Peyvəndin təsdiqi zamanı AB-nin nizamlayıcısına təzyiq olub .....                     Azərbaycan niyə Çin peyvəndini seçdi? .....                     Virusdan danışan məşhur həkimlər peyvənd vurduracaq? .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Atatürk adına Şuşa orta məktəbi...” .....                     Daha bir erməni siyasətçi Qarabağa qanunsuz gəldi .....                     “Ermənistanla münasibətləri Azərbaycanla koordinasiya edərək normallaşdıra bilərik" .....                     Bakının kommunal xidmətləri qarlı hava şəraitinə hazır vəziyyətə gətirilib .....                     Ermənistan hərbi cinayətlərini ört-basdır etməyə çalışır .....                     "Artıq göstəriş verildi, əlavə torpaq sahələri tapılsın" .....                     Prezidentdən Əhmədzadəyə SƏRT TƏNQİD .....                     "Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik" .....                     "Sabitlik olmalıdır, xalq-iqtidar birliyi olmalıdır" .....                     "Bu müəssisənin təməlini 2017-ci ildə mən özüm şəxsən qoymuşam" .....                     Koronavirusun 3-cü dalğa təhlükəsi: Yenidən sərt karantin gözlənilir? .....                     Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, .....                     Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib .....                     Cəlilabadda daha bir aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlandı .....                     "Günahkarları tapmaq cəhdləri davam edəcək" .....                     “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib” .....                     "Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək" .....                     Əhmədzadə keçmiş icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı .....                     Xalq artisti 80 illik yubleyini reanimasiyada qarşılayıb .....                     “Naxçıvan dəhlizinin açılması ucuzlaşmaya səbəb olacaq” .....                     “İdeal” mağazalar şəbəkəsinin rəhbərliyi dəyişdirildi .....                     “Mən cavanlığımda da bu qələti eləməmişəm“ .....                     “Qarabağın statusu müzakirə mövzusu deyil” açıqlamasına .....                     Mərkəzi Bankın 450 milyonluq müəmmalı susqunluğu: .....                     “Türklər Qarabağın istənilən bölgəsində yerləşə bilərlər” .....                     Nikol Paşinyan özünə yeni köməkçi təyin edib .....                     Şadlıq saraylarında toy sevinci: .....                     Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək .....                     İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü .....                     Teleradio yayımı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün layihələr hazırlanıb .....                     "Pandemiya başlayandan əhvalım yoxdur" .....                     Əli Həsənovun Azərbaycana gətirilməsini həyat yoldaşı .....                     “Üç-dörd aydan sonra tədricən əvvəlki həyatımıza dönəcəyik” .....                     Azərbaycanda İrandan amplitud modulyasiyası ilə işləyən radiovericilərin fəaliyyəti aşkar olunub .....                     Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə münasibət bildirib .....                     MTRŞ tərəfindən 39 327,52 manat vəsait büdcəyə qaytarılıb .....                 

“Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər” - Həkim Cavid Paşayev
Tarix: 27-11-2020, 12:17 | Çap et
 “Artıq deyə bilərik ki, hər evdə koronavirusdan ölüm ola bilər”
Azərbaycan Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin APA-ya müsahibəsi

- Son həftələrdə koronavirusa yoluxma sayı artır. Ölkədə ümumi vəziyyət haqqında nə deyə bilərsiniz?

- Ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət yaxşı deyil. Viruslu xəstələrin sayının daha da artacağı gözlənilir. Demək olar ki, artıq hər evdə koronavirusa yoluxmuş xəstə var. Hər gün yoluxan xəstələrin 10 faizinin ağırlaşdığını nəzərə alsaq, gələn həftədən gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək. Hesab edirəm ki, vəziyyətin nə qədər belə davam edəcəyini infeksionistlər dəqiqləşdirəcək. Gözlənilir ki, gələn həftədən etibarən xəstələrin sayı daha da artacaq. Təəssüf ki, artıq xəstəxanalarda yer məhdudluğu yaranıb. Xəstəliyin bu qədər geniş yayılmasına baxmayaraq, hələ də bu virusa inanmayanlar var. Əvvəl "hər evdə koronavirusa yoluxan xəstə olacaq" deyə iddia edirdiksə, indi artıq deyə bilərik ki, hər evdə ölüm ola bilər. Peyvənd tapılana qədər, maska, məsafə və təmizliyə riayət etmək bizim həyat tərzimizə çevrilməlidir. Bütün bunlara əməl etsək, müəyyən qədər qarşısını ala bilərik. Vacib olmadığı halda, çölə çıxmamaq və kontaktda olmamaq lazımdır.

- Bir müddət əvvəl Siz də virusa yoluxmuşdunuz. Xəstəliyi çox ağır keçirdiniz. Sizdə ilk simptomlar nələr idi?

- Koronavirusa yoluxduğum zaman xəstəliyin ilkin əlamətləri, adətən, hər kəsdə müşahidə edilən boğaz ağrısı, əzələ ağrısı idi. Daha sonra boğulma, tənəffüs çatışmazlığı şəklində davam etdi. Testin informativliyi az olduğu üçün şikayətim olan kimi Kompüter Tomoqrafiyası (KT) yoxlanışından keçdim. Dərhal müalicəyə başlasaq da, sürətli şəkildə pisləşmə gedirdi.

- Neçə gün xəstəxanada müalicə olundunuz və testin cavabı neçə gün sonra neqativ çıxdı?

- Mən xəstəxanadan çıxmamışdan 15 gün əvvəl artıq koronavirus testimin cavabı neqativ idi. Ümumilikdə, 45 gün xəstəxana şəraitində müalicə almışam. EKMO cihazına bağlanmışdım, həmçinin süni tənəffüs aparatına qoşulmuşdum. Təxminən 12 gün koma vəziyyətində qalmışam, demək olar ki, ortalama 1 ay ərzində baş verənləri xatırlamıram. Komadan ayılandan sonrakı dönəmi izah etmək bir az çətindir, çünki bütün baş verənləri anlamaq çətin prosesdir.

- Hazırda koronaviruslu xəstələrlə işləyirsinizmi?

- Xeyr. Sentyabrın 29-dan etibarən yaralılarla işləyirik.

- Son həftələrdə koronavirusa yoluxmanın bu qədər artmasının əsas səbəbi nədir?

- İki həftə əvvəl - sərtləşdirilmiş karantin rejiminə qədər, demək olar ki, heç kəs maskadan istifadə etmirdi. Hər halda bu da son 1-2 həftədə yoluxma sayının bu qədər artmasına səbəb olub. Əslində, yoluxmanı artıran səbəblərdən biri də qələbə münasibətilə hər kəsin küçələrə axışmağı, görüşməsi, daha sıx ünsiyyət qurması oldu. Müharibənin başladığı ilk günlərdə də mən “Facebook” səhifəmdə COVID-19-la bağlı özümüzü qorumaq məqsədilə bir post paylaşmışdım və qeyd etmişdim ki, yoluxmanın artması gözlənilir. Nəticəsi budur ki, gün ərzində 13 min test edilir və 3-4 min yoluxma faktı qeydə alınır. Bu hələ yalnız testlərin nəticələridir. Nəzərə alsaq ki, testlərin informativliyi 70%-dir, deməli bu say bir az da çoxdur.

- İnsanlar testlərin informativliyinin aşağı olduğunu nəzərə alaraq KT etdirirlər. Xəstəliyi yüngül simptomla keçirən şəxslərin KT yoxlanışından keçməsinə ehtiyac var?

- Simptomsuz və ya yüngül simptomlu xəstələrin KT olunmasına ehtiyac yoxdur. Ancaq özünü təcrid etmək üçün test yoxlanışından keçməsi məqsədəuyğundur. Şikayət yoxdursa, KT-yə ehtiyac yoxdur.

- Siz koronavirusa yoluxanda KT yoxlanışında ağciyərin vəziyyəti necə idi?

- Mən yeni yoluxanda KT cavabında ağciyərin 99 faizi pnevmoniya göstərirdi. Xəstəxanadan çıxanda isə artıq ağciyərlərimin 80% düzəlmişdi, bəzi problemlər qalmışdı. Son KT müayinəsini noyabrın 11-də edirdim və indi ağciyərlərim tamamilə yaxşıdır.

- Yəni, koronavirusa yoluxmuş, xəstəliyi ağır keçirən şəxslərin ağciyəri tam sağala bilərmi?

- Bu, fərqlidir. Bu o demək deyil ki, bütün xəstələr tamamilə sağala bilir. Çünki ciyəri fibroza qədər gedən, ağırlaşan xəstələr olur ki, onların sağalması çətinləşir. Hazırda belə xəstələr çoxdur, onlar cihaza bağlı yaşayırlar.

- Buna səbəb həmin şəxslərin yanaşı xəstəliklərinin olmasıdır?

- Bu, bilinmir. Virus haqqında heç nə bilmirik. Əslində, biz deyirik ki, maska taxın, amma maska taxanda yoluxma olub-olmaması məlum deyil. Maska taxılsa da, xəstəliyə yoluxan insanlar var. Maskanın yoluxmaya təsiri varmı, bilmirik. Dəqiq deyil.

- Xəstəliyin gedişatı barədə nə düşünürsünüz? Nə qədər davam edə bilər?

- Bu virus mövsümlə olacaq, yəni yaz və payız aylarında orqanizm müqaviməti düşür, fəsil dəyişikliyi olur. Həmin vaxt xəstəliyə yoluxma sayı artacaq. Hazırda kimin COVID, kimin qripə yoluxduğunun bilinməməsi də problemdir . Ona görə peyvənd olması vacibdir. Bununla biz həkimlərin də işi azalır. Şikayətlər gəlir. Məsələn, kimsə qrip peyvəndi olduğu halda xəstələnsə, biləcəyik ki, bu, COVID-dir.

- Hazırda reanimasiyada olan xəstələrin sayı çoxdurmu və reanimasiya xəstələrindəki əsas problemlər nələrdir?

- Reanimasiyada olan xəstələr yaydakından daha çoxdur. Reanimasiyaya yerləşdirilən xəstələrin 99 faizində tənəffüs çatışmazlığı olur. Reanimasiyada olanlarda əsas problemi tənəffüs çatışmazlığının dərinləşməsidir.

- Virusa yoluxanların neçə faizi xəstəliyi ağır keçirir?

- 80 faiz insan bu xəstəliyi ayaqüstə keçirir. 10 faizində simptomlu olur, qalan 5-10 faizində ağırlaşma olur. Bizdə problem odur ki, əksər xəstələrə antibiotik yazırlar. Artıq pasiyent xəstəxanaya gələndə bizim edəcəyimiz bir şey qalmır. İmmun sistemi zəifləmiş xəstəyə antibiotik verib, immun sistemini daha da çökdürürlər. Xəstə gəlir, amma ediləcək bir şey qalmır. Xəstəyə deksametazon yazmaq elə-belə şey deyil. Hazırda simptomu olana da, olmayana da hər şey edirlər. Şikayəti, temperaturu olmadığı halda, fərq qoymadan, virusun bakterial və ya viral olma səbəbini tapmadan antibiotikə başlamaq düzgün deyil. Antibiotikin göstərişi olmadan verirlər. Bu da vəziyyəti daha da pisləşdirir. İnsanlar simptomlar hiss etdikdə ilk olaraq sahə həkiminə müraciət etməlidirlər. Bu zaman onlar sahə həkiminin müşahidəsində olurlar. Ondan sonra xəstəyə müalicəyə yazılır. Hər kəsi xəstəxanaya gətirməyin də bir adı yoxdur. Evdə o qədər antibiotik qəbul edirlər ki, mikrobla gəlib, xəstəxanadakıları da yoluxdururlar.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Peyvəndin təsdiqi zamanı AB-nin nizamlayıcısına təzyiq olub
Dünən, 18:08
Azərbaycan niyə Çin peyvəndini seçdi? - İLGİNC
Dünən, 18:03
Virusdan danışan məşhur həkimlər peyvənd vurduracaq? - Çin vaksini onları da böldü
Dünən, 18:00
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
“Atatürk adına Şuşa orta məktəbi...” - Nə gözəl...
Dünən, 16:50
Daha bir erməni siyasətçi Qarabağa qanunsuz gəldi - Bunları durdurmaq lazımdır...
Dünən, 16:45
“Ermənistanla münasibətləri Azərbaycanla koordinasiya edərək normallaşdıra bilərik" - Çavuşoğlu
Dünən, 16:41
Bakının kommunal xidmətləri qarlı hava şəraitinə hazır vəziyyətə gətirilib - VİDEO
Dünən, 16:37
Ermənistan hərbi cinayətlərini ört-basdır etməyə çalışır
Dünən, 16:34
"Artıq göstəriş verildi, əlavə torpaq sahələri tapılsın" - İlham Əliyev
Dünən, 16:29
Prezidentdən Əhmədzadəyə SƏRT TƏNQİD - "Kimsə özünü toxunulmaz hesab etməsin"
Dünən, 16:26
"Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik" - Dövlət başçısı
Dünən, 16:20
"Sabitlik olmalıdır, xalq-iqtidar birliyi olmalıdır" - BUNA DA BİZ NAİL OLMUŞUQ!
Dünən, 16:19
"Bu müəssisənin təməlini 2017-ci ildə mən özüm şəxsən qoymuşam" - Prezident İlham Əliyev
Dünən, 16:17
Koronavirusun 3-cü dalğa təhlükəsi: Yenidən sərt karantin gözlənilir? - "2 həftədən sonra..."
Dünən, 16:14
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
Dünən, 16:12
Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib
Dünən, 16:05
Cəlilabadda daha bir aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlandı
Dünən, 16:01
"Günahkarları tapmaq cəhdləri davam edəcək" - ekspert
Dünən, 16:00
“Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib” - Ərdoğan
Dünən, 15:58
"Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək" - Nazirlər Kabineti rəsmisi
Dünən, 15:55
Əhmədzadə keçmiş icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı - FOTO
Dünən, 15:53
Xalq artisti 80 illik yubleyini reanimasiyada qarşılayıb
Dünən, 15:50
“Naxçıvan dəhlizinin açılması ucuzlaşmaya səbəb olacaq” - GƏLİŞMƏ
Dünən, 15:49
“İdeal” mağazalar şəbəkəsinin rəhbərliyi dəyişdirildi
Dünən, 15:46
“Mən cavanlığımda da bu qələti eləməmişəm“ - Flora Kərimova
Dünən, 15:44
“Qarabağın statusu müzakirə mövzusu deyil” açıqlamasına REAKSİYA
Dünən, 15:40
Mərkəzi Bankın 450 milyonluq müəmmalı susqunluğu: - Elman Rüstəmov ictimai narazılığı niyə “görmür?”
Dünən, 15:36
“Türklər Qarabağın istənilən bölgəsində yerləşə bilərlər” - Ekspert danışır
Dünən, 15:33
Nikol Paşinyan özünə yeni köməkçi təyin edib
Dünən, 15:31
Şadlıq saraylarında toy sevinci: - Peyvəndləmə canlanma yaradıb, amma...
Dünən, 15:31
Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək - Diqqət!
Dünən, 15:27
İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü - FOTO
Dünən, 15:23
Teleradio yayımı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün layihələr hazırlanıb
Dünən, 15:16
"Pandemiya başlayandan əhvalım yoxdur"
Dünən, 15:15
Əli Həsənovun Azərbaycana gətirilməsini həyat yoldaşı təkzib etmədi
Dünən, 15:13
“Üç-dörd aydan sonra tədricən əvvəlki həyatımıza dönəcəyik” - deputat
Dünən, 15:08
Azərbaycanda İrandan amplitud modulyasiyası ilə işləyən radiovericilərin fəaliyyəti aşkar olunub
Dünən, 15:06
Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə münasibət bildirib
Dünən, 15:03
MTRŞ tərəfindən 39 327,52 manat vəsait büdcəyə qaytarılıb
Dünən, 14:59
Seçicisindən qaçan DEPUTATLAR: - “Televizora çıxmasınlar, əhali ilə görüşsünlər”
Dünən, 14:57
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Dünən, 14:54
Qarabağda televiziya proqramlarının və 3 ümumölkə radio kanalının yayımı təmin olunub
Dünən, 14:52
Ötən il telekanallarda müşahidə olunan əsas qanun pozuntuları açıqlanıb
Dünən, 14:50
SMS-icazə ləğv olub, avtobuslar isə hələ "qadağa altındadır": - “İnsanlar çörək qazanmaq üçün çıxmağa məcburdur”
Dünən, 14:49
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq
Dünən, 14:44
“Ermənistan ağladığı vaxtda Tonoyan qızının toyuna hazırlaşır” - VİDEO
Dünən, 14:44
MTRŞ AZTV-ni 5000 manat cərimələyib
Dünən, 14:40
Ermənistanın yeni səhiyyə nazirinin kimliyi məlum olub
Dünən, 14:40
"Bizdə o əxlaq norması hələ də davam edirdi"
Dünən, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru