Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq .....                     Qardaşını öldürən qızın məhkəməsi başlayır .....                     Putin nəyə görə Qarabağ məsələsinin başlanğıcını Sumqayıt faciəsinə bağlayır? .....                     İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı .....                     Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib .....                     Saatlıda keçmiş başçının həbsi tələb olunur .....                     Erməni keşiş yol qəzasında öldü .....                     Təhsil Nazirliyinin tender müəmması .....                     Avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə xəbərdarlıq .....                     Milli Kəşfiyyat İdarəsi (DNI) Azərbaycan mediasının prinsipləri ilə işləyir .....                     İşdən çıxarılan polis rəisi yeni vəzifəyə təyin olundu .....                     Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb .....                     Ermənistan o xəritəni Azərbaycana verəcəkmi? .....                     "Paşinyan möhkəm adam çıxdı, qalib gələcək..." .....                     Nə vaxta qədər maska taxacağıq? .....                     "Masallı İcra Hakimiyyətindən bir dəfə də qapımı açmayıblar" .....                     Gəncədə ər-arvad dəm qazından zəhərlənib .....                     Bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb .....                     Magistraturaya qəbul imtahanının sualları narazılıq doğurdu .....                     Ermənilər Qarabağdan çıxarılan eksponatların sərgisini .....                     III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək .....                     Gürcüstanda koronavirusa 160 yeni yoluxma qeydə alınıb, 10 nəfər ölüb .....                     "Manaf Ağayev bank borcumu ödəməyib" .....                     Paşinyan Rusiya ilə müttəfiqliyi dağıtmağı hədəfləyir .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 195-ə çatıb .....                     Prezident nələrə işarə etdi: Qarabağ, sülhməramlılar, status... .....                     Aygün Kazımova yenə dəyişildi .....                     Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı? .....                     Dünya əhalisinini 10%-dən azında COVID-19-a qarşı antikor var .....                     Nə rektor, nə də nazir əsgərimizə kömək etmirlər... .....                     "Vətəni qoruya bilən oğlana mühafizə işini çox görürlər ki, sən qoruya bilməzsən..." .....                     İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarıldı .....                     Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutulub .....                     Neft ABŞ iqtisadiyyatındakı nikbinliyə görə bahalaşır .....                     QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalarla bağlı AÇIQLAMA .....                     Pandemiya zamanı toylara icazə verilsə... .....                     Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb .....                     "İcra başçısına da müraciət etmişəm, amma..." .....                     Ağdamın Güllücə kəndindən görüntülər .....                     Cəlilabadda bələdiyyə sədri cərimələnib .....                 

Müharibənin laxlatdığı kreslo, daxili qarşıdurma və aclıq - Paşinyanın zəif bəndi
Tarix: 21-01-2021, 10:26 | Çap et
Müharibənin laxlatdığı kreslo, daxili qarşıdurma və aclıq
Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyanı istefaya göndərmək səyləri nəticə vermədi.

Ötən il noyabrın 10-da Paşinyanın kapitulyasiya sənədinin imzalanmasından başlanan etiraz dalğası demək olar ki, aradan qalxmaq üzrədir. Bu isə Paşinyana son aylar zəifləyən hakimiyyətini yenidən möhkəmlətmək imkanı yaradır. Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq, Baş nazirin postunda qalması bir sıra daxili və geosiyasi amillərlə bağlıdır. İlk növbədə, Ermənistan müxalifəti siyasi balansı öz xeyrinə dəyişə bilmədi. Həm müxalifətin yeni siyasi platforma təqdim edə bilməməsi, həm nüfuz baxımından bütün erməniləri öz ətrafında birləşdirəcək lider təqdim etməməsi alternativ güc mərkəzi yaratmağa mane oldu.

Keçirilən rəy sorğuları Paşinyanın siyasi reytinqinin müxalifət liderləri ilə müqayisədə daha yüksək olduğunu, eyni zamanda Ermənistan əhalisinin müvəqqəti hökumətin əleyhinə olduğunu göstərirdi.

Bu da dolayısı ilə Ermənistanda Vazgen Manukyanın hakimiyyətə gəlişini əngəlləyən əsas amillərdən birinə çevrildi. Nikol Paşinyanın hakimiyyətdə qalmasını təmin edən digər daxili faktor baş nazirin rəhbərlik etdiyi "Mənim addımım" blokunun parlamentdə səs çoxluğuna malik olmasıdır. Prosesin Rusiya tərəfindən müxalifətin lehinə dəyişdiriləcəyinə dair proqnozlar da özünü doğrultmadı. Hadisələrin gedişi Rusiyanın Ermənistanda baş verənlərə münasibətdə daha çox müşahidəçi mövqeyi tutduğunu göstərdi. Hökumətin proseslərdən inzibati resurslar hesabına güclü çıxması artıq Kremli mövcud situasiya ilə barışmağa vadar edib. Eyni zamanda, Paşinyanın hazırkı mərhələdə hakimiyyətdə qalması Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişin pozulmasını istəməyən Kremlin maraqlarına cavab verirdi. Erməni politoloq Yervand Bozoyanın sözlərinə görə, Rusiya hakimiyyət orqanlarının məqsədi yeni bir müharibə ehtimalını təsirsiz hala gətirmək üçün mümkün olan hər şeyi etməkdir. Ona görə də Rusiyanın Ermənistan müxalifətinə dəstəyi axıra davam etmədi.

Digər tərəfdən, müxalifət düşərgəsində Rusiyanın əsas dayağı olan Qarabağ klanının da siyasi və sosial bazası dağılıb. Klan daxilində son iki ildə müşahidə olunan parçalanma müharibədəki məğlubiyyətdən sonra daha da dərinləşib. Hərbi əməliyyatlara yardım etmək üçün Qarabağa gedən eks-prezident Robert Köçəryanı qondarma rejimin başçısı Araik Arutunyanın qovması sözügedən ziddiyyətlərin pik həddə çatdığını təsdiq edir. Bütün bunlar Paşinyanın xeyrinə işləyən amillər kimi çıxış edir. Nəhayət, Paşinyanı təslimçi sazişə imza atdığına görə xəyanətdə ittiham edən Ermənistan cəmiyyətində də son günlər müharibə əleyhinə əhval-ruhiyyənin artdığını görmək olar. Minlərlə hərbçinin cəsədlərinin Ermənistana aparılması xalq arasında müharibədən imtina barədə çağırışların meydana çıxmasına səbəb olub.

Artıq ermənilərin öz övladlarını hərbi xidmətdən gizlətməsi, əsgər ailələrinin etirazlar keçirməsi baş verir ki, bu da Paşinyanın siyasi dayaqlarını gücləndirir. Buna baxmayaraq, Ermənistan mətbuatı Paşinyanın növbdənkənar parlament seçkilərinə hazırlaşdığını və həmin məqsədlə gizli müzakirilərə başladığını yazır. Ancaq Paşinyanın qeyd edilən təşəbbüsü müxalifətin istefa tələbini yerinə yetirməyə deyil, yenidən siyasi revanş götürməyə hesablanıb. Paşinyan hələlik hakimiyyətini qoruyub saxlaya bilsə də, seçkidə onun mövqelərini sarsıdacaq zəif bəndləri az deyil.

Müxalifət nümayəndələri hesab edir ki, Paşinyanın əsas zəif cəhətləri onun bir siyasətçi kimi Azərbaycanın qarşısında çıxılmaz duruma düşməsi, bütün şərtləri qəbul etməsidir. Sərhədlərin delimitasiyası və demarkasiyası zamanı Ermənistanın güzəştə getməsi Paşinyana qarşı yönələn əsas ittihamlardan biridir. Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan Prezidentləri və Ermənistanın Baş nazirinin görüşündən sonra Paşinyan hərbi əsirləri qaytara bilməməsi onun əsas zəif cəhətlərindən biri hesab edilir. Əslində, hərbi əsirlər dedikdə, Ermənistan tərəfi üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağdakı meşələrdə gizlənərək Azərbaycan ordusunun mövqelərinə hücum etmiş terrorçuları nəzərdə tutur. Lakin onlar terrorçu kimi cinayət törətdiyinə görə Azərbaycan tərəfindən həbs edilib və əsir hesab olunmurlar.

Erməni iqtisadçıları isə hesab edir ki, Paşinyan hökumətinin əsas zəif cəhəti ölkədə iqtisadi göstəricilərin böhran həddinə çatmasıdır.

“Ölkədəki iqtisadi böhran kifayət qədər dərindir, buna həm koronavirus, həm də müharibədən sonrakı vəziyyət səbəb olur”.

“Parlaq Ermənistan” fraksiyasının üzvü Arkadi Xaçatryan jurnalistlərə açıqlamasında belə deyib: "Dövlətin sosial yükü artıb. Bu səbəbdən 2021-ci il büdcəsinə yenidən baxılması, yeni layihənin tətbiqi barədə israr edirik. Ona görə də 2021-ci il büdcə layihəsinin əleyhinə səs verdik. Problemlər çoxdur və həll yolu həm ölkənin, həm də Ermənistan Respublikasının iqtisadi və sosial strategiyasını nəzərdə tutan ölkənin təhlükəsizliyi üçün yeni bir strategiyanın hazırlanmasında olmalıdır".

Bunu Ermənistanın rəsmi statistikası da sübut edir. Ermənistanın xarici ticarət dövriyyəsi 2020-ci ilin yanvar-noyabr aylarında 3,1 trln. dram və ya 6.4 milyard dollar təşkil edib ki, bu da illik göstərici üzrə 12.4 faiz azalma deməkdir. Ermənistanın sabiq baş naziri Hrant Baqratyan isə "Facebook" səhifəsində yazıb ki, Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər saxtadır. Ölkədə real vəziyyət daha ağırdır. Ümumi daxili məhsulda azalma təxminən 7,2 faizdir (bu anda yalnız iqtisadi fəaliyyət indeksi təqdim olunur), tikintidə azalma 11,2 faiz, ticarətdə 13,5 faiz, xidmət sektorunda 13,6 faiz, ixracatda 5.2 faiz (mövcud qiymətlərlə) və idxalda 16 faiz azalıb. Orta aylıq nominal əmək haqqı 4.2 faiz artsa da, “Mənim addımım” tərəfindən verilən mükafatı əmək haqqından çıxdığımızda və bu mükafatların əmək haqqındakı payını nəzərə alsaq, ortalama aylıq nominal əmək haqqının artmadığını görürük. Bir sözlə, rəsmi rəqəmlərə görə bu pisdir",-Baqratyan belə qeyd edib.

Görünən odur ki, müharibədəki məğlubiyyətdən sonra Ermənistana rəhbərliyə davam etmək istəyən Paşinyanın qarşısında həllini gözləyən çox sayda problmlər var.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq
Bu gün, 12:00
Qardaşını öldürən qızın məhkəməsi başlayır
Bu gün, 11:36
Putin nəyə görə Qarabağ məsələsinin başlanğıcını Sumqayıt faciəsinə bağlayır? - VİDEOŞƏRH
Bu gün, 11:33
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Bu gün, 11:29
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib
Bu gün, 11:26
Saatlıda keçmiş başçının həbsi tələb olunur - Rayonu dağıdıb...
Bu gün, 11:21
Erməni keşiş yol qəzasında öldü
Bu gün, 11:20
Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə
Bu gün, 11:18
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə xəbərdarlıq - Diqqət!
Bu gün, 11:15
Milli Kəşfiyyat İdarəsi (DNI) Azərbaycan mediasının prinsipləri ilə işləyir - ABŞ-da təhlükəsizlik skandalı
Bu gün, 11:11
İşdən çıxarılan polis rəisi yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 11:09
Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb - FOTO
Bu gün, 11:07
Ermənistan o xəritəni Azərbaycana verəcəkmi? – Minalanmış ərazilər nə vaxta qədər can alacaq?
Bu gün, 11:06
"Paşinyan möhkəm adam çıxdı, qalib gələcək..." - "Rusiya da seçim qarşısındadır"
Bu gün, 11:04
Nə vaxta qədər maska taxacağıq? - AKTUAL
Bu gün, 11:03
"Masallı İcra Hakimiyyətindən bir dəfə də qapımı açmayıblar" - Vətən müharibəsində gözünü itirən qazi...
Bu gün, 11:01
Gəncədə ər-arvad dəm qazından zəhərlənib
Bu gün, 10:57
Bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 10:57
Magistraturaya qəbul imtahanının sualları narazılıq doğurdu - DİM yenə diqqət mərkəzində
Bu gün, 10:53
Ermənilər Qarabağdan çıxarılan eksponatların sərgisini KEÇİRƏCƏK
Bu gün, 10:52
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək - Diqqət!
Bu gün, 10:52
Gürcüstanda koronavirusa 160 yeni yoluxma qeydə alınıb, 10 nəfər ölüb
Bu gün, 10:51
"Manaf Ağayev bank borcumu ödəməyib" - Günel
Bu gün, 10:50
Paşinyan Rusiya ilə müttəfiqliyi dağıtmağı hədəfləyir
Bu gün, 10:47
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 195-ə çatıb
Bu gün, 10:45
Prezident nələrə işarə etdi: Qarabağ, sülhməramlılar, status... - GƏLİŞMƏ
Bu gün, 10:43
Aygün Kazımova yenə dəyişildi - FOTO
Bu gün, 10:42
Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı? - AÇIQLAMA
Bu gün, 10:40
Dünya əhalisinini 10%-dən azında COVID-19-a qarşı antikor var - ÜST
Bu gün, 10:39
Nə rektor, nə də nazir əsgərimizə kömək etmirlər... - Prezidentə müraciət olundu
Bu gün, 10:37
"Vətəni qoruya bilən oğlana mühafizə işini çox görürlər ki, sən qoruya bilməzsən..." - GİLEY
Bu gün, 10:33
İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarıldı - QƏRAR
Bu gün, 10:31
Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutulub
Bu gün, 10:28
Neft ABŞ iqtisadiyyatındakı nikbinliyə görə bahalaşır
Bu gün, 10:27
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalarla bağlı AÇIQLAMA - "Hazırda..."
Bu gün, 10:25
Pandemiya zamanı toylara icazə verilsə... - hansı şərtlərə əməl edilməlidir
Bu gün, 10:11
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb
Bu gün, 10:09
"İcra başçısına da müraciət etmişəm, amma..." - Şəhid Anası çətin durumda...
Bu gün, 10:07
Ağdamın Güllücə kəndindən görüntülər - VİDEO
Bu gün, 10:05
Cəlilabadda bələdiyyə sədri cərimələnib
Bu gün, 10:04
Qarabağda Rusiya sülhməramlıları üçün daha 4 blok-modul tipli şəhərcik tikilib
Bu gün, 09:59
“İrşad Electronics” loqosunu dəyişib
Bu gün, 09:56
Azay Quliyevin başı üzərində QARA BULUDLAR... - Həbs olunacaq?
Bu gün, 09:52
“Biz terrora qarşı mübarizə aparanda, onlardan biri də səsini çıxarıb demədi ki...”
Bu gün, 09:51
“Mənə elə gəlir ki, dini məsləhətlər vermişəm”
Bu gün, 09:47
Erməni müxalifəti Sərkisyanın impiçmentinə izn verəcək?
Bu gün, 09:41
Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verildi
Bu gün, 09:41
Neft yenidən bahalaşıb
Bu gün, 09:39
Şəkinin icra başçısı Novruz Bayramı ilə bağlı tender keçirir
Bu gün, 09:38
Nə vaxta qədər ki KTN-yə İnam Kərimov başçılıq edir... - Fermerlərdən NARAZILIQ
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru