
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan Moskvaya səfərə gedir.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun səfər zamanı kimlərlə görüşəcəyi, hansı məsələləri müzakirə edəcəyi məlum deyil.
Xatırladaq ki, Abazyan 8 noyabrda MTX direktoru təyin edilib. O, bu vəzifədə Arqişti Kyarmyanı əvəz edib. Bundan əvvəl Abazyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsini icra edib.