Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları .....                     Ucarda otlaq sahələrini kimlər zəbt edib? .....                     Rusiyanın Avropaya qaz kəmərləri: Moskva ilə Vaşinqton anlaşdımı? .....                     “ERMƏNİLƏRİN BAYDENLƏ BAĞLI ÜMİDLƏRİ MƏNASIZDIR” .....                     FHN şefinin qardaşı ilə bağlı ilginc İDDİA .....                     Qarabağda yeni iqtisadi model tətbiq ediləcək .....                     Teledərslərin bugünə olan cədvəli .....                     Rusiya qondarma qurumu bura daxil etmək istəyir .....                     Vətən Müharibəsi Qəhrəmanı icra başçısından narazıdır... .....                     "Ümidlə gözləyirəm ki, nə vaxtsa məni də çağırarlar" .....                     "Sistemi bu şəkildə mənasızlaşdırırlar" .....                     “Azəriqaz” Qarabağ müharibəsi əlilinə sərfiyyatdan artıq borc yazdı .....                     "Yasamal İCRA HAKİMİ QAZİNİN YOLDAŞINA DEYİB Kİ..." .....                     Vüsal Kərimlinin pul yığan qoçuları... .....                     Arif Qasımov özünə varis hazırlayıbmış... .....                     Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxdılar .....                     Dövlət repetitorluğu leqallaşdırmayacaq, ona görə ki... .....                     AZAL-da nə baş verir? .....                     Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər .....                     3 ölkənin birliyi: İran nədən narahatdır? .....                     Hərbçilərin maaşı niyə azaldılır? .....                     İki türk dövlətinin “Dostluq”u: Daha bir qala fəth edildi .....                     Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb .....                     Məhkəmə Hüquq Şurasından NARAZILIQ .....                     Bu gün AŞ PA-nın qış sessiyası başlayır .....                     Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar .....                     Azərbaycanda karantin rejimi yenə yumşaldıldı .....                     Bu gün dollar neçəyədir? .....                     Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb .....                     "Nə qədər çox banklar açılırsa..." .....                     Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır .....                     Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır .....                     Paytaxta təmizliklə bağlı iməclik keçirildi .....                     “Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub .....                     Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ .....                     ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL .....                     Sosial şəbəkə istifadəçilərinin nəzərinə! .....                     ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR .....                     Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olunub .....                     Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb .....                 

Fransa Senatı üç dövləti hədəf seçdi - Azərbaycan, Türkiyə və Rusiya...
Tarix: 27-11-2020, 09:03 | Çap et
Fransa Senatı üç dövləti hədəf seçdi
Fransa senatı öz erməniliyini nümayiş etdirdi. Bu böyük Avropa dövlətinin sözügedən qurumu özünü kiçildərək, cılızlığa yol verərək Qarabağda separatizmi dəstəklədi. Amma bu, hökumətin mövqeyini əks etdirmir.

“Yeni Müsavat” bir daha yada salır ki, noyabrın 18-də Fransa senatının rəyasətinə erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuşdu. Noyabrın 25-də isə qətnamə müzakirə edilərək qəbul olunub və bədnam, qondarma “Artsax respublikası” senat tərəfindən tanınıb. Bir nəfər istisna, bütün senatorlar layihəyə səs veriblər.

Qətnamə layihəsinin qəbul edilməsinə qarşı çıxan yeganə senator Natali Qule səsvermə sonrası belə deyib: “Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Təbii ki, onlar erməni diasporunun tam təsiri altında bunu edirlər. Senatorların bir çoxu heç Dağlıq Qarabağı xəritədə belə göstərə bilməzlər. Biz münaqişə tərəflərini daim sülhə çağırırdıq, günahsız insanların ölməsini istəmirdik. Artıq razılaşma var, tərəflər müharibəni dayandırıb, artıq qan tökülmür. O zaman bu qərəzli qətnaməyə nə ehtiyac var?”

Fransa hökuməti senatın qətnaməsinə öz münasibətini bildirib. Fransa XİN-in dövlət katibi Jean-Baptiste Lemoine hesab edir ki, separatçı Dağlıq Qarabağın birtərəfli tanınması heç bir tərəfə fayda verməyəcək. Onun sözlərinə görə, bu “Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, ortaqların siyasəti deyil”.

Eləcə də Azərbaycan tərəfi, konkret olaraq Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qətnaməni əhəmiyyətsiz kağız parçası elan edib:

“Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.

H.Hacıyev Azərbaycan hökumətinin mövqeyini belə ifadə edib: “Bu qətnamənin qəbulunu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addım kimi dəyərləndiririk. Fransa hökuməti bu kimi təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməli və qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir”.

Qətnamənin mətnində Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanlar ciddi qəzəb doğurur, münaqişənin tarixi, siyasi və hüquqi aspektləri tamamilə təhrif edilir.

Belə bir məqamda, Azərbaycanın ata biləcəyi qəti və sürətli addımlar nələr ola bilər? Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən getməsini tələb etmək haqqı qazanırmı?

Politoloq Eldar Namazov “Yeni Müsavat”a dedi ki, bu sənədin heç bir siyasi və hüquqi təsiri, çəkisi yoxdur. Onun sözlərinə görə, hətta senatda müzakirələr zamanı Fransa XİN rəsmisi hökumətin belə addım ata bilməyəcəyini öncədən vurğulayıb. “XİN nümayəndəsi qeyd etdi ki, nə hüquqi cəhətdən, nə Azərbaycanla əlaqələr baxımdan bu mümkündür. Ona görə qətnamədən sonra dərhal XİN bəyan etdi ki, Fransa bu addımı ata bilməz. Biz qətnaməyə baxanda görə bilərik ki, daha çox Türkiyəyə qarşı yönəlib. Burada Türkiyənin Aralıq dənizindəki fəaliyyəti tənqid olunub. Eyni zamanda, Rusiya hədəfə alınıb. Onlar çalışırlar ki, Ermənistanı Rusiyanın təsirindən çıxarsınlar, Fransanın təsirinə salsınlar. Ona görə hərb meydanında ermənilər bizə, diplomatiyada isə ABŞ və Fransa Rusiya ilə Türkiyəyə məğlub oldu. Çünki Rusiya bu bölgədə rəsmi diplomatik qələbə qazandı. O baxımdan qətnamənin hədəfi həm Türkiyə, həm Rusiya, həm də Azərbaycandır. Lakin senatın bu qətnaməsindən sonra diplomatiya sahəsində Azərbaycana böyük imkanlar açılır. Ermənistan-Rusiya münasibətləri daha da soyuqlaşır, reallıqda isə Azərbaycanın qələbəsi şübhə altına alınmır”, - deyə E.Namazov qeyd etdi.

O, bu sənədin Azərbaycanın ərazi bütövlüyünə zərər vura bilmədiyini düşünür: “Azərbaycanın ərazi bütövlüyü bütün dünya, eləcə də Fransa tərəfindən qəbul olunub. Ordumuzun şanlı qələbəsindən sonra ərazi bütövüyümüzü de-yure ilə de-faktonu birləşdirmişik. Ona görə bunu təsdiqləyən yeni sənədə ehtiyac yoxdur. Heç bir dövlətdən və ya təşkilatdan xahiş etmirik ki, bizim ərazi bütövlüyümüzü tanısın”.

E.Namazov hesab edir ki, Azərbaycanın qələbəsindən sonra Minsk Qrupunun fəaliyyətinin necə qurulacağı müəmmalıdır: “Ordumuz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib. İndi Ermənistanla Minsk Qrupu çərçivəsində nə danışa bilərik? Biz ermənilərin silahlı qüvvələrinin bir hissəsini darmadağın etmişik, bir hissəsi sülhməramlıların köməyi ilə oradan çıxarılır. Bundan sonra orada daxili işlərimiz qalır və erməni əsilli sakinlər varsa, onlara da şərait yaradıla bilər. Bu, bizim daxili işimizidr. Nə Ermənistanla məsləhətləşmək, nə problemin həllinə yaxın buraxmaq fikrimiz var. Ermənistanla danışıqların əhəmiyyəti qalmayıb. Biz tələb edirdik ki, qoşunları ərazimizdən çıxarın, yerli sakinlər isə vətəndaşlarımızdır. Bu vəziyyət yetişib. Ona görə Minsk Qrupunun formatı, heç gündəliyi də yoxdur. Onlar bu suallara cavab verə bilmirlər ki, bundan sonra nə işlə məşğul olmaq fikrindədirlər. Senatın qərarı da bu istiqamətdə imkanları artırır və Fransanın həmsədrlikdən uzaqlaşdırılması qaldırıla bilər. Bizim öz gündəliyimiz var, Laçının azad edilməsini gözləyirik, kommunikasiyalar tikilir, yollar açılır, yeni qəsəbələr tikilməlidir. Azərbaycanın 30 ilə yaxın gözlədiyi strateji işlər var. Ona görə bizim milli gündəliyimiz ölkəmizi gücləndirmək, azad edilən əraziləri bərpa etmək, köçkünləri yurd-yuvasına qaytarmaqdır. Əminəm ki, bu proses ölkənin dirçəlişinə, iqtisadiyyatın güclənməsinə gətirib çıxaracaq. Geopolitik savaşda isə Fransa, ABŞ hansı addımlar atmaq istəyirlərsə, bizim üçün prinsipial məsələlər deyil. Lazım gəldikdə diplomatiyamız, lazım gəldikdə Ordumuz cavab verəcək”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, partiyanın senatın qərarını pisləyən bəyanatı olub. AXP sədri hesab edir ki, bu qətnamə birmənalı şəkildə ciddi geosiyasi fitnəkarlıqdır, Azərbaycana qarşı təcavüzdür, işğalçılıq iddiasıdır: “Hələlik Fransa qanunvericiliyinə görə bu, dövlətin yox, onun hakimiyyətinin bir qolunun mövqeyi kimi ifadə olunsa da, ciddi təxribatla üz-üzəyik. Hesab edirəm ki, bu məsələdə həm dövlət, həm ictimaiyyət təsirli addım atmalıdır”.

P.Hüseynin sözlərinə görə, belə bir sənədin qəbul edilməsi və qüvvəyə minməsi halında dərhal Fransa ilə bütün əlaqələrin kəsilməsinə, Minsk Qrupu həmsədrləri sırasından çıxarılmasına çağırış olunmalıdır. Partiya lideri Azərbaycan səfirinin Fransadan geri çağırılmasını və müvafiq olaraq Fransa nümayəndəliyinin Azərbaycandan kənarlaşdırılmasını, fransız mallarının və fransızdilli bütün xidmətlərin boykot edilməsini mümkün sayır. “Münaqişənin sülh yolu ilə nizamlanması ümidlərinin yaranmağa başladığı bir anda ortalığa atılmış bu məsələ ədalətə, insanlığa, beynəlxalq hüquqa daban-dabana zidd qeopolitik fitnəkarlıqdır, Ermənistan və Azərbaycanı müharibəyə, xalqları və insanları qanlı toqquşmalara təhrik etməkdir”, - deyə P.Hüseyn vurğuladı.

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross twitter səhifəsində nazir Jan-Batist Lemuanın çıxışına diqqət yetirməyin vacibliyini deyib. “Fransa senatında çıxış edən Fransa hökumətinin naziri bunları deyib: ”Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. Bu addım nə faydalı, nə də effektiv olacaq. Dağlıq Qarabağdakı münaqişənin həlli Fransanın birtərəfli jesti sayəsində deyil, tərəflər arasındakı dialoq sayəsində reallaşacaq". Türkiyə Xarici İşlər Nazirliyi də qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb. Bildirilib ki, Fransa Senatının mövqeyi beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Noyabrın 26-da Azərbaycanın Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən etiraz aksiyası keçirilib. Musavat.com-un məlumatına görə, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, “Qarabağ Azərbaycandır!”, “Fransa, ədalətli ol!”, “Beynəlxalq hüquqa hörmət elə”, “Fransa ATƏT-dən rədd ol!” kimi şüarlar səsləndiriblər.

Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar.

Bəyanatda bildirilib ki, Fransa senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır: “Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə göz yuman, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi”.
“Yeni Müsavat”



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları - “QAPINI SINDIRMAQ ÜÇÜN 6-7 SAAT ÇALIŞDILAR, İÇƏRİ GİRƏN KİMİ...”
Bu gün, 09:11
Ucarda otlaq sahələrini kimlər zəbt edib? - GİLEY
Bu gün, 09:08
Rusiyanın Avropaya qaz kəmərləri: Moskva ilə Vaşinqton anlaşdımı? - TƏHLİL
Bu gün, 09:06
“ERMƏNİLƏRİN BAYDENLƏ BAĞLI ÜMİDLƏRİ MƏNASIZDIR” – “ABŞ Rusiyanın nəyi ilə rəqabət aparsın?...”
Bu gün, 09:04
FHN şefinin qardaşı ilə bağlı ilginc İDDİA - "...pulu geri qaytarmaqdan boyun qaçırdı"
Bu gün, 09:01
Qarabağda yeni iqtisadi model tətbiq ediləcək - GƏLİŞMƏ
Bu gün, 08:56
Teledərslərin bugünə olan cədvəli - Diqqət!
Bu gün, 08:52
Rusiya qondarma qurumu bura daxil etmək istəyir
Bu gün, 08:51
Vətən Müharibəsi Qəhrəmanı icra başçısından narazıdır... - "Maraqlanan da yoxdur..."
Bu gün, 08:49
"Ümidlə gözləyirəm ki, nə vaxtsa məni də çağırarlar"
Bu gün, 08:46
"Sistemi bu şəkildə mənasızlaşdırırlar" - Partiya sədri
Bu gün, 08:38
“Azəriqaz” Qarabağ müharibəsi əlilinə sərfiyyatdan artıq borc yazdı - GİLEY
Bu gün, 08:37
"Yasamal İCRA HAKİMİ QAZİNİN YOLDAŞINA DEYİB Kİ..." - aktrisa SƏRT danışdı
Bu gün, 08:34
Vüsal Kərimlinin pul yığan qoçuları... - İTTİHAM
Bu gün, 08:32
Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA
Bu gün, 08:31
Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxdılar
Bu gün, 08:21
Dövlət repetitorluğu leqallaşdırmayacaq, ona görə ki... - Ekspertlər danışır
Bu gün, 08:20
AZAL-da nə baş verir? - NARAZILIQ!
Bu gün, 08:19
Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər
Bu gün, 08:17
3 ölkənin birliyi: İran nədən narahatdır? - GƏLİŞMƏ
Bu gün, 08:16
Hərbçilərin maaşı niyə azaldılır? - AKTUAL
Bu gün, 08:15
İki türk dövlətinin “Dostluq”u: Daha bir qala fəth edildi - TƏHLİL
Bu gün, 08:14
Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Bu gün, 08:11
Məhkəmə Hüquq Şurasından NARAZILIQ - "Bu bərbadlığın başlıca nədənlərindən biri..."
Bu gün, 08:09
Bu gün AŞ PA-nın qış sessiyası başlayır
Bu gün, 08:06
Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar - Diqqət!
Bu gün, 08:05
Azərbaycanda karantin rejimi yenə yumşaldıldı - Bu sahələrdən qadağa götürüldüü
Bu gün, 08:04
Bu gün dollar neçəyədir?
Bu gün, 08:02
Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb
23-01-2021, 12:16
"Nə qədər çox banklar açılırsa..." - AÇIQLAMA
23-01-2021, 12:16
Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır
23-01-2021, 12:13
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
23-01-2021, 12:11
Paytaxta təmizliklə bağlı iməclik keçirildi
23-01-2021, 12:10
“Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub - ciddi yoxlamalar aparılmalıdır
23-01-2021, 12:05
Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ - "...qətiyyən çəkinməyin"
23-01-2021, 12:02
ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL - Müxalifət səfirin geri çağırılmasını istəyir
23-01-2021, 11:57
Sosial şəbəkə istifadəçilərinin nəzərinə! - DİN XƏBƏRDARLIQ ETDİ
23-01-2021, 11:54
ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR - başqa xəstəxanaya köçürülüb
23-01-2021, 11:52
Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olunub - Təzəcə istefa vermişdi
23-01-2021, 11:51
Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb - FOTO
23-01-2021, 11:47
Yolların buz bağlayacağı ehtimalı var - Belə deyirlər...
23-01-2021, 11:45
Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək
23-01-2021, 11:36
Vüqar Səfərli həbsdən azad olunmağa çalışır - ŞİKAYƏT VERİB
23-01-2021, 11:35
AMEA-da bir sıra şöbə və laboratoriyaların fəaliyyəti dayandırılacaq
23-01-2021, 11:32
Ramiz Mehdiyevin fəaliyyəti YOXLANILMALIDIR... - "Başqa işlərlə məşğuldurlar"
23-01-2021, 11:30
Şirvan Diaqnostika Mərkəzinin baş həkimi deputatın görüşünə tibbi maskasız gəldi - FOTO
23-01-2021, 11:26
"Astara rayon Baş həkimi dərmanları öz aptekində satır..." - hamı ayaq üstə dərman gözləyir...
23-01-2021, 11:24
BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama - Eyni zehniyyət...
23-01-2021, 11:20
Ermənistanda Rusiya hərbçisi diri-diri yandı
23-01-2021, 11:19
"İçinizdəki kin və aqressiyadan çox iyrəndim"
23-01-2021, 11:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru