Ermənistan-Azərbaycan sərhədlərinə dair danışıqlar başlayır .....                     Ötən il Kəlbəcərdəki “Zod” qızıl mədənindən Ermənistan nə qədər qazanıb? .....                     Bir kişini öldürən, digərini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır .....                     Anna Akopyanın Moskva macəraları .....                     Beyləqanda Böyük şair Nəsimiyə sayğısızlıq... .....                     Əli Həsənov onu tənqid edənlərə Heydər Əliyevin sözləri ilə cavab verdi .....                     "Görürsüz, şəhərə ayaq basan əsgərlərimizin hamısı oxuyurdu" .....                     "Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik" .....                     Paşinyan nümayəndələrini yenidən Dağlıq Qarabağa göndərir .....                     Tərtərdə şəhidlərin xatirəsi ehtiramla anıldı .....                     “Bakının G20-yə dəvət alması diplomatiyamızın acizliyidir” .....                     İran XİN başçısı Azərbaycana səfər edəcək .....                     Mikayıl Cabbarov təkzib edir .....                     Paşinyanın getməsini nə Qərb istəyir, nə də Rusiya .....                     "Artıq xalq-iqtidar birliyi, rəhbər-cəmiyyət həmrəyliyi çox güclüdür" .....                     MEDİA-dan gözləntilər: Əgər sələfinin yolu ilə gedərsə... .....                     “Rusiya Qarabağı münaqişəli zona kimi saxlamaq istəyir“ .....                     Ermənilər Azərbaycanın bu ərazilərindən tam çıxdılar .....                     Sabir Rüstəmxanlı əsas düşməni barmaqla göstərdi: .....                     Sabah dollar neçəyə olacaq? .....                     Dələduzların tələsinə düşənlər prokurorluğa məlumat verməlidir .....                     “Dəmir yumruğu” unutdularmı... .....                     Lənkəranda 20 Yanvar şəhidləri anılıb... .....                     İcra başçısı şəhid ailələrini ziyarət etdi .....                     27 ildir ki, əlillik ala bilmir... .....                     Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb .....                     Devalvasiyadan bütov çıxmayan çörəyi virus da tikələdi: .....                     Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər .....                     "Qorbaçov cəzasını almalıdır" .....                     Azərbaycanda bələdiyyə sədri istefa verdi .....                     Ovuc boyda məmləkətin 2 səhiyyə qurumu var .....                     Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb .....                     Uşaq bağçalarından asılı olan dotasiyasız bölgələr: .....                     “Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar getməlidir” .....                     Qar İrəvanda həyatı iflic etdi .....                     “Absheron Hotel Group”da satış direktoru təyin edildi .....                     "KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdi" .....                     Pandemiya qadağalarına baxmayaraq onlar işlərini davam etdirdilər .....                     DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər .....                     "Azərbaycan və Türkiyəyə qarşı hansısa pis niyyətdə olmaq istəyənlər gələcəkdə onları birgə görəcəklər" .....                 

Ermənistanı biz vurub-yıxdıq, yenə biz ayağa qaldıra bilərik! - bir şərtlə...
Tarix: 4-12-2020, 09:10 | Çap et
Ermənistanı biz vurub-yıxdıq, yenə biz ayağa qaldıra bilərik!
Müzəffər Ordumuzun Qarabağdakı hərbi qələbəsi Güney Qafqazda tamamilə yeni bir geosiyasi tablo yaratdı - əlbəttə ki, ölkəmizin xeyrinə olan tablo. Şanlı Silahlı Qüvvələrimiz nəinki qısa müddətdə ərazi bütövlüyümüzü bərpa etdi, eyni zamanda, erməni faşizminin belini qıraraq, regionu və bəşəriyyəti böyük bir bəladan qurtardı.

Gerçək həm də ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində Ermənistanı onun 1 nömrəli hərbi-strateji müttəfiqi Rusiya belə, müdafiə etmədi. Doğrudur, şimal qonşumuzun müdaxiləsi üçün hüquqi əsas yox idi. Ancaq o da məlumdur ki, Moskva istəyəndə hansısa bəhanəni asanca tapır. Lakin buna getmədi. Yəqin ki, Türkiyə amili də öz çəkindirici rolunu oynadı.

Ayrı sözlə desək, özünü bölgədə az qala, supergüc kimi aparan, qardaş ölkəyə qarşı belə, ərazi iddiası irəli sürən cırtdan Ermənistandan fərqli olaraq, Moskva siyasi praqmatizmi əsas götürdü, münaqişə ətrafında qüvvələr nisbətini düzgün hesablayaraq, ciddiyə aldı. Nəticə isə 30 ildir “göylə gedən”, özündənrazı işğalçı tərəf üçün əsl fəlakət oldu. Ermənistana elə bir dərs verdik ki, ağılları olsa, bir də qonşu ölkələrə qarşı sərsəm iddialarla yaşamazlar.

Amma hələlik bunu söyləmək çətindir. Çünki müşahidələr göstərir ki, erməni siyasiləri, bütövlükdə erməni toplumu hərbi-siyasi kapitulyasiyaya görə daha çox başqalarını, o sırada Rusiyanı, Qərbi suçlayırlar. Hətta guya Ərdoğanla Putin arasında hansısa gizli anlaşmanın olması haqda iddialar tirajlanmaqdadır. Azərbaycana, Türkiyəyə, hətta Rusiyaya hədə biçənlər, revanş tələb edənlər, artıq heç de-fakto da mövcud olmayan uydurma “dqr”dən dəm vuranlar da az deyil.

*****

Qısası, hamı günahkardır, bircə ermənilərdən və on illər boyu onları labüd faciəyə aparanlardan savayı. Halbuki Ermənistan artıq sonuncu “dayanacağa”, haqq etdiyi nöqtəyə gəlib çatıb. İndi bədnam qonşular öncə buradan hara getmək barədə dərindən fikirləşməli, düzgün seçim etməlidirlər, nəinki Ermənistandan kənarda günahkar axtarışına çıxmalıdırlar. Əks halda, fəlakətin davamı gələcək. Mütləq gələcək.

Bir də ki, havayı pendir yalnız tələdə olur. Yəni heç kim erməniyə qaraqaş-gözünə görə kömək əli uzadan, Ermənistanı quyunun dibindən çıxaran deyil. Bundan ötrü erməni xalqının, Ermənistanın bunun qarşılığında konkret verəcəkləri, imtina edəcəyi olmalıdır. İrəvan iqtisadi tərəqqi naminə nələrdənsə vaz keçməlidir. Özü də rəsmi şəkildə. Nələrdən? Bunu az qala bütün dünya bilir.

O da hamıya ayındır ki, Ermənistanın dövlət və cəmiyyət olaraq qurtuluşu Azərbaycan və Türkiyənin əlindədir. Əgər rifah içində və təhlükəsizlikdə yaşamaq istəyirsənsə, o zaman zəhmət çək, nələrindənsə vaz keç, bədəl ödə. Ermənistanı biz vurub-yıxdıq, biz də ayağa qaldıra bilərik. Amma qarşılığı olmalıdır...

*****

Analoji qiymətli tövsiyələr zaman-zaman Rusiyadan da Ermənistana edilir. Məsələn, rusiyalı politoloq İqor Korotçenko da haqlıdır deyəndə ki, erməni xalqı düşdüyü kritik vəziyyətdən yeganə düzgün dərsi götürməli, doğru nəticə çıxarmalıdır, nəinki boş xülyalarla yaşamağa davam etməlidir.

“Qarabağ müharibəsi zamanı Paşinyan, Əliyev, Ərdoğan və Putin arasında bəzi gizli razılaşmaların olduğu barədə erməni mətbuatının tirajladığı məlumatlar tamamilə yalandır. Bu axmaqlığı erməni KİV-ləri uydurublar” - Korotçenko belı deyib (Axar.az).

Onun sözlərinə görə, Rusiya yalnız sülhməramlı təşəbbüs çərçivəsində hərəkət edib. “Moskva ixtilafın sülh yolu ilə həll olunmasını və Qarabağda hərbi əməliyyatların dayandırılmasının tərəfdarı idi. Şuşa şəhəri üzərində nəzarəti itirməsindən sonra Ermənistan ordusunun müqavimət perspektivinin yox olduğu şəraitdə İrəvan Moskvanın vasitəçiliyi ilə Bakının şərtlərini qəbul etdi. Artıq başa düşmək lazımdır ki, müharibənin dayanmasını nəzərdə tutan razılaşma ilə Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Dağlıq Qarabağın heç bir statusu yoxdur və olmayacaq da. Bura Azərbaycan ərazisidir. Məhz bu səbəbdən Qarabağ münaqişəsinə yağlı bir nöqtə qoyulduğunu söyləyə bilərik”, - deyə o əlavə edib.

*****

Məsələ də bu “yağlı nöqtə”nin “həzm olunmasında”dır. Daha dəqiqi, Ermənistan və onun qəzəbli toplumu hazırda post-müharibə dövrünün kritik seçimi ilə üz-üzədir. Ermənilər 2 il yarım öncə əlləri üstdə hakimiyyətə gətirdikləri Nikol Paşinyana əvəz, yeni lider axtarışındadır. Ancaq aydındır ki, ölkədə fəlakət komandaları bir-birini əvəz etdikcə xilas yolu da tapılmayacaq.

“Hazırda Ermənistanın və erməni xalqının dünyadakı imici mənfidir”.

Nə qədər qəribə də olsa, belə bir etirafı Ermənistan prezidenti Armen Sərkisyan srağagün 1in.am erməni portalına verdiyi müsahibədə deyib.

“Ermənistan həqiqətən dərin iqtisadi və siyasi böhran içindədir. Yalnız Ermənistanda deyil, ümumilikdə bütün xalq dərin mənəvi-psixoloji böhran yaşayır. Həmçinin Ermənistanla əlaqəli xarici böhranımız var beynəlxalq münasibətlərdən dolayı. Çünki hazırda ölkəmizin və xalqımızın imici dünyada o qədər də müsbət deyil. Biz həm də ictimai müharibəni uduzmuşuq”, - Sərkisyan bildirib.

Bəs səbəblər? Bir dəfə yazmışdıq, yenə xatırladaq ki, erməni xalqı öz liderlərini deyil, ən əvvəl özünün düşüncə tərzini, faşist təfəkkürünü dəyişməlidir, Türkə qarşı nifrətinə son qoymalıdır, dünyaya, beynəlxalq birliyə, beynəlxalq hüquqa sayğılı olmalıdır. Əks təqdirdə, heç kim ona qarşı sayğılı olmayacaq. Necə ki, deyil...
“Yeni Müsavat”



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan-Azərbaycan sərhədlərinə dair danışıqlar başlayır
Dünən, 18:07
Ötən il Kəlbəcərdəki “Zod” qızıl mədənindən Ermənistan nə qədər qazanıb? – MƏBLƏĞ
Dünən, 18:04
Bir kişini öldürən, digərini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır
Dünən, 17:54
Anna Akopyanın Moskva macəraları – 340 dollarlıq şampan, 1900 dollarlıq araq
Dünən, 17:47
Beyləqanda Böyük şair Nəsimiyə sayğısızlıq... - FOTO
Dünən, 17:45
Əli Həsənov onu tənqid edənlərə Heydər Əliyevin sözləri ilə cavab verdi - VİDEO
Dünən, 17:42
"Görürsüz, şəhərə ayaq basan əsgərlərimizin hamısı oxuyurdu" - Şuşanın havasındandır...
Dünən, 17:38
"Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik" - deputat
Dünən, 17:35
Paşinyan nümayəndələrini yenidən Dağlıq Qarabağa göndərir - SUSACAĞIQMI?
Dünən, 17:32
Tərtərdə şəhidlərin xatirəsi ehtiramla anıldı
Dünən, 17:27
“Bakının G20-yə dəvət alması diplomatiyamızın acizliyidir” - Minasyan
Dünən, 17:26
İran XİN başçısı Azərbaycana səfər edəcək
Dünən, 17:21
Mikayıl Cabbarov təkzib edir - "SOCAR SATILMAYACAQ"
Dünən, 17:20
Paşinyanın getməsini nə Qərb istəyir, nə də Rusiya - TƏHLİL
Dünən, 17:17
"Artıq xalq-iqtidar birliyi, rəhbər-cəmiyyət həmrəyliyi çox güclüdür"
Dünən, 17:14
MEDİA-dan gözləntilər: Əgər sələfinin yolu ilə gedərsə... - GƏLİŞMƏ
Dünən, 17:12
“Rusiya Qarabağı münaqişəli zona kimi saxlamaq istəyir“ - Partiya sədri
Dünən, 17:09
Ermənilər Azərbaycanın bu ərazilərindən tam çıxdılar - SİYAHI
Dünən, 17:07
Sabir Rüstəmxanlı əsas düşməni barmaqla göstərdi: - Lavrov ermənipərəst mövqeyini...
Dünən, 17:05
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
Dələduzların tələsinə düşənlər prokurorluğa məlumat verməlidir - Diqqət!
Dünən, 16:55
“Dəmir yumruğu” unutdularmı... - GƏLİŞMƏ
Dünən, 16:53
Lənkəranda 20 Yanvar şəhidləri anılıb... - FOTO
Dünən, 16:45
İcra başçısı şəhid ailələrini ziyarət etdi
Dünən, 16:42
27 ildir ki, əlillik ala bilmir... - Prezidentə müraciət olundu
Dünən, 16:40
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb
Dünən, 16:37
Devalvasiyadan bütov çıxmayan çörəyi virus da tikələdi: - Qiymət dəyişməsə də, çəki azalıb: BƏS NƏZARƏT?
Dünən, 14:00
Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
Dünən, 13:46
"Qorbaçov cəzasını almalıdır" - Allahşükür Paşazadə
Dünən, 13:42
Azərbaycanda bələdiyyə sədri istefa verdi - Belə də olurmuş...
Dünən, 13:40
Ovuc boyda məmləkətin 2 səhiyyə qurumu var - Birinin bir qram etibarı yoxdur
Dünən, 13:33
Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb - NƏ BAŞ VERİR?
Dünən, 13:31
Uşaq bağçalarından asılı olan dotasiyasız bölgələr: - ”Hökumətin maliyyə müstəqilliyi meyarı yanlışdır”
Dünən, 13:10
“Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar getməlidir”
Dünən, 13:08
Qar İrəvanda həyatı iflic etdi
Dünən, 13:07
“Absheron Hotel Group”da satış direktoru təyin edildi
Dünən, 12:56
"KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdi" - AÇIQLAMA
Dünən, 12:50
Pandemiya qadağalarına baxmayaraq onlar işlərini davam etdirdilər
Dünən, 12:41
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Dünən, 12:38
"Azərbaycan və Türkiyəyə qarşı hansısa pis niyyətdə olmaq istəyənlər gələcəkdə onları birgə görəcəklər" - ekspert
Dünən, 12:37
Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb
Dünən, 12:35
Rusiyadan Qarabağla bağlı növbəti HOQQABAZLIQ... - Öz vətəndaşları kimi davranırlar...
Dünən, 12:31
Paşinyanın əsas rəqibinə qarşı cinayət işi bağlandı
Dünən, 12:27
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Dünən, 12:26
Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olaca - Belə deyirlər...
Dünən, 12:24
“Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...” - ARUTYUNYANIN KÖÇƏRYANIN OĞLUNA SUALI
Dünən, 12:23
“Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır” - Çavuşoğlu
Dünən, 12:21
“Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq” - Bülbüloğlu
Dünən, 12:12
“Heç kim müharibə istəmir” - Erməni deputat
Dünən, 12:09
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru