Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib .....                     İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı .....                     "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur" .....                     YAP-a birləşən partiya sədri qərarından .....                     Füzuli aeroportunun binasının bünövrəsinin qazılmasına başlanıb .....                     Niyazi Bayramovun Gəncəsində biabırçı mənzərə... .....                     İşləyən şəhid anaları və şəhid xanımları təqaüdə güzəştlə çıxarılsınlar .....                     Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı .....                     Sahil Babayev Səlim Müslümovun bu qərarını ləğv etdi .....                     Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb .....                     Ötən il etdiyi oğurluqların üstü açıldı .....                     YAP-ın yeni yaradılan Veteranlar Şurasının tam tərkibi məlum olub .....                     "Zaminbank"ın həbs edilən sədri ilə "Şərurlu İsfəndiyar"ın qalmaqalı, nazirlərlə görüş .....                     Zəngilanın Qaradərə kəndindən görüntülər .....                     Azərbaycanın açıq xarici siyasəti: .....                     ADPU-nun “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi .....                     "Torpaqlar öz sahibindədir və orda çox gözəl şeylər olacaq" .....                     Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olunub .....                     "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" .....                     Paşinyan ABŞ-ın dövlət katibinə Azərbaycandan ŞİKAYƏT ETDİ .....                     General Makaryana ittiham elan olundu .....                     Bir qrup qadına fəxri adlar verilib .....                     Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib .....                     Azərbaycan hər zaman öz müttəfiqləri ilə səmimi olub .....                     Azərbaycan neftinin qiyməti 69 dolları keçib .....                     "Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki..." .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 219-a çatıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb .....                     Gürcüstanda daha 355 nəfər COVID-19-a yoluxub .....                     Krım Qarabağ, Rusiya isə Ermənistan deyil .....                     Sahil Babayev haqda ŞOK İDDİA: NƏYƏ HAZIRLAŞIR? .....                     “Hər kəs başa düşməlidir ki, virusa görə bayramda qonaq getməməlidir” .....                     4 aydan çoxdur ki, maaş ala bilmirlər... .....                     “Türkiyə ilə ard-arda hərbi təlimlər bir sıra dövlətlərə mesajdır” .....                     Cəlilabadda sosial şəbəkə vasitəsilə narkotiklər alan şəxs saxlanılıb .....                     Ermənistanın Səhiyyə naziri də Laçından rahatca keçib Araiklə görüşdü... .....                     Gənc qvardiyanın köhnə üzərində tam və qəti qələbəsi... .....                     İKİ OLİQARX TƏŞVİŞ İÇİNDƏ... .....                     "Bir nəfər gəlib qapımızı açmır ki, necə yaşayırsınız" .....                     Qarabağdakı müharibə Donbasa keçir: gərginliyin sirri .....                 

“Səbrsizliklə türk sülhməramlılarının bölgəyə yerləşməsini gözləyirik”
Tarix: 19-01-2021, 17:19 | Çap et
“Səbrsizliklə türk sülhməramlılarının bölgəyə yerləşməsini gözləyirik”
Əlbəttə, birinin uğuruna ən çox sevinən həmişə onun qardaşı olur. Biz bunu Azərbaycanın qazandığı tarixi zəfər zamanı Türkiyənin reaksiyalarından, o cümlədən dəstəyindən gördük. Lazım olan ancaq mənəvi dəstək idi. Sağ olsunlar, bunu artıqlaması ilə göstərdilər. Müharibənin ilk günlərindən etibarən ürəkləri bizimlə, əlləri çiyinlərimizdə idi.

Hətta günü bu gün də müharibədəki qələbəmizdən danışırlar. Özü də ağızdolusu, gözləri gülərək. Türkiyəli jurnalist, siyasi analitik Volkan Aydemir isə digərlərindən daha çox sevinir. Çünki o, həm də Türkiyənin Kocaeli Derincə Azərbaycan Evi Dərnəyinin rəhbəridir. Yəni həqiqətlərimizə kifayət qədər bələd olan, hadisələri yaxından izləyən insandır. Odur ki, “Sherg.az” olaraq Azərbaycanı özünə ikinci vətən bilən Volkan bəylə əlaqə saxlayıb, söhbətləşdik:

- Tarixi zəfərimizi necə qiymətləndirirsiniz?

- Azərbaycan silahlı qüvvələri İkinci Qarabağ müharibəsində həqiqi bir dastan yazdı. Siz çox qısa zamanda mürəkkəb relyefə sahib ərazinizi geri aldınız. Beləliklə, Azərbaycan müdrik Ali Baş Komandana, peşəkar və yüksək döyüş qabiliyyətinə malik orduya malik olduğunu dünyaya göstərdi.

- Bu zəfərdə jurnalistlərin, medianın rolu nədən ibarət idi?

- İnformasiya dövründə olmağımızla əlaqədər dünyanın istənilən nöqtəsindəki xəbərə internet vasitəsilə çata bilərik. Deməli, birbaşa mənbədən gələn xəbərləri ictimailəşdirmək mümkündür. Bu işi görən isə jurnalistlərdir. Biz bunu təkcə İkinci Qarabağ savaşında deyil, həm də Xocalı qətliamında, vaxtı ilə torpaqlarımızın işğalı vaxtında da görmüşdük. Məhz mətbuat işçilərimizin fəaliyyəti nəticəsində dünya ictimaiyyəti daha ermənilərin göz yaşlarına inanmır və Azərbaycanın haqq davasına dəstəkləyənlərin sayı günü-gündən artır.

- Bildiyiniz kimi, 10 noyabr bəyanatının şərtlərinə əməl edilmir. Rus sülhməramlıları açıq-aydın tərəf tutur. Belə bir vəziyyətdə biz nə etməliyik?

- Bəli, razılığa nəzəriyyədə əməl edilsə də, praktika başqa şeyi göstərir. Bunun səbəbi isə rus əsgərlərinin ermənilərə qarşı simpatiyası, tarixi və dini yaxınlıqları və regionda hələlik tək olmalarıdır. Qarşılarında başqa bir güc görəndə avtoritar siyasətdən əl çəkib, diplomatik qaydalara əməl etməyə başlayacaqlar. Odur ki, biz səbrsizliklə türk sülhməramlılarının bölgəyə yerləşməsini gözləyirik.

- Yəni bundan sonra vəziyyət dəyişəcək?

- Əlbəttə. Beləliklə, 10 noyabr şərtlərinə əməl edilməsi və rus əsgərlərinin mühafizəsində olan ermənilərin “şıltaqlıqlarının” qarşısının alınması təmin olunacaq. Yəni şərtlər dəyişəcək.

- Ermənistan baş naziri Nikol Paşinyan yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə məsələnin hələ bitmədiyini deyib. Sizcə, bu, nəyə işarədir?

- Onu qarşıda çox çətin aylar gözləyir. Öz ölkəsindəki seçimlərdə səs qazanmayacaq vəziyyətdədir. Erməni diasporu və rus hakimiyyəti Paşinyanı istəmir. Ancaq Qərb ölkələri, o cümlədən Avropa Birliyi erməni baş naziri dəstəkləyir. O da müəyyən qədər. Baş nazirin belə davranışları isə səs qazanmağa hesablanıb. Hər halda Ermənistan ordusu və diasporu növbəti savaşa yaxın vaxtlarda başlamaz. Fəqət yenə də diqqətli olmaq lazımdır.

- Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın anonsunu verdikləri altılıq platforması barədə nə düşünürsünüz?

- Bu fikir illər əvvəl 3+3 kimi ortaya çıxmışdı. Yəni Rusiya, Türkiyə və İran birləşib Azərbaycan, Gürcüstan, Ermənistan problemini həll etməli idilər. İndi iki ölkə rəhbərlərinin bu məsələni müzakirə etməsi onların bir-birilərinə verdikləri dəyərdən irəli gəlir.

- Ermənistanın həmin platformada yer alması nə qədər realdır?

- Əslində daha maraqlısı İrandır. Belə ki, əgər rəsmi Tehran buna razı olsa, onun strateji tərəfdaşı Ermənistan da avtomatik “hə” deyəcək.

- Dünya Azərbaycan və Türkiyə qardaşlığından dərs çıxaracaq?

- Bəli, dünya bundan dərs çıxarır. Amma vacib olan çıxarılan dərsin bizə təsiridir. Əlbəttə, qardaşlığımızı dəstəkləyənlər də, paxıllıq edənlər də var. Deməli, hər iki ölkənin xarici işlər nazirliklərinin və cəmiyyətin üzərinə böyük məsuliyyət düşür.

- Mütəxəssislər iki ölkə arasında ortaq media platformasının yaranmasının əhəmiyyətindən danışırlar. Belə bir layihə bizə nə verəcək?

-İki ölkənin KİV-i arasında əlaqələr mütləq olmalıdır. Amma ortaq media quurluşu, məncə, kifayət etməz. Ən azından media quruluşunun ən yuxarı səviyyəsi olan xəbər agentliyi yaradılmalıdır. Ora peşəkarlar dəvət edilməlidir. Yalnız informasiyanın çatdırılmasına deyil, eyni zamanda təhlilə, multimedia vasitələrindən istifadəyə diqqət yönəlməlidr. Əgər bu media platforması professional səviyyədə qurulsa, iki ölkə arasındakı iqtisadi, siyasi və mədəni əlaqələr bizi dünya dövlətləri arasında ən yuxarı zirvəyə apara bilər.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Dünən, 12:10
İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı - Daha kimlər həbs oluna bilər?
Dünən, 12:08
"Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur" - Baş Qərargah rəisi
Dünən, 12:02
YAP-a birləşən partiya sədri qərarından DANIŞDI
Dünən, 12:00
Füzuli aeroportunun binasının bünövrəsinin qazılmasına başlanıb
Dünən, 11:59
Niyazi Bayramovun Gəncəsində biabırçı mənzərə... - VİDEOFAKT
Dünən, 11:58
İşləyən şəhid anaları və şəhid xanımları təqaüdə güzəştlə çıxarılsınlar - TƏKLİF
Dünən, 11:52
Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı
Dünən, 11:47
Sahil Babayev Səlim Müslümovun bu qərarını ləğv etdi - ƏMR
Dünən, 11:45
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
Dünən, 11:44
Ötən il etdiyi oğurluqların üstü açıldı
Dünən, 11:37
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tam tərkibi məlum olub - SİYAHI
Dünən, 11:33
"Zaminbank"ın həbs edilən sədri ilə "Şərurlu İsfəndiyar"ın qalmaqalı, nazirlərlə görüş - Sensasion məhkəmə işi
Dünən, 11:31
Zəngilanın Qaradərə kəndindən görüntülər - VİDEO
Dünən, 11:25
Azərbaycanın açıq xarici siyasəti: - Etibarlı tərəfdaşlıq və milli maraqlar...
Dünən, 11:23
ADPU-nun “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi ləğv edilib
Dünən, 11:22
"Torpaqlar öz sahibindədir və orda çox gözəl şeylər olacaq"
Dünən, 11:21
Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olunub - ADLAR
Dünən, 11:19
"Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" - Hikmət Hacıyev
Dünən, 11:17
Paşinyan ABŞ-ın dövlət katibinə Azərbaycandan ŞİKAYƏT ETDİ - GƏLİŞMƏ
Dünən, 11:13
General Makaryana ittiham elan olundu
Dünən, 11:11
Bir qrup qadına fəxri adlar verilib - SƏRƏNCAM
Dünən, 11:05
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI
Dünən, 11:04
Azərbaycan hər zaman öz müttəfiqləri ilə səmimi olub - İsrafil Kərimovun yazısı
Dünən, 11:03
Azərbaycan neftinin qiyməti 69 dolları keçib
Dünən, 10:59
"Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki..." - Prezidentdən 8 MART TƏBRİKİ
Dünən, 10:58
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 219-a çatıb
Dünən, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb
Dünən, 10:55
Gürcüstanda daha 355 nəfər COVID-19-a yoluxub
Dünən, 10:48
Krım Qarabağ, Rusiya isə Ermənistan deyil - Kiyevin müharibə haqqı...
Dünən, 10:47
Sahil Babayev haqda ŞOK İDDİA: NƏYƏ HAZIRLAŞIR? - Sorosun layihəsi imiş?
Dünən, 10:44
“Hər kəs başa düşməlidir ki, virusa görə bayramda qonaq getməməlidir” - XƏBƏRDARLIQ
Dünən, 10:42
4 aydan çoxdur ki, maaş ala bilmirlər... - ETİRAZ (VİDEO)
Dünən, 10:40
“Türkiyə ilə ard-arda hərbi təlimlər bir sıra dövlətlərə mesajdır” - GƏLİŞMƏ
Dünən, 10:36
Cəlilabadda sosial şəbəkə vasitəsilə narkotiklər alan şəxs saxlanılıb
Dünən, 10:31
Ermənistanın Səhiyyə naziri də Laçından rahatca keçib Araiklə görüşdü... - BİZ İSƏ SUSURUQ...
Dünən, 10:28
Gənc qvardiyanın köhnə üzərində tam və qəti qələbəsi... - NƏ BAŞ VERİR?
Dünən, 10:18
İKİ OLİQARX TƏŞVİŞ İÇİNDƏ... - Həbsləri belə mümkündür...
Dünən, 10:14
"Bir nəfər gəlib qapımızı açmır ki, necə yaşayırsınız" - NARAZILIQ!
Dünən, 10:08
Qarabağdakı müharibə Donbasa keçir: gərginliyin sirri - TƏHLİL
Dünən, 10:04
"İşləyə bilmirəm, əmək qabiliyyətimi itirmişəm..." - GİLEY
Dünən, 10:01
Şəhid polkovnik-leytenantın ailəsi bu uçuq daxmada yaşayır… - FOTO
Dünən, 09:57
Ömürlük məhkumların sayı - Onlar da əfv oluna bilər
Dünən, 09:52
Azərbaycanın tanınmış memarı vəfat edib
Dünən, 09:48
“KÖHNƏ QVARDİYA”NIN SONUNCU QALASI DA DAĞIDILDI – Artıq YAP-da da söz sahibi deyillər...
Dünən, 09:46
Qusarda qanunsuz silah aşkarlanıb
Dünən, 09:44
Bakıda arvadının boğazını kəsərək öldürən şəxsin məhkəməsi başlayır
Dünən, 09:39
Şəmkirdə narazılıq yaradan kimlərdir? - GİLEY
Dünən, 09:38
Kampaniya yaxşıdı, hədiyyə etmək də, amma gərək zay məhsul olmaya - Müştəriləri aldadırlar
Dünən, 09:36
Milli həmrəylik dövlət siyasətinin strateji prioritetidir - MƏQALƏ
Dünən, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru