İşğaldan azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq .....                     Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri aparılır .....                     Şirvan icra hakimiyyəti kadr təyinatını .....                     Nəzərdə tutulmuş sürət həddini 60 km/saatdan artıq aşmaqla avtoxuliqanlıq edənlər iki ayadək həbs ediləcək .....                     Bəzi mal-qara və ev toyuqlarının idxalından gömrük rüsumu tutulmayacaq .....                     “Qarabağ klanı”nın siyasi səhnədən uzaqlaşacağı ehtimalı böyükdür .....                     Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı .....                     Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək .....                     Banklar 2020-ci ili belə başa vurdular .....                     Qanuna zidd əldə olunan sübut inzibati xəta haqqında işə baxılmaması üçün əsas olacaq .....                     "Sumqayıt Texnologiyalar Parkı"na yeni Baş İcraçı Direktor təyin olunub .....                     Rusiya sülhməramlıları Qarabağa köçürdüyü ermənilərin sayını şişirdir .....                     Fevralın 1-dən sonrakı növbəti iki həftədə V-IX siniflər, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir .....                     “Elə Xalq artisti var ki, 100 manat verib toya da aparmırlar...“ .....                     Ali məktəblərin açılması barədə qərar veriləcək .....                     Fevralın 1-dən ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək .....                     "Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik” .....                     İcra başçısı məsləhətçiyə yüksək vəzifə verdi .....                     Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Livan vətəndaşları barəsində .....                     Paşinyanla Arutunyan Təhlükəsizlik Şurasının iclasını keçirdi .....                     Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur .....                     İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb .....                     Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili olub .....                     ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb .....                     "Xan sarayı bizim oyun meydançamızdı" .....                     "Şərait olmalıdır ki, insanlar elektromobillərə keçid etsin" .....                     Ağdamda döyüşən könüllülər qeydiyyata alınmayıb? .....                     "Ermənilər niyə görə Araratı özlərinki sayır?" .....                     Beş il icra edilməyən inzibati cərimə qüvvədən düşəcək .....                     Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı .....                     Avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilir .....                     "Azəriqaz" Gəncədə gördüyü işə belə HAQQ QAZANDIRDI .....                     Dövlət Komitəsi bu xainləri niyə susdurmur? .....                     ABŞ-ın gələcək Dövlət katibinin Qarabağ röyası .....                     Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub .....                     BNA-dan dövlət rəsmiləri də şikayət edir .....                     Qarabağda daha 4 erməni cəsədi .....                     Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə qarşı əməliyyat keçirib .....                     DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açılıb .....                     Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb .....                 

Qarabağda monitorinqlərə başlanılıb, beynəlxalq təşkilatlar məlumatlandırılır
Tarix: 4-12-2020, 18:07 | Çap et
Qarabağda monitorinqlərə başlanılıb,
İşğalçı Ermənistan dövlətinin vaxtı ilə Azərbaycan torpaqlarını qəsb etməsi nəticəsində ölkəmizə dəyən ziyanlardan biri də milli-mədəni sərvətlərimizlə bağlıdır. Belə ki, Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda mövcud olan 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb. Bundan əlavə, Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə milyardlarla dollar zərər dəyib. Bu mədəni irsə dəyən mənəvi zərərin qiyməti isə ölçülməzdir.

Həmçinin, Ermənistanın hərbi təcavüzü nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları və Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlar, həmçinin Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.

Şuşa Tarixi Memarlıq Qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, Cümə məscidlərini, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşudbanu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə, qoruq şəhərin şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıdıb, daşınması mümkün olan maddi mədəniyyət abidələrini istismar ediblər.

Bunlarla yanaşı, ərazilərimiz işğal ediləndən sonra 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103.2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal nəticəsində düşmən tərəfindən istismar edilib, ölkəmizə mənəvi ziyanla yanaşı, milyardlar dollar məbləğində maddi ziyan vurulub.

Xüsus qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.

Artıq ərazilərimiz işğaldan azad edilib. Tarix və mədəniyyət abidələrinə dəymiş zərərin bərpası üçün hansı işlər görülür? Məhv edilən mədəni irsimizin bərpası üçün tədbirlər planı nəzərdə tutulurmu?

AYNA-ya açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadənin sözlərinə görə, Nazirlik işğaldan azad olunmuş ərazilərdə mədəni irsimizə dəymiş zərərlə bağlı monitorinqlər aparır: “Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı ilkin monitorinq işləri aparılır. Mədəni irsimizə dəyən zərərin dəyəri ölçülür. Yəni, hansı mədəni irslərimiz var, işğaldan əvvəl onların aqibəti necə idi, indi necədir və s. məsələlərlə bağlı ilkin araşdırmalar aparılır. Çünki elə mədəniyyət abidələrimiz var ki, ümumiyyətlə məhv edilib. Yəni, bu istiqamətdə işlərimiz gedir”.

“Mədəni irsimizə dəymiş ziyanın beynəlxalq təşkilatlar və ekspertlərin köməyi ilə düzgün qiymətləndirilməsinə çalışırıq. Buna görə də azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”, - Nazirlik sözçüsü bildirib.

Qafarzadə əlavə edib ki, aparılan ilkin monitorinqlərin nəticələri UNESCO, ISESCO və BMT-nin Sivilizasiyalararası Alyansına təqdim edilir: “Eyni zamanda, sosial şəbəkələrdə müxtəlif kampaniyalara başlamışıq. Qarabağın mədəniyyətimizin beşiyi olması haqqında məlumatların insanlar arasında yayılması, onların bu haqda məlumatlılıq səviyyəsinin artırılması barədə addımlar atmışıq və bununla bağlı çoxlu sayda videoçarxlar hazırlanıb”.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İşğaldan azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq - ETSN
Bu gün, 13:07
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri aparılır - FOTO
Bu gün, 13:06
Şirvan icra hakimiyyəti kadr təyinatını TƏKZİB ETDİ
Bu gün, 13:04
Nəzərdə tutulmuş sürət həddini 60 km/saatdan artıq aşmaqla avtoxuliqanlıq edənlər iki ayadək həbs ediləcək
Bu gün, 12:54
Bəzi mal-qara və ev toyuqlarının idxalından gömrük rüsumu tutulmayacaq - QƏRAR
Bu gün, 12:50
“Qarabağ klanı”nın siyasi səhnədən uzaqlaşacağı ehtimalı böyükdür - ekspert
Bu gün, 12:45
Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı
Bu gün, 12:42
Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək - Nazir pullu təhsilin ləğv ediləcəyi barədə də danışıb
Bu gün, 12:41
Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR
Bu gün, 12:40
Qanuna zidd əldə olunan sübut inzibati xəta haqqında işə baxılmaması üçün əsas olacaq
Bu gün, 12:37
"Sumqayıt Texnologiyalar Parkı"na yeni Baş İcraçı Direktor təyin olunub - FOTO
Bu gün, 12:29
Rusiya sülhməramlıları Qarabağa köçürdüyü ermənilərin sayını şişirdir - FAKT BUDUR!
Bu gün, 12:24
Fevralın 1-dən sonrakı növbəti iki həftədə V-IX siniflər, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir
Bu gün, 12:21
“Elə Xalq artisti var ki, 100 manat verib toya da aparmırlar...“
Bu gün, 12:16
Ali məktəblərin açılması barədə qərar veriləcək - Emin Əmrullayev
Bu gün, 12:12
Fevralın 1-dən ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək - QƏRAR
Bu gün, 12:09
"Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik” - Nazir
Bu gün, 12:06
İcra başçısı məsləhətçiyə yüksək vəzifə verdi
Bu gün, 12:04
Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Livan vətəndaşları barəsində cinayət işi başlanılıb
Bu gün, 11:59
Paşinyanla Arutunyan Təhlükəsizlik Şurasının iclasını keçirdi
Bu gün, 11:58
Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur - MÜJDƏ
Bu gün, 11:56
İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb
Bu gün, 11:55
Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili olub - "Toy gecəsi evimə gəldi"
Bu gün, 11:54
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
Bu gün, 11:51
"Xan sarayı bizim oyun meydançamızdı"
Bu gün, 11:49
"Şərait olmalıdır ki, insanlar elektromobillərə keçid etsin"
Bu gün, 11:44
Ağdamda döyüşən könüllülər qeydiyyata alınmayıb? - AÇIQLAMA
Bu gün, 11:42
"Ermənilər niyə görə Araratı özlərinki sayır?" - Vitali Spirin
Bu gün, 11:40
Beş il icra edilməyən inzibati cərimə qüvvədən düşəcək
Bu gün, 11:39
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
Bu gün, 11:37
Avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilir
Bu gün, 11:35
"Azəriqaz" Gəncədə gördüyü işə belə HAQQ QAZANDIRDI - VİDEO
Bu gün, 11:34
Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?
Bu gün, 11:30
ABŞ-ın gələcək Dövlət katibinin Qarabağ röyası – 907-ci düzəliş, Ermənistana yardım...
Bu gün, 11:24
Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub
Bu gün, 11:21
BNA-dan dövlət rəsmiləri də şikayət edir - VİDEO
Bu gün, 11:19
Qarabağda daha 4 erməni cəsədi TAPILDI
Bu gün, 11:12
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə qarşı əməliyyat keçirib - FOTO
Bu gün, 11:11
DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açılıb
Bu gün, 11:08
Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb - ŞOK İDDİA
Bu gün, 11:07
“Yelo Bank”a iki yeni departament direktoru təyin edilib - FOTO
Bu gün, 11:04
"Rusiya Ermənistan üçün son variantı təklif etdi" - Dmitri Yevstafyev
Bu gün, 11:01
Avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edilir
Bu gün, 10:59
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 030-a çatıb
Bu gün, 10:56
Şuşada yeni yarımstansiya tikilir - VİDEO
Bu gün, 10:55
Milli Məclisin İntizam Komissiyasının tərkibi müəyyənləşib - SİYAHI
Bu gün, 10:53
“İmkanlı kişinin oğlu olduğum üçün tələbə olanda işləməmişəm” - deputat
Bu gün, 10:53
Kamran Əliyev yeni kadr dəyişikliyi edib
Bu gün, 10:49
Astarada gizli təşkil olunan nişan mərasimi aşkarlandı
Bu gün, 10:45
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru