Magistr imtahanı narazılıq doğurdu: .....                     Paşinyanın “İsgəndər” iddiası və ardınca gələn təkzib: .....                     “Qarabağda təxribatlar ola bilər, müharibə isə…” .....                     Bakıda 22 yaşlı oğlan qətlə yetirilib .....                     İpoteka və Kredit Zəmanət Fonduna .....                     “Allahın da yadından çıxan məktəb”: .....                     AXC-nin elan edildiyi bina bərpaya hazırlanır .....                     "Gedib yıxılıb öldüm, borcu kim ödəyəcək?" .....                     Ermənilər kabab vədilə Paşinyanın mitinqinə gətirilir .....                     Spitakın meri də müxalifətə qoşuldu .....                     Ermənistanda Qasparyanın istefasından sonra seçki keçirilə bilər .....                     Köçəryan hakimiyyətə bu cür qayıtmaq istəyir .....                     "Müxtəlif cinayət törədənlər əfv olunmaq istəyir" .....                     Dövlətin boynunda olan böyük yük: .....                     “İndi müharibə onlar üçün ən pis ssenari olar” .....                     Azay Quliyevlə bağlı araşdırma NƏ YERDƏDİR .....                     “Məni onu qırx ildi tanıyıram, içki içən görməmişəm, ağ eləməyin...” .....                     Səlim Müslümov əlillərin sayını necə artırıb? .....                     "Harda yaşayım, necə yaşayım?" .....                     Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur .....                     Məhkəmə Nikola Sarkozinin həbsi barədə qərar verib .....                     Azərbaycanda ümumilikdə 234662 nəfər COVID-19-a yoluxub, 3223 nəfər vəfat edib .....                     Azərbaycanda indiyədək 2602884 koronavirus testi aparılıb .....                     Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabah Ali Məhkəmə nə qərar verəcək? .....                     "Sonra da tamaşaçı deyir ki, “Guya bizdə film var?”" .....                     Mərkəzi Bank “Holcim Azərbaycan”a cərimə protokolu yazıb .....                     Ağstafanın başçısı postunda çox qalmayacaq... .....                     Rektor Mustafa Babanlının imtahan biznesi ... .....                     Ermənistanda daha bir general Qasparyanı dəstəklədi .....                     "Üç-dörd ay panik-atak keçirdim" .....                     Hacı Qamətdən daha bir ABSURD: .....                     Ermənistandakı böhran Azərbaycan üçün daha bir .....                     Nikol Paşinyan Ermənistan prezidentinin evinə gedib .....                     Türk modelli Azərbaycan ordusunda yenə rus silahı? .....                     "Əli Həsənovun heç vaxt bizə münasibəti müsbət olmayıb" .....                     “Muğan Bank” İFLASIN ASTANASINDA .....                     “Rayondan bütün pensiyaçılara sənəd veriblər ki, gedin…” .....                     "Operativ Qərargah bilmir ki, nəyi bağlasın, nəyi açsın” .....                 

Belə bir dönəmdə belə bir dəbdəbə... YERSİZDİR! - Bahalı binaların fonundakı əks-səda...
Tarix: 16-01-2021, 09:35 | Çap et
Belə bir dönəmdə belə bir dəbdəbə... YERSİZDİR!
Azərbaycan Mərkəzi Bankına (MB) yeni inzibati binanın inşa olunması üçün verilən tender elanı ölkədə ciddi rezonans doğurub. Çünki söhbət bu məqsədlə 218 milyon avro – 450 milyon manatdan artıq vəsaitin nəzərdə tutulmasından gedir. 37 mərtəbəli binanın tikinti sahəsi 33 200 m2, ümumi mərtəbə sahəsi 67 926 m2, hündürlüyü 160 metr olacaq. Yeni binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi məntəqələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaftı ilə birlikdə ofis sahələri olacaq. Tikinti müddəti layihələndirmə mərhələsi də daxil olmaqla, müqavilənin qüvvəyə minməsindən sonra 36 aydır.

Ekspertlər bildirirlər ki, binanın tikintisi dövlət büdcəsi hesabına deyil, MB-ın öz ehtiyatları hesabına həyata keçiriləcək. Bank ötən illə bağlı hesabatında 6 milyard 258 milyon dollar valyutaya malik olduğunu bəyan edib.

Pandemiyanın iqtisadiyyatı iflic etdiyi, sosial-iqtisadi çətinliklərin artdığı, müharibədə külli miqdarda vəsaitlər xərcləyən, habelə azad edilmiş rayonların yenidən qurulmasını prioritet elan edən ölkədə 450 milyon manata bina tikintisi sərt tənqid hədəfinə çevrilib. Mərkəzi Bankın hədsiz israfçılığı son günlər medianın, ekspertlərin və sosial şəbəkə istifadəçilərinin qınaqlarına məruz qalır.

Azərbaycanda dövlət qurumlarına çox bahalı binalarının tikilməsi son illər ənənəyə çevrilib. Neft bumu dövründə layihələndirilən bu tikintilərə çəkilən xərclər milyard dollarla ölçülür. Məsələn, SOCAR-ın yeni inzibati binasının (“SOCAR Tower”) tikintisinə 414 milyon 237 min dollar xərclənib. Bu barədə layihənin podratçısı olan “Tekfen” şirkəti məlumat yayıb. Qeyd edək ki, “SOCAR Tower” Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında inşa olunub. Tikinti işlərinə 2010-cu ildə başlanıb, təxminən 5 il ərzində başa çatıb.

“Azərsu” ASC də neft gəlirlərindən bəhrələnən qurumlar arasındadır. Tikintisinə 2013-cü ildə başlanan inzibatı binaya ümumilikdə 150 milyon manata yaxın vəsait xərclənib. Bu şirkətin ümumi zərəri 7 milyard manatdan artıqdır. Onun əksəri büdcə hesabına silinib, yaxud daxili borclar sırasında silinmək növbəsini gözləyir.

Dövlət Neft Fondu da inzibatı bina tikdirməklə sanki SOCAR-la yarışa girib. 2009-cu ildə təkcə binanın layihə-smetasının hazırlanması üçün ABŞ-ın AECOM şirkətinə 14 milyon manat ödənildiyi bildirilib. Amma sonradan layihə smetasının “İnter Art Etudes” tərəfindən hazırlandığı göstərilib. Layihənin icrası üzrə baş podratçı Belçikanın “N.V. Besix S.A.” şirkəti seçilib. İlkin qiymətləndirmələrdə ümumi sahəsi 13 min kv. metr olan 23 mərtəbəli binanın 84.916 milyon avroya başa gəməsi nəzərdə tutulub. Bu isə hər 1 kv. metrin tikintisinin 6538 avro təşkil etməsi deməkdir. Halbuki Bakının ən bahalı yerində tikintinin 1 kvadrat metri 1500 AZN-dən aşağı qiymətə başa gəlir. 2010-cu ildə binanın tikintisi üçün büdəcədən daha 25 miyon manat vəsait ayrılıb.

İqtisadçı, iş adamı Nazim Bəydəmirli “Press Klub”a şərhində bildirdi ki, Mərkəzi Bank Konstitusiya ilə üzərinə düşən öhdəliyi – pul-kredit siyasətini doğru-düzgün həyata keçirmir. “Doğrudur, bu məsələ təkcə onun günahı deyil, hökumət əslində müstəqil olmalı olan bu quruma ciddi təsir edir. Hətta onu mənfi tendensiyalara səbəb olan addımlar atmağa vadar edir. 2015-ci ildə qəbul edilən süni devalvasiya qərarı da bu qəbildən idi. Baxmayaraq ki, əhali bu qərara görə Mərkəzi Bankı qınadı, amma devalvasiya hökumətin qərarı idi. Tədiiyə balansı müsbət olduğu halda manatın dəyər itirməsi absurd idi, Mərkəzi Bank bu addımı atmaqla milyonlarla vətəndaşımızın sosial vəziyyətini pisləşdirdi”,- deyə ekspert vurğuladı.

Bəydəmirli hesab edir ki, ölkədə kredit faizlərinin hədsiz yüksək olması da MB-ın apardığı pul-kredit siyasətinin nəticəsidir:

“Çünki Bank nəzarətində olan vəsaitləri kommersiya banklarına vermir. Yaxud kredit faizləri ilə bağlı bank sahibi olan oliqarxlara təzyiq göstərə bilmir. Kommersiya banklarına söz demək mümkün deyil, onların arxasında güclər dayanır. Amma buna görə də Mərkəzi Bankı qınamaq lazımdır”.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın özünün gəlirləri var və onun hesabına fəaliyyətini yaxşılaşdıra, yeni bina tikdirə bilər:

“Yeri gəlmişkən, bina üçün ayrılan torpaq sahəsi Heydər Əliyev prospektində, Neft Fondunun binası ilə yanbayandır. Bu Fond da gərəksiz, əsassız xərcləmələr edərək özünə çox bahalı bina tikdirib. Biz Mərkəzi Bankın və Neft Fondunun vəsaitləri hesabına varlı ölkə kimi görünürük. Amma ölkədə kredit faizləri əlçatan deyil. Aqrar sektorda və digər sahələrdə sahibkarlar aşağı faizlə uzunmüddətli kreditlər ala bilmirlər. Vəsaitlər müxtəlif oliqarxların holdinqlərinə, şirkətlərinə xidmət edir”.
//PRESSKLUB.AZ//


 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Magistr imtahanı narazılıq doğurdu: - suallar çətin, vaxt az...
Dünən, 18:22
Paşinyanın “İsgəndər” iddiası və ardınca gələn təkzib: - “Rusiyanın “könlünü almağa” kifayət edəcək”
Dünən, 18:16
“Qarabağda təxribatlar ola bilər, müharibə isə…” - GƏLİŞMƏ
Dünən, 18:14
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Dünən, 18:12
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
Dünən, 18:11
“Allahın da yadından çıxan məktəb”: - uçuq divar, sınıq pəncərə, odun sobası, dəmir zəng...
Dünən, 18:10
AXC-nin elan edildiyi bina bərpaya hazırlanır
Dünən, 17:56
"Gedib yıxılıb öldüm, borcu kim ödəyəcək?"
Dünən, 17:54
Ermənilər kabab vədilə Paşinyanın mitinqinə gətirilir
Dünən, 17:53
Spitakın meri də müxalifətə qoşuldu - "Paşinyan istefa versin!"
Dünən, 17:45
Ermənistanda Qasparyanın istefasından sonra seçki keçirilə bilər
Dünən, 17:42
Köçəryan hakimiyyətə bu cür qayıtmaq istəyir - Plan
Dünən, 17:41
"Müxtəlif cinayət törədənlər əfv olunmaq istəyir" - AÇIQLAMA
Dünən, 17:37
Dövlətin boynunda olan böyük yük: - Necə xilas olmalı?
Dünən, 17:36
“İndi müharibə onlar üçün ən pis ssenari olar” - Ermənistanda ikitirəlik
Dünən, 17:34
Azay Quliyevlə bağlı araşdırma NƏ YERDƏDİR - Detallar, İDDİA
Dünən, 17:31
“Məni onu qırx ildi tanıyıram, içki içən görməmişəm, ağ eləməyin...” - deputat
Dünən, 17:28
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
Dünən, 17:26
"Harda yaşayım, necə yaşayım?" - GİLEY
Dünən, 17:23
Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur
Dünən, 17:21
Məhkəmə Nikola Sarkozinin həbsi barədə qərar verib
Dünən, 17:14
Azərbaycanda ümumilikdə 234662 nəfər COVID-19-a yoluxub, 3223 nəfər vəfat edib
Dünən, 17:05
Azərbaycanda indiyədək 2602884 koronavirus testi aparılıb
Dünən, 17:04
Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
Sabah Ali Məhkəmə nə qərar verəcək? - Arif Alışanovun istəyi, yoxsa ədalət...
Dünən, 17:00
"Sonra da tamaşaçı deyir ki, “Guya bizdə film var?”"
Dünən, 16:53
Mərkəzi Bank “Holcim Azərbaycan”a cərimə protokolu yazıb
Dünən, 16:51
Ağstafanın başçısı postunda çox qalmayacaq... - Belə görünür...
Dünən, 16:50
Rektor Mustafa Babanlının imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır?
Dünən, 16:47
Ermənistanda daha bir general Qasparyanı dəstəklədi - İstefa verdi
Dünən, 16:46
"Üç-dörd ay panik-atak keçirdim"
Dünən, 16:44
Hacı Qamətdən daha bir ABSURD: - “Kişi bibiqızı və ya xalaqızı ilə “WhatsApp”da danışmamalıdır”
Dünən, 16:43
Ermənistandakı böhran Azərbaycan üçün daha bir ŞANS YARADIR...
Dünən, 16:41
Nikol Paşinyan Ermənistan prezidentinin evinə gedib
Dünən, 16:37
Türk modelli Azərbaycan ordusunda yenə rus silahı? - “Qadağa da aradan qalxacaq və...”
Dünən, 16:36
"Əli Həsənovun heç vaxt bizə münasibəti müsbət olmayıb" - Azay Quliyevdən ilginc açıqlamalar
Dünən, 16:35
“Muğan Bank” İFLASIN ASTANASINDA - HESABAT
Dünən, 16:33
“Rayondan bütün pensiyaçılara sənəd veriblər ki, gedin…” - Poliklinika da uzun növbədə yoluxma riskindən narahatdır
Dünən, 16:30
"Operativ Qərargah bilmir ki, nəyi bağlasın, nəyi açsın” - AÇIQLAMA
Dünən, 16:30
“Kremlin bu istəyi "sülhməramlı" missiyasına xələl gətirir” - BAKI SUSACAQMI?
Dünən, 16:28
Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB
Dünən, 16:27
Azərbaycan yeni ssenariyə hazır olmalıdır: - “Kremlin “əli” ilə..."
Dünən, 16:26
Yəhudi politoloqdan sensasiya: “Üçüncü Qarabağ savaşı başlanacaq” – Vaxt açıqlandı
Dünən, 16:24
“Erməni xalqının əlinə tarixi şans düşüb” - deputat
Dünən, 16:23
Ermənistanın baş prokurorundan etirazçılara xəbərdarlıq
Dünən, 16:22
Gürcüstanda partlayışda azərbaycanlı məktəbli ölüb
Dünən, 16:21
Paşinyanı Əliyev və Ərdoğan dəstəkləyirmiş: Ermənilər Putini “SAR”ıyıb? - İLGİNC
Dünən, 16:19
Kreml Nikolun üzrünü qəbul etdi
Dünən, 16:16
Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin vaxtı təyin edilib
Dünən, 16:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru