Sabunçuda bir ailə səfalət içində yaşayır... - "Övladlarım meyvənin, ətin dadını unudublar"
Tarix: 1-12-2020, 10:10 | Çap et
 “Övladlarım meyvənin, ətin dadını unudublar. Heç kim fikirləşmir ki, bu dörd uşaq nə yeyir, nə içir. Ailə başçısı övladlarını necə dolandırır...” DİA.AZ xəbər verir ki, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində kirayə yaşayan Mədətovlar ailəsində heç kim işləmir. Canəli Mədətov əvvəllər günəmuzd iş tapa bilirdisə, karantin günlərində evdə qalmağa məcburdur. Şikayətçi deyir ki, nəticədə ailəsi ac-yalavac qalıb:
“Pandemiyadan əvvəl də günü-günə zorla calayıb yaşayırdıq. Bir gün iş olanda, beş gün olmurdu. Səhərdən-axşamadək zülm-müsibətlə qəpik-quruşa işləyirdim ki, uşaqlara yavan çörək də olsa, alıb gətirim. İndi vəziyyət daha da ağırlaşıb. Karantin bizi yerli-dibli məhv elədi. Səhər açılır, uşaqlar yuxudan oyanır, amma mən oyanmaq istəmirəm. Ailədə altı nəfərik, dördü azyaşlıdır. Yaşayış şəraitimiz pisdir, kirayə qaldığımız ev dörd divardan və televizorla divandan ibarətdir. Şəraitsizliyə birtəhər dözmək olur. Yaşları azdır, ürəkləri nəsə istəyir. Necə deyəsən ki, pul yoxdur. Körpələr yeməyə nəsə istəyəndə, məhv oluram”.
Ailənin xanımı Sevil Mədətova deyir ki, həyat yoldaşı hara zəng edirsə iş tapa bilmir. Söyləyir ki, karantin elan olunsa da, insanların qeydinə qalmırlar: “Ustalarla əlaqə saxlayır. Biri deyir ki, qışdır, iş dayanıb, digəri pandemiyaya görə tikintinin dayandığını söyləyir. Yaxşı, bu uşaqları necə başa salaq ki, iş yoxdur? Altı aydan çoxdur ki, bir qarnı ac, bir qarnı tox yaşayırıq. Məni bu dəqiqə maraqlandıran uşaqlarımın qarnının ac olmasıdır. Belə yaşayış olmaz. Qəpik-quruşla dolanmaq olmur. Bilmirəm kirayə pulunu verim, yoxsa uşaqların qarnını doyurum. Ya da işığın, qazın pulunu ödəyim. Kirayəpulu 160 manatdır. Evin döşəməsi sementdir, üzərinə linoleum çəkilib. Cəhənnəm, rezinin üstündə də yatmaq olar. Əsas uşaqların qarnı, əyni-başıdır. Bu dəqiqə uşağımın ayağında corabı yoxdur”.
Siyəzən rayonunun Dağ Quşçu kəndindən olan Sevil Mədətova İmişli rayonunun Çaxırlı kəndinə gəlin köçüb. Bir müddət kənddə yaşayan ailə işsizlik ucbatından Bakıya gəlib: “Doqquz ildir Zabratda yaşayırıq. Yoldaşım işləyən dövrlərdə gündəlik 12-13 manat qazana bilirdi. Ən azından uşaqların yeməyi olurdu. Mart ayı başlayandan düz-əməlli işləmir. Ölkədə pandemiya ilə əlaqədar karantin tətbiq olunandan sonra çox çətinlik çəkirik. İki aydır ki, kirayə pulunu zülmlə düzəldirik. Bir çörəyi alanda, ikincinin pulunu üst-üstə yığırıq ki, evin kirayəsini verək. Bundan öncəki ay evin kirayəsindən ancaq 100 manat verə bildik, 60 manat borclu qaldıq. Bu ayın da ödəniş vaxtı yaxınlaşır, nə edəcəyimi bilmirəm. Ev yiyəsi də iki gündən artıq gözləmir. Hələ bir az uşaqlara rəhmi gəlir. Mənə deyir ki, kirayə istəyən çoxdur. Aybaay pulunu verən adamlar var. Yoldaşım əvvəllər tutaq ki, işləyib, 100 manat alırdı. Onun 30 manatını ayırıb, kirayəyə saxlayırdım. Qalanını da çörəyə, kartof-soğana verirdik. Yəni bunları ala bilirdik. Artıq altı-yeddi aya yaxındır ki, bunu da edə bilmirik. Bu neçə ayda yaşadıqlarımızı, çəkdiyimiz əziyyəti heç kimə arzu etmirəm. Təsəvvür edin, ayağımın ayaqqabısı yoxdur ki, geyinib, dükana gedib, çörək alım. Allahın bir şampunu yoxdur ki, bu uşaqların saçlarını yuyum. Dükanlardan nisyə mal almaqdan xəcalət çəkirik”.
Sevil Mədətova deyir ki, səhhətində ciddi problemləri olsa da, imkansızlıqdan həkimə gedə bilmir: “Ailə qurdum, sonra uşaqları böyüdüb, təlim-tərbiyəsi ilə məşğul oldum. İşləmədim, sonralar isə səhhətimdə ciddi problemlər yarandı. Görmə problemim var. Televizorun düz qabağında dayanıram, lakin yenə də bulanıq görürəm. Küçədə qarşımdakı dükanın adını oxuya bilmirəm. Tam yaxınlaşıram, bulanıq nəsə görə bilirəm. Son üç ildə gözlərim tamamilə zəifləyib. İldən-ilə daha da ağırlaşır. Ayaqlarımda varikoz genişlənmə var, damarlar partlayıb. İmkansızlıqdan həkimə gedə bilmirəm. Bütün bunlara dözürəm, çünki başqa çarəm yoxdur. Üç qız, bir oğlan övladımız var. Böyük qız ikinci, oğlan birinci sinifdə oxuyur. Bir qızımın 5, sonbeşiyin isə 2 yaşı var. İş yerlərini bağlamazdan öncə körpə uşağı olan ailələri nəzərə alsınlar. Vətəndaşa sahib çıxmaq, işlə təmin etmək lazımdır. Pandemiya ilə əlaqədar iki dəfə 190 manat pul aldım. Mart ayından bu yana 380 manatla ailə dolandırmaq olar? Xahiş edirəm ki, yoldaşım işlə təmin olunsun. Əl açıb, dilənməyim, qışın günü dörd körpə uşaqla çöldə qalmayım”.

|
|
|
|
|
|
Sizcə Azərbaycana dost hansı ölkədir?
|
|
|
|
|
|
|
|
|
• “Hippokratın goruna and olsun ki, şprisdəki vaksin idi” - AÇIQLAMA
Bu gün, 09:15 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətlərini pozmaq istəyənlər çoxdur - deputat
Bu gün, 09:13 |
|
|
|
• Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları - “QAPINI SINDIRMAQ ÜÇÜN 6-7 SAAT ÇALIŞDILAR, İÇƏRİ GİRƏN KİMİ...”
Bu gün, 09:11 |
|
|
|
• Ucarda otlaq sahələrini kimlər zəbt edib? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Rusiyanın Avropaya qaz kəmərləri: Moskva ilə Vaşinqton anlaşdımı? - TƏHLİL
Bu gün, 09:06 |
|
|
|
• “ERMƏNİLƏRİN BAYDENLƏ BAĞLI ÜMİDLƏRİ MƏNASIZDIR” – “ABŞ Rusiyanın nəyi ilə rəqabət aparsın?...”
Bu gün, 09:04 |
|
|
|
• FHN şefinin qardaşı ilə bağlı ilginc İDDİA - "...pulu geri qaytarmaqdan boyun qaçırdı"
Bu gün, 09:01 |
|
|
|
• Qarabağda yeni iqtisadi model tətbiq ediləcək - GƏLİŞMƏ
Bu gün, 08:56 |
|
|
|
• Teledərslərin bugünə olan cədvəli - Diqqət!
Bu gün, 08:52 |
|
|
|
• Rusiya qondarma qurumu bura daxil etmək istəyir
Bu gün, 08:51 |
|
|
|
• Vətən Müharibəsi Qəhrəmanı icra başçısından narazıdır... - "Maraqlanan da yoxdur..."
Bu gün, 08:49 |
|
|
|
• "Ümidlə gözləyirəm ki, nə vaxtsa məni də çağırarlar"
Bu gün, 08:46 |
|
|
|
• "Sistemi bu şəkildə mənasızlaşdırırlar" - Partiya sədri
Bu gün, 08:38 |
|
|
|
• “Azəriqaz” Qarabağ müharibəsi əlilinə sərfiyyatdan artıq borc yazdı - GİLEY
Bu gün, 08:37 |
|
|
|
• "Yasamal İCRA HAKİMİ QAZİNİN YOLDAŞINA DEYİB Kİ..." - aktrisa SƏRT danışdı
Bu gün, 08:34 |
|
|
|
• Vüsal Kərimlinin pul yığan qoçuları... - İTTİHAM
Bu gün, 08:32 |
|
|
|
• Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA
Bu gün, 08:31 |
|
|
|
• Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxdılar
Bu gün, 08:21 |
|
|
|
• Dövlət repetitorluğu leqallaşdırmayacaq, ona görə ki... - Ekspertlər danışır
Bu gün, 08:20 |
|
|
|
• AZAL-da nə baş verir? - NARAZILIQ!
Bu gün, 08:19 |
|
|
|
• Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər
Bu gün, 08:17 |
|
|
|
• 3 ölkənin birliyi: İran nədən narahatdır? - GƏLİŞMƏ
Bu gün, 08:16 |
|
|
|
• Hərbçilərin maaşı niyə azaldılır? - AKTUAL
Bu gün, 08:15 |
|
|
|
• İki türk dövlətinin “Dostluq”u: Daha bir qala fəth edildi - TƏHLİL
Bu gün, 08:14 |
|
|
|
• Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Bu gün, 08:11 |
|
|
|
• Məhkəmə Hüquq Şurasından NARAZILIQ - "Bu bərbadlığın başlıca nədənlərindən biri..."
Bu gün, 08:09 |
|
|
|
• Bu gün AŞ PA-nın qış sessiyası başlayır
Bu gün, 08:06 |
|
|
|
• Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar - Diqqət!
Bu gün, 08:05 |
|
|
|
• Azərbaycanda karantin rejimi yenə yumşaldıldı - Bu sahələrdən qadağa götürüldüü
Bu gün, 08:04 |
|
|
|
• Bu gün dollar neçəyədir?
Bu gün, 08:02 |
|
|
|
• Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb
23-01-2021, 12:16 |
|
|
|
• "Nə qədər çox banklar açılırsa..." - AÇIQLAMA
23-01-2021, 12:16 |
|
|
|
• Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır
23-01-2021, 12:13 |
|
|
|
• Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
23-01-2021, 12:11 |
|
|
|
• Paytaxta təmizliklə bağlı iməclik keçirildi
23-01-2021, 12:10 |
|
|
|
• “Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub - ciddi yoxlamalar aparılmalıdır
23-01-2021, 12:05 |
|
|
|
• Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ - "...qətiyyən çəkinməyin"
23-01-2021, 12:02 |
|
|
|
• ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL - Müxalifət səfirin geri çağırılmasını istəyir
23-01-2021, 11:57 |
|
|
|
• Sosial şəbəkə istifadəçilərinin nəzərinə! - DİN XƏBƏRDARLIQ ETDİ
23-01-2021, 11:54 |
|
|
|
• ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR - başqa xəstəxanaya köçürülüb
23-01-2021, 11:52 |
|
|
|
• Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olunub - Təzəcə istefa vermişdi
23-01-2021, 11:51 |
|
|
|
• Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb - FOTO
23-01-2021, 11:47 |
|
|
|
• Yolların buz bağlayacağı ehtimalı var - Belə deyirlər...
23-01-2021, 11:45 |
|
|
|
• Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək
23-01-2021, 11:36 |
|
|
|
• Vüqar Səfərli həbsdən azad olunmağa çalışır - ŞİKAYƏT VERİB
23-01-2021, 11:35 |
|
|
|
• AMEA-da bir sıra şöbə və laboratoriyaların fəaliyyəti dayandırılacaq
23-01-2021, 11:32 |
|
|
|
• Ramiz Mehdiyevin fəaliyyəti YOXLANILMALIDIR... - "Başqa işlərlə məşğuldurlar"
23-01-2021, 11:30 |
|
|
|
• Şirvan Diaqnostika Mərkəzinin baş həkimi deputatın görüşünə tibbi maskasız gəldi - FOTO
23-01-2021, 11:26 |
|
|
|
• "Astara rayon Baş həkimi dərmanları öz aptekində satır..." - hamı ayaq üstə dərman gözləyir...
23-01-2021, 11:24 |
|
|
|
• BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama - Eyni zehniyyət...
23-01-2021, 11:20 |
|
|
|
|