Devalvasiyadan bütov çıxmayan çörəyi virus da tikələdi: .....                     Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər .....                     "Qorbaçov cəzasını almalıdır" .....                     Azərbaycanda bələdiyyə sədri istefa verdi .....                     Ovuc boyda məmləkətin 2 səhiyyə qurumu var .....                     Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb .....                     Uşaq bağçalarından asılı olan dotasiyasız bölgələr: .....                     “Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar getməlidir” .....                     Qar İrəvanda həyatı iflic etdi .....                     “Absheron Hotel Group”da satış direktoru təyin edildi .....                     "KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdi" .....                     Pandemiya qadağalarına baxmayaraq onlar işlərini davam etdirdilər .....                     DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər .....                     "Azərbaycan və Türkiyəyə qarşı hansısa pis niyyətdə olmaq istəyənlər gələcəkdə onları birgə görəcəklər" .....                     Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb .....                     Rusiyadan Qarabağla bağlı növbəti HOQQABAZLIQ... .....                     Paşinyanın əsas rəqibinə qarşı cinayət işi bağlandı .....                     Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olaca .....                     “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...” .....                     “Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır” .....                     “Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq” .....                     “Heç kim müharibə istəmir” .....                     İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər .....                     Azərbaycanda bir dəqiqəlik sükut olub .....                     “Həmin vaksin peyvəndin hazırlanması zamanı sınaq dövründə istifadə edilir” .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     Bu nazirin qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü .....                     Gəncə sakinləri pensiya gözləyir .....                     Prezident Administrasiyasının rəsmisi REAL-ın qərargahına gəlib .....                     “Mütəllibov yox, Həsən Həsənov qalib gəlsəydi...” .....                     Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı .....                     ABŞ Çini insanlığa qarşı cinayətdə ittiham etdi: .....                     ABŞ Türkiyəyə qarşı sanksiyalarını genişləndirə bilər .....                     "Sosial şəbəkədə oturanlar bekar insanlardır" .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 016-ya çatıb .....                     "Ermənistandakı vəziyyət son dərəcə ağırdır” .....                     Gürcüstanda son sutkada koronavirusa 469 yoluxma qeydə alınıb, 14 nəfər ölüb .....                     Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləməyib .....                     Bəzi yerlərdə qar yağıb .....                 

Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Tarix: 28-11-2020, 09:35 | Çap et
Həm əfv, həm də amnistiya gözlənilir
Hüquq müdafiəçiləri, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu və Hüquq müdafiəçilərinin Monitorinq Qrupu”nun təmsilçisi Səadət Bənənyarlı “Yeni Müsavat”ın redaksiyasının qonağı olublar. Onlarla söhbətdə gözlənilən böyük əfv fərmanından, qazanılan qələbədən sonra ölkədə gedən proseslərdən söz açıb, iqtidar-müxalifət birliyini müzakirə etdik.

Həmin müsahibəni təqdim edirik:

- Hazırda ölkə gündəmində ön çox müzakirə edilən məsələlərdən biri Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı çıxardığı qətnamə ilə bağlıdır. Bu qətnamə müzakirəyə çıxarılan andan Azərbaycan öz sərt reaksiyasını bildirdi, 50-yə yaxın siyasi partiya birgə etiraz bəyanatı imzaladı, Milli Məclis də öz bəyanatını açıqladı. Hüquq müdafiəçiləri olaraq yəqin ki, sizin də öz etirazınız oldu.

Novella Cəfəroğlu: “Bəli, artıq monitorinq qrupunun adından etiraz bəyanatı yazmışıq. İlk növbədə qeyd edim ki, Senatın elə bir səlahiyyəti yoxdur ki, qondarma “Dağlıq Qarabağ Respublikasını” tanısın. Daha sonra isə, müharibə müddətində biz Fransa prezidentinin Ermənistana yaxınlığı, can-başla dəstək olması, tərifləməsi, humanitar yardım göstərməsinin şahidi olduq. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. İndiki halda dövlətlər arasındakı münaqişənin səngiməsi, sülh yolunda işlər aparmaq əvəzinə, Fransa açıq-aşkar tərəf tutdu. Bütün bunları öz bəyanatımızda qeyd etdik. Bildirmişik ki, bizim Fransa xalqına heç bir iradımız yoxdur. Sadəcə, Senatda oturanlar erməni lobbisinin əli ilə bu cür addım atdılar. Beləliklə, ATƏT-in Minsk qrupunun Mərkəzi Komissarlığına müraciət edərək bildirmişik ki, insan haqlarının müdafiəçiləri kimi Fransanın müvafiq qanunlar çərçivəsində bu qrupun üzvlüyündən çıxarılmasını tələb edirik.

Hər kəsə məlumdur ki, Fransa zamanında Elzas-Lotaringiyanı Almaniyadan almaq üçün illərlə mübarizə aparıb. Hətta Strasburq şəhərində bir meydan var, ora yığışaraq etiraz aksiyaları keçirirdilər ki, Elzas-Lotaringiya Fransanındır, niyə Almaniyada qalıb.

Səadət Bənənyarlı: Fransada hətta bu məsələ dərsliklərə salınır, uşaqlarına təbliğ edirdilər ki, Elzas-Lotaringiya Almaniyaya deyil, Fransaya məxsusdur. Artıq ötən gün Fransanın Xarici İşlər Nazirliyi də bəyan etdi ki, Fransa Senatın qəbul etdiyi qətnaməni dəstəkləmir, “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

- Doğrudur, Senatın qəbul etdiyi sənət əslində tövsiyə xarakteri daşıyır, amma bunun gələcəkdə Azərbaycan üçün hansısa təhlükə yarada biləcəyi ehtimalını da unutmaq olmaz.

S.B: Əlbəttə. Bu, bütün beynəlxalq qanunlara zidd addımdır.

- Azərbaycan 44 günlük Vətən müharibəsində həm siyasi, həm də döyüş meydanında qələbə qazandı. Nəhayət ki, 30 ildən sonra müqəddəs torpaqlarımız yenidən öz azadlığına qovuşdu. Lakin biz o torpaqlara yenidən ayaq basanda ermənilərin bu illər ərzində burada necə vəhşiliklər törətdiyini, təkcə evləri deyil, məscidləri, abidələri darmadağın etdiyini, fosforlu silahlarla meşələrdə yanğınlar törətdiyinin şahidi olduq. Bütün bunları dünyaya çatdırmaq, öz haqq səsimizi eşitdirmək üçün indi hüquq müdafiəçilərinin üzərinə də böyük işlər düşür.

N.C: Biz BMT-yə bununla bağlı artıq müraciət etmişik. Belə ki, ermənilərin Tərtərdə, Bərdədə, Gəncədə dinc əhaliyə qarşı törətdikləri terrorlar haqqında ingilis dilində hesabat təqdim etmişik. Artıq müraciətlərimizin nəticəsini görməyə başlamışıq. Bizə bildirilib ki, bizimlə videokonfrans təşkil etmək istəyirlər. Artıq ikinci müraciəti hazırlamağa başlamışıq. Bu müraciətdə dağıdılmış məktəblər, xəstəxanalar, evlər, abidələr haqqında qeydlərimiz olacaq. Üçüncü müraciətimizdə isə ermənilərin bizim ərazilərdə törətdikləri ekoloji vəhşilikdən bəhs edəcəyik. Məlum olduğu kimi, ermənilər bizim meşələri qırıb, faunaya ciddi zərrə vurub, fosforlu silahlarla meşələrimizi yandırıblar.

S.B: Bu təkcə Azərbaycanın deyil, bütün dünyanın ekologiyasına vurulmuş zərbədir. Halbuki həmin ərazilərin çox gözəl təbiəti var idi. İndi o əraziləri yenidən əvvəlki vəziyyətinə qaytarmaq üçün 40-50 il, bəlkə də daha çox illər lazım gələcək. Qarabağda bizim dini məbədlərimiz, tarixi abidələrimiz, Alban kilsələri var idi. Bu illər ərzində ermənilər onları özünküləşdirməyə çalışıblar. Hətta onların daha çox Qriqoryan kilsəsinə aid olması məsələsini qaldırıblar. Lakin tarixi faktlar da sübut edir ki, həmin kilsələr Alban kilsələridir.

Bu gün biz millət olaraq daimi birlik nümayiş etdirməliyik. Biz döyüş meydanında qələbə qazandıq. Həmin qələbəni daha da möhkəmləndirmək üçün həm hüquq, diplomatik, həm də iqtisadi müstəvidə də qələbə qazanmalıyıq. O torpaqlarda yenidən normal həyatı yaratmaq üçün bizə güclü iqtisadiyyat, çoxlu insan potensialı lazım gələcək.

- Biz şahidi olduq ki, 10 noyabr sənədinin imzalandığı gün, daha sonra Kəlbəcərin işğaldan azad olunduğu gün Bakı küçələrində bayram edən insanların əllərində Azərbaycan, Türkiyə bayraqları ilə yanaşı Rusiya bayraqları da var idi. Bəziləri bu məsələni qıcıqla qarşıladı.

N.C: Ümumiyyətlə, bir çoxları Rusiya sülhməramlılarının Qarabağa girməsini xoş qarşılamamışdı. Amma bundan daha yaxşı variant yox idi. Həmçinin biz şahidi olduq ki, bu müharibədə Rusiya öz sakitliyini qoruyub saxladı.

S.B: Ermənistan bizi dəfələrlə təxribata çəkdi. Gəncədə, Bərdədə terrorlar törətdi. Lakin Azərbaycan bu təxribatlar getmədi. Əlbəttə ki, Ermənistan bununla Rusiyanı müharibəyə cəlb etmək istəyirdi. Rusiya isə bu müharibəyə qoşulmadı.

N.C: Azərbaycanda minlərlə rus yaşayır. Əlbəttə ki, həmin ruslardan da müharibədə iştirak edən, şəhid olan oldu. Ona görə onların da öz bayraqlarını qaldırıb bayrama qoşulmaları adi haldır və düşünmürəm ki, kimsə bunu qıcıqla qarşılasın. Doğrudur, biz qələbə çalmışıq. Amma siyasi müstəvidə müharibəmiz hələ davam edir. Vətən müharibəsi zamanı xalqımız möhtəşəm birlik nümayiş etdirdi. Bu birliyi ki, biz qazanmışıq, onu davam etdirməliyik. Diqqət edin, müharibə dövründə Qərbin heç bir təşkilatı bizim yanımızda olmadı. Amma prezident xarici mediaya verdiyi müsahibələrində dünyaya bəyan etdi ki, Azərbaycan güclü dövlətdir və özü-özünü müdafiə edə, qoruya bilir. Əgər kənardan müdaxilə olmasa, Azərbaycan öz torpaqlarını qorumaq iqtidarındadır.

Bunun üçün də bir daha vurğulayıram ki, biz birlik nümayiş etdirməliyik. İqtidarlı-müxalifətli hər kəs öz çıxışlarında bir-birilərinə hörmətlə, sayğı ilə yanaşmalıdır.

- Elə bu məsələdən söz düşmüşkən, Fransa Senatının qətnaməsi ilə bağlı Azərbaycanın 50-yə yaxın siyasi partiyası birgə bəyanat imzaladı. Onların arasında parlament də, müxalifət partiyaları da var idi. Lakin bundan əvvəlki bəyanatda olduğu kimi bu bəyanatda da Müsavat və AXCP iştirak etmədi.

N.C.: Əvvəlki bəyanatla bağlı deyə bilərəm ki, Müsavat Partiyası birgə bəyanata imza atmasa da, sonradan ayrıca bəyanatla çıxış etdi. Hətta deyə bilərəm ki, partiyanın keçmiş başqanı İsa Qəmbər də dəfələrlə qeyd edib ki, “Ali Baş Komandan İlham Əliyev və əsgərlərimizin yanındayıq!”

S.B: Biz də hər zaman qeyd edirik ki, siyasətçilər öz incikliyini, marağını Azərbaycan marağına qarışdırmamalıdır. Hər kəs bilir ki, Fransa Senatı bu gün Azərbaycan əleyhinə qərar qəbul edib. Hər kəs bununla bağlı birgəlik nümayiş etdirməli, yumruğu bir yerə vurmalı, obyektivlik, dözümlülük nümayiş etdirməli, Azərbaycanı qorumağa çalışmalıdır.

N.C: Ermənilərin bir qəbri dağılanda bütün dünya bunu vandalizm adlandırır, amma bizim böyük məzarlıqlarımız, tarixi abidələrimiz, məscidlərimiz dağıdılır, dünya buna susur, vandalizm adlandırmır. Yəni, biz təkik. Özümüzü qorumaq üçün yumruq olmalıyıq. Vətən müharibəsində çox gözəl balalarımız şəhid oldu. Onların bu gün ruhunun şad olması üçün biz birləşməliyik. İqtidar-müxalifət bir-birinə iradları bitirsinlər. Onlar bir yerə yığışıb, bir masa arxasında iradlarını bir-birinin üzlərinə deyə bilərlər. Amma bir daha qeyd edirəm ki, bu bir masa arxasında olmalıdır. Millətin qarşısına çıxıb irad bildirmək olmaz. Çünki xalqımız yenicə müharibədən çıxıb. İndi bizim dərdimiz Azərbaycanı böhrandan çıxartmaq, ərazimizi bütöv etmək, məcburi köçkünləri öz yurdlarına qaytarmaqdır. Bizim həm də İrəvan, Zəngəzur dərdimiz var.

Bir dəfə Eçmiəzdində olmuşdum. Orda geoloji kəşfiyyat aparırdıq. Eçmiəzdində bir Nikolay adlı dostumuz var idi. Onun anası azərbaycanlı, atası isə erməni idi. Gedib gördüm ki, Nikolay mal dərilərini qurudur. Soruşdum ki, Nikolay, nə edirsən? Dedi ki, “siz yatın, biz ermənilər tarix yazırıq”. Soruşdum ki, nə tarix? Cavab verdi ki, “biz bu dərilərə sizin tarixi öz tariximiz yazıb, basdırırıq torpağın altına, yüz ildən sonra görsünlər ki, burada qədimdən ermənilər yaşayıb”. Bunu ona görə xatırladım ki, biz tariximizə yenidən nəzər salmalı, bütün həqiqətləri aydın şəkildə yazmalıyıq. Əlbəttə ki, indi bütün Şuşada, Kəlbəcərdə məzarlıqların altında onların uydurma yazıları dəfn edilib ki, dünyaya sonradan bəyan etsinlər ki, b u torpaqlar guya onların olub. Bütün bunlara qalib gəlmək üçün hamımız birləşməliyik, yoxsa qələbəmiz bütöv olmayacaq.

Biz indi Milli Əsgər Fond yaratmaq istəyirik, müharibədə şəhid, qazi olan, ümumiyyətlə iştirak edən hər bir əsgərə dəstək olmaq üçün. İstərdik ki, hər kəs ayda bu fond üçün pul köçürsün. Bu pul bizim əsgərlərimizə olan məhəbbəti, birliyimizi göstərəcək. Azərbaycan əsgər də şad olacaq ki, bütün millət onun arxasındadır, birdir.

Biz Azərbaycanın gələcəyini düşünməliyik. Bu gələcək üçün də birlik yaratmalıyıq. Prezident İlham Əliyev ölkəmizə, ordumuza çox gözəl Ali Baş Komandan oldu. Əlbəttə ki, ölkəmizə bu cür dönəmdə güclü Komandanın, rəhbərin olması vacib idi. İnanıram ki, bundan sonra da xalqımıza birləşdirici oğul, gənclərimizə ata olacaq, bu milləti yenə öz ətrafına yığacaq. Çünki xalqın ona çox böyük inamı var.

- Bu günlərdə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev açıqlamaya yayaraq, bildirdi ki, Vətən müharibəsindəki qələbəmiz münasibətilə Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım kimi bu ilin sonunda əfv sərəncamının imzalanacağı gözlənilir. Bu haqda istərdik rəyinizi alaq.

S.Q: Bəli, dekabr ayının sonlarında böyük əfv fərmanı, hətta deyərdim ki, amnistiya imzalanacağı gözlənilir. İstərdik ki, bu daha çox insana şamil edilsin.

N.C: Əslində həm böyük əfvin, həm də amnistiyanın olacağını gözləyirik. Amma Səadət xanımın dediyi kimi, istərdik ki, çoxlu sayda insana şamil edilsin. Yəni, elə maddələr salınsın ki, siyasi motivlərlə həbs olunanların hamısı o siyahıya düşsün. Deyim ki, onların arasında Birinci Qarabağ müharibəsi iştirakçıları da var. Yəni, qələbə münasibəti ilə xeyli sayda insan məhbusluq həyatından qurtulsun, ailələrə sevinc bəxş olunsun”.
“Yeni Müsavat”



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Devalvasiyadan bütov çıxmayan çörəyi virus da tikələdi: - Qiymət dəyişməsə də, çəki azalıb: BƏS NƏZARƏT?
Bu gün, 14:00
Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
Bu gün, 13:46
"Qorbaçov cəzasını almalıdır" - Allahşükür Paşazadə
Bu gün, 13:42
Azərbaycanda bələdiyyə sədri istefa verdi - Belə də olurmuş...
Bu gün, 13:40
Ovuc boyda məmləkətin 2 səhiyyə qurumu var - Birinin bir qram etibarı yoxdur
Bu gün, 13:33
Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb - NƏ BAŞ VERİR?
Bu gün, 13:31
Uşaq bağçalarından asılı olan dotasiyasız bölgələr: - ”Hökumətin maliyyə müstəqilliyi meyarı yanlışdır”
Bu gün, 13:10
“Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar getməlidir”
Bu gün, 13:08
Qar İrəvanda həyatı iflic etdi
Bu gün, 13:07
“Absheron Hotel Group”da satış direktoru təyin edildi
Bu gün, 12:56
"KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdi" - AÇIQLAMA
Bu gün, 12:50
Pandemiya qadağalarına baxmayaraq onlar işlərini davam etdirdilər
Bu gün, 12:41
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Bu gün, 12:38
"Azərbaycan və Türkiyəyə qarşı hansısa pis niyyətdə olmaq istəyənlər gələcəkdə onları birgə görəcəklər" - ekspert
Bu gün, 12:37
Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb
Bu gün, 12:35
Rusiyadan Qarabağla bağlı növbəti HOQQABAZLIQ... - Öz vətəndaşları kimi davranırlar...
Bu gün, 12:31
Paşinyanın əsas rəqibinə qarşı cinayət işi bağlandı
Bu gün, 12:27
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bu gün, 12:26
Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olaca - Belə deyirlər...
Bu gün, 12:24
“Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...” - ARUTYUNYANIN KÖÇƏRYANIN OĞLUNA SUALI
Bu gün, 12:23
“Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır” - Çavuşoğlu
Bu gün, 12:21
“Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq” - Bülbüloğlu
Bu gün, 12:12
“Heç kim müharibə istəmir” - Erməni deputat
Bu gün, 12:09
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO
Bu gün, 12:08
Azərbaycanda bir dəqiqəlik sükut olub - ANIM
Bu gün, 12:03
“Həmin vaksin peyvəndin hazırlanması zamanı sınaq dövründə istifadə edilir” – Şübhələri artıran AÇIQLAMA
Bu gün, 12:01
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub
Bu gün, 12:00
Bu nazirin qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü - FOTO
Bu gün, 11:59
Gəncə sakinləri pensiya gözləyir - Nazirlikdən AÇIQLAMA
Bu gün, 11:52
Prezident Administrasiyasının rəsmisi REAL-ın qərargahına gəlib – İlqar Məmmədovla görüşüb
Bu gün, 11:50
“Mütəllibov yox, Həsən Həsənov qalib gəlsəydi...” – SENSASİON İDDİA
Bu gün, 11:45
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
Bu gün, 11:43
ABŞ Çini insanlığa qarşı cinayətdə ittiham etdi: - Uyğur problemi nə vəd edir
Bu gün, 11:30
ABŞ Türkiyəyə qarşı sanksiyalarını genişləndirə bilər
Bu gün, 11:22
"Sosial şəbəkədə oturanlar bekar insanlardır"
Bu gün, 11:10
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 016-ya çatıb
Bu gün, 11:08
"Ermənistandakı vəziyyət son dərəcə ağırdır” - Ayk Xalatyan
Bu gün, 11:05
Gürcüstanda son sutkada koronavirusa 469 yoluxma qeydə alınıb, 14 nəfər ölüb
Bu gün, 11:02
Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləməyib
Bu gün, 11:01
Bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA
Bu gün, 11:00
Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı
Bu gün, 10:53
Azərbaycan neftinin qiyməti 56 dolları ötüb
Bu gün, 10:52
"Bu, mütləq Azərbaycanın icazəsi ilə baş tuta bilər" - deputat
Bu gün, 10:45
Tovuz rayon Polis Şöbəsinin rəisi təqaüdə göndərilib - ƏMR
Bu gün, 10:42
Göyçayda keçmiş məhkumdan narkotik vasitə götürülüb
Bu gün, 10:39
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Bu gün, 10:36
“Təyinat təsdiqlənənə qədər vəzifəmi yerinə yetirəcəm” - AÇIQLAMA
Bu gün, 10:35
"Yerli icra hakimiyyəti orqanları vəzifə təyinatlarından korrupsiya əməlləri üçün istifadə edirlər" - deputat
Bu gün, 10:34
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Bu gün, 10:31
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Bu gün, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru