Devalvasiyadan bütov çıxmayan çörəyi virus da tikələdi: .....                     Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər .....                     "Qorbaçov cəzasını almalıdır" .....                     Azərbaycanda bələdiyyə sədri istefa verdi .....                     Ovuc boyda məmləkətin 2 səhiyyə qurumu var .....                     Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb .....                     Uşaq bağçalarından asılı olan dotasiyasız bölgələr: .....                     “Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar getməlidir” .....                     Qar İrəvanda həyatı iflic etdi .....                     “Absheron Hotel Group”da satış direktoru təyin edildi .....                     "KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdi" .....                     Pandemiya qadağalarına baxmayaraq onlar işlərini davam etdirdilər .....                     DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər .....                     "Azərbaycan və Türkiyəyə qarşı hansısa pis niyyətdə olmaq istəyənlər gələcəkdə onları birgə görəcəklər" .....                     Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb .....                     Rusiyadan Qarabağla bağlı növbəti HOQQABAZLIQ... .....                     Paşinyanın əsas rəqibinə qarşı cinayət işi bağlandı .....                     Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olaca .....                     “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...” .....                     “Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır” .....                     “Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq” .....                     “Heç kim müharibə istəmir” .....                     İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər .....                     Azərbaycanda bir dəqiqəlik sükut olub .....                     “Həmin vaksin peyvəndin hazırlanması zamanı sınaq dövründə istifadə edilir” .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     Bu nazirin qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü .....                     Gəncə sakinləri pensiya gözləyir .....                     Prezident Administrasiyasının rəsmisi REAL-ın qərargahına gəlib .....                     “Mütəllibov yox, Həsən Həsənov qalib gəlsəydi...” .....                     Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı .....                     ABŞ Çini insanlığa qarşı cinayətdə ittiham etdi: .....                     ABŞ Türkiyəyə qarşı sanksiyalarını genişləndirə bilər .....                     "Sosial şəbəkədə oturanlar bekar insanlardır" .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 016-ya çatıb .....                     "Ermənistandakı vəziyyət son dərəcə ağırdır” .....                     Gürcüstanda son sutkada koronavirusa 469 yoluxma qeydə alınıb, 14 nəfər ölüb .....                     Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləməyib .....                     Bəzi yerlərdə qar yağıb .....                 

Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Tarix: 28-11-2020, 09:33 | Çap et
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir...
İki gün sonra işğalçı erməni ordusunun qalıqları sonuncu rayonumuzdan – Laçından rədd olub gedəcək. Bununla da 10 noyabr üçtərəfli anlaşmanın daha bir mühüm bəndi reallaşmış olacaq. Ölkəmizin ərazi bütövlüyü faktiki, təmin olacaq. Bəs bundan sonra? Ermənistan, onun rəhbərliyi və xalqı proseslərin məntiqi davamı kimi yeni situasiya ilə barışıb, nəhayət, Azərbaycanla dinc-yanaşı yaşamanın, dialoqun zəruriliyini və qaçılmazlığını anlayacaqmı?

Əfsus ki, gələn xəbərlər nikbinliyə əsas yaratmır. Ən əvvəl elə Ermənistanın öz maraqları baxımından. Ona görə ki, ölkəmiz ötən 30 ildə müstəqil şəkildə inkişaf edib güclənə, qüdrətlənə və regionun lider dövlətinə çevrilə bilmə qabiliyyətini nümayiş etdirdisə, Ermənistan tam əksinə, bölgənin “izqoy” (“tullanti”) ölkəsi kimi inkişafdan qaldı, Azərbaycan və Türkiyəsiz tərəqqiyə çata bilməyəcəyinə əminlik hasil etdi.

O da bəlli oldu ki, xaricdən heç kim, hətta imkanlı erməni lobbisi də blokadada olan Ermənistanın əhalisinin yerinə onun problemlərini həll eləmək, Ermənistana böyük sərmayələr yatırmaq niyyətində deyil. İki il yarımlıq “demokratik” Paşinyan rejimi də vəziyyəti müsbətə doğru dəyişə bilmədi. Demək, qalır “daşı ətəkdən töküb”, əsas qonşularla – Bakı və Ankara ilə dil tapmaq.

44 günlük müharibənin gətirdiyi nəhəng maddi ziyanlar fonunda, iqtisadiyyat labüd olaraq quyunun dibinə yuvarlanmaqda ikən bu, indi heç vaxt olmadığı qədər Ermənistan adlı psevdo-dövlət üçün imperativə, daha dəqiqi, “olum-qalım” dilemmasına çevrilib. Başqa sözlə, İrəvan nicatı uzaq Fransada, Avropada, Amerikada axtarmaqdan vaz keçməlidir. Özü də tez. Nədən ki, zaman Ermənistana işləmir. Xüsusən də 10 noyabrdan sonra...

*****

“İrəvanın ayrı yolu qalmayıb. Başqa qərarlar və revanş cəhdi tam utopiyadır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusdilli Vestiı.az saytına açıqlamasında politoloq Yevgeni Mixaylov deyib.

“Azərbaycan işğal olunmuş əraziləri praktik olaraq geri qaytardı və Moskva və Ankara ilə birgə Bakı İrəvanı rahatsız duruma saldı. İstənilən halda, indilikdə hansısa üçüncü qüvvənin nizamlanmaya cəlb olunmasından danışmaq tam yersizdir. O ki ola ərazisinin əksəriyyəti Bakının nəzarətinə keçmiş Dağlıq Qarabağın (keçmiş DQMV – red.) hansısa statusundan danışmaq. İrəvan nəzarətində olan ərazilərini itirdi, hardansa hərbi yardım gözləməyin yeri yoxdur, ola bilsin yalnız əhaliyə humanitar yardım olaraq hardansa yalnız ərzaq göndərilsin”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, artıq bütün dünya Ermənistanı yekunda öz layiqli cəzasını alan işğalçı ölkə kimi qəbul edir. O, hesab edir ki, düşdükləri vəziyyətin səbəbləri qismində ermənilər ən əvvəl öz şovinistliklərini və millətçiliklərini görməlidirlər: “Erməni siyasətçilərdən birinin dediyi kimi, “Başqa ölkələrdəki ermənilər öz siyasətçilərinin səbəb olduğu acı məğlubiyyətə görə küçədə görünməyə utanırlar”. Əgər Ermənistan heç olmasa, indi sülh və qarşılıqlı inkişaf üçün qonşularla münasibətləri yenidən qurmağın vacibliyini dərk etməsə, mənim fikrimcə, tezliklə belə bir dövlət xəritədən, sadəcə, yox olacaq, çünki daxili ziddiyyətlər üzündən parçalanacaq, əgər əlbəttə, kimsə xaricdən müdaxilə etməsə”.

Öz növbəsində digər rusiyalı tanınmış analitik Aleksandr Perenciyev 44 günlük müharibənin erməni dövlətçiliyinə sağalmaz yara vurduğuna əmindir: “Sülh yolu ilə getmək, danışıqlar çərçivəsində hər şeyi sakitcə həll etmək, yeddi rayonu geri qaytarmaq və Dağlıq Qarabağ üçün status qazanmaq əvəzinə, Ermənistan öncədən nəticəsi bəlli müharibəyə girişdi. Mən tez-tez deyirdim ki, İrəvanın “bir addım da geri olmaz” mövqeyi və işğal altındakı bütün əraziləri hərbi yolla saxlamaq cəhdi bu ölkəni çöküşə gətirəcək. Azərbaycan dörd rayonu və Dağlıq Qarabağın mühüm hissəsini hərbi yolla, daha üç bölgəni isə sülh yolu ilə geri qaytardı. Üstəlik, Azərbaycan, belə demək mümkünsə, təzminat olaraq Naxçıvana dəhliz aldı. Yəni İrəvanın imtina elədiyi “Madrid prinsipləri”ndə nəzərdə tutulandan daha çoxuna nail oldu”.

*****

Bu arada müharibədən ağır məğlubiyyətlə çıxan və əhalisi ac-yalavac olan Ermənistanda inflyasiya özünü getdikcə daha qabarıq şəkildə göstərməyə başlayıb. Eyni zamanda, milli pul vahidi dram günü-gündən dəyərsizləşməkdədir. Erməni əhali panika içində əlindəki olan-qalan pulu da xarici valyutaya dəyişir.

Ölkənin sabiq maliyyə naziri Vardan Aramyan bu prosesi ölkədəki mövcud iqtisadi durum fonunda qanunauyğun sayır. “Valyuta məzənnəsindəki dəyişiklik iki növ amildən asılıdır: struktur və situativ amildən, yəni günün əhval-ruhiyyəsindən. Bu gün cəmiyyətdə “sürü davranışı”na çevrilə biləcək narahat gözləntilər var. İndiki reallıqda ikinci amil daha təhlükəlidir”.

Onun sözlərinə görə, cəmiyyətin hərəkətləri hazırda pul vəsaitlərini xarici valyutaya köçürməyə başlayan iqtisadi subyektlərin hərəkətlərinin eynidir. “Ayrı sözlə, adamlar iqtisadiyyatda gedən prosesləri dərk etmədən ya əmanətlərini banklardan geri çəkir, ya da əmanətlərini xarici valyutaya çevirirlər”, - deyə o qeyd edib.

Sabiq nazir hesab edir ki, bu fenomenin nəticələri Ermənistan iqtisadiyyatı üçün fəlakətli ola bilər: “Adi vətəndaş dramın ucuzlaşdığını görəndə, qohumlarından və qonşularından hamının dollar aldığını öyrənəndə, təbii ki, o da eyni şeyi edir”.

Aramyan müharibədən sonra iqtisadiyyatda qeyri-müəyyənliyin özünü daha qabarıq göstərdiyinə əmindir. “Amma bu günədək heç bir hökumət üzvü bu suala cavab verməyib: inflyasiya riskinin üzərinə valyutanın dəyərdən düşməsi riskinin əlavə olunduğu vaxtda nə etməli? Çünki Ermənistanda malların əksəriyyəti ya idxal olunur, ya da qismən istehsal olunur və ya idxal olunan xammaldan və ya idxal olunan avadanlıqda hazırlanır. Bunun hamısı valyutaya alınır və nə qədər bahalıdırsa, mallar da bir o qədər baha olacaq” – sonda o xəbərdarlıq edib.

“Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır”.
Bunu isə ölkənin prezidenti Armen Sərkisyan deyib. O bildirib ki, Ermənistan ictimai rəy uğrunda mübarizəni uduzub: “Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır. Beynəlxalq münasibətlərdə də böhran var, çünki ölkəmizin və xalqımızın obrazı mənfidir. Erməni xalqı Qarabağ münaqişəsinin nəticələri ilə əlaqədar mənəvi-psixoloji zərbə alıb”.

*****

Göründüyü kimi, savaş sonrası Ermənistanın əhalisini xüsusən də soyuq qışın qapını kəsdirdiyi zamanda daha ağır iqtisadi durum gözləyir. Ölkə rəhbərliyi isə hələ də çıxış yolunu haradasa uzaqlarda axtarır. Bununla da böhrandan çıxmağa ayrılan qiymətli vaxtı itirir.

Ermənistan müharibədə aldığı sarsıdıcı zərbə azmış kimi, üstəlik, özünü belə demək mümkünsə, “sancmaqla” məşğuldur. Demək, labirintdən çıxmaq asan olmayacaq...
“Yeni Müsavat”




 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Devalvasiyadan bütov çıxmayan çörəyi virus da tikələdi: - Qiymət dəyişməsə də, çəki azalıb: BƏS NƏZARƏT?
Bu gün, 14:00
Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
Bu gün, 13:46
"Qorbaçov cəzasını almalıdır" - Allahşükür Paşazadə
Bu gün, 13:42
Azərbaycanda bələdiyyə sədri istefa verdi - Belə də olurmuş...
Bu gün, 13:40
Ovuc boyda məmləkətin 2 səhiyyə qurumu var - Birinin bir qram etibarı yoxdur
Bu gün, 13:33
Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb - NƏ BAŞ VERİR?
Bu gün, 13:31
Uşaq bağçalarından asılı olan dotasiyasız bölgələr: - ”Hökumətin maliyyə müstəqilliyi meyarı yanlışdır”
Bu gün, 13:10
“Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar getməlidir”
Bu gün, 13:08
Qar İrəvanda həyatı iflic etdi
Bu gün, 13:07
“Absheron Hotel Group”da satış direktoru təyin edildi
Bu gün, 12:56
"KİVDF pul və mənzil bölüşdürmək fonduna çevrilmişdi" - AÇIQLAMA
Bu gün, 12:50
Pandemiya qadağalarına baxmayaraq onlar işlərini davam etdirdilər
Bu gün, 12:41
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Bu gün, 12:38
"Azərbaycan və Türkiyəyə qarşı hansısa pis niyyətdə olmaq istəyənlər gələcəkdə onları birgə görəcəklər" - ekspert
Bu gün, 12:37
Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb
Bu gün, 12:35
Rusiyadan Qarabağla bağlı növbəti HOQQABAZLIQ... - Öz vətəndaşları kimi davranırlar...
Bu gün, 12:31
Paşinyanın əsas rəqibinə qarşı cinayət işi bağlandı
Bu gün, 12:27
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bu gün, 12:26
Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olaca - Belə deyirlər...
Bu gün, 12:24
“Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...” - ARUTYUNYANIN KÖÇƏRYANIN OĞLUNA SUALI
Bu gün, 12:23
“Şəhidlərin simvolu olan qərənfillər azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır” - Çavuşoğlu
Bu gün, 12:21
“Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq” - Bülbüloğlu
Bu gün, 12:12
“Heç kim müharibə istəmir” - Erməni deputat
Bu gün, 12:09
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO
Bu gün, 12:08
Azərbaycanda bir dəqiqəlik sükut olub - ANIM
Bu gün, 12:03
“Həmin vaksin peyvəndin hazırlanması zamanı sınaq dövründə istifadə edilir” – Şübhələri artıran AÇIQLAMA
Bu gün, 12:01
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub
Bu gün, 12:00
Bu nazirin qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü - FOTO
Bu gün, 11:59
Gəncə sakinləri pensiya gözləyir - Nazirlikdən AÇIQLAMA
Bu gün, 11:52
Prezident Administrasiyasının rəsmisi REAL-ın qərargahına gəlib – İlqar Məmmədovla görüşüb
Bu gün, 11:50
“Mütəllibov yox, Həsən Həsənov qalib gəlsəydi...” – SENSASİON İDDİA
Bu gün, 11:45
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
Bu gün, 11:43
ABŞ Çini insanlığa qarşı cinayətdə ittiham etdi: - Uyğur problemi nə vəd edir
Bu gün, 11:30
ABŞ Türkiyəyə qarşı sanksiyalarını genişləndirə bilər
Bu gün, 11:22
"Sosial şəbəkədə oturanlar bekar insanlardır"
Bu gün, 11:10
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 016-ya çatıb
Bu gün, 11:08
"Ermənistandakı vəziyyət son dərəcə ağırdır” - Ayk Xalatyan
Bu gün, 11:05
Gürcüstanda son sutkada koronavirusa 469 yoluxma qeydə alınıb, 14 nəfər ölüb
Bu gün, 11:02
Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləməyib
Bu gün, 11:01
Bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA
Bu gün, 11:00
Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı
Bu gün, 10:53
Azərbaycan neftinin qiyməti 56 dolları ötüb
Bu gün, 10:52
"Bu, mütləq Azərbaycanın icazəsi ilə baş tuta bilər" - deputat
Bu gün, 10:45
Tovuz rayon Polis Şöbəsinin rəisi təqaüdə göndərilib - ƏMR
Bu gün, 10:42
Göyçayda keçmiş məhkumdan narkotik vasitə götürülüb
Bu gün, 10:39
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Bu gün, 10:36
“Təyinat təsdiqlənənə qədər vəzifəmi yerinə yetirəcəm” - AÇIQLAMA
Bu gün, 10:35
"Yerli icra hakimiyyəti orqanları vəzifə təyinatlarından korrupsiya əməlləri üçün istifadə edirlər" - deputat
Bu gün, 10:34
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Bu gün, 10:31
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Bu gün, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru