Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxdılar .....                     Dövlət repetitorluğu leqallaşdırmayacaq, ona görə ki... .....                     AZAL-da nə baş verir? .....                     Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər .....                     3 ölkənin birliyi: İran nədən narahatdır? .....                     Hərbçilərin maaşı niyə azaldılır? .....                     İki türk dövlətinin “Dostluq”u: Daha bir qala fəth edildi .....                     Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb .....                     Məhkəmə Hüquq Şurasından NARAZILIQ .....                     Bu gün AŞ PA-nın qış sessiyası başlayır .....                     Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar .....                     Azərbaycanda karantin rejimi yenə yumşaldıldı .....                     Bu gün dollar neçəyədir? .....                     Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb .....                     "Nə qədər çox banklar açılırsa..." .....                     Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır .....                     Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır .....                     Paytaxta təmizliklə bağlı iməclik keçirildi .....                     “Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub .....                     Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ .....                     ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL .....                     Sosial şəbəkə istifadəçilərinin nəzərinə! .....                     ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR .....                     Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olunub .....                     Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb .....                     Yolların buz bağlayacağı ehtimalı var .....                     Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək .....                     Vüqar Səfərli həbsdən azad olunmağa çalışır .....                     AMEA-da bir sıra şöbə və laboratoriyaların fəaliyyəti dayandırılacaq .....                     Ramiz Mehdiyevin fəaliyyəti YOXLANILMALIDIR... .....                     Şirvan Diaqnostika Mərkəzinin baş həkimi deputatın görüşünə tibbi maskasız gəldi .....                     "Astara rayon Baş həkimi dərmanları öz aptekində satır..." .....                     BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama .....                     Ermənistanda Rusiya hərbçisi diri-diri yandı .....                     "İçinizdəki kin və aqressiyadan çox iyrəndim" .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     "Ermənistan 82 deputat əvəzinə 656 inək saxlasa, daha yaxşı olardı" .....                     "S&P" Azərbaycanın kredit reytinqini təsdiqləyib, reytinq üzrə proqnozu yüksəldib .....                     “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” .....                     Gürcüstanda son sutkada koronavirusa 998 nəfər yoluxub, 16 pasiyent ölüb .....                 

Ermənilər məğlubiyyətin dörd səbəbini açıqladı - “Bütün qonşularla düşmənçilik”
Tarix: 27-11-2020, 09:31 | Çap et
Ermənilər məğlubiyyətin dörd səbəbini açıqladı
İşğal altındakı Kəlbəcər rayonu da düşmən işğalından azad edildi. Növbədə isə işğaldan azad edilməli daha bir inzibati ərazimiz - Laçın rayonudur və ermənilər üçün gerisayım davam edir.

Gözlənildiyi kimi, şərəfsiz düşmən bu bölgədə də talanlar törətməklə, azərbaycanlılara məxsus evləri, əmlakları, təbii sərvətləri talan etməklə yanaşı, daşıyıb apara bilmədiklərinin məhvinə çalışırlar. Azərbaycan humanistlik nümayiş etdirərək hətta ermənilərə məxsus olmayan evlərdən belə köçüb cəhənnəm olmalarına şərait yaratdığı halda, düşmən bunun qarşılığında alçaq əməllərini davam etdirir. Düşmən tərəf etiraf edir ki, Laçın rayonunda vur-tut 2 min erməni məskunlaşıbmış, ancaq nədənsə onların buradan rədd olmaları üçün günlərlə vaxt gərək imiş. Təbii ki, bu, onlara yad ölkənin ərazisini rahat şəkildə talançılıq işlərini həyata keçirmək üçün lazımdır. Təəssüf doğuran budur ki, Kəlbəcərdə və digər ərazilərdə erməni vandallar Azərbaycana məxsus əmlakın yandırılmasını, azərbaycanlılara qarşı təhqirlərin nümayişkaranə şəkildə yazılmasını, hətta hərbi hissənin partladılmasını rusiyalı sülhməramlıların gözləri qarşısında, yaxud bayrağı altında həyata keçirdilər, kimsədən çəkinmədən. Əslində belələri razılaşmanı pozduqları üçün yerindəcə müharibə qaydalarına uyğun şəkildə cəzalandırılmalı idi, ən azı silah-sursatdan istifadənin cavabı olaraq.

Beynəlxalq aləm isə nəinki quduzlaşmış ermənilərin bu davranışlarına sükut nümayiş etdirir, hətta onları “yazıq”, “miskin” görkəmdə təqdim edərək təəssübünü çəkir, azərbaycanlılara məxsus evlərə, məktəblərə, mədəniyyət ocaqlarına od vuran barbarların hüquqlarının müdafiəçisi kimi çıxış edirlər. Fransa Senatının Dağlıq Qarabağın bir ovuc erməni əhalisini “müstəqil subyekt” kimi tanıması isə dünyanın aparıcı dövlətlərindən birinin adına utanc gətirən addım oldu. Müharibənin ilk günlərindən Makronun ermənisifətliyi senatda təcəssümünü tapdı və yalnız bir senator əleyhinə çıxmaqla fransızlar terrorçu Ermənistanın qaralmaqda olan “lampasına neft tökən” qərarı qəbul etdilər.

Söhbət Azərbaycan ərazilərinin işğal olunması faktını təsdiqləyən BMT TŞ-nin daimi üzvlərindən birinin, həmçinin Minsk Qrupunun vasitəçi dövlətinin senatından gedir. “Demokratiya”, “insan haqları” dərsi keçən bir ölkənin ali orqanı terrorçuların, qəsbkarların, talançıların yanında qərar tutdu. Düzdür, Fransa XİN senatın yanlışlığına anlayıb tələsik bəyanatla bunun qəbulolunmazlığına işarə vurub, amma artıq ilk atəş açılıb. Fransa senatı Qarabağ bölgəsində sakitliyin bərpasında maraqlı olmadığını nümayiş etdirərək atəşi körükləməyə çalışır, təbii ki, öz məqsədləri naminə. Onlar üçün meyitləri hələ də dərələrdən yığılmayan ermənilərin taleyi maraqlı deyil, hansı yolla olursa-olsun Qarabağ adı altında “bazarlaşmağa” qoşulmaq istəyirlər. Bədbəxt ermənilər isə hələ ki bunu anlamaq istəməyib yenə də statusdan dəm vururlar.

Azərbaycan dövləti isə haqlı davasını davam etdirməklə yanaşı, düşmən ölkənin barbarlığını, terrorçu davranışlarını yerindəcə göstərmək istiqamətində tədbirlər həyata keçirir. Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların Füzuli rayonuna səfəri təşkil edildi. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dediyi kimi, xarici diplomatlar, hərbi attaşelər ona görə işğaldan azad olunmuş əraziyə aparılıb ki, onlar erməni vəhşiliyini, vandalizmini öz gözləri ilə görsünlər. “Məqsədimiz ermənilərin azərbaycanlılara, Azərbaycan tarixinə, mədəniyyətinə qarşı hansı vandalizm aktlarını törətdiklərini bütün dünyaya göstərməkdir”, dövlət rəsmisi deyib.

Vətən müharibəsinin gedişində də diplomatların səfərləri təşkil olunurdu, ancaq Ermənistanın alçaq hücumlarına hədəf olan Gəncə, Bərdə, Tərtər bölgəsinə. Vicdanı olanlar təbii ki, düşmənin dinc sakinlərini hədəfə almasını gözləri ilə gördükdən sonra törədilən vandal əməllərlə bağlı gerçək qənaətə gəlirdilər, ancaq aparıcı paytaxtlar həmin informasiyalardan hansı nəticə çıxarır, bax, əsas məsələ budur.

Deputat Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Ermənistanın işğaldan azad edilən ərazilərə səfər etməsi böyük əhəmiyyət daşıyır: “Mövcud qaydalara uyğun olaraq bir nümayəndə, səfir gözü ilə gördükləri barədə hesabat hazırlayıb mərkəzə təqdim etməlidir. Görülən nədir? Hər şey işğalçı Ermənistan tərəfindən dağıdılıb. Erməni vəhşiliyi göz önündədir. Əlavə şərhə ehtiyac yoxdur. Hər şeyi foto və videokadrlar deyir. Bundan sonra Ermənistanı müdafiə edən ölkənin özü tam əsasla terrorçu, barbar, vəhşi və işğalçı adlandırıla bilər”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə hesab edir ki, biz dünyaya onsuz da ermənilərin kim olduğunu göstərməsək də, onlar bunu yaxşı bilirlər: “Diplomatların isə bu faktlardan özlərinə sərf etdiyi miqdarda istifadə edəcəkləri bəllidir. Onları Gəncəyə, Bərdəyə, Tərtərə ermənilərin mülki əhalini qadağan olunmuş silahlardan vurduğu günlərdə aparmışdıq. Nə etdilər, hansı bəyanatı verdilər? Amma bu, o demək deyil ki, biz bu ölkə diplomatları ilə işləməməliyik. Hadisələrin necə cərəyan edəcəyindən asılı olaraq, diplomatik korpuslarla iş aparmaq üçün bundan sonra yaxşı imkanlarımız olacaq. Dağıdılmış böyük bir ərazi ortadadır, onu dünyanın gözünə soxmaq lazımdır. Məsələn, işğaldan azad olunan Ağdamın 7 kəndinin ermənilərdən boşaldılmasını insanlıq faciəsi kimi qələmə verənlərin qarşısına bu sualı qoymaq olar: bu adamlar burada nə gəzirdi, indi onları buraya yerləşdirənlər cavab versin?! Ermənistan bu torpaqlarda məskunlaşma aparanda ATƏT-in Faktaraşdırıcı missiyası harada idi?” Q.Çaxmaqlı bildirdi ki, məcburi köçkünlərinin 25-30 illik acı taleyini örnək olaraq ortaya qoysaq, bu kampaniyaları önəmli ölçüdə azalda bilərik: “Bilirəm, erməni təbliğat maşını üstümüzə gələcək. Onlara veriləcək cavablarımız var . Yetər ki, Qərb mediasında bunları çatdıra bilək”.

Politoloq düşmənlə informasiya müharibəsindəki boşluqlardan bəhs edərkən bir vacib məqamı vurğuladı: “Avropa ölkələrində çalışan diplomatik korpusumuz, bir neçə şəxsi çıxmaq şərti ilə, müharibə dövründə işləmədilər. Onları dəyişdirmək, yeniləmək mütləqdir. Bundan sonra savaş meydanı dəyişir, ona uyğun informasiya siyasəti də dəyişməlidir. Bu işi bir neçə vətənpərvər jurnalistin çiyinlərinə yükləmək olmaz. Burada da bir ordu lazımdır. Həm də daha qabiliyyətli və səriştəli, siyasi proseslərə doğru qiymət verməyi bacaran, Qərb oxucusunun nə istədiyini anlayan... Bax, o zaman hansısa qərəzli erməni yanlı yazıların ictimai çəkisini, təsirini azaltmış olarıq”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev düşməndən azad olunan Ağdam şəhərinə səfəri zamanı düşmənin bu cənnət məkanı barbarcasına dağıdıb məhv etməsindən bəhs etməklə yanaşı, xarici diplomatların da buraya səfərinin təşkil olunacağını açıqladı. Bəli, dövlətimiz erməni qaniçənləri və onların himayədarlarını ifşa etməkdən ötrü mübarizəsini davam etdirəcək. Ermənistan ötən 30 ilə yaxın dövr ərzində o qədər cinayətlər törədib, Azərbaycana elə böyük miqyasda zərər vurub ki, bunu hesablamaq üçün aylar lazımdır. Təbii ki, bu zərərin miqyası ermənilərin iddia etdiyi kimi, 50 milyard yox, on dəfələrlə artıqdır və diplomatik korpusun baş verənləri yerində görməsi ümumi işimizin xeyrinədir.

****

Bu arada işğalçı ölkə hələ də məğlubiyyətin səbəblərini araşdırmaqdadır. Ermənistanın sabiq baş naziri Hrant Baqratyan ölkəsinin Qarabağ döyüşlərindəki məğlubiyyətinin “səbəbini” açıqlayıb.

Baqratyan Paşinyan hakimiyyətinin həm siyasi, həm hərbi, həm də təşkilati istiqamətlərdə uduzduğunu etiraf edib. Keçmiş baş nazir erməni ordusunun texnikasının 85 faizinin məhv edildiyini bildirib: “Mən hansısa sirri açıqlamıram. Çünki azərbaycanlılar hamısını sayırlar və texnikalar onların ərazilərində qaldı. İndi Ermənistandakı axmaq rəqiblərimiz siz sirr yayırsınız deməyə başlayacaqlar. Məğlubiyyətin siyasi baxımından bir neçə səbəbi var. Biri Ermənistanın ”Artsax"ın (Qarabağ-red.) müstəqilliyini tanımamasıdır. Müharibə başlayandan bir saat sonra yazdım ki, dərhal müstəqilliyi tanıyın. Etmədilər. İkinci siyasi səhv anti-Rusiya məqamıdır. Nə qədər istəməsək də, rusiyapərəst dairədə qalmalı, bunu başa düşməliyik". Baqratyan üçüncü siyasi səhv kimi, İranla olan münasibətləri, cənub qonşusunu özlərindən narazı salmalarını göstərib: “Buna görə də Ermənistan üçün nəzərdə tutulan yüklərin İran ərazisindən keçirilməsinə imkan vermədilər. Dördüncü məqam Gürcüstanla münasibətlərin səviyyəsi idi”.

Sabiq baş nazir daha sonra Çin amilini də qabardaraq belə bir supergüclə münasibətlərdə siyasi səhvə yol verildiyini deyib.

İşğalçı ölkədə hesab edirlər ki, Nikol Paşinyanla davam etmək mümkünsüzdür. “Ermənistan baş naziri Nikol Paşinyanın istefası ölkə vətəndaşlarının əksəriyyətinin tələbidir”. Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, müxalifətin tələblərinin cəmiyyət tərəfindən dəstəklənmədiyini söyləmək ən azı alçaqlıqdır. Vanetsyan hesab edir ki, Paşinyanın rəhbərlik etdiyi hökumət yalnız hakimiyyəti necə qoruyacağını düşünür. “İnsanlar kədərlənir, ağrılar çəkir və buna görə siyasi proseslərdə iştirak etmək istəmədikləri aydındır. Yenidən təkrar edim ki, bu, sırf siyasi bir proses deyil, bu, vətəni qurtarmaq adına bir prosesdir”, - deyə Vanetsyan qeyd edib. Bundan əvvəl Nikol Paşinyan “TASS” agentliyinə verdiyi müsahibəsində müxalifətin istefası ilə bağlı çağırışlarının Ermənistan cəmiyyətində geniş dəstək almadığını bildirmişdi.

Virtualaz.org xatırladır ki, Artur Vanetsyan ötən ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefa vermişdi. Onun anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoymuşdu. Qeyd olunurdu ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırmışdı. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalmışdı.

Beləcə, ermənilər bir-birini didişdirmək üçün fürsət axtarır. Azərbaycanın dövlət başçısı dəfələrlə xəbərdarlıq etmişdi ki, işğala nə qədər tez son qoyulsa, ermənilər normal həyata qayıda bilərlər. Ancaq 2016-cı ildə bu xəbərdarlığı eşitməyən Serj Sərkisyan kimi, Paşinyan da özünü karlığa vurdu. “Bəhrə”sini görür...
"Yeni Müsavat"



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxdılar
Bu gün, 08:21
Dövlət repetitorluğu leqallaşdırmayacaq, ona görə ki... - Ekspertlər danışır
Bu gün, 08:20
AZAL-da nə baş verir? - NARAZILIQ!
Bu gün, 08:19
Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər
Bu gün, 08:17
3 ölkənin birliyi: İran nədən narahatdır? - GƏLİŞMƏ
Bu gün, 08:16
Hərbçilərin maaşı niyə azaldılır? - AKTUAL
Bu gün, 08:15
İki türk dövlətinin “Dostluq”u: Daha bir qala fəth edildi - TƏHLİL
Bu gün, 08:14
Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Bu gün, 08:11
Məhkəmə Hüquq Şurasından NARAZILIQ - "Bu bərbadlığın başlıca nədənlərindən biri..."
Bu gün, 08:09
Bu gün AŞ PA-nın qış sessiyası başlayır
Bu gün, 08:06
Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar - Diqqət!
Bu gün, 08:05
Azərbaycanda karantin rejimi yenə yumşaldıldı - Bu sahələrdən qadağa götürüldüü
Bu gün, 08:04
Bu gün dollar neçəyədir?
Bu gün, 08:02
Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb
23-01-2021, 12:16
"Nə qədər çox banklar açılırsa..." - AÇIQLAMA
23-01-2021, 12:16
Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır
23-01-2021, 12:13
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
23-01-2021, 12:11
Paytaxta təmizliklə bağlı iməclik keçirildi
23-01-2021, 12:10
“Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub - ciddi yoxlamalar aparılmalıdır
23-01-2021, 12:05
Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ - "...qətiyyən çəkinməyin"
23-01-2021, 12:02
ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL - Müxalifət səfirin geri çağırılmasını istəyir
23-01-2021, 11:57
Sosial şəbəkə istifadəçilərinin nəzərinə! - DİN XƏBƏRDARLIQ ETDİ
23-01-2021, 11:54
ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR - başqa xəstəxanaya köçürülüb
23-01-2021, 11:52
Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olunub - Təzəcə istefa vermişdi
23-01-2021, 11:51
Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb - FOTO
23-01-2021, 11:47
Yolların buz bağlayacağı ehtimalı var - Belə deyirlər...
23-01-2021, 11:45
Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək
23-01-2021, 11:36
Vüqar Səfərli həbsdən azad olunmağa çalışır - ŞİKAYƏT VERİB
23-01-2021, 11:35
AMEA-da bir sıra şöbə və laboratoriyaların fəaliyyəti dayandırılacaq
23-01-2021, 11:32
Ramiz Mehdiyevin fəaliyyəti YOXLANILMALIDIR... - "Başqa işlərlə məşğuldurlar"
23-01-2021, 11:30
Şirvan Diaqnostika Mərkəzinin baş həkimi deputatın görüşünə tibbi maskasız gəldi - FOTO
23-01-2021, 11:26
"Astara rayon Baş həkimi dərmanları öz aptekində satır..." - hamı ayaq üstə dərman gözləyir...
23-01-2021, 11:24
BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama - Eyni zehniyyət...
23-01-2021, 11:20
Ermənistanda Rusiya hərbçisi diri-diri yandı
23-01-2021, 11:19
"İçinizdəki kin və aqressiyadan çox iyrəndim"
23-01-2021, 11:15
Azərbaycan nefti ucuzlaşıb
23-01-2021, 11:09
"Ermənistan 82 deputat əvəzinə 656 inək saxlasa, daha yaxşı olardı" - Özləri deyir...
23-01-2021, 11:05
"S&P" Azərbaycanın kredit reytinqini təsdiqləyib, reytinq üzrə proqnozu yüksəldib
23-01-2021, 11:03
“Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Hayk Mamicanyan
23-01-2021, 11:02
Gürcüstanda son sutkada koronavirusa 998 nəfər yoluxub, 16 pasiyent ölüb
23-01-2021, 10:58
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 034-ə yüksəlib
23-01-2021, 10:57
"Bunu Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər…" - Müraciət...
23-01-2021, 10:45
“Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...” - Tufeylilər qeydiyyata alınacaq
23-01-2021, 10:38
Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb
23-01-2021, 10:36
Amnistiya və əfv yenidən gündəmdə - Novruzadək hansı olacaq?
23-01-2021, 10:32
"Jurnalistlərə də mütləq vaksin vurulmalıdır" - risk qrupuna daxildir
23-01-2021, 10:28
"8 qəpiklik yumurta nədir ki, mən onu uşaqlarıma verə bilmirəm, ÇOX ACİZƏM" - 4 uşaq anasının HARAYI
23-01-2021, 10:26
Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb
23-01-2021, 10:24
“Rusiya və Türkiyə Cənubi Qafqazdan məsul olacaq, ABŞ isə...” - GƏLİŞMƏ
23-01-2021, 10:23
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək - Diqqət!
23-01-2021, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru