Magistr imtahanı narazılıq doğurdu: .....                     Paşinyanın “İsgəndər” iddiası və ardınca gələn təkzib: .....                     “Qarabağda təxribatlar ola bilər, müharibə isə…” .....                     Bakıda 22 yaşlı oğlan qətlə yetirilib .....                     İpoteka və Kredit Zəmanət Fonduna .....                     “Allahın da yadından çıxan məktəb”: .....                     AXC-nin elan edildiyi bina bərpaya hazırlanır .....                     "Gedib yıxılıb öldüm, borcu kim ödəyəcək?" .....                     Ermənilər kabab vədilə Paşinyanın mitinqinə gətirilir .....                     Spitakın meri də müxalifətə qoşuldu .....                     Ermənistanda Qasparyanın istefasından sonra seçki keçirilə bilər .....                     Köçəryan hakimiyyətə bu cür qayıtmaq istəyir .....                     "Müxtəlif cinayət törədənlər əfv olunmaq istəyir" .....                     Dövlətin boynunda olan böyük yük: .....                     “İndi müharibə onlar üçün ən pis ssenari olar” .....                     Azay Quliyevlə bağlı araşdırma NƏ YERDƏDİR .....                     “Məni onu qırx ildi tanıyıram, içki içən görməmişəm, ağ eləməyin...” .....                     Səlim Müslümov əlillərin sayını necə artırıb? .....                     "Harda yaşayım, necə yaşayım?" .....                     Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur .....                     Məhkəmə Nikola Sarkozinin həbsi barədə qərar verib .....                     Azərbaycanda ümumilikdə 234662 nəfər COVID-19-a yoluxub, 3223 nəfər vəfat edib .....                     Azərbaycanda indiyədək 2602884 koronavirus testi aparılıb .....                     Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabah Ali Məhkəmə nə qərar verəcək? .....                     "Sonra da tamaşaçı deyir ki, “Guya bizdə film var?”" .....                     Mərkəzi Bank “Holcim Azərbaycan”a cərimə protokolu yazıb .....                     Ağstafanın başçısı postunda çox qalmayacaq... .....                     Rektor Mustafa Babanlının imtahan biznesi ... .....                     Ermənistanda daha bir general Qasparyanı dəstəklədi .....                     "Üç-dörd ay panik-atak keçirdim" .....                     Hacı Qamətdən daha bir ABSURD: .....                     Ermənistandakı böhran Azərbaycan üçün daha bir .....                     Nikol Paşinyan Ermənistan prezidentinin evinə gedib .....                     Türk modelli Azərbaycan ordusunda yenə rus silahı? .....                     "Əli Həsənovun heç vaxt bizə münasibəti müsbət olmayıb" .....                     “Muğan Bank” İFLASIN ASTANASINDA .....                     “Rayondan bütün pensiyaçılara sənəd veriblər ki, gedin…” .....                     "Operativ Qərargah bilmir ki, nəyi bağlasın, nəyi açsın” .....                 

Jurnalistikada hərşeyşünaslardan imtina olunmalı, - rəqabətli media mühiti yaradılmalıdır
Tarix: 16-01-2021, 13:02 | Çap et
Jurnalistikada hərşeyşünaslardan imtina olunmalı,
Azərbaycanda medianın inkişafı, jurnalistikada peşəkarlığın artırılması və bu sahədəki problemlərin həlli istiqamətində islahatlar dərinləşdirilir. Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hüquqi varisi olan bu yeni qurum KİVDF-nin bütün hüquqlarına sahib olacaq.Yeni yaradılan qurumun İcraçı direktoru Əhməd İsmayılov rəhbərlik etdiyi agentliyin fəaliyyət istiqamətlərindən danışıb.

MEDİA-nın jurnalistikanın inkişafında görəcəyi işlərdən danışan Ə.İsmayılov deyib ki, əsas məqsəd mətbuatda islahatların dərinləşdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım etməkdir: "Eyni zamanda, mətbuat orqanlarının nüfuzunun qaldırılmasına, biznes subyektinə çevrilməsinə yardım ediləcək.

“Jurnalist” və “jurnalistin statusu” anlayışına hüquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə aydınlığın gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək".

Onun sözlərinə görə, jurnalist və media subyekti blokunun bir-birindən ayrılmasına ehtiyac var. Ə.İsmayılov əlavə edib ki, əvvəlkindən fərqli olaraq, agentliyin nizamnaməsinə media subyektlərinin bütün dairəsi daxil edilib. Agentlik tərəfindən həyata keçiriləcək tədbirlər bundan sonra onlayn, çap audioviziual media subyektləri üzrə əhatə edəcək. Ə.İsmayılov bildirib ki, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması üçün onların ixtisasartırması xüsusilə qeyd edilməlidir:

"Jurnalistikaya gəlmək istəyənlər üçün peşə hazırlığı tədrisinin təşkili və buna dəstək göstərilməsi əsas istiqamət olacaq. İkinci istiqamət hazırda jurnalistikada fəaliyyət göstərən jurnalist həmkarların ixtisasartırılmasının təmin olunmasıdır. Bunun üçün həm ölkənin mövcud kadr və infrastruktur potensialı çərçivəsində işlərin görülməsi, eyni zamanda xaricdən mütəxəssislərin cəlbi ilə bu təlimlərin və tədrisin keçirilməsi, xaricdəki tədris subyektləri ilə əlaqələrin qurulması nəzərdə tutulur. Media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi agentliyin əsas istiqamətlərindən biridir. Hazırda Medianın İnkişafı Agentliyi tərəfindən fəaliyyət planı hazırlanır. Həmin fəaliyyət planı çərçivəsində media subyektlərinin biznes modelinə keçidinə dəstək göstərilməsi istiqamətlərini araşdırmağa çalışacağıq".

Onun sözlərinə görə, bu dəstək media subyektlərinin özləri tərəfindən yeni biznes modelə keçidlə bağlı təklifləri əsasında olan layihələr şəklində də ola bilər. Yaxud bu, Agentlik tərəfindən həmin media subyektlərinin biznes modelinin tətbiqinə dövlətin dəstəyi formasının müəyyən edilməsində özünü göstərə bilər: "Biz hazırda bu fəaliyyətin həyata keçirilməsi istiqaməti üzrə araşdırma aparırıq. Bu istiqamətdə geniş müzakirələrin aparılması gözlənilir. Bu müzakirələr nəticəsində media subyektlərinin biznes modelinin formalaşdırılması yollarını müəyyən etməyə çalışacağıq".

Məlum olduğu kimi, bu günləri Azərbaycan mediasında kifayət qədər problemlər var. Bu problemi həll etmək üçün nə etmək lazımdır?

Azərbaycan mediasında problemləri çox olduğunu vurğulayan tanınmış jurnalist Elçin Alıoğlu "Şərq"ə açıqlamasında qeyd edib ki, bu problemlərdən biri də dünyada populyar olan əcnəbi dillərdə yazan, oxuyan və bu dillərdə informasiya media məhsulları hazırlayan şəxslərin sayının ölkəmizdə az olmasıdır. O diqqətə çatdırıb ki, bu problemi həll etmək üçün sadəcə dil bilmək lazım deyil:

"Çünki media dili adi ünsiyyət dilindən, ünsiyyət dili isə ədəbi dildən çox fərqlənir. Yəni sadəcə xarici dili bilən şəxsin yaxşı jurnalist ola biləcəyi ehtimalı çox da böyük deyil. Ölkəmizdə xarici dili bilən çoxlu jurnalistlər var, lakin bu, problemin həlli deyil. Dilin öyrədilməsi, dilə vaqif olmaq, dilə bələd olmaq həmin dildə media məhsullarının hazırlanması medianın inkişafı və yaxud da problemin həlli demək o qədər də düzgün olmaz. Problemi necə həll etmək olar? İlk olaraq, əcnəbi dili mükəmməl öyrənmək lazımdır. Habelə, əcnəbi dilin media formatının öyrənilməsi əsas məsələlərdən biridir. Üçüncüsü isə xaricdə populyar və gündəmdə olan, Qərbin mediasının bugünkü gününü müəyyənləşdirən media strukturlarının hansı məhsulu ortaya qoyduğunu, necə qoyduğunu və məqsədinin nə olduğunu araşdırmalıyıq. Bundan sonra həmin təcrübədən bəhrələnərək ölkəmizdə baş verənləri, Azərbaycanın məqsədlərini, strateji taktiki hədəflərini biz xaricə çatdırmalıyıq".

Media eksperti əlavə edib ki, sadəcə ölkəmizdə hansısa məmurun açıqlamasını ingilis dilinə tərcümə etmək və yaxud da publisistik, bədii janrda ingilis dilində yazı yazmaq, bu, xaricidilli media demək deyil:

"Azərbaycanda saytların, onlayn medianın xarici dildə variantının hazırlanması da problemdən çıxış yolu deyil. Çünki məsələn, mən Nigeriyada baş verən hər hansısa bir hadisəni öyrənmək üçün Nigeriya saytlarını axtarmıram. Sadəcə, "google"da axtarış verirəm və "Niger" yazaraq orada nə baş verdiyini öyrənirəm. Yəni elə etməliyik ki, bizim hazırladığımız xəbərlər xarici dillərdə dünyanın ən populyar axtarış sistemlərində ön sırada olsunlar və xaricdə bunu oxusunlar. Bunun üçün nələr edilməlidir? Birincisi, xəbər maraqlı, keyfiyyətli, obyektiv, soyuqqanlı, rasional və proqmat formada hazırlanmalıdır. Xəbərdə emisionallıq, baretonluq, mentorluq qətiyyən olmamalıdır. Qərbdə bu artıq mediada qəbuledilməzdir. Əgər biz "BBC", "Times" və yaxud da "New York Times" stilində işləmək istəyiriksə, bunun üçün xüsusi seminarlar olmalı, xüsusi kurslar açılmalı, xaricdə təlimatçılar, treninq ustaları, təcrübəli jurnalistlər ölkəmizə dəvət olunmalıdır".

E.Alıoğlu qeyd edib k, bu gün ölkə mediasında ixtisaslaşma olmalıdır:

"Azərbaycanda savaş jurnalistikasını və hərbi reportyorluğu inkişaf etdirməliyik. Ən əsası jurnalistikamızda ixtisaslaşma olmalıdır. Məsələn, bu gün tibdən yazan jurnalist sabah ədəbiyyatdan, o biri gün biologiyadan, daha sonra hərbi əməliyyatlardan yazmamalıdır. Bu, mümkün də deyil. Ona görə də bu günləri jurnalistikaya məxsus olan hərşeysünaslığı aradan qaldırmalıyıq. İxtisaslaşma olduqdan sonra artıq jurnalistika da öz işini görməlidir. Yəni mediamızda biri savaş reportyoru olmalı, o biriləri isə iqtisadiyyatın və s. sahələrin problemlərini mediada əks etdirməyə çalışmalıdır".

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, tanınmış jurnalist Vüqar Zifəroğlu da "Şərq"ə açıqlamasında jurnalistika sahəsində ixtisaslaşmanın vacib olduğunu vurğulayıb:

"Bir praktiki jurnalist kimi bir jurnalistin hər sahədən yazmasını düzgün hesab etmirəm. Artıq 20 ildən çoxdur ki, mən beynəlxalq jurnalistka sahəsində çalışmışam. Hesab edirəm ki, jurnalistikaya qədəm qoyduqdan sonra orada jurnalistin ona yaxın olan sahəni seçib işləməsi onun gələcəkdə peşəkar kadr yetişməsi üçün son dərəcədə çox vacib və əhəmiyyətlidir. Yəni bir jurnalistin universal olaraq həm siyasətdən, həm də iqtisadiyyatdan yazması gələcəkdə onun həm də bir ekspert, mütəxəssis kimi yetişməsinə əngəl olur. Məsələn, Türkiyə, Rusiya, Avropa ölkələrinə diqqət etsək görərik ki, jurnalistlər ekspert kimi çıxış edirlər. Onlar iqtisadi, siyasi, beynəlxalq məsələləri şərh edirlər, münasibət bildirirlər. Bunlar da cəmiyyətdə necə gözəl və anlamlı qarşılanır. Bu mənada hesab edirəm ki, jurnalist həm də ekspert kimi yazdığı sahə üzrə özünü bir mütəxəssis kimi yetişdirməlidir. Jurnalist birinci gündən mediadan çalışmağa başladısa, o mütləq özünə uyğun müvafiq bir sahəni seçməli və addım-addım həmin sahə üzrə yetişdirməlidir. O jurnalist həmin sahə üzrə xəbər jurnalisti, sabah artıq xüsusi müxbir funksiyasını icra edə bilər. Daha sonra həmin sahə üzrə araşdırmaçı jurnalist kimi öz qələmini sınaya bilər və analitik-ekspert kimi çıxış edə bilər. Bunlar hamısı jurnalistikada inkişaf mərhələləridir. Yaxşı olardı ki, jurnalistikada artıq məhz bu meyarlar əsas götürülsün. Çox təəssüf ki, bunlar jurnalistikamızda çox az saydadır".

V.Zifəroğlu qeyd edib ki, jurnalistika hər zaman yenilənməli olan bir təsisatdır:

"Çünki informasiya texnologiyaları inkişaf edir, informasiya ilə iş prosesinin artıq yeni çalarları, yeni meyarları ortaya çıxır. Hətta jurnalistikanın özündə dəyişikliklər çox sürətlə baş verir. Janrların transformasiyası gedir. Kütləvi informasiya vasitələrində konvengensiya baş verir, yəni bütün bu hallar birmənalı şəkildə həm də medianın yenilənməsi zərurətini ortaya qoymuş olur. Bax, bu səbəbdən Cənab Prezidentin imzaladığı fərmanda birmənalı şəkildə göstərilir ki, o qlobal informasiya məkanında baş verən yeniliklər, yeni tendensiyalar, onların izlənməsi, öyrənilməsi, tətbiqi, yəni bunların mediaya gətirilməsi, bütün bu məqamlar açısı baxımından yeni Medianın İnkişafı Agentliyinin yaradılması çox mühüm və əhəmiyyətli bir qərardır".

V.Zifəroğlu mediamızın maddi-texniki bazasının daha da yaxşılaşdırılmasının çox mühüm və vacib olduğuna diqqət çəkib:

"Ümid edirəm ki, bu mənada agentlik mediamıza böyük bir dəstək verə bilər. İkinci bir məsələ, yeni media ilə bağlı hüquqi bazanın formalaşdırılmasıdır. Gəlin açıq etiraf edək ki, bu gün açığı internet medianın inkişafı, rəqəmsallaşma və s. bütün bu kimi yeniliklər, məqamlar müəyyən mənada bir informasiya nizamsızlığını ortaya qoyub. Bu da müəyyən mənada bir professional yanaşmanı zəruri edir həm də. Burda başqa bir məqam ondan ibarətdir ki, media orqanımızda çalışanların heç də hamısı ali təhsilli jurnalistlər deyil və aralarında həvəskarlar çoxdur. Təbii ki, bu, anlaşılan bir şeydir. Çünki jurnalistikaya hər zaman maraq böyük olub. Ələlxüsus da bu gün texnologiyaların inkişafı jurnalistikaya olan marağı, axını daha da artırır. Amma biz maksimum dərəcədə ona çalışmalıyıq ki, hətta həvəskar jurnalist kimi mediaya addım atan həmkarlarımız da peşəkarlıq baxımından müəyyən təlimlər, kurslar keçsinlər. Agentliyin nizamnaməsində bu da öz əksini tapıb. Hesab edirəm ki, bu gün mediada çalışan və mediaya həvəsi olan, jurnalist kmi öz gələcəyini görmək istəyən qeyri-ixtisas sahibləri üçün də çox geniş imkanlar açıla bilər. Biz də yeni yaranan agentliyimizə BDU-nun jurnalistika fakültəsi olaraq hər cür dəstək verməyə hazırıq. Çünki bizim bu məsələdə dəstək olmaq üçün kifayət qədər, ciddi maddi-texniki bazamız var".

APA TV-nin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl "Şərq"ə açıqlamasında qeyd edib ki, Medianın İnkişafı Agentliyi ilk növbədə KİVDF təcrübəsindən imtina etməlidir:

"Çünki bu təcrübə özünü doğrultmadı, mediaya ayrılan milyonlarla vəsait bir qrup şəxs tərəfindən mənimsənildi. Ümid edək ki, yeni qurum media qanunvericiliyini təkmilləşdirəcək, nəticədə ələbaxan mediadan sağlam rəqabətə davamlı mediaya keçid nəhayət ki, başlayacaq. Niyyət safdır, gerçəkləşməsi üçün əməllərin də saf olacağına ümid edirəm".



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Magistr imtahanı narazılıq doğurdu: - suallar çətin, vaxt az...
Dünən, 18:22
Paşinyanın “İsgəndər” iddiası və ardınca gələn təkzib: - “Rusiyanın “könlünü almağa” kifayət edəcək”
Dünən, 18:16
“Qarabağda təxribatlar ola bilər, müharibə isə…” - GƏLİŞMƏ
Dünən, 18:14
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Dünən, 18:12
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
Dünən, 18:11
“Allahın da yadından çıxan məktəb”: - uçuq divar, sınıq pəncərə, odun sobası, dəmir zəng...
Dünən, 18:10
AXC-nin elan edildiyi bina bərpaya hazırlanır
Dünən, 17:56
"Gedib yıxılıb öldüm, borcu kim ödəyəcək?"
Dünən, 17:54
Ermənilər kabab vədilə Paşinyanın mitinqinə gətirilir
Dünən, 17:53
Spitakın meri də müxalifətə qoşuldu - "Paşinyan istefa versin!"
Dünən, 17:45
Ermənistanda Qasparyanın istefasından sonra seçki keçirilə bilər
Dünən, 17:42
Köçəryan hakimiyyətə bu cür qayıtmaq istəyir - Plan
Dünən, 17:41
"Müxtəlif cinayət törədənlər əfv olunmaq istəyir" - AÇIQLAMA
Dünən, 17:37
Dövlətin boynunda olan böyük yük: - Necə xilas olmalı?
Dünən, 17:36
“İndi müharibə onlar üçün ən pis ssenari olar” - Ermənistanda ikitirəlik
Dünən, 17:34
Azay Quliyevlə bağlı araşdırma NƏ YERDƏDİR - Detallar, İDDİA
Dünən, 17:31
“Məni onu qırx ildi tanıyıram, içki içən görməmişəm, ağ eləməyin...” - deputat
Dünən, 17:28
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
Dünən, 17:26
"Harda yaşayım, necə yaşayım?" - GİLEY
Dünən, 17:23
Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur
Dünən, 17:21
Məhkəmə Nikola Sarkozinin həbsi barədə qərar verib
Dünən, 17:14
Azərbaycanda ümumilikdə 234662 nəfər COVID-19-a yoluxub, 3223 nəfər vəfat edib
Dünən, 17:05
Azərbaycanda indiyədək 2602884 koronavirus testi aparılıb
Dünən, 17:04
Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
Sabah Ali Məhkəmə nə qərar verəcək? - Arif Alışanovun istəyi, yoxsa ədalət...
Dünən, 17:00
"Sonra da tamaşaçı deyir ki, “Guya bizdə film var?”"
Dünən, 16:53
Mərkəzi Bank “Holcim Azərbaycan”a cərimə protokolu yazıb
Dünən, 16:51
Ağstafanın başçısı postunda çox qalmayacaq... - Belə görünür...
Dünən, 16:50
Rektor Mustafa Babanlının imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır?
Dünən, 16:47
Ermənistanda daha bir general Qasparyanı dəstəklədi - İstefa verdi
Dünən, 16:46
"Üç-dörd ay panik-atak keçirdim"
Dünən, 16:44
Hacı Qamətdən daha bir ABSURD: - “Kişi bibiqızı və ya xalaqızı ilə “WhatsApp”da danışmamalıdır”
Dünən, 16:43
Ermənistandakı böhran Azərbaycan üçün daha bir ŞANS YARADIR...
Dünən, 16:41
Nikol Paşinyan Ermənistan prezidentinin evinə gedib
Dünən, 16:37
Türk modelli Azərbaycan ordusunda yenə rus silahı? - “Qadağa da aradan qalxacaq və...”
Dünən, 16:36
"Əli Həsənovun heç vaxt bizə münasibəti müsbət olmayıb" - Azay Quliyevdən ilginc açıqlamalar
Dünən, 16:35
“Muğan Bank” İFLASIN ASTANASINDA - HESABAT
Dünən, 16:33
“Rayondan bütün pensiyaçılara sənəd veriblər ki, gedin…” - Poliklinika da uzun növbədə yoluxma riskindən narahatdır
Dünən, 16:30
"Operativ Qərargah bilmir ki, nəyi bağlasın, nəyi açsın” - AÇIQLAMA
Dünən, 16:30
“Kremlin bu istəyi "sülhməramlı" missiyasına xələl gətirir” - BAKI SUSACAQMI?
Dünən, 16:28
Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB
Dünən, 16:27
Azərbaycan yeni ssenariyə hazır olmalıdır: - “Kremlin “əli” ilə..."
Dünən, 16:26
Yəhudi politoloqdan sensasiya: “Üçüncü Qarabağ savaşı başlanacaq” – Vaxt açıqlandı
Dünən, 16:24
“Erməni xalqının əlinə tarixi şans düşüb” - deputat
Dünən, 16:23
Ermənistanın baş prokurorundan etirazçılara xəbərdarlıq
Dünən, 16:22
Gürcüstanda partlayışda azərbaycanlı məktəbli ölüb
Dünən, 16:21
Paşinyanı Əliyev və Ərdoğan dəstəkləyirmiş: Ermənilər Putini “SAR”ıyıb? - İLGİNC
Dünən, 16:19
Kreml Nikolun üzrünü qəbul etdi
Dünən, 16:16
Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin vaxtı təyin edilib
Dünən, 16:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru