Millət vəkili Razi Nurullayev MediaPost TV-yə açıqlamasında şəhid ailələri və qazilərə yardım edilməsi ilə bağlı danışıb.
Bəzən şəhid ailələri və qazilərdən sosial şəbəkə vasitəsilə xəbər tutduğunu deyən deputat onların məlumat bazasının yaradılmasının vacibliyindən danışıb.
Millət vəkilinin sözlərinə görə, elektron baza yaradılarsa, bir kəndin adını yazanda bütün şəhid ailələrinin adı çıxa bilər .
R.Nurullayev həmçinin bildirib ki, bu məlumatlar yalnız nazirliyin şəbəkəsində deyil, açıq resurs olmalıdır.