Yaşar Nurinin ev muzeyindən eynəyi və mobil telefonu oğurlanıb .....                     Azərbaycanda karantinin sərtləşdirilməsi nə dərəcədə realdır? .....                     Ermənistanda vəkillər etiraz aksiyası keçirir .....                     Qars sazişi sərhədlərinə qayıdış başladı .....                     Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub .....                     Sənubər İsgəndərlidən xanımlara məsləhət: .....                     Bərdədə ŞOK OLAY .....                     Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadıldı .....                     "Bəzi vəzifəli şəxslər bu növ cinayətləri etməkdən çəkinmirlər" .....                     "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən problemlər yaradılır" .....                     Cənub-şərq küləyi əsəcək .....                     10 noyabr razılaşması tamamilə pozula bilər... .....                     31 yaşdan 17 il nazirlik edən Əhmədov... .....                     Paşinyan istefaya gedir? .....                     Erkin Qədirli “Bakının statusu haqqında” qanun layihəsi hazırlayır .....                     Azərbaycan çempionatının keçirilməməsinə qərar verilib .....                     "Bu gün tək yaşamağımın səbəbi boşanmağım deyil" .....                     Uşaqpulu bərpa edilməlidir .....                     “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” .....                     Azad Rəhimov da “qara siyahı”ya düşüb .....                     Naxçıvanda daha bir sabiq nazir HƏBS EDİLDİ .....                     "İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər" .....                     Qubadlı və Cəbrayılda düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib .....                     “Orta məktəblərdə qızların dəqiq elmlərə marağını artırmaq vacibdir” .....                     Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb .....                     “Biz pulu verəndən sonra oliqarxa çevrildi?” .....                     Azərbaycanda artan TƏQAÜD YAŞI: .....                     Onlar niyə YAP-a birləşmək qərarı verdi? .....                     Göyçə gölü yaxınlığında hava limanı tikilməsi təklif olundu... .....                     İşğaldan azad olunan ərazilərdə bələdiyyələr nə zaman yaradılacaq? .....                     138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 iş üzrə cinayət işi başlanılıb .....                     Bəzi yalanları boynumuza almalıyıq .....                     “Heç bir yeri qapatmağa ehtiyac yoxdur” .....                     Niyaz Niftiyevin suçu nə? .....                     Azərbaycan Laçın dəhlizini BAĞLAYA BİLƏR .....                     Parlamentdə bələdiyyələrin fəaliyyətinə dair illik məruzə təqdim olunur .....                     DSMF-nin sabiq əməkdaşının məhkəməsi başlayır .....                     ABŞ-Rusiya savaşında mümkün itki sayı hesablandı .....                     Deputat Bakıda aksiya keçirən qadınları tənqid etdi: .....                     Siyasi baxışları Vüsal Aslanovu daha haralara apara bilər…? .....                 

Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb - NƏ BAŞ VERİR?
Tarix: 20-01-2021, 13:31 | Çap et
Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb
Bakıda pərakəndə şəbəkələrdə yumurta bahalaşdı. Əhalinin istehlak səbətinin əsas məhsulunda bahalaşma Yeni il tətilləri ərəfəsində başladı və yanvar ayının ortalarına qədər bir süfrə yumurtasının qiyməti 15 qəpikdən 20-25 qəpik aralığınadək qalxdı.

Bahalaşma ilə yanaşı, yumurta çatışmazlığı da var. “Kasıblar üçün” hesab edilən marketlər şəbəkələrində - “OBA” və “Al Market”də, yumurta paketinə görə qiymətlər 2 manat 30 qəpiyə (10 ədəd) yüksəldi. Bununla belə, oxşar qiymətlər digər pərakəndə satış şəbəkələrində də müşahidə edildi. Amma bir çox ərzaq mağazalarından yumurta yoxa çıxdı. Bazarlarda vəziyyət oxşardır - burada qiymətlər ağ yumurta üçün 17-18 qəpik, qəhvəyi (ya da qırmızı) yumurta üçün 19-20 qəpik arasında dəyişir. Broyler qiymətləri olduğu kimi qalır.

Yumurtanın əhalinin əsas qida məhsulları səbətində olmasına görə, gəlirlərin azalması və alıcılıq qabiliyyətinin aşağı düşməsi kontekstində qiymət artımı xüsusilə kəskin şəkildə qəbul edilir.

“İndi əvvəlki kimi yumurta ala bilmirəm. Axı, digər məhsullar da bahalaşdı. Pandemiya üzündən işimi itirdim. Pul kifayət etmir. Əvvəllər bir “kletka” yumurta alırdım, indi eyni qiymətə 15 ədədi götürürəm ki, digər qida məhsullarına pulum qalsın”, - deyə işsiz vətəndaş Elnur Hüseynov AYNA-ya gileylənir.

Onun dediyinə görə, əvvəllər ayaqqabı sexində işləyirmiş: “Amma əvvəl iri mağazalar bağlandı, onlardan sonra da kiçik sexlər. Əsas qida məhsulları üçün pul ancaq çatır.

Tək narazı vətəndaş Hüseynov deyil. Təqaüdçü Nataşa Dmitrova da eyni dərddədir: “Yayda nəvələrim üçün əldən, ədədi 20 qəpik olan ev istehsalı yumurta alırdım. Ancaq indi ədədi 30 qəpiyə qədər bahalaşdı. Eyni qiymətə broyler yumurtaları almaq məcburiyyətindəyik. Yumurta ailəmizin əsas qidasıdır. Onunla çox zaman hədsiz bahalaşmış əti əvəz etməyə çalışırıq”.

Dekabr ayında yumurta qiymətlərinin artması ənənəvi hal alsa da, heç kim pərakəndə satış şəbəkəsində qiymətlərin kəskin artımının səbəblərini izah edə bilmir. Quşçuluq komplekslərindən alınan məlumata görə, qiymətləri sabitdir.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun AYNA-ya dediyinə görə, qiymət artımının bazar və istehsal səbəbləri yoxdur: “Həm də gömrük rüsumları ilə əlaqəli deyil. Karantin səbəbindən yalnız təchizatçılar üçün logistik problemlərin olması mümkündür. Bu, defisitə səbəb ola bilər və inanıram ki, bir neçə gün ərzində hər şey qaydasına düşəcək. İstehsalçılar ilə danışmışam. Məhsullarının qiymətlərini qaldırmayıblar”.

Yumurta defisiti və bahalaşmasını AYNA-ya şərh edən “Azərbaycan Quşçuluq Cəmiyyəti”nin sədri Aydın Vəliyev quşçuluq təsərrüfatlarının qiymətləri qaldırmadığını deyir: “Satış qiymətlərimiz dəyişməyib. İstehsalçılar hələ qiymətləri qaldırmayıblar. Bazardakı qiymət öz qiymət siyasətini diktə edən pərakəndə şəbəkələrə görə yaranıb. Ancaq bu şəkildə davam edərsə, qiymətləri də qaldıracağıq. Çünki xaricdən, xüsusən də Rusiyadan, Ukraynadan və digər ölkələrdən idxal olunan yemin qiyməti xeyli bahalaşdı. Bunları quşçuluq təsərrüfatlarımız üçün bu qədər baha almaq sərfəli deyil. Qeyd etmək istərdim ki, bahalaşma avtomobil yanacağının bahalaşması ilə əlaqəli deyil, lakin son məhsulun qiyməti maya dəyərindəki yem və qatqı qiymətləri ilə formalaşır. Onların isə qiyməti dayanmadan artır”.

Cəmiyyət sədri yemin bahalaşmağa davam edəcəyini düşünür: “Rusiya rüsumları artırır və taxıl ixracatını azaldır. Beləliklə, 15 fevraldan buğda, çovdar, arpa və qarğıdalı ixracatı üçün 17,5 milyon tonluq kvota daxilində bir ton üçün 25 avro buğda vergisi qüvvəyə minəcək. Martın 1-dən bu rüsumun həcmi ton başına 50 avroya qaldırılacaq və 15 martdan etibarən qarğıdalı və arpa ixracatına görə rüsumlar müvafiq olaraq ton başına 25 və 10 avro səviyyəsində tətbiq ediləcək”.

“Gömrük rüsumunun tətbiqi baharda gözlənilsə də, indinin özündə də Rusiya taxılının ixracı daha bahalıdır. Qiymətlər müxtəlif yollarla artır - 25%, 30%, 50%. Yem və qatqılar Rusiyadan, Ukraynadan, Avropa ölkələrindən, Türkiyədən, Orta Asiyadan, Belarusdan idxal olunur. Ancaq istehsal dəyəri 70% yemdən asılı olduğundan, hər halda son məhsulun da qiymət dəyişikliyi başlayacaq”, - deyə bildirir Vəliyev.

Yerli istehsalın maya dəyərindəki artım, əsasən taxıl qiymətlərindəki artım tendensiyası ilə əlaqədardır. Həqiqətən, bir qayda olaraq, qarışıq yemlərin tərkibindəki bütün taxıl maddələri mübadilə əmtəələridir – birja məshullarıdır və qiymətləri bazar tendensiyalarına uyğun olaraq dəyişir. Neft fyuçersi müqavilələri yeni ən aşağı səviyyələrə düşərkən, dünya taxıl qiymətləri yüksəlməkdə davam edir.

Bu gün Azərbaycanda broyler ətinin istehsalı üçün böyük sənaye quşçuluq kompleksləri, istehsal strukturunun bir hissəsi olan öz yem zavodlarında broylerlər üçün yem istehsal edir. Qarışıq yem maddələri, adətən idxal olunur. Rusiya və Ukraynadan Azərbaycana buğda, qarğıdalı idxal olunur. Soya Braziliya və Ukraynadan çox miqdarda idxal olunur.

Yeri gəlmişkən, qarışıq yemin əsasını təşkil edən xaricdən gətirilən vitamin və mineral premikslər də bahalaşır. Quşların böyüməsi üçün demək olar ki, bütün baytarlıq dərmanları və peyvəndlər xaricdən gətirilir və mütəxəssislərin fikrincə, onların da qiymətləri artır.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaşar Nurinin ev muzeyindən eynəyi və mobil telefonu oğurlanıb
Bu gün, 13:57
Azərbaycanda karantinin sərtləşdirilməsi nə dərəcədə realdır? - AKTUAL
Bu gün, 13:12
Ermənistanda vəkillər etiraz aksiyası keçirir
Bu gün, 13:09
Qars sazişi sərhədlərinə qayıdış başladı - AÇIQLAMA
Bu gün, 13:08
Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub
Bu gün, 13:06
Sənubər İsgəndərlidən xanımlara məsləhət: - “Kişini yedizdirib, doyuzdurub, sonra...“
Bu gün, 13:05
Bərdədə ŞOK OLAY - 25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırılıb
Bu gün, 13:02
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadıldı - Diqqət!
Bu gün, 13:01
"Bəzi vəzifəli şəxslər bu növ cinayətləri etməkdən çəkinmirlər" - Adil Əliyev
Bu gün, 12:54
"Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən problemlər yaradılır" - Deputatdan ETİRAZ
Bu gün, 12:51
Cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:50
10 noyabr razılaşması tamamilə pozula bilər... - İrəvan "Mehri" dəhlizi ilə bağlı danışıqlardan niyə yayınır?
Bu gün, 12:46
31 yaşdan 17 il nazirlik edən Əhmədov... - Həbs edilən generalın DOSYESİ
Bu gün, 12:45
Paşinyan istefaya gedir? - GƏLİŞMƏ
Bu gün, 12:43
Erkin Qədirli “Bakının statusu haqqında” qanun layihəsi hazırlayır
Bu gün, 12:41
Azərbaycan çempionatının keçirilməməsinə qərar verilib
Bu gün, 12:36
"Bu gün tək yaşamağımın səbəbi boşanmağım deyil"
Bu gün, 12:34
Uşaqpulu bərpa edilməlidir – “Neft ölkəsi olan Azərbaycan bu məsələni həll etməlidir”
Bu gün, 12:31
“Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” - Mehriban Zeynalova
Bu gün, 12:29
Azad Rəhimov da “qara siyahı”ya düşüb – Nazirin ABŞ-a getməsinin pərdəarxası
Bu gün, 12:25
Naxçıvanda daha bir sabiq nazir HƏBS EDİLDİ - NƏ BAŞ VERİR?
Bu gün, 12:22
"İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər" - deputat
Bu gün, 12:21
Qubadlı və Cəbrayılda düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib - FOTO
Bu gün, 12:17
“Orta məktəblərdə qızların dəqiq elmlərə marağını artırmaq vacibdir” - Akademik Rasim Əliquliyev
Bu gün, 12:16
Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb
Bu gün, 12:14
“Biz pulu verəndən sonra oliqarxa çevrildi?” - Həbsdə olan polkovnik Məlikovun əməlləri
Bu gün, 12:13
Azərbaycanda artan TƏQAÜD YAŞI: - “İndiki dövrdə nə qədər adam 65 yaşına çatır?”
Bu gün, 12:11
Onlar niyə YAP-a birləşmək qərarı verdi? – Partiya sədrləri səbəbləri açıqladı
Bu gün, 12:08
Göyçə gölü yaxınlığında hava limanı tikilməsi təklif olundu...
Bu gün, 12:05
İşğaldan azad olunan ərazilərdə bələdiyyələr nə zaman yaradılacaq? - AÇIQLAMA
Bu gün, 12:04
138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 iş üzrə cinayət işi başlanılıb
Bu gün, 12:01
Bəzi yalanları boynumuza almalıyıq - Erməni ekspert
Bu gün, 11:55
“Heç bir yeri qapatmağa ehtiyac yoxdur” - Deputatdan ETİRAZ
Bu gün, 11:54
Niyaz Niftiyevin suçu nə? – İlginc detallar
Bu gün, 11:53
Azərbaycan Laçın dəhlizini BAĞLAYA BİLƏR - Deputat ŞOK DETALLARI AÇDI
Bu gün, 11:49
Parlamentdə bələdiyyələrin fəaliyyətinə dair illik məruzə təqdim olunur
Bu gün, 11:43
DSMF-nin sabiq əməkdaşının məhkəməsi başlayır
Bu gün, 11:40
ABŞ-Rusiya savaşında mümkün itki sayı hesablandı - İlk saatlardaca 90 milyon nəfər!..
Bu gün, 11:39
Deputat Bakıda aksiya keçirən qadınları tənqid etdi: - “Haradadır bunların valideynləri, ailə tərbiyəsi?!”
Bu gün, 11:36
Siyasi baxışları Vüsal Aslanovu daha haralara apara bilər…? - İTTİHAM
Bu gün, 11:34
“Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir” - deputat
Bu gün, 11:31
Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:26
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Bu gün, 11:25
"Yoldaşım ağır xəstədir, sizə qurban olum kömək edin, imkanımız yoxdur!" - Göyçaydan Şikayət
Bu gün, 11:18
Ruslar Qarabağa qayıdan ermənilərin sayını niyə şişirdir – Sabiq nazirdən şərh
Bu gün, 11:14
Sahibə Qafarova hərbçilərin maaşlarının artmasından danışdı
Bu gün, 11:12
Paytaxtda COVID-ə görə başlanmış məktəb açılıb
Bu gün, 11:09
Rusiya sülhməramlıları əsl SÜLH GÖYƏRÇİNİ İMİŞLƏR Kİ... - VİDEO
Bu gün, 11:07
Vətəndaşlar prokurorluq orqanlarına hansı qaydada operativ müraciət edə bilər? - VİDEO
Bu gün, 11:03
Əfv Komissiyasının bir neçə iclası qaldı - 1000-dək müraciətə baxılacaq
Bu gün, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru