Küsülü olan Aygünlə Brilliant üz-üzə gəldi .....                     "Tibbi-siyasi korrupsiya zəncirinin formalaşması ehtimalı olduqca yüksəkdir" .....                     Ziyəddin Əliyev 200 nəfərin maaş kartını mənimsəyib... .....                     “Zəngilan-Kəlbəcər tərəfə baxdıqda görürük ki, burada sərhədlər...” .....                     Aİ Gürcüstanda siyasi dialoqun aparılması üçün vasitəçi təyin edib .....                     Gənc yazar deputatdan şikayətçi düşüb... .....                     Rusiyanı Eurovision-2021-də tacik Manija təmsil edəcək .....                     Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər .....                     Savadsız alimlər Novruzu belə farslaşdırdı... .....                     Sabiq nazir Əhməd Əhmədov niyə həbs edildi? .....                     Novruzu sərt karantin rejimində qarşılayacağıq? .....                     Torpaq, yoxsa ünvanlı sosial yardım .....                     ABŞ Ali Məhkəməsi seçki nəticələri ilə bağlı Trampın son şikayətini geri çevirib .....                     “Gülbaxt Tikinti Kombinatı” MMC-dən DƏLƏDUZLUQ... .....                     Müharibə əlilinin haqqı tapdanıb... .....                     “Cənnət Park” MTK-dan cəhənnəm əzabı... .....                     Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub .....                     Bu gün dollar neçəyədir? .....                     Koronavirusa yoluxanlar çoxalır .....                     Murad Arif koronavirusa yoluxdu .....                     “Erməni cinayətlərinin ifşası yaxın gələcək baxımından da önəmlidir” .....                     “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz” .....                     Kiyev müharibəyə hazırlaşır: Müttəfiqlər dəstək verəcəkmi? .....                     "Hər peşədə Azərbaycan qadınları qabaqcıl olublar" .....                     "Separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki..." .....                     "Bu 3 işi görməsək, Zəngəzur əldən çıxacaq" .....                     Bəşşar Əsəd koronavirusa yoluxub .....                     Astaralı ikiqat qəhrəman Rəfiqə nənə: .....                     "Hazırkı sülhməramlı missiyanın varlığı beynəlxalq hüquqa və milli qanunvericiliyimizə uyğun deyil" .....                     Rusiyanın iştahına baxın: İki müstəqil ölkənin ərazisindən keçməklə... .....                     Azərbaycanın qadın nazir müavinləri kimdir? .....                     Qarabağda erməni zabitlərin həbsinə .....                     “Erməni qadınlarının övladlarını öldürdün, bu gün isə onları təbrik edirsən. Heç utanırsan?” .....                     Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib .....                     Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib .....                     "Bu məsələdə uduzan ABŞ olacaq" .....                     "Faiq Ağayev deyir ki, yeganə müğənniyəm konsertdən pul qazanıram" .....                     Həbs edilən qadın müəllim və aptek sahibinin işi .....                     Niyə bizim qadın nazirlərimiz olmasın?! .....                     Məşhur siyasətçi Anna Akopyanı öpdü, qalmaqal yarandı .....                 

Nazir dəyişdi, bəs, nazirlik? - Köhnə hamam, köhnə tas...
Tarix: 22-01-2021, 08:15 | Çap et
Nazir dəyişdi, bəs, nazirlik?
Ötən il iyulun 9-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində (XİN) əməliyyat keçirdi. Nazirliyin yüksək vəzifəli şəxsləri – İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev rüşvət, korrupsiya, vəzifədən su-istifadə, saxtakarlıq və s. maddələrlə təqsirli bilinərək həbs edildi. Bu hadisədən 5 gün sonra nazir Elmar Məmmədyarov vəzifəsindən çıxarıldı. XİN-də həyata keçirilən “təmizələmə” əməliyyatı çərçivəsində keçmiş baş prokuror, Azərbaycanın Serbiya Respublikası, Monteneqro və Bosniya-Herseqovinadakı səfiri Eldar Həsənov da təxminən bir ay sonra Bakıda saxlanıldı və barəsində həbs-qətimkan tədbiri seçildi.

Nazir kürsüsündə Elmar Məmmədyarovu peşəkar diplomatlardan biri deyil, təhsil naziri Ceyhun Bayramov əvəzlədi. O zaman bəzi müşahidəçilər bu addımı XİN sistemində köklü dəyişikliklər həyata keçirilməsi üçün vacib sayırdı. Əsas gətirilirdi ki, sistemin daxilindəki şəxslər obyektiv və subyektiv səbəblərdən nazirlikdəki neqativ tendensiyaları dayandırmaq və inkişafın öünü açmaq iqtidarında deyil. XİN-də problemlər isə xeyli dərin idi, prezident İlham Əliyev nazirliyin fəaliyyətini tənqid edərkən bəzi dipomatların hətta xarici xüsusi xidmət orqanlarının agentinə çevrildiyini də vurğulamışdı.

XİN-də dəyişiklikdən yarım ildən çox vaxt keçir. Bu müddət ərzində ölkənin xarici siyasət idarəsində hansı yeniliklər baş verib? Nöqsanlar aradan qaldırılıbmı? Aparılan cinayət işlərinin istintaqından nə xəbər var? Ən əsası, nəhayət, Azərbaycanın milli maraqlarının qorunması və həyata keçirilməsində XİN üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilirmi?

Əvvəlcə onu qeyd edək ki, həbs edilən şəxslərdən Faiq Bağırov iki ay DTX-nın istintaq təcridxanasında saxlanıldıqdan sonra sentyabrın 22-də azad edilib. Onun barəsində verilmiş məhkəmə qərarı dəyişdirilib. Ötən il dekabrın 26-da keçirilmiş məhkəmədə isə Fərhad Mollazadə və Səlim Əlizadə barəsində də eyni qərar verilib. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri də ev dustaqlığı ilə əvəzlənib. Həbsdə olan keçmiş səfir Eldar Həsənov vəkili vasitəsilə ictimaiyyətə müraciətində bunu ayrı-seçkilik adlandırıb.

Yeni nazirin XİN-in daxili idarəçiliyində hansı dəyişikliklər aparmasına gəlincə, müavinlərin əksəriyyəti postlarında qalır. Amma diplomatların və əməkdaşların bir hissəsi işdən çıxarılıb, yaxud sərəncama götürülüb. Onlar aylardır ki, qeyri-müəyyənlik içərsində hansı qərarların veriləcəyini gözləyirlər. Habelə Ceyhun Bayramov bəzi idarə rəislərini özünə yaxın şəxslərlə əvəz edib.

Keçən 6 ay müddətində Azərbaycanın Ukraynadakı səfiri və GUAM yanında daimi nümayəndəsi Eynulla Mədətli geri çağrılıb. Onu diplomat olmayan keçmiş deputat Elmira Axundova əvəzləyib. Polşadakı səfir, 80 yaşlı Həsən Həsənovun diplomatik xidmət karyerasına son verilib, onun yerinə Bolqarıstandakı səfir Nərgiz Qurbanova təyin edilib. Ötən il Türkiyə və Yunanıstan arasında münasibətlərin kəskinləşməsi Bakı-Afina münasibətlərinə təsirsiz ötüşməyib. Prezident İlham Əliyev Yunanıstandakı səfiri geri çağırıb, bu ölkə səfirinin aqremanını qəbul edərkən Afinanın siyasətini sərt şəkildə tənqid edib.

Yeni nazir Ceyhun Bayramovun fəaliyyətinə gəlincə, o, 44 günlük müharibənin gedişində vasitəçilərin iştirakı ilə Moskvada, Vaşinqtonda və Cenevrdə keçirilən müzakirələrdə iştirakı ilə diqqətdə olub. Amma müharibə dövründə diplomatiyanın bütün yükünü prezident özü daşıdı. Nazirin ötən həftə gerçəkləşdirdiyi Pakistan səfərini isə yeni ildə gözəçarpan ilk fəaliyyəti hesab etmək olar.

Beləliklə, XİN-in daxili idarəçiliyində olduğu kimi, əsas funksiyasının icra olunmasında mühüm dəyişikliklər baş verməyib. Məsələn, prezidentin bəhs etdiyi xarici kəşfiyyatların nəzarətinə keçmiş diplomatların ifşa edilərək məsuliyyətə cəlb olunması hələ də reallaşmayıb. Habelə Moskvada, İsveçdə və s. ölkələrdəki səfirliklərdən, diplomatik nümayəndəliklərdən, konsulluqlardan gələn şikayətlərin araşdırılması da həyata keçirilmir, ən azı ictimaiyyətə bu haqda hər hansı məlumat verilməyib.

Ümumiyyətlə, XİN-in fəaliyyətində Məmmədyarov dövründən keyfiyyətcə və məzmunca ciddi bir dəyişiklik nəzərə çarpmır. Ceyhun Bayramov hələ də sələfinin müəyyən mənada təkrarı rolunu oynamaqda davam edir. Halbuki, 44 günlük müharibən sonra Azərbaycan xarici siyasətinin qarşısında mühüm vəzifələr dayanır. Regionda yaranan yeni reallıqlar milli maraqların qorunması üçün Azərbaycan diplomatiyasından çeviklik, ardıcıl, məqsədyönlü fəaliyyət tələb edir. İlk növbədə region ölkələri – Türkiyə, Rusiya, İran, Gürcüstanla münasibətlərdə olan aktual məsələlərin həlli, Ermənistanın beynəlxalq müstəvidə Dağlıq Qarabağla bağlı apardığı fəaliyyətin neytrallaşdırılması vacibdir.

Azərbaycanın GUAM-da fəaliyyətinin aktivləşdirilməsi, Avropa İttifaqı, Avropa Şurası ilə mövcud problemlərin həlli də ciddi səylər tələb edir. Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişinin imzalanması, NATO ilə əməkdaşlıqda yeni səhifə açılması, ABŞ-la ikitərəfli münasibətlərin yüksək səviyyəyə qaldırılması da prioritetlər sırasında olmalıdır. Xüsusən, ABŞ-da demokrat administrasiyanın gəlməsi Azərbaycan diplomatiyası qarşısında supergüclə əlaqələrin yenilənməsini, problemlərin həllini mühüm vəzifə kimi qoyur.

Azərbaycan diplomatiyası uzun illərin monoton, səmərəsiz, korrupsiyaya bulaşmış idarəçiliyindən xilas olub, çağdaş dünya ilə ayaqlaşan effektiv idarəçiliyə keçməlidir. XİN sistemi nepotizmdən qurtulmalıdır.
//pressklub/az//


 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Küsülü olan Aygünlə Brilliant üz-üzə gəldi - VİDEO
Bu gün, 09:24
"Tibbi-siyasi korrupsiya zəncirinin formalaşması ehtimalı olduqca yüksəkdir" - Partiya sədri
Bu gün, 09:20
Ziyəddin Əliyev 200 nəfərin maaş kartını mənimsəyib... - İTTİHAM
Bu gün, 09:11
“Zəngilan-Kəlbəcər tərəfə baxdıqda görürük ki, burada sərhədlər...” - Mehman Əliyev
Bu gün, 09:05
Aİ Gürcüstanda siyasi dialoqun aparılması üçün vasitəçi təyin edib
Bu gün, 08:59
Gənc yazar deputatdan şikayətçi düşüb... - VİDEOGİLEY
Bu gün, 08:58
Rusiyanı Eurovision-2021-də tacik Manija təmsil edəcək
Bu gün, 08:54
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - XƏBƏRDARLIQ
Bu gün, 08:43
Savadsız alimlər Novruzu belə farslaşdırdı... - Professor FAKTLARI AÇIQLAYIR
Bu gün, 08:36
Sabiq nazir Əhməd Əhmədov niyə həbs edildi? - İLGİNC İDDİALAR...
Bu gün, 08:29
Novruzu sərt karantin rejimində qarşılayacağıq? - AKTUAL
Bu gün, 08:26
Torpaq, yoxsa ünvanlı sosial yardım – Dolaşıq məsələ
Bu gün, 08:25
ABŞ Ali Məhkəməsi seçki nəticələri ilə bağlı Trampın son şikayətini geri çevirib
Bu gün, 08:22
“Gülbaxt Tikinti Kombinatı” MMC-dən DƏLƏDUZLUQ... - "Artıq onların yalançı vədlərinədə inanmıram"
Bu gün, 08:21
Müharibə əlilinin haqqı tapdanıb... - MÜRACİƏT
Bu gün, 08:14
“Cənnət Park” MTK-dan cəhənnəm əzabı... - GİLEY
Bu gün, 08:11
Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub
Bu gün, 08:05
Bu gün dollar neçəyədir?
Bu gün, 08:03
Koronavirusa yoluxanlar çoxalır - qapanma ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 17:16
Murad Arif koronavirusa yoluxdu
Dünən, 17:06
“Erməni cinayətlərinin ifşası yaxın gələcək baxımından da önəmlidir” - Arif Əliyev
Dünən, 17:05
“Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz” - Sarkisyan
Dünən, 16:57
Kiyev müharibəyə hazırlaşır: Müttəfiqlər dəstək verəcəkmi? - TƏHLİL
Dünən, 16:46
"Hər peşədə Azərbaycan qadınları qabaqcıl olublar" - deputat
Dünən, 16:44
"Separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki..." - AÇIQLAMA
Dünən, 16:29
"Bu 3 işi görməsək, Zəngəzur əldən çıxacaq" - Vardan Oskanyan
Dünən, 16:28
Bəşşar Əsəd koronavirusa yoluxub
Dünən, 16:17
Astaralı ikiqat qəhrəman Rəfiqə nənə: - "Bala, mənim bir işim olub..."
Dünən, 16:15
"Hazırkı sülhməramlı missiyanın varlığı beynəlxalq hüquqa və milli qanunvericiliyimizə uyğun deyil" - ETİRAZ
Dünən, 16:12
Rusiyanın iştahına baxın: İki müstəqil ölkənin ərazisindən keçməklə... - GƏLİŞMƏ
Dünən, 16:10
Azərbaycanın qadın nazir müavinləri kimdir? – DOSYE + FOTOLAR
Dünən, 16:08
Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI
Dünən, 16:02
“Erməni qadınlarının övladlarını öldürdün, bu gün isə onları təbrik edirsən. Heç utanırsan?”
Dünən, 15:57
Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib
Dünən, 15:53
Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib
Dünən, 15:52
"Bu məsələdə uduzan ABŞ olacaq"
Dünən, 15:09
"Faiq Ağayev deyir ki, yeganə müğənniyəm konsertdən pul qazanıram"
Dünən, 15:08
Həbs edilən qadın müəllim və aptek sahibinin işi - Moyka və kafedə tramadol satırmış TƏFƏRRÜAT
Dünən, 15:04
Niyə bizim qadın nazirlərimiz olmasın?! - Novella Cəfəroğlu
Dünən, 14:51
Məşhur siyasətçi Anna Akopyanı öpdü, qalmaqal yarandı - VİDEO
Dünən, 14:49
Gənc qız sevgilisini yataqda doğradı - AZƏRBAYCANDA QANLI CİNAYƏT
Dünən, 14:46
“Nə qədər tez ərə getsə, bir o qədər yaxşıdır” - AKTUAL
Dünən, 14:44
"Kasıb-kusub acından ölür, a kişi, bunlar nə fikirləşir?" - SAMUXDAN ŞİKAYƏT
Dünən, 14:39
"SAHİL BABAYEV, səndən iş İSTƏYİRƏM" - NARAZILIQ!
Dünən, 14:36
"Qadınlar insanlığın davamı üçün əvəzolunmazdır"
Dünən, 14:34
BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub
Dünən, 14:32
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb
Dünən, 12:52
“Aparıcı olmadığıma görə bu mənim üçün bir əyləncə idi...” - Fatimənin də verilişi bağlandı...
Dünən, 12:51
Zəngilan rayonunun Qaragöz kəndindən görüntülər - VİDEO
Dünən, 12:46
"İnsanların yaşadığı ərazilərdə aktivləşmə qeydə alınmayıb" - İcra başçısı
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru