“Qarabağ klanı”nın siyasi səhnədən uzaqlaşacağı ehtimalı böyükdür .....                     Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı .....                     Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək .....                     Banklar 2020-ci ili belə başa vurdular .....                     Qanuna zidd əldə olunan sübut inzibati xəta haqqında işə baxılmaması üçün əsas olacaq .....                     "Sumqayıt Texnologiyalar Parkı"na yeni Baş İcraçı Direktor təyin olunub .....                     Rusiya sülhməramlıları Qarabağa köçürdüyü ermənilərin sayını şişirdir .....                     Fevralın 1-dən sonrakı növbəti iki həftədə V-IX siniflər, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir .....                     “Elə Xalq artisti var ki, 100 manat verib toya da aparmırlar...“ .....                     Ali məktəblərin açılması barədə qərar veriləcək .....                     Fevralın 1-dən ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək .....                     "Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik” .....                     İcra başçısı məsləhətçiyə yüksək vəzifə verdi .....                     Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Livan vətəndaşları barəsində .....                     Paşinyanla Arutunyan Təhlükəsizlik Şurasının iclasını keçirdi .....                     Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur .....                     İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb .....                     Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili olub .....                     ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb .....                     "Xan sarayı bizim oyun meydançamızdı" .....                     "Şərait olmalıdır ki, insanlar elektromobillərə keçid etsin" .....                     Ağdamda döyüşən könüllülər qeydiyyata alınmayıb? .....                     "Ermənilər niyə görə Araratı özlərinki sayır?" .....                     Beş il icra edilməyən inzibati cərimə qüvvədən düşəcək .....                     Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı .....                     Avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilir .....                     "Azəriqaz" Gəncədə gördüyü işə belə HAQQ QAZANDIRDI .....                     Dövlət Komitəsi bu xainləri niyə susdurmur? .....                     ABŞ-ın gələcək Dövlət katibinin Qarabağ röyası .....                     Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub .....                     BNA-dan dövlət rəsmiləri də şikayət edir .....                     Qarabağda daha 4 erməni cəsədi .....                     Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə qarşı əməliyyat keçirib .....                     DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açılıb .....                     Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb .....                     “Yelo Bank”a iki yeni departament direktoru təyin edilib .....                     "Rusiya Ermənistan üçün son variantı təklif etdi" .....                     Avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edilir .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 030-a çatıb .....                     Şuşada yeni yarımstansiya tikilir .....                 

“Ermənistan məğlubiyyətdən dərs çıxarmadı” - FAKT BUDUR!
Tarix: 3-12-2020, 17:26 | Çap et
“Ermənistan məğlubiyyətdən dərs çıxarmadı”
Qarabağda 44 gün davam edən Vətən müharibəsindən sonra müzakirə edilən əsas mövzularından biri əsir və girovların, cəsədlərin dəyişdirilməsi və qaytarılması məsələsidir. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri arasında noyabrın 10-da Qarabağda atəşkəsin bərpası ilə bağlı imzalanan üçtərəfli bəyanatda əsir və girovların, cəsədlərin qaytarılması məsələsi də öz əksini tapıb.

Belə ki, əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının Ombudsman aparatı tərəfindən noybarın 12-də beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Müraciətdə, həmçinin, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib.

Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın əsirər və girovlarla bağlı açıqlamaları Ermənistan tərəfinin məsələyə qeyri-humanist yanaşmasını bir daha nümayiş etdirir. Hətta, düşmən ölkənin hökumət başçsı noyabrın 29-da özünün “Facebook” hesabında əsirlərin geri qaytarılması və itkinlərin axtarışı ilə bağlı növbəti qeyri-humanist açıqlama yayıb: “Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa, məhbusları mümkün qədər uzun müddət saxlamaqda davam edəcəyik. Problemin həlli yalnız barış halında sürətləndiriləcək”.

Bəs, əsir və girovların beynəlxalq hüquq normaları çərçivəsində dəyişdirilməsinin zəruri olduğu halda, işğalçı ölkənin Baş nazirinin verdiyi ziddiyyətli və qeyri-insani açıqlamalar nəyə əsaslanır, bu arxayınlığın mənbəyi haradandır? Paşinyanın “Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa, məhbusları mümkün qədər uzun müddət saxlamaqda davam edəcəyik” açıqlaması nə anlama gəlir və bunun üçün hansı adekvat addımlar atılmalıdır?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə AYNA-ya açıqlamasında bu məsələni Ermənistanın hər zaman imzaladığı sənədlərdən imtina etməsi və beynəlxalq hüquq normalarına zidd addım atması kimi dəyərləndirib: “Ermənistanın uzun müddət ərazilərimizi işğalda saxlaması və bu gün qoşunları və qeyri-qanuni yerləşdirdiyi əhali, işğaldan azad etdiyimiz torpaqlardan çıxarkən vandalizm hərəkətləri etməsi bunun bariz nümunəsidir. O cümlədən, Ermənistanın 10 noyabr bəyanatına zidd olaraq əsirləri dəyişməkdən hələ də imtina etməsi onların xislətini göstərir”.

“Buna baxmayaraq, Azərbaycan bütün imkanlarından istifadə edərək əsirlikdə olan vətəndaşlarının geri qaytarılması üçün səylər göstərəcək. Bununla yanaşı, bu cür məsələlərin həllini tapması üçün Ermənistan ilə Azərbaycan arasında sülhməramlı qüvvələrini yerləşdirən Rusiya amili, həm də bu məsələlərlə məşğul olan beynəlxalq təşkilatlar var. Eyni zamanda, Azərbaycan bütün imkanlarından istifadə edəcək ki, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Ermənistan da bunu etməyə məcburdur və Azərbaycan Ermənistanı öhdəliklərini yerinə yetirməyə vadar edəcək”, - deputat bildirib.

O, Ermənistanın özü üçün yaratdığı mifologiya və eyforiyadan hələ də ayılmadığını vurğulayıb: “Belə olan halda, gözləmək olardı ki, Ermənistanın 44 günlük müharibədə aldığı ağır zərbə onları real düşünməyə, vəziyyətə praqmatik baxmağa və beynəlxalq hüquqa hörmət etməyə gətirib çıxarsın. Lakin bu, baş vermədi. Hələ də onlardan fantastik bəyanatlar, revanşist çağırışlar eşidirik və belə bir təəssürat yaranır ki, Ermənistan hələ də özünü hansı uçurumun dibinə atdığının fərqində deyil. İşğalçı Ermənistan bu gün öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarır və çıxarmağa da məcburdur. Ermənistanın aldığı cavab da məhz budur. Ermənistan bilməlidir ki, Azərbaycan öz hüquqlarını bütün leqal yollarla qorumağa davam edəcək”.

“Ermənistanın fantastikası və özü üçün xəyali məkan qurması isə Ermənistanın, əslində özünə yaratdığı siyasi cəngəllik, çətinliklərdir. Ki, elə həmin cəngəllikdə də Ermənistan özünü axtarmağa davam edəcək. Azərbaycan isə bu məsələlərin həllini necə, harada və hansı qanunlarla edəcəyini çox yaxşı bilir”, - deyə Mirzəzadə əlavə edib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sərd müavini, İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu da AYNA-ya açıqlamasında erməni xislətinə diqqət çəkib: “Ermənistan rəsmilərinin belə fikirlərinə təəccüblənməməliyik. Çünki Paşinyanın kim olduğunu hamı yaxşı bilir. O da məlumdur ki, ermənilər beynəlxalq hüquqa, humanizm prinsiplərinə heç vaxt əməl etməyib və Ermənistanın faciəsinin kökündə də məhz bu amil dayanır. Ona görə də Azərbaycanın Ermənistanla olan yüz illik qonşuluq təcrübəsi də onu göstərir ki, düşmən ölkənin faşizm ideologiyası ilə silahlanmış fərdlərini nəyəsə məcbur etmədikcə, heç vaxt beynəlxalq hüquqa və humanizm prinsiplərinə əməl etmirlər”.

“Azərbacan 44 günlük müharibədə nəyə qadir olduğunu göstərdi və bütün dünyaya sübut etdi ki, istənilən şərtləri Ermənistana diqtə edə bilər. Hər kəs də ümid edirdi ki, bu, Ermənistan üçün tarixi bir dərs olmalıdır və Ermənistan bundan dərs çıxarmalıdır. Amma təəssüf ki, onların davranışları yenə də qeyri-adekvatdır. Əslində, Azərbaycan bu dəfə də beynəxlalq hüquqa, humanist dəyərlərə sadiq qalaraq noyabrın 10-da 9 bəndlik bəyanatın imzalanmasına razılıq verdi. Məlumdur ki, işğalçı ölkənin 20 mindən çox əsgəri Azərbaycan Ordusunun mühasirəsində idi və onları məhv etmək Azərbaycan Ordusunun əlində idi. Lakin Azərbaycan bunu etmədi”, - Parlament üzvü deyib.

Babaoğlu əlavə edib ki, bu gün Ermənistanı məhv olmaqdan xilas edənlər onları faşizm niyyətlərindən çəkindirməlidir: “Əslində, Paşinyan tək deyil. Ermənistanda kollektiv “paşinyanlıq” var və bu, Ermənistanın identifikasiaydır. Yəni, Paşinyan nədirsə, bu gün orada olanlar da bir az az-bir az çox kollektiv paşinyanlardır və eyni xislətə malikdirlər”.

“Ona görə də bu prosesə vasitəçilik edənlər və Ermənistanı məhv olmağa qoymayanlar Paşinyanı və Ermənistanı başa salmalıdırlar ki, onlar faşizm niyyətlərindən əl çəksinlər. Çünki bizim əsirlərin və girovların sayı az olsa da, Ermənistan ciddi dövlət olmaq və ümumiyyətlə, Cənubi Qafqazda dövlət kimi qalmaq istəyirsə, beyənlxalq hüquq və humanist dəyərləri nəzərə almalıdır”, - deputat sözləyib.

Müsahibimiz onu da qeyd edib ki, Ermənistan aqressiv davranışları, işğalçılıq siyasəti və faşizmə köklənməsi ilə tarixi tərəfdaşları və havadarlarından məhrum olub: “Ona görə də bu gün Ermənistan ayrı-ayrı şəxslərin fərdi ağılları ilə yox, dövlət ağlı ilə davranmağı bacarmalı olsa da, bunu bacara bilmir. Çünki Ermənistan adlı dövlət yoxdur və Ermənistan sadəcə for-post dövlət, genişləndirilmiş hərbi bazadır. Ermənistan əhalisi də dövlətçilik şüurunun daşıyıcısı yox, icma şüurunun daşıyıcısıdırlar. Elə bu cür davranışlar Ermənistanı yenidən icmaya çevirə bilər”.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qarabağ klanı”nın siyasi səhnədən uzaqlaşacağı ehtimalı böyükdür - ekspert
Bu gün, 12:45
Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı
Bu gün, 12:42
Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək - Nazir pullu təhsilin ləğv ediləcəyi barədə də danışıb
Bu gün, 12:41
Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR
Bu gün, 12:40
Qanuna zidd əldə olunan sübut inzibati xəta haqqında işə baxılmaması üçün əsas olacaq
Bu gün, 12:37
"Sumqayıt Texnologiyalar Parkı"na yeni Baş İcraçı Direktor təyin olunub - FOTO
Bu gün, 12:29
Rusiya sülhməramlıları Qarabağa köçürdüyü ermənilərin sayını şişirdir - FAKT BUDUR!
Bu gün, 12:24
Fevralın 1-dən sonrakı növbəti iki həftədə V-IX siniflər, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir
Bu gün, 12:21
“Elə Xalq artisti var ki, 100 manat verib toya da aparmırlar...“
Bu gün, 12:16
Ali məktəblərin açılması barədə qərar veriləcək - Emin Əmrullayev
Bu gün, 12:12
Fevralın 1-dən ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək - QƏRAR
Bu gün, 12:09
"Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik” - Nazir
Bu gün, 12:06
İcra başçısı məsləhətçiyə yüksək vəzifə verdi
Bu gün, 12:04
Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Livan vətəndaşları barəsində cinayət işi başlanılıb
Bu gün, 11:59
Paşinyanla Arutunyan Təhlükəsizlik Şurasının iclasını keçirdi
Bu gün, 11:58
Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur - MÜJDƏ
Bu gün, 11:56
İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb
Bu gün, 11:55
Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili olub - "Toy gecəsi evimə gəldi"
Bu gün, 11:54
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
Bu gün, 11:51
"Xan sarayı bizim oyun meydançamızdı"
Bu gün, 11:49
"Şərait olmalıdır ki, insanlar elektromobillərə keçid etsin"
Bu gün, 11:44
Ağdamda döyüşən könüllülər qeydiyyata alınmayıb? - AÇIQLAMA
Bu gün, 11:42
"Ermənilər niyə görə Araratı özlərinki sayır?" - Vitali Spirin
Bu gün, 11:40
Beş il icra edilməyən inzibati cərimə qüvvədən düşəcək
Bu gün, 11:39
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
Bu gün, 11:37
Avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilir
Bu gün, 11:35
"Azəriqaz" Gəncədə gördüyü işə belə HAQQ QAZANDIRDI - VİDEO
Bu gün, 11:34
Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?
Bu gün, 11:30
ABŞ-ın gələcək Dövlət katibinin Qarabağ röyası – 907-ci düzəliş, Ermənistana yardım...
Bu gün, 11:24
Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub
Bu gün, 11:21
BNA-dan dövlət rəsmiləri də şikayət edir - VİDEO
Bu gün, 11:19
Qarabağda daha 4 erməni cəsədi TAPILDI
Bu gün, 11:12
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə qarşı əməliyyat keçirib - FOTO
Bu gün, 11:11
DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açılıb
Bu gün, 11:08
Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb - ŞOK İDDİA
Bu gün, 11:07
“Yelo Bank”a iki yeni departament direktoru təyin edilib - FOTO
Bu gün, 11:04
"Rusiya Ermənistan üçün son variantı təklif etdi" - Dmitri Yevstafyev
Bu gün, 11:01
Avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edilir
Bu gün, 10:59
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 030-a çatıb
Bu gün, 10:56
Şuşada yeni yarımstansiya tikilir - VİDEO
Bu gün, 10:55
Milli Məclisin İntizam Komissiyasının tərkibi müəyyənləşib - SİYAHI
Bu gün, 10:53
“İmkanlı kişinin oğlu olduğum üçün tələbə olanda işləməmişəm” - deputat
Bu gün, 10:53
Kamran Əliyev yeni kadr dəyişikliyi edib
Bu gün, 10:49
Astarada gizli təşkil olunan nişan mərasimi aşkarlandı
Bu gün, 10:45
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 10:42
Terror dövləti terrorçuya da "hərbi əsir" deyəcək... - GƏLİŞMƏ
Bu gün, 10:35
Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü
Bu gün, 10:33
Sürücülər üçün sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır - Diqqət!
Bu gün, 10:32
Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək
Bu gün, 10:31
Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? - AÇIQLAMA
Bu gün, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru