Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq .....                     Qardaşını öldürən qızın məhkəməsi başlayır .....                     Putin nəyə görə Qarabağ məsələsinin başlanğıcını Sumqayıt faciəsinə bağlayır? .....                     İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı .....                     Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib .....                     Saatlıda keçmiş başçının həbsi tələb olunur .....                     Erməni keşiş yol qəzasında öldü .....                     Təhsil Nazirliyinin tender müəmması .....                     Avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə xəbərdarlıq .....                     Milli Kəşfiyyat İdarəsi (DNI) Azərbaycan mediasının prinsipləri ilə işləyir .....                     İşdən çıxarılan polis rəisi yeni vəzifəyə təyin olundu .....                     Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb .....                     Ermənistan o xəritəni Azərbaycana verəcəkmi? .....                     "Paşinyan möhkəm adam çıxdı, qalib gələcək..." .....                     Nə vaxta qədər maska taxacağıq? .....                     "Masallı İcra Hakimiyyətindən bir dəfə də qapımı açmayıblar" .....                     Gəncədə ər-arvad dəm qazından zəhərlənib .....                     Bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb .....                     Magistraturaya qəbul imtahanının sualları narazılıq doğurdu .....                     Ermənilər Qarabağdan çıxarılan eksponatların sərgisini .....                     III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək .....                     Gürcüstanda koronavirusa 160 yeni yoluxma qeydə alınıb, 10 nəfər ölüb .....                     "Manaf Ağayev bank borcumu ödəməyib" .....                     Paşinyan Rusiya ilə müttəfiqliyi dağıtmağı hədəfləyir .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 195-ə çatıb .....                     Prezident nələrə işarə etdi: Qarabağ, sülhməramlılar, status... .....                     Aygün Kazımova yenə dəyişildi .....                     Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı? .....                     Dünya əhalisinini 10%-dən azında COVID-19-a qarşı antikor var .....                     Nə rektor, nə də nazir əsgərimizə kömək etmirlər... .....                     "Vətəni qoruya bilən oğlana mühafizə işini çox görürlər ki, sən qoruya bilməzsən..." .....                     İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarıldı .....                     Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutulub .....                     Neft ABŞ iqtisadiyyatındakı nikbinliyə görə bahalaşır .....                     QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalarla bağlı AÇIQLAMA .....                     Pandemiya zamanı toylara icazə verilsə... .....                     Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb .....                     "İcra başçısına da müraciət etmişəm, amma..." .....                     Ağdamın Güllücə kəndindən görüntülər .....                     Cəlilabadda bələdiyyə sədri cərimələnib .....                 

Büdcə xərclərinə qənaət olunmasının nəyi pisdir? - TƏHLİL
Tarix: 21-01-2021, 10:44 | Çap et
Büdcə xərclərinə qənaət olunmasının nəyi pisdir?
Başa vurduğumuz 2020-ci il dünya ölkələri üçün maliyyə-fiskal-büdcə siyasəti baxımından əvvəlki illərlə müqayisədə bir çox çətinliklərlə müşayiət olundu. Pandemiya nəticəsində qlobal məcmu tələbin azalması və dünya bazarlarında əlavə dəyərlərin aşağı düşməsi büdcə gəlirləri mənbələrinin daralmasına, fiskal yığımların azalmasına və nəticədə büdcə xərclərinin idarə edilməsində yeni reallıqları meydana çıxardı.

İnkişaf etmiş ölkələrin böyük əksəriyyəti maliyyə-büdcə-fiskal siyasətlərində müəyyən korrektələr apardı, qənaət rejiminin tətbiqinə, büdcə xərclərinin ehtiyatlılığına və kontr-tsiklik fiskal xərclənmələrə, eyni zamanda, xərclərin optimallaşdırılmasına geniş yer verdi. Avropa İttifaqı ölkələrində fiskal qənaət siyasəti yürüdüldü və nəticədə büdcə kəsirlərinin azalması baş verdi. “Böyük iyirmilik” ölkələrində pandemiya ilə əlaqədar iqtisadiyyatın zəif bərpası fonunda büdcə xərclərinin azaldılması və digər addımların atılması ötən il “fiskal həmrəyliyi strategiyası”nın qlobal çağırış kimi başlıca yer tutduğunu təsdiqləyir.

Qardaş Türkiyə hökuməti də pandemiyanın vurduğu zərəri azaltmaq məqsədilə büdcə siyasətində əhəmiyyətli dəyişikliklərə yol açan islahatlara geniş yer verməkdədir. Türkiyənin xəzinə və maliyyə naziri Lütfi Elvan qeyd edib ki, 2020-ci ildə dövlət büdcəsinin kəsiri 172,7 milyard lirə (39 milyard manat) təşkil edib ki, bu da proqnozlaşdırılan 239,2 milyard lirədən (54 milyard manat) azdır. Türkiyə hökuməti pandemiya şokları, qeyri-iqtisadi fəallıq və azalan maliyyə mənbələrinə mütanasib olaraq xərclərin qənaət rejimində idarə edilməsi taktikasına yer verib, nəticədə, büdcədə yaranan 66,5 milyard (15 milyard manat) lirə büdcə kəsirinin örtülməsində mühüm maliyyə mənbəyi rolunu oynayıb. Qardaş ölkənin hökuməti 2021-ci ildə də bu siyasəti davam etdirməklə, hədəfi büdcə göstəricilərinin yaxşılaşdırılmasına, cari büdcə kəsirinin ÜDM-in 3,5%-nə fokuslayıb.

Qlobal iqtisadiyyatın bir hissəsi olan Azərbaycanda pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi iqtisadiyyata təsirsiz ötüşmədi və nəticədə ölkəmizdə də iqtisadi artım 4,3 faiz azaldı, vergi və gömrük daxilolmaları mənbələrində daralmalara baxmayaraq, digər mənbələr hesabına büdcə gəlirləri nəzərdə tutulduğundan 549 milyon manat artıq icra edildi. 2020-ci ildə büdcənin icrasına diqqət yetirdikdə, hökumətin olduqca təmkinli, ehtiyatlı və praqmatik büdcə siyasəti yürütdüyünü görmək olar.

Bəzi ekspertlər ötən ilin büdcə zərfinin icrasına dair fikir və mühakimələrində əsasən bir neçə məqamın üzərində xüsusilə dayanırlar. Birinci məqam, büdcədə xərclərin təsdiq edilmiş göstəricidən 1 milyard 75 milyon manat az icra olunması, yəni 1milyard manatdan artıq xəzinə qalığının yaranması ilə bağlıdır. Büdcədən az-çox məlumatı olan hər kəsə yaxşı məlumdur ki, maliyyə ilinin yekununda xəzinə qalığının olması xarakterik haldır və normal iqtisadi hadisədir.

Ötən il xəzinə qalığının yaranmasının baçlıca səbəbi sərt karantin rejimi ilə əlaqədar bir çox tədbirlər və proqramların ləğv edilməsi, yaxud təxirə salınması ilə bağlıdır. Elm, təhsil, mədəniyyət, idman sahələrində tədbirlərin fiziki olaraq məhdudlaşdırılması və distant formatların tətbiqi, dövlət təşkilatlarının konfrans və regional forumların ləğvi, ezamiyyə, xarici səfərlərin dayandırılması, eyni zamanda, bəzi infrastrukturlar və s. sahələrdə layihələrin təxirə salınması xərclərə qənaət edilməsinə səbəb oldu. Həmçinin, dövlət müəssisələrinin bəzilərində ərzaq və qeyri-ərzaq, mal-material, təmir, kommunal xidmət və s. xərclərdə qənaət olundu. Həmçinin, xərc tələb olunan bəzi bölmələrdə maliyyələşməyə lüzum qalmadı və bütün bu amillər büdcədə əhəmiyyətli həcmdə xəzinə qalığının yaranmasına səbəb oldu.

Ancaq onu da nəzərə almalıyıq ki, 2020-ci ildə büdcənin sosial təyinatlı xərcləri 40 faizə yaxın olmaqla bu xərclər artıqlaması ilə və vaxtından əvvəl icra edildi. 2020-ci ilin əvvəlində bütün pensiyaların ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırılması, 2020-ci ildə pensiya ödənişlərinin 2019-cu illə müqayisədə 20 faiz çoxalması, təqaüdlərin 25 faiz, sosial müavinətlərin 15 faiz qaldırılmasını və pandemiya ilə əlaqədar sosial paketin icrasını nəzərə alsaq, ümumilikdə bu ödənişlərin 3 milyondan çox vətəndaşımızı əhatə etməsini görmək mümkündür. Dövlət iqtisadiyyatın müxtəlif sektorlarına, biznesə dövlət dəstəyi tədbirləri çərçivəsində sahibkarlıq subyektlərinin maliyyə dəstəyinin göstərilməsinə, işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən 600 min şəxsə birdəfəlik 190 manat həcmində 450 milyon manatlıq ödəmənin (karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə) maliyyələşdirilməsinə və digər tədbirlərə 2 milyard manata yaxın vəsait xərcləyib, eyni zamanda həmin proqram çərçivəsində 1 milyon 665 min muzdlu işçinin əməkhaqlarının fasiləsiz vaxtında ödənilməsi təmin edilib. Bununla bərabər, artan sosial xərcləqin müqabilində hökumət büdcədə həmin sahələrin hər biri üzrə maliyyə təminatını fasiləsiz və nəzərdə tutulduğu müddətdən tez icra edibdir. Bu xərclərin maliyyələşdirilməsindən sonra büdcədə 1 milyard manatdan artıq vahid xəzinə qalığı yaranıbdır.

Məsələ ondadır ki, bəzi ekspertlər xəzinə qalığının yaranmasına baxmayaraq, 2020-ci ilin büdcə xərclərinin israf edildiyini, qənaət rejiminin olmadığını iddia edirlər. Arqument kimi isə ilin son ayında, dekabrda xərclərin əvvəlki aya nisbətən 2 dəfə artmasını əsas gətirirlər. Burada bir neçə faktoru nəzərə almaq lazımdır. İlk olaraq, ilin son aylarında vergi daxilolmalarının artmasını nəzərə almaq lazımdır, bütün vergi ödəyiciləri öz öhdəliklərini ilin sonunda bağlayır və bu, avtomatik olaraq büdcədə vergi gəlirlərinin artmasına gətirib çıxarır. Buna mütənasib olaraq əlavə gəlirlər əlavə xərclərin yaranmasına səbəb olub və həmin əlavə xərclər isə Qarabağ müharibəsindən sonra meydana çıxan yeni xərclərin maliyyələşdirilməsinə yönəlibdir.

İndi isə ötən ilin büdcəsində yaranmış xəzinə qalığının büdcə kəsirinin bağlanmasına yönəldilməsinə aydınlıq gətirək. Bəzi ekspertlər bunu sanki qəbahət kimi qəbul edərək əlavə xərclərin niyə kəsirin örtülməsinə yönəldildiyinin üzərində dayanırlar. Burada qeyri-adi heç nə yoxdur və müvafiq qanunvericiliyə əsasən, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi mənbələri kimi özəlləşdirmədən, xarici qrantlar, dövlət borc kağızları, daxili və xarici borclanmadan daxilolmalarla bərabər, xəzinə qalığı müəyyən edilibdir. “Büdcə sistemi haqqında” qanunun 7 və 19-cu maddələrinə əsasən, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və zərurət yarandığı təqdirdə növbəti ilin dövlət büdcəsi xərclərinin 1/12 hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir. Həmçinin, “Dövlət büdcəsi haqqında” qanuna uyğun olaraq xəzinə qalığı müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclərə yönəldilə bilər. İndi, sual olunur, maliyyə ilinin sonunda xəzinə qalığı varsa və həmin vəsaitlər niyə büdcə kəsirinin azaldılmasına yönəldilməməlidir.

Yeri gəlmişkən, əksər iqtisadçıları ən çox “narahat edən” məsələ ötən ilin büdcə kəsiri ilə bağlıdır. Məlum olduğu kimi 2020-ci ilin büdcə zərfində büdcə kəsiri 3.368 milyard manat nəzərdə tutulmuşdu, müxtəlif mənbələr üzrə daxilolmalar, xəzinə qalığı və s. ödəmələrdən sonra büdcənin kəsiri 2 dəfə azalaraq 1 milyard 744 milyon manat təşkil edib. Kəsirlə bağlı qayğılanan şəxslər bilməlidirlər ki, büdcə kəsiri bütün ölkələrdə var və kəsir ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən bilavasitə asılıdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, Büdcə kəsirinin təhlükəli həddi ÜDM-in nisbəti ilə ölçülür. Dünya ölkələrinin təcrübəsi göstərir ki, büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 4-5 faizindən çox olduqda iqtisadiyyata daha güclü mənfi təsir göstərir. 2020-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 72 milyard 432,2 milyon manat təşkil edib və büdcə kəsiri ÜDM-in 2,4%-ni təşkil edib. Bir çox ölkələr büdcə kəsirinin aradan qaldırılmasında yerli mənbələrin təsiri zəif olduqda xarici mənbələrdən istifadə edir. Onlardan ən başlıcası xarici ölkələrdən, beynəlxalq banklardan alınan dövlət kreditləri və investisiya vəsaitidir. Bu kontekstdə, Azərbaycan hökumətinin büdcə kəsirini birbaşa daxili mənbələr hesabına bağlaması da uğurlu siyasətin nəticəsi hesab edilə bilər.

Büdcə kəsirini azaltmağın ən yaxşı yollarından biri xərclərin səmərəliliyinin artırılması, dotasiyaların azaldılmasıdır. Məlumdur ki, iri dövlət şirkətlərinə ayrılan dotasiyalar bəzən təyinatı üzrə xərclənmir, yaxud bir çox dövlət qurumları şişirdilmiş xərclərlə büdcədən pul qoparmağa çalışır və s.

Ümumiyyətlə, xərclərin səmərəliliyinin artırılması, xərclərin optimallaşdırılması hökumətin son illərdə ən çox diqqət yetirdiyi istiqamətlərdən biridir. Bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin, büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Bu baxımdan, büdcəyə qənaət rejiminin vacib detallarından biri də məhz dövlət qurumlarının cari xərclərinin effektiv istifadəsinə nəzarətin daha da gücləndirilməsidir. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə də büdcə xərclərinə nəzarətin gücləndirilməsinə və büdcə qənaətinə toxundu.

Müasir iqtisadi çağırışlar dövlət orqanlarının korporativ idaretməyə geniş yer verməsini tələb edir. Dövlət təşkilatları büdcədən almağa deyil, öz xərclərini təmin etmək üçün müasir idaretmə sistemi, maliyyə şəffaflığı və lüzumsuz xərclərin ləğvinə səbəb olan yeni yanaşma ilə fəaliyyətlərini davam etdirməlidir.
Elbrus Cəfərli
//azpolitika.info//


 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq
Bu gün, 12:00
Qardaşını öldürən qızın məhkəməsi başlayır
Bu gün, 11:36
Putin nəyə görə Qarabağ məsələsinin başlanğıcını Sumqayıt faciəsinə bağlayır? - VİDEOŞƏRH
Bu gün, 11:33
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Bu gün, 11:29
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib
Bu gün, 11:26
Saatlıda keçmiş başçının həbsi tələb olunur - Rayonu dağıdıb...
Bu gün, 11:21
Erməni keşiş yol qəzasında öldü
Bu gün, 11:20
Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə
Bu gün, 11:18
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə xəbərdarlıq - Diqqət!
Bu gün, 11:15
Milli Kəşfiyyat İdarəsi (DNI) Azərbaycan mediasının prinsipləri ilə işləyir - ABŞ-da təhlükəsizlik skandalı
Bu gün, 11:11
İşdən çıxarılan polis rəisi yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 11:09
Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb - FOTO
Bu gün, 11:07
Ermənistan o xəritəni Azərbaycana verəcəkmi? – Minalanmış ərazilər nə vaxta qədər can alacaq?
Bu gün, 11:06
"Paşinyan möhkəm adam çıxdı, qalib gələcək..." - "Rusiya da seçim qarşısındadır"
Bu gün, 11:04
Nə vaxta qədər maska taxacağıq? - AKTUAL
Bu gün, 11:03
"Masallı İcra Hakimiyyətindən bir dəfə də qapımı açmayıblar" - Vətən müharibəsində gözünü itirən qazi...
Bu gün, 11:01
Gəncədə ər-arvad dəm qazından zəhərlənib
Bu gün, 10:57
Bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 10:57
Magistraturaya qəbul imtahanının sualları narazılıq doğurdu - DİM yenə diqqət mərkəzində
Bu gün, 10:53
Ermənilər Qarabağdan çıxarılan eksponatların sərgisini KEÇİRƏCƏK
Bu gün, 10:52
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək - Diqqət!
Bu gün, 10:52
Gürcüstanda koronavirusa 160 yeni yoluxma qeydə alınıb, 10 nəfər ölüb
Bu gün, 10:51
"Manaf Ağayev bank borcumu ödəməyib" - Günel
Bu gün, 10:50
Paşinyan Rusiya ilə müttəfiqliyi dağıtmağı hədəfləyir
Bu gün, 10:47
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 195-ə çatıb
Bu gün, 10:45
Prezident nələrə işarə etdi: Qarabağ, sülhməramlılar, status... - GƏLİŞMƏ
Bu gün, 10:43
Aygün Kazımova yenə dəyişildi - FOTO
Bu gün, 10:42
Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı? - AÇIQLAMA
Bu gün, 10:40
Dünya əhalisinini 10%-dən azında COVID-19-a qarşı antikor var - ÜST
Bu gün, 10:39
Nə rektor, nə də nazir əsgərimizə kömək etmirlər... - Prezidentə müraciət olundu
Bu gün, 10:37
"Vətəni qoruya bilən oğlana mühafizə işini çox görürlər ki, sən qoruya bilməzsən..." - GİLEY
Bu gün, 10:33
İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarıldı - QƏRAR
Bu gün, 10:31
Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutulub
Bu gün, 10:28
Neft ABŞ iqtisadiyyatındakı nikbinliyə görə bahalaşır
Bu gün, 10:27
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalarla bağlı AÇIQLAMA - "Hazırda..."
Bu gün, 10:25
Pandemiya zamanı toylara icazə verilsə... - hansı şərtlərə əməl edilməlidir
Bu gün, 10:11
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb
Bu gün, 10:09
"İcra başçısına da müraciət etmişəm, amma..." - Şəhid Anası çətin durumda...
Bu gün, 10:07
Ağdamın Güllücə kəndindən görüntülər - VİDEO
Bu gün, 10:05
Cəlilabadda bələdiyyə sədri cərimələnib
Bu gün, 10:04
Qarabağda Rusiya sülhməramlıları üçün daha 4 blok-modul tipli şəhərcik tikilib
Bu gün, 09:59
“İrşad Electronics” loqosunu dəyişib
Bu gün, 09:56
Azay Quliyevin başı üzərində QARA BULUDLAR... - Həbs olunacaq?
Bu gün, 09:52
“Biz terrora qarşı mübarizə aparanda, onlardan biri də səsini çıxarıb demədi ki...”
Bu gün, 09:51
“Mənə elə gəlir ki, dini məsləhətlər vermişəm”
Bu gün, 09:47
Erməni müxalifəti Sərkisyanın impiçmentinə izn verəcək?
Bu gün, 09:41
Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verildi
Bu gün, 09:41
Neft yenidən bahalaşıb
Bu gün, 09:39
Şəkinin icra başçısı Novruz Bayramı ilə bağlı tender keçirir
Bu gün, 09:38
Nə vaxta qədər ki KTN-yə İnam Kərimov başçılıq edir... - Fermerlərdən NARAZILIQ
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru