"“Dostluq” yatağında əldə olunan karbohidrogen ehtiyatları bu formada dünya bazarına çıxarılacaq" .....                     Telekanallar artıq qanunları poza bilməyəcəklər .....                     Rəsmi Bakının "dəmir yumruğu" yenidən havaya qalxır .....                     “Paşinyan da Şuşada şərab içəndə nələrsə deyirdi” .....                     “Dostluq” yatağı... .....                     Aygün Kazımova Türkiyəyə gedib .....                     "Siyavuş Novruzov Sədərək döyüşlərində iştirak eləməyib" .....                     ATƏT sədrindən Qarabağa dair maraqlı açıqlama .....                     Kəlbəcərin Kəndyeri kəndi .....                     ABŞ prezidenti nəyi və necə dəyişəcək? .....                     "Bir neçə paytaxtı olan ölkələr mövcuddur" .....                     Rus vaksini Azərbaycanda test olunacaq .....                     Naxçıvan MR Media İnkişaf Agentliyi yaradılıb .....                     "Səba"dan şikayət: "Maaşlar verilmir, iş vaxtı 8 saatdan çoxdur" .....                     Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar .....                     Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib .....                     14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb .....                     “Dərs vaxtı”nın yanvarın 22-nə olan cədvəli .....                     "Onlar təlim keçəcəklər və bu işləri türkiyəli mütəxəssislərin yetişdirdiyi kadrlar görəcək" .....                     “Paşinyan bir il öncə Şuşadan fərqli fikirlər səsləndirirdi” .....                     Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir? .....                     "Mərkəzi Asiyanın türk dövlətləri bəzi proseslərə tam hazır deyillər" .....                     "Dostluq" yatağı: İqtisadi inkişafın, Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlığın simvolu .....                     Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə edib .....                     Bakı metrosunun ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir .....                     Vilayət Eyvazov Daxili Qoşunların şəhid olan çavuşunun vida mərasiminə qatılıb .....                     Laçın “Google” xəritələrində hələ də “Berdzor” adlandırılır... .....                     "AŞPA sessiyasına ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi gedirik" .....                     Paşinyanın deputatları Şuşa ilə bağlı suala cavab verməyiblər .....                     "Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək .....                     Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı .....                     Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır .....                     Kişi keçmiş arvadını küçədə 17 bıçaq zərbəsi ilə öldürüb .....                     "Şurnuxa getmək üçün gərək Azərbaycana keçəsən, sonra yenə...” .....                     Yazıçı müğənniyə “YOX” dedi: .....                     Azərbaycanda indiyədək 2341807 koronavirus testi aparılıb .....                     Azərbaycanda ümumilikdə 228 246 nəfər COVID-19-a yoluxub, 3 053 nəfər vəfat edib .....                     Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub, 10 nəfər yaralanıb .....                 

Şəhid direktordan danışırlar: - “Belə “isti” adam soyuq məzarda necə yatır, görəsən?!”
Tarix: 30-11-2020, 18:02 | Çap et
Şəhid direktordan danışırlar:
Ağstafa şəhər 1 saylı tam orta məktəb rayonun sayılıb, seçilən təhsil ocaqlarından biridir. Düzü mən orda oxumamışam, amma doğma məkandır. Bir-neçə dəfə bu məktəbə yolum düşüb. Şəhərin tam mərkəzində yerləşir, açıq rəngli, nur saçan binası var. İçərisi isə hüzurlu, fərəhlidir. Yaxşı xatırlayıram, dəhlizdə fotolardan ibarət lövhə asılıb, Hüseyin Arifin “Ağstafanın” şeirindən bir bənd də yazılıb:

“Əziz müəllimlər Əmirxan , Aslan
Məmməd, Əmənullah, həlim , mehriban
Dəmiryol məktəbi döndü bir zaman
Kamal ocağına Ağstafanın.”

Elə 1 saylı məktəb ağlımda belə qalıb. Hüseyn Arifin şeiri ilə, yəni ədəbiyyatla. Mənim üçün də harda ədəbiyyat varsa, ora müqqədəsdir. Ona görə daim bu təhsil ocağını sevib, hörmət etmişəm. Bu yaxınlarda isə adını elə xəbərdə oxudum ki, bilmədim qəhərlənim, ya qürur duyum. Hər halda fəxr etdim. Yəqin nədən və kimdən danışdığımı anladınız. Söhbət şəhid direktor Elvin İmaməliyevdən gedir. Ağstafa şəhər 1 saylı tam orta məktəbin şəhadət şərbəti içən direktorundan müəllimindən...

Bir az Elvin müəllimin həyatından bəhs edək, sonra keçək onu tanıyanların xatirələrinə…

İmaməliyev Elvin Elsevər oğlu 1989 cu il mayın 9-u Ağstafa rayon Qırılı kəndində anadan olub. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsinə daxil olub.

2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq Ağstafa şəhər 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Bununla yanaşı Elvin müəllim Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri olub.
Düşmənə dərs keçən gənc müəllim Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.


“…Amma heç kimi dinləmədi”

Elvin müəllimin bacısı Günel İmaməliyeva deyir ki, mərhum “Tovuz” döyüşlərindən sonra səfərbərlik üçün könüllü qeydiyyatdan keçib:
“Müharibə başlayanda söylədi ki, mütləq gedəcəm. Sentyabrın 29 -u yüksək ab-hava ilə cəbhəyə yollandı. Düzü, ona əngəl olmağa çalışdıq, amma heç kimi dinləmədi. Noyabrın 5-ə kimi hər gün danışırdıq. Sonra 3 gün zəng gəlmədi. 8-dən 9-a keçən gecə saat 3-də zəng etdi. Bir kəlmə dedi ki, yaxşıyam. Elə həmin gecə Şuşada olub. Sən demə şəhadətə ucaldığı gecə imiş”.

Günel xanım kövrələrək söyləyir ki, Elvin onun üçün tək qardaş deyil, həm də müəllim olub:

“Ən böyük dəstəkçim idi, üzərimdə əziyyəti çoxdur. Xatirəmdə ən çox gülüşü, mənimlə etdiyi zarafatlarla qalıb, qalacaq. Ömrümün sonuna kimi həyatımda qoyduğu izlərlə yaşayıb, onunla fəxr edəcəm”.

Şəhid bacısının sözləri gözlərimi doldurur. Özümü toplayıb soruşuram:

-Bəs, indi necəsiniz?

-Onun uşaqlarına görə onları da ataları kimi böyütmək üçün yaxşı olmağa çalışırıq. Amma Elvin kimi bir oğulu itirmək bizə böyük acı oldu. Yenə də ailəsi üçün ayaqda durmağa cəhd edirik.

Kədərli bacını çox yormaq istəmirəm. Danışdıqca ürəyinin yandığını hiss edirəm. Ona görə sağollaşıram və Elvin müəllimi tanıyan hər kəsin onun haqqında necə xoş sözlər dediyini söyləyirəm. O da belə cavab verir:

“Başqa cür ola da bilməz. O heç kimi incitməzdi, özünün xətrinə dəyərdi, amma qarşısındakına qıymazdı. Onun haqqında çox danışa bilərəm, amma fikrimi cəmləyə bilmirəm. Şübhəsiz ki, Elvindən danışmaq mənim üçün fəxrdir”.

“Aşağı sinif şagirdləri ona ata kimi yanaşırdı”

Hamı belə deyir. Elvin müəllim haqqında danışanda qürur duyurlar. Onun həm müəllimi həm də iş yoldaşı olan Arzu Mikayılova kimi. Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Arzu xanım əməkdar müəllimdir. Elvin müəllimin adını eşidəndə qəhərlənir, kövrəlir. Axı o həm də şagirdini torpağa tapşırıb. Mən çox danışmayım, sözü verirəm Arzu müəllimin özünə:

“Elvin haqqında danışmaq həm çətindir, həm də şərəflidir. Onun Azərbaycan dili və ədəbiyyat fənnindən repetitoru idim(kövrəlir). O çox bacarıqlı, qabiliyyətli idi. Hər zaman dərslərə hazırlıqlı gələrdi. Sonra eşitdim ki, yüksək balla ali məktəbə qəbul olunub, uğurla universiteti də başa vurub. Düzü, bir müddət əlaqəmiz kəsildi. Sonra çalışdığım məktəbə direktorluq üçün imtahan verib. Və yüksək bal topladığı üçün Təhsil Nazirliyi tərəfindən direktor vəzifəsinə təyin edilib. İlk dəfə onu tanımadım. Özü yaxınlaşıb, dedi: “Müəllim məni tanımadınız?” Elə onda bu gənc direktorun, sevimli şagirdim Elvin olduğunu gördüm. Həm mənimlə, həm məktəb kollektivi ilə, həm də şagirdləri ilə səmimi münasibəti vardı. Çox istedadlı, təşkilatçılıq qabiliyyətinə malik insan idi. Səmimi rəftarı, mülayimliyi ilə şagirdlərin, müəllimlərin rəğbətini, hörmətini qazandı. Aşağı sinif şagirdləri ona ata kimi yanaşırdı. Yuxarı siniflər isə bir qardaş kimi münasibət bəsləyirdilər. Yəni Elvin müəllim məktəbimizin fəxri idi”.

“Bizimlə qələbə sevincini yaşaya bilmədi”

Qırıq-qırıq, kövrələrək danışan müəllim söhbətin ortasında şagirdi ilə bağlı bir xatirəsini yada salır:

“Ötən il noyabrın 9-u məktəbimizdə, “Bayraq günü” münasibətilə tədbir keçirilirdi. Elvin müəllimə söz verildi, o da danışdı. Sonra arzusunu dilə gətirdi: “O gün olsun üç rəngli bayrağımız Xankəndidə, Şuşada dalğalansın. Əminəm ki, o gün gələcək”. Bu sözləri o qədər əminliklə dedi ki... Hamımızı inanırdı. Deyirlər, insan ümidlə yaşayar. 30 ilə yaxın müddət keçməsinə baxmayaraq, xalqımız ümidini itirmədi. Ancaq Elvin müəllimin o fikirləri əminliklə deməsi həm bizə fəxr gətirdi, həm də onun özünə qarşı böyük inam yaratdı. Keçən il 9 noyabrda dediyi sözlər gerçəkləşdi. Bu il “Bayraq günü”ndə o Şuşa uğrunda gedən döyüşlərdə, qəhrəmancasına şəhid oldu. Lakin noyabrın 10-da cənab Prezident xalqa qələbə müjdəsi verəndə Elvin müəllim onu eşitmədi. Bizimlə qələbə sevincini yaşaya bilmədi (ağlayır). Onun şəhidlik zirvəsinə ucalması həm məktəbin şagirdlərini, həm də müəllimlərini üzdü. Axı o hamımızın sevimlisi idi. Müharibənin ilk günlərindən könüllü döyüşə yollandı. O bizə burda daha çox lazım idi”.

“...Oğul, iki övladını qoyub, hara gedirsən?!”

Arzu xanım Elvin müəllimin daim vətənpərvəlikdən danışdığını, torpaqlarımızın tezliklə işğaldan azad olmasını arzuladığını xatırlayır:

“Bu ümidi, inamı şagirdlərinə də aşılayırdı. O həm də rayonumuzun könüllü dəstələrinin ilk nümayəndələrindən idi. Evin tək oğlu idi. Atası deyib ki, oğul, iki övladını qoyub, hara gedirsən? Cavab verib ki, ata, onları sizə əmənat edib, gedirəm. Sonra onun cəbhə yoldaşlarından eşitdik, Elvin müəllimin vətənpərvərliyindən danışdılar. Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdəki şücaətindən bəhs etdilər. Deyirlər, cəbhədə sakitlik olanda, bizi başına yığardı, vətənpərvərlikdən danışardı. Qeyd edim ki, onun şəhidlik zirvəsinə ucalması bizim üçün fəxarətdir. Lakin biz bu ölümü qəbul edə bilmirik. Mən buna ölüm demərəm, amma onun adı gələndə qəhərlənirəm. Dərsdə də onun adını çəkəndə, ondan bəhs edəndə özümü saxlaya bilmədim. O dediyi sözü də, əməli ilə yerinə yetirdi. 31 yaşında şəhidlik zirvəsinə ucaldı. Məktəbimiz onun adı ilə fəxr edir. Bizimlə daim yaşayacaq. Səməd Vurğunun şeirindən sitat gətirərək deyirəm ki, ölüm sevinməsin, Elvini bizdən aldığı üçün” söyləyən müəllim göz yaşlarını saxlaya bilmir. Və böyük şairin həmin şeirini ağlayaraq səsləndirir:

“Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.”

““Özünüzdən müğayət olun” deyib, telefonu söndürdü”

Daha çox danışa bilməyəcəyini söyləyir. Mən də davam edə bilmirəm, qəhərdən boğuluram. Nə yalan deyim heç göz yaşlarım da sözümə baxmır… Keçirəm məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Sahilə Xəlilova ilə söhbətə… O da hamı kimi Elvin müəllimin yüksək insani keyfiyyətlərindən danışaraq sözə başlayır:

“Çox savadlı,ağıllı,təmkinli mehriban bir insan idi. Hər kəslə ünsiyyət qurmağı bacarırdı. Gəldiyi az müddətə baxmayaraq müəllim və şagird kollektivinin sevgisini qazandı. Elvin müəllim mənim üçün həm iş yoldaşı,həm də qardaş idi. Sən demə onun qismətinə şəhidlik yazılıbmış. Könüllü ordu sıralarına yazılmasından heç xəbərimiz yox idi. Həmin gün məktəbdəydik. Mənim otağıma gəldi, dedi ki, Sahilə müəllim, biraz işim var. İş vaxtının qurtarmağına baxmayaraq Elvin müəllim qayıtmadı. Zəng vurdum, söylədi ki, müəllim, müharibəyə gedirəm. Həm təəccübləndim, həm də həyəcanlandım. Bildirdi ki, Vətəni qorumaq borcumdur, getməliyəm. “Özünüzdən müğayət olun” dedi və telefonu söndürdü. Elvin müəllim haqqında bilmirəm nə danışım ki ,onun gözəl üzünü, xarakterini, insanlığını əks etdirə bilim”.

“Şagirdlərlə direktor kimi yox, dost kimi rəftar edirdi”

Sahilə müəllim, mərhum direktorun şəhidlik xəbərini eşitdikləri gündən də söz açır:

“İnanın ki, bütün müəllim kollektivi,şagirdlər hamısı məktəbə axın etdilər.Heç kim inanmırdı, inanmaq istəmirdi. O çox mehriban insan idi. Şagirdlərlə bir direktor kimi yox, dost kimi rəftar edirdi. Ona görə hər kəsin gözündə yaş, üzlərində təəccüb və kədər hissi vardı”.

Mütləqdir ki, elə olub deyə düşünürəm. Sonra Sahilə müəllimlə də sağollaşıram. Hələ növbədə həmsöhbət olacağım insanlar var. Düzü, Elvin müəllim haqqında danışmaq qədər, yazmaq da çətindir. Mənim də missiyam asan deyil.

Məktəbin digər əməkdar müəllimi İndira Səmədova deyir ki, çox az insan gənc yaşda hamının hörmətini qazana bilər. Elvin müəllim həmin gənclərdən idi:

“O yüksək insani xüsusiyyətlərə malik insan idi.Gözəl xarakteri vardı, öz savadı ilə fərqlənirdi. Məktəbdəki tədbirlərdə şagirdləri vətəni sevməyə, onun tarixini yaxşı öyrənməyə səsləyirdi. Müharibə başladığı gündən cəhbəyə yola düşdü. Vətən torpaqlarının azad edilməsi uğrunda qəhrəmancasına döyüşdü. Heyif ki, qələbə sevincini yaşaya bilmədi. Amma qəlblərdə özünə əbədi iz qoydu. Allah rəhmət eləsin”.

“...Dedi, yox mütləq getməliyəm”

Amin deyib, qısa söhbətimizi yekunlaşdırıram. Növbədə məktəbin təşkilatçı müavini Xəyalə Əmrahova var. O da mərhum iş yoldaşı ilə ötən illərindən bəhs edir:

“ Biz Ağstafa şəhər 1 saylı tam orta məktəbə gəlməzdən öncə Qırılı kəndində birgə işlədik. Sonra mən yerdəyişmə elədim. Bir neçə il sonra Elvin müəllim məktəbə direktor təyin edildi. Həm də Respublika üzrə direktorların işə qəbul imtahanında ən yüksək balı toplamışdı. Elvin müəllim haqqında nə danışsam, çox azdı. Öncə yaxşı insan idi. Bilmirəm onu necə təsvir edim ki, özümdə rahat olum. Deyim ki, həqiqətən onun haqqında bu sözləri dilə gətirdim. Dostluğa sadiq idi. Hər şeyin yerini bilirdi. Əlavə olaraq işində məsuliyyətli, dəqiq hərəkət edirdi. Olduqca vətənpərvər insan idi. Hələ dedim ki, müəllim, bilirəm ürəyiniz istəyir, Vətən sağ olsun deyərək gedirsiz. Amma bizi də fikirləşin. Hazırda işimizin çətin vaxtıdır. Olarmı ki, bir müddət sonra gedəsiz, fikirləşəsiz. Dedi, yox mütləq getməliyəm. Bizim tədbirlərimizdə çıxış edirdi. Onun üçün Vətən öncə gəlirdi. Sonrası da bildiyiniz kimi sentyabrın 27-də könüllü orduya yazıldı, 29-u cəbhəyə yollandı. Noyabrın 9-u da qəhrəmancasına şəhid oldu. Geridə iki azyaşlı övladı, gözəl ailəsi qalıb”.

“Mənim gözümdə tarix yazan müəllimdir”

Elvin müəllimi iş yoldaşlarından, ailəsindən dinlədik. Bir də onun həyatlarına toxunduğu şagirdləri var. Məsələn Qırılı kəndində Elvin müəllimin şagirdi olan Fəxrin Bayramlı onu bu cür xatırlayır:

“Kənddə sayılıb-seçilən müəllimlərdən biri idi. Həm uşaqlarla, həm böyüklərlər rəftarı, onlara göstərdiyi qayğıya görə hər kəsin qəlbində böyük yeri var. Qırılı Məktəbində fransız dilini tədris edirdi. Dərsdə hər kəsin səhvini, heç kəsi incitmədən deməyi bacarırdı. Həmişə bizə Qarabağdan, uğrunda şəhid olduğu Şuşadan danışardı. Mənim gözümdə tarix yazan müəllimdir. O “İyul” döyüşləri zamanı şəhid xəbəri eşitdikcə xəcalət çəkirdi. Deyirdi, onlar bizim üçün şəhid olur, mənsə sadəcə izləyirəm. Bir söz var: Şəhid olmur, şəhid doğulur. Bu sözün mənasını Elvin müəllimin şəhidliyi ilə tam dərindən dərk etdim”.

“Bizim otağın istiliyi ilə maraqlanan bu cür “isti”adam soyuq məzarda necə yatır?!”

Ağstafa şəhər 1 saylı tam orta məktəbin 2019-cu il məzunu Ayşən Tağızadə isə Elvin müəllim haqqında belə danışıb:

“ O məktəbə gələndə bizimlə elə münasibət qurdu ki, sanki illərdir tanış idik.. Bəlkə də, 11 il oxuduğum məktəbdə, heç bir müəllimlə onun qədər yaxın deyildik. Gəldi, siniflərə baş çəkdi. Onda sinif nümayəndəsi idim. Ayağa qalxdım, özümü təqdim etdim. Bizdən dərslə, məktəbdə müəllimlərlə bağlı soruşdu. İstilik sistemi ilə maraqlandı. İndi sadəcə bir şey fikirləşirəm. Biz şagirdlərin otağının istiliyi ilə maraqlanan belə “isti”adam soyuq məzarda necə yatır? Uşaqlarla, xüsusilə də yuxarı siniflərlər məktəbdə müəllim, kənarda isə dost idi. Sinifin ən dəcəli belə elvin müəllimin sözünü yerə salmazdı. Yadıma gəlir, son zəngdə sinif yoldaşlarıma rəqs öyrədirdim, dekorasiya işləri ilə maraqlanırdım. İnanın, müəllimənin icazə vermədiyi işləri Elvin müəllim ürəklə dəstəkləyirdi. Məni hər zaman səbrlə dinləyirdi. Son zəngə bir gün qalmış ağladım. Dedi, hər şey yaxşıdır. Son zəng günü bizimlə vidalaşdı. Birinci qəbul imtahanında yaxşı nəticə göstərə bilmədim. Anamdan məni soruşub. Mənə etimad edən insanın güvənini sasırtdığım üçün utanırdım. İkinci imtahanda nəticəm yaxşı oldu. Attestatı götürməyə getdik, şəkil çəkdirirdik. Dedi, sənə güvənirəm, hər işin öhdəsindən gələcəksən”.

“Ondan məsləhət alırdım”

Ayşən deyir, Bakıdan hər gələndə məktəbə gedib, Elvin müəllimə baş çəkərdim:

“Karantin vaxtı məktəblər bağlı idi, yenə də görüşdüm. Dedi, səni izləyirəm, aktivliyin məni sevindirir, YAP-a könüllü yazdıracam. Avqustun 8-i yenə zəng vurmuşdum, məktəbə getməli idim. Heyif onda görüşə bilmədik. Amma hər işdə ondan məsləhət alırdım. Elvin müəllimin ölümü məni çox sarsıtdı. Çünki 2 şəhid verdim. Həm müəllimim Elvin İmamaəliyev, həm də sinif yoldaşım Nihad Abdullayev Vətən uğrunda canlarını fəda etdilər”.

Nəhayət söhbətləri də, yazını da yekunlaşdırıram… Ağstafanın müəllim adını şəhidlik zirvəsinə ucaldan igid oğlu Elvin İmaməliyevin xatirələri, onun haqqında deyilən xoş sözləri sizin öhdənizə buraxıram.

Allah rəhmət eləsin…



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"“Dostluq” yatağında əldə olunan karbohidrogen ehtiyatları bu formada dünya bazarına çıxarılacaq" - ekspert
Bu gün, 19:43
Telekanallar artıq qanunları poza bilməyəcəklər - MTRŞ-nın yeni cəzası effekt verir
Bu gün, 19:32
Rəsmi Bakının "dəmir yumruğu" yenidən havaya qalxır - Paşinyanın qorxduğu başına gələ bilər
Bu gün, 19:28
“Paşinyan da Şuşada şərab içəndə nələrsə deyirdi” - deputat
Bu gün, 19:24
“Dostluq” yatağı... - “Hər iki tərəf üçün mənfəət gətirəcək”
Bu gün, 19:14
Aygün Kazımova Türkiyəyə gedib
Bu gün, 19:06
"Siyavuş Novruzov Sədərək döyüşlərində iştirak eləməyib" - ETİRAZ
Bu gün, 18:57
ATƏT sədrindən Qarabağa dair maraqlı açıqlama - “Siz də Krımla Donbası unutmayın...”
Bu gün, 18:52
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
Bu gün, 18:48
ABŞ prezidenti nəyi və necə dəyişəcək? - GƏLİŞMƏ
Bu gün, 18:47
"Bir neçə paytaxtı olan ölkələr mövcuddur"
Bu gün, 18:39
Rus vaksini Azərbaycanda test olunacaq
Bu gün, 18:38
Naxçıvan MR Media İnkişaf Agentliyi yaradılıb - FƏRMAN
Bu gün, 18:35
"Səba"dan şikayət: "Maaşlar verilmir, iş vaxtı 8 saatdan çoxdur" - AÇIQLAMA
Bu gün, 18:34
Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar - Ermənistanın növbəti YALANI
Bu gün, 18:29
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
Bu gün, 18:25
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - Polisdən ƏMƏLİYYAT
Bu gün, 18:24
“Dərs vaxtı”nın yanvarın 22-nə olan cədvəli - Diqqət!
Bu gün, 18:17
"Onlar təlim keçəcəklər və bu işləri türkiyəli mütəxəssislərin yetişdirdiyi kadrlar görəcək"
Bu gün, 18:14
“Paşinyan bir il öncə Şuşadan fərqli fikirlər səsləndirirdi”
Bu gün, 18:06
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir? - AÇIQLAMA
Bu gün, 17:58
"Mərkəzi Asiyanın türk dövlətləri bəzi proseslərə tam hazır deyillər" - ekspert
Bu gün, 17:57
"Dostluq" yatağı: İqtisadi inkişafın, Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlığın simvolu - TƏHLİL
Bu gün, 17:48
Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə edib
Bu gün, 17:47
Bakı metrosunun ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir - AÇIQLAMA
Bu gün, 17:44
Vilayət Eyvazov Daxili Qoşunların şəhid olan çavuşunun vida mərasiminə qatılıb
Bu gün, 17:43
Laçın “Google” xəritələrində hələ də “Berdzor” adlandırılır... - XİN-dən münasibət...
Bu gün, 17:41
"AŞPA sessiyasına ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi gedirik" - deputat
Bu gün, 17:39
Paşinyanın deputatları Şuşa ilə bağlı suala cavab verməyiblər
Bu gün, 17:36
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
Bu gün, 17:35
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Bu gün, 17:28
Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır - 3 ay əvvəl fəaliyyətini dayandırıb
Bu gün, 17:23
Kişi keçmiş arvadını küçədə 17 bıçaq zərbəsi ilə öldürüb - TƏFƏRRÜAT
Bu gün, 17:18
"Şurnuxa getmək üçün gərək Azərbaycana keçəsən, sonra yenə...” - Ermənilər NARAHATDIR
Bu gün, 17:14
Yazıçı müğənniyə “YOX” dedi: - “Mahnı oxumağa qeyri-ciddi baxıram”
Bu gün, 17:10
Azərbaycanda indiyədək 2341807 koronavirus testi aparılıb
Bu gün, 17:06
Azərbaycanda ümumilikdə 228 246 nəfər COVID-19-a yoluxub, 3 053 nəfər vəfat edib
Bu gün, 17:05
Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub, 10 nəfər yaralanıb
Bu gün, 17:00
Moskvada Rusiya XİN başçısı ilə ATƏT sədri arasında görüş keçiriləcək
Bu gün, 16:56
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün, 16:55
Bu ölkədə 39 rəqəmi "əxlaqsız" mənasına görə QADAĞAN EDİLDİ - FOTO
Bu gün, 16:54
""CoronaVac" ölü peyvənddir, hərəyə bir flakon ayrılır, adi şprislə...” - Peyvənd olunan həkim
Bu gün, 16:51
Minsk qrupu qayıdır? - NƏ BAŞ VERİR?
Bu gün, 16:49
AİHM Gürcüstanın Rusiyaya qarşı şikayətini təmin edib
Bu gün, 16:47
"Hamı şükür Allaha, bir tikə çörəyini tapıb yeyir"
Bu gün, 16:46
"Türkmənistan və Azərbaycan münasibətləri ardıcıl olaraq inkişaf etdirir" - Berdiməhəmmədov
Bu gün, 16:42
"Əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar" - Dövlət başçısı
Bu gün, 16:41
“Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar” - Azərbaycan Prezidenti
Bu gün, 16:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru