Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb .....                     "Nə qədər çox banklar açılırsa..." .....                     Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır .....                     Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır .....                     Paytaxta təmizliklə bağlı iməclik keçirildi .....                     “Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub .....                     Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ .....                     ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL .....                     Sosial şəbəkə istifadəçilərinin nəzərinə! .....                     ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR .....                     Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olunub .....                     Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb .....                     Yolların buz bağlayacağı ehtimalı var .....                     Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək .....                     Vüqar Səfərli həbsdən azad olunmağa çalışır .....                     AMEA-da bir sıra şöbə və laboratoriyaların fəaliyyəti dayandırılacaq .....                     Ramiz Mehdiyevin fəaliyyəti YOXLANILMALIDIR... .....                     Şirvan Diaqnostika Mərkəzinin baş həkimi deputatın görüşünə tibbi maskasız gəldi .....                     "Astara rayon Baş həkimi dərmanları öz aptekində satır..." .....                     BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama .....                     Ermənistanda Rusiya hərbçisi diri-diri yandı .....                     "İçinizdəki kin və aqressiyadan çox iyrəndim" .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     "Ermənistan 82 deputat əvəzinə 656 inək saxlasa, daha yaxşı olardı" .....                     "S&P" Azərbaycanın kredit reytinqini təsdiqləyib, reytinq üzrə proqnozu yüksəldib .....                     “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” .....                     Gürcüstanda son sutkada koronavirusa 998 nəfər yoluxub, 16 pasiyent ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 034-ə yüksəlib .....                     "Bunu Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər…" .....                     “Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...” .....                     Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb .....                     Amnistiya və əfv yenidən gündəmdə .....                     "Jurnalistlərə də mütləq vaksin vurulmalıdır" .....                     "8 qəpiklik yumurta nədir ki, mən onu uşaqlarıma verə bilmirəm, ÇOX ACİZƏM" .....                     Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb .....                     “Rusiya və Türkiyə Cənubi Qafqazdan məsul olacaq, ABŞ isə...” .....                     Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək .....                     Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? .....                     Oğuz rayonunun Mollalı kəndinin bitməyən problemləri .....                     “Həkim də deyiləm sizə deyəm ki...” .....                 

Üç paytaxtdan İrəvan və Parisə xəbərdarlıq - “Qarabağ konflikti artıq yoxdur!”
Tarix: 27-11-2020, 09:13 | Çap et
Üç paytaxtdan İrəvan və Parisə xəbərdarlıq
Ermənistanda hərbi kapitulyasiyadan sonrakı durumun diktə etdiyi şərtlər getdikcə daha qabarıq şəkildə özünü göstərməkdədir. Dərin sosial-iqtisadi böhranla bir az da dramatik xarakter alan vəziyyəti məğlub baş nazir Nikol Paşinyan hansısa ekzotik bəyanatlarla yumşaltmağa çalışsa da, durumun hələ uzun müddət fəlakətli olacağı şəkk-şübhə doğurmur.

Məsələn, itkin düşmüş, yəni böyük ehtimalla artıq həyatda olmayan yüzlərlə erməni əsgərinin valideynləri günlərlə küçələrdə gecələdiyi, övladlarını axtardığı halda, Paşinyan hansısa yerli hərbi sənaye müəssisəsinə gedir və orada silah istehsalını artırmaq göstərişi (?!) verir. Və ya dünən o, Fransa Senatının məlum fitnəkar qətnaməsini erməni xalqına böyük uğur kimi təqdim edərək, bu yolla itkin erməni əsgərlərinin dərdli analarının başını qatmağa səy edir. Bilə-bilə ki, həmin qərar salfet kağızından başqa bir şey deyil. Ona görə ki, Dağlıq Qarabağda iki ay əvvələdək mövcud olmuş oyuncaq qurumun “qatarı” artıq gedib və onu nəinki erməni yanlısı Fransa, heç ermənilərin Allahı da qaytara bilməz (Ən absurdu odur ki, üzdəniraq qətnamədə Azərbaycandan öz qoşunlarını öz ərazisindən çıxarması və sentyabrın 27-dək olan mövqeyə çəkməsi tələb olunur. Prezidentin köməkçisi Hikmət Hacıyev qərarı haqlı olaraq, kağız parçası adlandırıb).

*****

Əlbəttə ki, Azərbaycan bir daha öz ərazisində belə siyasi avantüralara imkan verməyəcək. Qarabağ konflikti, “Dağlıq Qarabağ konflikti” adlı anlayış, erməni işğalı, ATƏT-in Minsk Qrupu daha yoxdur, elə işğalçının sadiq dostu həmsədr Fransa da. Tarixə gömüldü hamısı. Erməni toplumu, onun siyasi elitası bu yeni və bəsit gerçəyi nə qədər tez qəbullansa, boş xülyalarla yaşamaqdan nə qədər tez əl çəksə, bir o qədər bəlkə nicat yolu tez tapar.

“Minsk Qrupunun özünü bitirdiyi barədə mən haradasa iki il qabaq, hətta daha öncə demişəm, yazmışam. Minsk Qrupu çoxdan çürümüş siyasi meyitdir. Buna görə də onu Qarabağ münaqişəsinin həllində ciddi bir şey kimi qəbul etməyə dəyməz. Əslində artıq heç bir münaqişə zad da yoxdur: məsələ həll olundu, nizamlama baş tutdu, qurtardı”.

Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsovun bu qiymətli sözlərini də ermənilərin və onların Qərbdəki havadarlarının qulaqlarında sırğa etməsi məsləhətdir. Həmçinin də onun aşağıdakı xəbərdarlığını: “Artıq nə Rusiya, nə də Türkiyənin üçüncü bir qüvvəni bölgəyə buraxmayacağı aydındır. Əlbəttə ki, İran da vasitəçi rolu tələb edə bilərdi, lakin hər cəhətdən gecikdiyini anladığı üçün kənara çəkildi: öz ali dini liderinin timsalında Azərbaycanın mövqeyinə yüz faiz dəstək mövqeyini açıq şəkildə bildirməklə kənara çəkildi. Bu səbəbdən ”2 + 2" formatı günün reallıqlarında obyektiv olaraq mümkün olan yeganə formatdır".

Qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın Kəlbəcərin azad edilməsi ilə bağlı verdiyi açıqlama isə hələ də “göylərdə qalan” ermənilərə və onların Fransa timsalında azsaylı havadarlarına əsl soyuq duş effekti təsiri göstərə bilər.

“Azərbaycan torpağı olan Qarabağda erməni işğalı sona çatıb. Rusiya Prezidenti Vladimir Putinlə məsələni ətraflı şəkildə danışdıq. Danışıqlar zamanı atılacaq addımları müzakirə etdik. Azərbaycan, Türkiyə və Rusiya olaraq bölgədə sülhün təmin olunması üçün addımlar atırıq. Bunu daha da genişləndirmək üçün şansımız var. Bu məsələni də Putinlə danışdıq. 4-cü və 5-ci ölkələri daxil etməklə prosesi başqa bir ölçüyə gətirə bilərik. Bundan başqa, İlham Əliyev qardaşımla da danışmışam”.

*****

Diqqət edildisə, rəsmi Ankara da heç bir “kənar vasitəçiyə” lüzum olmadığının aydın mesajını verib. Yalnız 2+2 formatı. Odur ki, Ermənistan xam xəyallara, ora-bura boylanmalara son verməlidir. Bunu ən əvvəl erməni xalqının maraqları diktə edir.

Məsələ ondadır ki, bu gün hətta Nikol Paşinyan başqası ilə - müxalif yönlü siyasətçi ilə əvəzlınsə belə, erməni xalqı üçün nəticə tezliklə yaxşıya dəyişməyəcək. Çünki ölkədə yalnızca hakimiyyət böhranı yaşamır, bütövlükdə Ermənistan dövlətçiliyinin, onun yararsız idarəçilik sisteminin, erməni faşizminin total böhran yaşanır. Elə bir böhran ki, əksər ekspertlərə görə, ondan çıxmaq, iqtisadiyyatı normal inkişaf relsinə qoymaq, yeni ordu qurmaq üçün on illiklər lazım olacaq.

Elə təkcə bu fakt ki, 44 günlük müharibədə cəmi 2.5 milyon əhalisi olan Ermənistan bir neçə ilin ümumi hərbi büdcəsini, 2 milyardlıq silah-sursat, minlərlə əmək qabiliyyətli vətəndaşını itirib, özlüyündə az şey demir. Üstəgəl, düşmən ölkənin xarici borcu sürətlə artır, milli pul - dram günbəgün dəyərdən düşür və bahalaşma başlayıb. Koronavirusa yoluxanların sayına görə isə ölkə hər yüz nəfərə düşən xəstələrin sayına görə dünyada öncül yerlərdədir.

Ermənistanda müharibə sonrası durumu şərh edən tanınmış rusiyalı konfliktoloq Yevgeni Mixaylov hesab edir ki, Nikol Paşinyana qarşı etirazlar davam eləsə də, heç kim Ermənistanın lideri olmaq üçün əldən getmir.

“Fikrimcə, daxili siyasi qarşıdurmalar davam edəcək, ancaq yeni bir ümummilli lider ortaya çıxmadan mitinq şəklində. Görüntü naminə Paşinyan gah müxalifətçiləri tutacaq, gah da onları sərbəst buraxacaq. Hər halda, İrəvanın indi sakitləşməli, məğlubiyyəti və yeni reallıqları necə lazımdır qəbul etməli və sonra ölkənin xaosdan və dövlətçiliyin itiruilmısindən qaçmağa kömək edəcək siyasət qurmağa çalışmalıdır” - deyə o qeyd edib.

Necə deyərlər, suda batmaqdan qurtluş - ilk növbədə suda boğulmaqda olanın problemidir. O, özü xilasa can atmırsa, o zaman özündən küssün...
“Yeni Müsavat”



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb
23-01-2021, 12:16
"Nə qədər çox banklar açılırsa..." - AÇIQLAMA
23-01-2021, 12:16
Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır
23-01-2021, 12:13
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
23-01-2021, 12:11
Paytaxta təmizliklə bağlı iməclik keçirildi
23-01-2021, 12:10
“Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub - ciddi yoxlamalar aparılmalıdır
23-01-2021, 12:05
Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ - "...qətiyyən çəkinməyin"
23-01-2021, 12:02
ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL - Müxalifət səfirin geri çağırılmasını istəyir
23-01-2021, 11:57
Sosial şəbəkə istifadəçilərinin nəzərinə! - DİN XƏBƏRDARLIQ ETDİ
23-01-2021, 11:54
ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR - başqa xəstəxanaya köçürülüb
23-01-2021, 11:52
Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olunub - Təzəcə istefa vermişdi
23-01-2021, 11:51
Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb - FOTO
23-01-2021, 11:47
Yolların buz bağlayacağı ehtimalı var - Belə deyirlər...
23-01-2021, 11:45
Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək
23-01-2021, 11:36
Vüqar Səfərli həbsdən azad olunmağa çalışır - ŞİKAYƏT VERİB
23-01-2021, 11:35
AMEA-da bir sıra şöbə və laboratoriyaların fəaliyyəti dayandırılacaq
23-01-2021, 11:32
Ramiz Mehdiyevin fəaliyyəti YOXLANILMALIDIR... - "Başqa işlərlə məşğuldurlar"
23-01-2021, 11:30
Şirvan Diaqnostika Mərkəzinin baş həkimi deputatın görüşünə tibbi maskasız gəldi - FOTO
23-01-2021, 11:26
"Astara rayon Baş həkimi dərmanları öz aptekində satır..." - hamı ayaq üstə dərman gözləyir...
23-01-2021, 11:24
BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama - Eyni zehniyyət...
23-01-2021, 11:20
Ermənistanda Rusiya hərbçisi diri-diri yandı
23-01-2021, 11:19
"İçinizdəki kin və aqressiyadan çox iyrəndim"
23-01-2021, 11:15
Azərbaycan nefti ucuzlaşıb
23-01-2021, 11:09
"Ermənistan 82 deputat əvəzinə 656 inək saxlasa, daha yaxşı olardı" - Özləri deyir...
23-01-2021, 11:05
"S&P" Azərbaycanın kredit reytinqini təsdiqləyib, reytinq üzrə proqnozu yüksəldib
23-01-2021, 11:03
“Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Hayk Mamicanyan
23-01-2021, 11:02
Gürcüstanda son sutkada koronavirusa 998 nəfər yoluxub, 16 pasiyent ölüb
23-01-2021, 10:58
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 034-ə yüksəlib
23-01-2021, 10:57
"Bunu Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər…" - Müraciət...
23-01-2021, 10:45
“Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...” - Tufeylilər qeydiyyata alınacaq
23-01-2021, 10:38
Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb
23-01-2021, 10:36
Amnistiya və əfv yenidən gündəmdə - Novruzadək hansı olacaq?
23-01-2021, 10:32
"Jurnalistlərə də mütləq vaksin vurulmalıdır" - risk qrupuna daxildir
23-01-2021, 10:28
"8 qəpiklik yumurta nədir ki, mən onu uşaqlarıma verə bilmirəm, ÇOX ACİZƏM" - 4 uşaq anasının HARAYI
23-01-2021, 10:26
Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb
23-01-2021, 10:24
“Rusiya və Türkiyə Cənubi Qafqazdan məsul olacaq, ABŞ isə...” - GƏLİŞMƏ
23-01-2021, 10:23
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək - Diqqət!
23-01-2021, 10:21
Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA
23-01-2021, 10:09
Oğuz rayonunun Mollalı kəndinin bitməyən problemləri - VİDEO
23-01-2021, 10:08
“Həkim də deyiləm sizə deyəm ki...”
23-01-2021, 10:07
"Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək" - Amerikalı həkim
23-01-2021, 10:02
İcra başçısına müraciət etsələr də... - GİLEY
23-01-2021, 10:01
“Ona Azərbaycanda da bir etirazçı kimi müəyyən maraq anlaşılandır, ancaq...” - deputat
23-01-2021, 09:57
"Həmişə ən yüksək yerləri tanış-bilişə verirdilər"
23-01-2021, 09:55
Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər edib - FOTO
23-01-2021, 09:54
“Ermənilər unutmamalıdırlar ki, yenidən onlara ciddi zərbə vura bilərik” - deputat
23-01-2021, 09:53
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
23-01-2021, 09:51
Ermənilərin Bayden administrasiyasından gözləntiləri reallığa uyğundurmu? - TƏHLİL
23-01-2021, 09:49
Hücumda olan qoşunun AXSAQ ƏSGƏRLƏRİ... - Onları dəyişmək olmazmı?
23-01-2021, 09:42
ATU-nun rəhbərliyindən Prezidentə daha bir şikayət... - "Bu barədə şahidlər var..."
23-01-2021, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru