Uşaq bağçalarından asılı olan dotasiyasız bölgələr: .....                     “Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar getməlidir” .....                     Qar İrəvanda həyatı iflic etdi .....                     “Absheron Hotel Group”da satış direktoru təyin edildi .....                     "KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdi" .....                     Pandemiya qadağalarına baxmayaraq onlar işlərini davam etdirdilər .....                     DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər .....                     "Azərbaycan və Türkiyəyə qarşı hansısa pis niyyətdə olmaq istəyənlər gələcəkdə onları birgə görəcəklər" .....                     Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb .....                     Rusiyadan Qarabağla bağlı növbəti HOQQABAZLIQ... .....                     Paşinyanın əsas rəqibinə qarşı cinayət işi bağlandı .....                     Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olaca .....                     “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...” .....                     “Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır” .....                     “Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq” .....                     “Heç kim müharibə istəmir” .....                     İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər .....                     Azərbaycanda bir dəqiqəlik sükut olub .....                     “Həmin vaksin peyvəndin hazırlanması zamanı sınaq dövründə istifadə edilir” .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     Bu nazirin qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü .....                     Gəncə sakinləri pensiya gözləyir .....                     Prezident Administrasiyasının rəsmisi REAL-ın qərargahına gəlib .....                     “Mütəllibov yox, Həsən Həsənov qalib gəlsəydi...” .....                     Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı .....                     ABŞ Çini insanlığa qarşı cinayətdə ittiham etdi: .....                     ABŞ Türkiyəyə qarşı sanksiyalarını genişləndirə bilər .....                     "Sosial şəbəkədə oturanlar bekar insanlardır" .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 016-ya çatıb .....                     "Ermənistandakı vəziyyət son dərəcə ağırdır” .....                     Gürcüstanda son sutkada koronavirusa 469 yoluxma qeydə alınıb, 14 nəfər ölüb .....                     Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləməyib .....                     Bəzi yerlərdə qar yağıb .....                     Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı .....                     Azərbaycan neftinin qiyməti 56 dolları ötüb .....                     "Bu, mütləq Azərbaycanın icazəsi ilə baş tuta bilər" .....                     Tovuz rayon Polis Şöbəsinin rəisi təqaüdə göndərilib .....                     Göyçayda keçmiş məhkumdan narkotik vasitə götürülüb .....                     Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin .....                 

Azərbaycanın qızıl “bitən” torpaqları: - Ermənilərin daşıdığı milyardlar nə olacaq?
Tarix: 28-11-2020, 10:30 | Çap et
Azərbaycanın qızıl “bitən” torpaqları:
Azərbaycanın noyabrın 25-də 27 illik erməni işğalından azad edilən Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir, belə ki, rayon ərazisində çox sayda filiz yatağı var.

Bu məqalədə biz 112 ton qızıl ehtiyatları olan Söyüdlü (erməni dilində adı “Zod” və ya “Sot”) yatağından bəhs edəcəyik. Buradakı filizdə qızıl tərkibi isə çox yüksəkdir – bir tonda 7,3 qram – bu, Cənubi Qafqaz regionunda ən yüksək göstəricilərdən biridir (Anglo Asian Mining – AAM-in qiymətləndirməsi).

Yataq 1951-ci ildə Azərbaycan tərəfdən Kəlbəcər rayonu və Ermənistan tərəfdən Basarkeçər rayonunun sərhədində kəşf edilib. Yatağın böyük hissəsi (qızıl ehtiyatlarının 75%-i və ya 25 qızıl quyusundan 17-si) Azərbaycan ərazisində olsa da, SSRİ Geologiya Nazirliyinin əmri ilə yatağın idarəetməsi Ermənistanın geologiya idarəsinə verilib. Yatağın sənaye istismarına 1976-cı ildə başlanıb. 1977-1990-cı illərdə bu yataqdan 27,6 ton qızıl çıxarılıb.

1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu yataqda işlər dayandırılıb.

Bununla belə, 1997-ci il avqustun 20-də Azərbaycan hökuməti onu RV Investment şirkəti ilə imzaladığı ilk uzunmüddətli beynəlxalq “qızıl müqaviləsinə” daxil edib.

Ermənistanın işğalı ilə əlaqədar bu yatağa çıxışı olmayan şirkət – operator AAM (qiyməti London birjasında təyin edilir) kosmosdan çəkiliş əsasında Ermənistan tərəfin beynəlxalq hüquq normalarını pozaraq, Kəlbəcər rayonunun işğal edilmiş bu hissəsində fəaliyyət həyata keçirdiyini qeydə alıb. Bu faktlar hüquqi iddia şəklində rəsmiləşdirilib və öz vaxtını gözləyir.

AAM-in 24 noyabr 2020-ci il tarixli məlumatında deyilir ki, “göründüyü qədər, döyüş əməliyyatlarına son qoyan sülh sazişi imzalanıb”.

“Azərbaycan hökuməti və AAM lazımi vaxtda 1997-ci il tarixli məhsul bölgüsü haqqında sazişə (PSA) daxil edilmiş və Azərbaycanın hazırda çıxış olan rayonlarında yerləşən müqavilə sahələri ilə bağlı planları haqqında bazarı məlumatlandıracaq”, deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, RV İnvestmentlə bu PSA-ya Zəngilan rayonunda Veynəli və Ağdərə rayonunda Qızılbulaq yataqları da daxil edilib, amma məhz Söyüdlü ən dəyərli yataqlardan biri hesab olunur, çünki ondakı qızılın aşqarı azdır və deməli, onun təmizlənməsi (affinajı) prosesi daha asandır və böyük maliyyə xərci tələb etmir.

Ümumilikdə bu 3 yataq 900 kvadrat kilometrlik müqavilə sahəsinə malikdir.

İndiyədək Kəlbəcər rayonundakı hissə Rusiyanın GeoProMining (“GeoProMayning” MMC – Ermənistan və RF ərazisində işləyir) şirkətinin nəzarəti altında idi.

Rusiya KİV-lərinin noyabrın 27-də yaydığı məlumata görə, “Ermənistanın Azərbaycanın nəzarəti altına keçən Kəlbəcər rayonu ilə dövlət sərhədi “Zod” yatağını iki hissəyə bölüb”.

Ermənistan SQ Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçataryan jurnalistlərə bildirib ki, “GeoProMining əvvəlcədən təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görüb, yolda buraxılış məntəqəsi yerləşdirilib, Azərbaycan hərbiçilərinə isə bunun Rusiyaya məxsus obyekt olduğu barədə xəbərdarlıq edilib”.

Xatırladaq ki, noyabrın 26-da şəbəkədə Azərbaycan hərbiçilərinin bu qızıl yatağının ərazisinə daxil olduğunu əks etdirən video yayılıb.

Noyabrın 26-da axşam saatlarında Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan və Azərbaycanın nəzarəti altına alınmış Kəlbəcər rayonu arasında sərhədin demarkasiyası həyata keçirilir və işlərin bir hissəsi qızıl yatağı zonasından keçir.

Turan bu məsələ ilə bağlı Azərbaycan XİN-ə müraciət edib, amma bu məqalə yazılarkən hələ şərh verilməmişdi.

Ekspertlərin fikrincə, demarkasiya prosesi vaxt tələb edir və deməli, hələlik Söyüdlü yatağının nə vaxt AAM-in balansına veriləcəyini demək çətindir.

Hələlik isə AAM-in əsas əməliyyatları Gədəbəy (735 min unsiya qızıl ehtiyatı, qızıl tərkibi 0,6-0,8 qr/t), Qədir mədənində (ehtiyatları – 267 min unsiya qızıl, qızıl tərkibi 2,4 qr/t) və ümumi sahəsi 2 min kv. m-ə yaxın olan bir sıra digər sahələrdə həyata keçirilir.

AAM Azərbaycanda 2006-cı ildən işlənən zonalardan 2020-ci ildə 70 min unsiyaya yaxın qızıl hasil edə bilər, 2019-cu ilin yekunlarına görə bu göstərici 81,4 min unsiya təşkil edib. Azalma COVİD-19 pandemiyası ilə əlaqədar karantin tədbirlərinin nəticələri ilə əlaqədardır.

Yaxın gələcəkdə AAM işğal edilmiş ərazilərdəki digər iki yataqla bağlı planlarını dəqiqləşdirəcək, amma demarkasiya zamanı “Qızılbulaq”ın Ermənistan tərəfdə qalacağı istisna deyil.

“Veynəli”yə gəlincə, məşhur iqtisadçı, deputat Vüqar Bayramovun sözlərinə görə, Zəngilan rayonu ərazisində tərkibində qızıl olan bu yataq kvars-qızıl-sulfid tərkibli geoloji-sənaye tipli quyulara aiddir.

“Yataqda 25 qızıl tərkibli kvars quyusu zonası tədqiq edilib, 14, 15, 16, 19, 21 və 24 zonaları üçün C + C2 kateqoriyaları üzrə ehtiyatlar hesablanıb. Veynəli yatağı 1959-1962-ci illərdə kəşf edilib, geoloji kəşfiyyat işləri 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə həyata keçirilib. Yataq 1984-cü ildə Resurslar üzrə Komissiya tərəfindən qeydiyyata alınıb və Azərbaycan Respublikasının Dövlət mineral resurslar balansına daxil edilib. Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyasına aid filizlər – 183 000 ton, qızıl 2 169 ton, C2 kateqoriyasına aid filiz – 433 min ton, qızıl 4 347 ton. C1 kateqoriyasına aid gümüş – 0,19 ton; C2 kateqoriyasına aid gümüş – 9,9 ton. C1 kateqoriyasına aid mis – 9,2 min ton, C2 kateqoriyasına aid mis – 2800 ton”, deyə Bayramov AzərTac-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan biznesmenləri və onların bir sıra xarici tərəfdaşları faktiki olaraq 1992-2020-ci illərdə Azərbaycanın işğal edilmiş ərazilərindəki filiz yataqlarını qanunsuz olaraq talan ediblər.

“Belə cinayətkarlardan biri İsveçrənin dünya səviyyəsində məşhur Franck Muller Group saat brendinin banilərindən biri və baş direktoru Vartan Sirmakesdir. “Söyüdlü” və “Veynəli”dən çıxan qızıl faktiki olaraq bu brendin məmulatlarına (18 karatlı qızıl) işlənib, beynəlxalq birjalarda ən yüksək 999,9 karat əyarlı külçələr şəklində satılıb, Ermənistanın Mərkəzi Bankına aparılıb... Beş il əvvəl Azərbaycan Baş Prokurorluğu Vardan Sirmakesə qarşı cinayət işi açıb və onun barəsində beynəlxalq axtarış elan edib. Təhqiqat materiallarından görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti, xüsusən onun qızıl yatağının qanunsuz işlənməsində iştirakı haqqında kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Konfederasiyasının Baş Prokurorluğuna təqdim edilib”, deyə deputat qeyd edib.

O əlavə edib ki, Azərbaycan prezidentinin sərəncamına əsasən, işğal altında olmuş ərazilərdə Ermənistanın Azərbaycana vurduğu ziyanın kompleks qiymətləndirməsi aparılacaq.

“Bunun əsasında və Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycana vurduğu ziyan hesablanacaq və düşmən ölkənin, onun keçmiş və hazırki liderlərinin, xarici şirkətlərin və onların rəhbərlərinin məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlər görüləcək”, deyə Bayramov qeyd edib.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev ASTNA-ya eksklüziv müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədi SSRİ vaxtında keçən xətlə bölündüyü təqdirdə “Zod-Söyüdlü qızıl mədəninin 74%-i Azərbaycanın Kəlbəcər rayonu ərazisində, qalanı Ermənistanda qalacaq”.

“Bu yataqda aşqar azdır, qızıl tərkibi çoxdur. Onu istismar etmək asandır. Qafqazda ən böyük yataq olan bu yatağın tərkibində qızıl az olan hissəsi Ermənistanda yerləşir. Bunu bilən erməni biznesmenlər Kəlbəcər rayonunun işğalından istifadə ediblər və intensiv olaraq məhz zəngin Azərbaycan hissəsində, böyük sahədə işləyiblər, bizim zonadan mümkün qədər çox filiz çıxarmağa çalışıblar. Ermənilər yatağın bizə məxsus olan hissəsini məhv etməyə çalışıblar ki, bizə heç nə qalmasın. Amma əminəm ki, 27 illik işğaldan və vəhşicəsinə mənimsənildikdən sonra da Söyüdlü yatağı boş deyil. Biz yaxın aylarda bu zonanın monitorinqinə, ziyanın qiymətləndirilməsinə başlayacağıq”, deyə Əliyev ASTNA-ya bildirib.

Onun sözlərinə görə, Kəlbəcər rayonunda bu yatağın istismarı perspektivlərinin müəyyən texnoloji və digər spesifik məqamları var, onlar haqqında danışmaq hələ tezdir, amma onlar nikbindir.

“Bizim son illər “Zod” (“Sot”) yatağında operator olan Rusiya şirkəti ilə əlaqəmiz olmayıb. Noyabrın 25-dən etibarən Azərbaycan yatağın əsas hissəsi üzərində hüquqlarını özünə qaytarır”, deyə o qeyd edib.

Əli Əliyevin sözlərinə görə, noyabrın 27-də nazirlikdə digər qızıl yatağı – Azərbaycanın Zəngilan rayonunda yerləşən Veynəli ilə bağlı müzakirələr aparılıb.

“Biz onunla bağlı bütün məsələləri qaldırmışıq və artıq yaxın günlərdə onun vəziyyətinin monitorinqinə və qiymətləndirilməsinə başlayacağıq”, deyə o bildirib.

Ağdərə (Tərtər rayonunun ərazisi) yaxınlığındakı “Qızılbulaq” yatağına gəlincə, nazirlik nümayəndəsinin sözlərinə görə, Tərtər rayonunun qalan hissəsi azad edildikdən sonra o da Azərbaycanın yurisdiksiyasına düşür.

“Bu üç yataq – Söyüdlü, Veynəli və Qızılbulaq 1997-ci ilin avqustunda RV İnvestment-lə imzalanmış PSA müqaviləsinə daxildir. Biz özümüz ilkin monitorinq və qiymətləndirmə apardıqdan sonra bu şirkətin mütəxəssislərini bu yataqların vəziyyətinin qiymətləndirilməsinə cəlb edəcəyik. Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış azad edilmiş ərazilərdəki aktivlərin qiymətləndirilməsi üzrə komissiya fəal işə başlayıb və biz onun işinin, o cümlədən filiz yataqları ilə bağlı işinin nəticələrini daha sonra bölüşəcəyik”, deyə Əli Əliyev bildirib. /Turan



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaq bağçalarından asılı olan dotasiyasız bölgələr: - ”Hökumətin maliyyə müstəqilliyi meyarı yanlışdır”
Bu gün, 13:10
“Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar getməlidir”
Bu gün, 13:08
Qar İrəvanda həyatı iflic etdi
Bu gün, 13:07
“Absheron Hotel Group”da satış direktoru təyin edildi
Bu gün, 12:56
"KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdi" - AÇIQLAMA
Bu gün, 12:50
Pandemiya qadağalarına baxmayaraq onlar işlərini davam etdirdilər
Bu gün, 12:41
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Bu gün, 12:38
"Azərbaycan və Türkiyəyə qarşı hansısa pis niyyətdə olmaq istəyənlər gələcəkdə onları birgə görəcəklər" - ekspert
Bu gün, 12:37
Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb
Bu gün, 12:35
Rusiyadan Qarabağla bağlı növbəti HOQQABAZLIQ... - Öz vətəndaşları kimi davranırlar...
Bu gün, 12:31
Paşinyanın əsas rəqibinə qarşı cinayət işi bağlandı
Bu gün, 12:27
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bu gün, 12:26
Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olaca - Belə deyirlər...
Bu gün, 12:24
“Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...” - ARUTYUNYANIN KÖÇƏRYANIN OĞLUNA SUALI
Bu gün, 12:23
“Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır” - Çavuşoğlu
Bu gün, 12:21
“Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq” - Bülbüloğlu
Bu gün, 12:12
“Heç kim müharibə istəmir” - Erməni deputat
Bu gün, 12:09
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO
Bu gün, 12:08
Azərbaycanda bir dəqiqəlik sükut olub - ANIM
Bu gün, 12:03
“Həmin vaksin peyvəndin hazırlanması zamanı sınaq dövründə istifadə edilir” – Şübhələri artıran AÇIQLAMA
Bu gün, 12:01
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub
Bu gün, 12:00
Bu nazirin qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü - FOTO
Bu gün, 11:59
Gəncə sakinləri pensiya gözləyir - Nazirlikdən AÇIQLAMA
Bu gün, 11:52
Prezident Administrasiyasının rəsmisi REAL-ın qərargahına gəlib – İlqar Məmmədovla görüşüb
Bu gün, 11:50
“Mütəllibov yox, Həsən Həsənov qalib gəlsəydi...” – SENSASİON İDDİA
Bu gün, 11:45
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
Bu gün, 11:43
ABŞ Çini insanlığa qarşı cinayətdə ittiham etdi: - Uyğur problemi nə vəd edir
Bu gün, 11:30
ABŞ Türkiyəyə qarşı sanksiyalarını genişləndirə bilər
Bu gün, 11:22
"Sosial şəbəkədə oturanlar bekar insanlardır"
Bu gün, 11:10
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 016-ya çatıb
Bu gün, 11:08
"Ermənistandakı vəziyyət son dərəcə ağırdır” - Ayk Xalatyan
Bu gün, 11:05
Gürcüstanda son sutkada koronavirusa 469 yoluxma qeydə alınıb, 14 nəfər ölüb
Bu gün, 11:02
Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləməyib
Bu gün, 11:01
Bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA
Bu gün, 11:00
Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı
Bu gün, 10:53
Azərbaycan neftinin qiyməti 56 dolları ötüb
Bu gün, 10:52
"Bu, mütləq Azərbaycanın icazəsi ilə baş tuta bilər" - deputat
Bu gün, 10:45
Tovuz rayon Polis Şöbəsinin rəisi təqaüdə göndərilib - ƏMR
Bu gün, 10:42
Göyçayda keçmiş məhkumdan narkotik vasitə götürülüb
Bu gün, 10:39
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Bu gün, 10:36
“Təyinat təsdiqlənənə qədər vəzifəmi yerinə yetirəcəm” - AÇIQLAMA
Bu gün, 10:35
"Yerli icra hakimiyyəti orqanları vəzifə təyinatlarından korrupsiya əməlləri üçün istifadə edirlər" - deputat
Bu gün, 10:34
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Bu gün, 10:31
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Bu gün, 10:20
Şuşada tarixi abidələrlə bağlı monitorinq keçirildi
Bu gün, 10:11
Qan qusan tarix: 27 apreldən 20 yanvara doğru - Əslində, faciələrin təməli iki yüz il əvvəl atılmışdı
Bu gün, 10:10
"Bütün şəhidlərimizin ruhu şaddır" - Hikmət Hacıyev
Bu gün, 10:08
“Nikol demək istədiklərini unutmamaq üçün konspekt tutmuşdu” - Kolesnikov
Bu gün, 10:06
“Demokratik və antidemokratik ölkələr arasında xətt itib” - ekspert
Bu gün, 10:05
"Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq"
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru