
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv edilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, buna səbəb Paşinyanın Rusiyada yüksək səviyyəli görüşlərə nail ola bilməməsidir.
“Ermənistanın Paşinyan-Putin ikitərəfli görüşünün təşkili üçün bütün səyləri uğursuz oldu. Baş nazirin protokol xidmətinin rəhbəri İrəvana geri çağrıldı”, - deyə məlumatda vurğulanıb.