq. Müvafiq sərəncam ölkənin yeni prezidenti Co Bayden tərəfindən imzalanıb. Birləşmiş Ştatlarda yoluxma və tələfat statistikasına gəlincə, ötən gün 57 mindən çox insanda koronavirus aşkarlanıb, 1710 nəfər xəstəlikdən dünyasını dəyişib. Ümumilikdə, bu ölkədə pandemiya qurbanlarının sayı 415 mini ötüb.

Avropa ölkələrində də epidemioloji vəziyyət ağır olaraq qalır. Son sutkada Böyük Britaniyada həm ölənlərin sayında, həm də yoluxma sayında kəskin artım olub. İspaniyada da son həftələrdə yoluxmalarda kəskin artım müşahidə olunur. Son 7 gündə COVİD-19 1146 nəfərin həyatına son qoyub. Bu, noyabrın sonundan bəri ən yüksək həftəlik tələfat göstəricisidir.

Niderland isə koronavirusun yeni mutasiyalarının yayılmasının qarşısını almaq üçün Böyük Britaniya, Cənubi Afrika Respublikası və Cənubi Amerikanın bir sıra ölkələri ilə hava əlaqəsini dayandırıb. Qadağa yanvarın 23-dən qüvvəyə minəcək və sərnişinlər üçün karantin qaydalarının yekun təsdiqindən sonra ləğv olunacaq.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı 15 vaksinlə bağlı qiymətləndirmələr aparır və bir neçə həftə ərzində onlardan bir neçəsi təcili istifadə üçün olan preparatlar siyahısına salına bilər. Bu barədə təşkilatın yeni təlimatında məlumat verilib. Hələ ki siyahıda olan yeganə vaksin “Pfizer/BioNTech”in preparatıdır. “AstraZeneca” şirkətinin peyvəndi yanvarın sonunadək, Cənubi Koreyanın “Bioscience” şirkətinin istehsal etdiyi vaksin fevralın ikinci yarısınadək təcili istifadə üçün olan preparatlar siyahısına daxil edilə bilər.

Göründüyü kimi, dünyada koronavirusdan ölənlərin sayı son həftədə daha da artıb. Azərbaycanda isə vəziyyət stabilləşib, ölüm sayları da azalıb. Ölkəmizdə yanvarın 18-dən başlayan vaksinasiya ilk olaraq səhiyyə işçilərinə tətbiq edilib. Bəs görəsən, əhali arasında ümumi vaksinasiya nə vaxt başlaya bilər? Məsələn, yanvarın 18-dən etibarən Rusiyada əhali arasında kütləvi vaksinasiyaya başlanıb. Bizdə də bu mümkün ola bilərmi?

Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik. “Yeni Müsavat”a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova ilk olaraq peyvəndləmə prosesinin effekti barədə danışıb: “Vaksinasiya o zaman effektli olur ki, müəyyən bir zaman çərçivəsində əhalinin geniş kütləsi buna cəlb olunmuş olsun. Arada çox zaman fərqi qoyulmadan bunu etmək lazımdır. Düşünürəm ki, yaxın zamanda əhalinin digər hissəsi də vaksinasiya olunacaq. Sadəcə, ilk olaraq tibb işçilərindən başlandı. Bunun əsas səbəblərindən biri əhalinin vaksinasiyaya etibarını artırmaqdır. Bir ölkənin səhiyyə işçiləri vaksinasiya olunmursa, o ölkənin digər əhali qrupunu vaksinasiyaya cəlb etmək mümkünsüzdür. Xüsusilə də indiki dövrdə peyvəndləmə ilə bağlı gəzən şayiələrdən dolayı qeyri-tibb sektorunda olan insanlar bundan çəkinirlər. Bu səbəbdən də səhiyyə işçilərinin birinci vaksinasiya olunması daha məqsədəuyğun hesab olundu. Məqsəd digər insanların da zamanı gəldikdə könüllü olaraq peyvəndləmədə iştirak etməsini təmin etməkdir.

Həkimlər vaksinasiya olunub, yan təsirləri az oldusa, digər əhali kütləsinin də peyvəndləməsinə zəmin yaranacaq. Düşünürəm ki, çox gec qalmadan, çox fasilə vermədən digərləri də bu prosesə cəlb olunacaq. Yalnız o halda vaksinasiyanı effektli saya bilərik".

Pandemiya ürək-damar xəstəliklərini artırıb" -

Həkim-terapevt Məlahət İsayeva da mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Yanvarın 18-dən başlayaraq respublikamızda COVİD 19-a qarşı vaksinasiya işlərinə start verilib. İlk növbədə tibb işçiləri arasında vaksinasiya aparılır. Tibb işçiləri COVİD xəstələri ilə birbaşa təmasda olduqlarına görə onlar arasında peyvəndləməyə başlanılıb. Əhali arasında da tez bir zamanda yəqin ki başlanacaq. Çünki bütün ərazi poliklinikalarında tibb məntəqələri yaradılıb. Həm poliklinikalarda, həm xəstəxanalarda işləyən bütün tibb işçiləri poliklinikaya vaksinasiyaya cəlb olunur. Tibb işçilərinin vaksinasiyası bitdikdən sonra əhali arasında da mütləq vaksinasiya işləri başlanacaq. Əhali arasında vaksinasiyanın tez bir zamanda başlanmasının tərəfdarıyam. 6 aydır koronaviruslu xəstələrlə çalışıram. 3 ay Tədris Cərahiyyə Klinikasında çalışmışam. Artıq 3 aydır ki, 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasında çalışıram. İnanın ki, gözümün qarşısında boğularaq ölən xəstələr görmüşəm. Yardım edə bilmədiyimiz xəstələr olub. ”Doktor, mənə yardım edin, kömək edin" deyən xəstələr görmüşəm. Çox ağırdır. İnanın ki, şəxsən bir həkim kimi demək istərdim ki, tez bir zamanda vaksinasiyanın əhali arasında başlamasının tərəfdarıyam. Ona görə ki, hələ milyonlarla insan virusa yoluxmayıb. Ona görə bizə mütləq vaksinasiya vacibdir. Çünki biz virusa qarşı karantin tədbirlərini gücləndirməklə, karantin qaydalarını yumşaltmaqla, sanitar-gigiyenik qaydalara riayət etməklə, yaxud sosial məsafə saxlamaqla yalnız bir müddət insanları qoruya bilərik".

Həkim onu da qeyd edib ki, viruslar soyuq aylarda daha da aktivləşirlər: “Qış, payız aylarında soyuq aylarda aktivləşirlər. Ona görə havalar isinənə qədər, günəşin qızmasına qədər çox vaxt keçəcək. Bunun üçün fəsil dəyişməli, vaxt keçməlidir. Viruslar günəşli havada məhv olur. Amma biz bunu gözləyə bilmərik. Ona görə bizə vaksinasiya çox vacibdir. Viruslar hava-damcı yolu ilə keçdiyinə görə, xəstə insanlarla təmas olduğuna görə biz insanları bu yolla qoruya bilmərik. Mütləq vaksin lazımdır. Bütün insanları vaksinasiyada iştirak etməyə dəvət edirəm. Tibb işçilərimiz artıq vaksin vurdurublar. Heç bir narahatlıqları da yoxdur, əks təsir yoxdur. Artıq bizim xəstəxanamızda xəstələrin sayı azalıb, rəqəm 10-a enib. Ayın 25-dən sonra yəqin ki bütün xəstəxanalar bağlanacaq. Mən də bir neçə gündən sonra vaksin olunacağam. Hər kəsi vaksin olunmağa çağırıram”.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - XƏBƏRDARLIQ
Bu gün, 08:43
Savadsız alimlər Novruzu belə farslaşdırdı... - Professor FAKTLARI AÇIQLAYIR
Bu gün, 08:36
Sabiq nazir Əhməd Əhmədov niyə həbs edildi? - İLGİNC İDDİALAR...
Bu gün, 08:29
Novruzu sərt karantin rejimində qarşılayacağıq? - AKTUAL
Bu gün, 08:26
Torpaq, yoxsa ünvanlı sosial yardım – Dolaşıq məsələ
Bu gün, 08:25
ABŞ Ali Məhkəməsi seçki nəticələri ilə bağlı Trampın son şikayətini geri çevirib
Bu gün, 08:22
“Gülbaxt Tikinti Kombinatı” MMC-dən DƏLƏDUZLUQ... - "Artıq onların yalançı vədlərinədə inanmıram"
Bu gün, 08:21
Müharibə əlilinin haqqı tapdanıb... - MÜRACİƏT
Bu gün, 08:14
“Cənnət Park” MTK-dan cəhənnəm əzabı... - GİLEY
Bu gün, 08:11
Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub
Bu gün, 08:05
Bu gün dollar neçəyədir?
Bu gün, 08:03
Koronavirusa yoluxanlar çoxalır - qapanma ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 17:16
Murad Arif koronavirusa yoluxdu
Dünən, 17:06
“Erməni cinayətlərinin ifşası yaxın gələcək baxımından da önəmlidir” - Arif Əliyev
Dünən, 17:05
“Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz” - Sarkisyan
Dünən, 16:57
Kiyev müharibəyə hazırlaşır: Müttəfiqlər dəstək verəcəkmi? - TƏHLİL
Dünən, 16:46
"Hər peşədə Azərbaycan qadınları qabaqcıl olublar" - deputat
Dünən, 16:44
"Separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki..." - AÇIQLAMA
Dünən, 16:29
"Bu 3 işi görməsək, Zəngəzur əldən çıxacaq" - Vardan Oskanyan
Dünən, 16:28
Bəşşar Əsəd koronavirusa yoluxub
Dünən, 16:17
Astaralı ikiqat qəhrəman Rəfiqə nənə: - "Bala, mənim bir işim olub..."
Dünən, 16:15
"Hazırkı sülhməramlı missiyanın varlığı beynəlxalq hüquqa və milli qanunvericiliyimizə uyğun deyil" - ETİRAZ
Dünən, 16:12
Rusiyanın iştahına baxın: İki müstəqil ölkənin ərazisindən keçməklə... - GƏLİŞMƏ
Dünən, 16:10
Azərbaycanın qadın nazir müavinləri kimdir? – DOSYE + FOTOLAR
Dünən, 16:08
Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI
Dünən, 16:02
“Erməni qadınlarının övladlarını öldürdün, bu gün isə onları təbrik edirsən. Heç utanırsan?”
Dünən, 15:57
Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib
Dünən, 15:53
Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib
Dünən, 15:52
"Bu məsələdə uduzan ABŞ olacaq"
Dünən, 15:09
"Faiq Ağayev deyir ki, yeganə müğənniyəm konsertdən pul qazanıram"
Dünən, 15:08
Həbs edilən qadın müəllim və aptek sahibinin işi - Moyka və kafedə tramadol satırmış TƏFƏRRÜAT
Dünən, 15:04
Niyə bizim qadın nazirlərimiz olmasın?! - Novella Cəfəroğlu
Dünən, 14:51
Məşhur siyasətçi Anna Akopyanı öpdü, qalmaqal yarandı - VİDEO
Dünən, 14:49
Gənc qız sevgilisini yataqda doğradı - AZƏRBAYCANDA QANLI CİNAYƏT
Dünən, 14:46
“Nə qədər tez ərə getsə, bir o qədər yaxşıdır” - AKTUAL
Dünən, 14:44
"Kasıb-kusub acından ölür, a kişi, bunlar nə fikirləşir?" - SAMUXDAN ŞİKAYƏT
Dünən, 14:39
"SAHİL BABAYEV, səndən iş İSTƏYİRƏM" - NARAZILIQ!
Dünən, 14:36
"Qadınlar insanlığın davamı üçün əvəzolunmazdır"
Dünən, 14:34
BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub
Dünən, 14:32
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb
Dünən, 12:52
“Aparıcı olmadığıma görə bu mənim üçün bir əyləncə idi...” - Fatimənin də verilişi bağlandı...
Dünən, 12:51
Zəngilan rayonunun Qaragöz kəndindən görüntülər - VİDEO
Dünən, 12:46
"İnsanların yaşadığı ərazilərdə aktivləşmə qeydə alınmayıb" - İcra başçısı
Dünən, 12:45
Miras borc: Krediti kim ödəməlidir? - “Ölən şəxsin əmlakı varsa…”
Dünən, 12:37
İtkin düşən hərbçilərin bugünkü axtarışı ləğv edildi
Dünən, 12:32
"Az adam bilir ki, 2011-ci ildə Azərbaycanda mənim başıma pul qoyulmuşdu" - Saqatelyan
Dünən, 12:24
Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq - Belə deyirlər...
Dünən, 12:14
Nazirlikdən sürüşmə ilə bağlı açıqlama
Dünən, 12:13
Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı vəfat edib
Dünən, 12:08
Səbail rayon icra hakimiyyətinin başçısı Badamdarda sürüşmə olan əraziyə gəlib - FOTO
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru