Neft cüzi ucuzlaşıb .....                     Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 20 il ötür .....                     "Mən evimə vertolyotla gəlməliyəm?" .....                     “Hippokratın goruna and olsun ki, şprisdəki vaksin idi” .....                     ABŞ-Azərbaycan münasibətlərini pozmaq istəyənlər çoxdur .....                     Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları .....                     Ucarda otlaq sahələrini kimlər zəbt edib? .....                     Rusiyanın Avropaya qaz kəmərləri: Moskva ilə Vaşinqton anlaşdımı? .....                     “ERMƏNİLƏRİN BAYDENLƏ BAĞLI ÜMİDLƏRİ MƏNASIZDIR” .....                     FHN şefinin qardaşı ilə bağlı ilginc İDDİA .....                     Qarabağda yeni iqtisadi model tətbiq ediləcək .....                     Teledərslərin bugünə olan cədvəli .....                     Rusiya qondarma qurumu bura daxil etmək istəyir .....                     Vətən Müharibəsi Qəhrəmanı icra başçısından narazıdır... .....                     "Ümidlə gözləyirəm ki, nə vaxtsa məni də çağırarlar" .....                     "Sistemi bu şəkildə mənasızlaşdırırlar" .....                     “Azəriqaz” Qarabağ müharibəsi əlilinə sərfiyyatdan artıq borc yazdı .....                     "Yasamal İCRA HAKİMİ QAZİNİN YOLDAŞINA DEYİB Kİ..." .....                     Vüsal Kərimlinin pul yığan qoçuları... .....                     Arif Qasımov özünə varis hazırlayıbmış... .....                     Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxdılar .....                     Dövlət repetitorluğu leqallaşdırmayacaq, ona görə ki... .....                     AZAL-da nə baş verir? .....                     Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər .....                     3 ölkənin birliyi: İran nədən narahatdır? .....                     Hərbçilərin maaşı niyə azaldılır? .....                     İki türk dövlətinin “Dostluq”u: Daha bir qala fəth edildi .....                     Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb .....                     Məhkəmə Hüquq Şurasından NARAZILIQ .....                     Bu gün AŞ PA-nın qış sessiyası başlayır .....                     Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar .....                     Azərbaycanda karantin rejimi yenə yumşaldıldı .....                     Bu gün dollar neçəyədir? .....                     Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb .....                     "Nə qədər çox banklar açılırsa..." .....                     Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır .....                     Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır .....                     Paytaxta təmizliklə bağlı iməclik keçirildi .....                     “Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub .....                     Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ .....                 

Xankəndi aeroportu hansısa xarici dövlət və ya qurumlar tərəfindən idarə olunacaqsa... - ciddi problemlər yarana bilər
Tarix: 27-11-2020, 08:51 | Çap et
Xankəndi aeroportu hansısa xarici dövlət və ya qurumlar tərəfindən idarə olunacaqsa...
Qarabağdakı hava limanlarının, xüsusən də Xankəndi hava limanının Azərbaycanın hava limanı kimi ICAO reyestrinə daxil edilməsi ilə bağlı məlumat iki gündür ki, mətbuatda ciddi müzakirə mövzusuna çevrilib. Belə ki, AZAL-ın prezidenti Cahangir Əsgərov noyabrın 25-də verdiyi açıqlamada deyib ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanlarının da daxil olacağı əlamətdar bir haldır: “ Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”.

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Bir çox ekspertlər, o cümlədən tanınmış iqtisadçı alim Qubad İbadoğlu bu məsələ ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, Xankəndi hava limanına beynəlxalq aerport statusu verilməsi o deməkdir ki, onlar müstəqil olaraq dünyanın istənilən yerinə uça və eyni zamanda istənilən xarici ölkədən birbaşa qonaq turist, yük və poçt qəbul edə biləcəklər.

Mövzu ilə bağlı açıqlama verən AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski teleqraf.com-a bildirib ki, Xankəndi hava limanına beynəlxalq status verilməyib. Sadəcə olaraq, Azərbaycanın 6 hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yenilənmiş reyestrinə salınıb.

Qurum rəsmisi bildirib ki, ICAO təşkilatında mövcud aeroportlar və onların kodları barədə siyahı var: “Biz beynəlxalq təşkilatın dekabr ayında dərc olunacaq yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də işğaldan azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanlarının da salınmasına nail olmuşuq. Yəni İCAO təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanlarının kodu Azərbaycana məxsusdur”.

Xankəndi hava limanında sərnişinlərə vizaların verilməsi, pasport və gömrük yoxlamasının kim tərəfindən həyata keçirilməsinə gəlincə, qurum sözçüsü bu haqda danışmağın hələ tez olduğunu deyib: “Bu haqda danışmağa hazır deyiləm. Detallar məlum deyil”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də Xankəndi hava limanının fəaliyyətə başlaması ilə bağlı vacib sualları gündəmə gətirib: “Uzun müddət olardı ki, Azərbaycan hökuməti beynəlxalq qurumlara, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransına təsirlər edərək separatçıların bu aeroportdan istifadəsinə imkan vermirdi. Hətta uçuşlar olarsa təyyarələrin vurulacağı bildirilmişdi. Ona görə də bu hava limanı uzun müddət separatçıların üzünə bağlı qalmışdı.

Lakin açıqlamadan görsənir ki, Xankəndi hava limanına artıq beynəlxalq aeroport statusu veriləcək və fəaliyyətə başlayacaq. Xankəndi hava limanı kimin nəzarətində olacaq? Burada viza məsələlərinə, giriş-çıxışa, gömrük rəsmiləşdirmələrinə kim nəzarət edəcək?

Əgər hava limanına yalnız rusiyalı sülhməramlılar nəzarət edəcəksə, yalnız separatçıalrın istifadəsində beynəlxalq uçuşlar olacaqsa, düşünürəm ki, bu ağlasığmaz nəticələrə gətirib çıxaracaq.

Fikrimcə, yalnız Azərbaycanın nəzarətində olmaqla, ən pis halda keçid dövrü üçün Türkiyə-Rusiya nəzarəti çərçivəsində Xankəndi hava limanının fəaliyyətinə imkan vermək olar".

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Xankəndi bizim əzəli torpağımızdır və onun beynəlxalq reysterdə Azərbaycanın hava limanları şəbəkəsinə daxil olunması normal bir haldır: “Bu normal bir plandır. Başqa necə ola bilər? Xankəndi hava limanı əgər Azərbaycan tərəfinin nəzarətində olacaqsa, bunun üçün işlər görüləcəksə, təqdirəlayiqdir. Orada bizim infrastruktur qurulmalıdır, təhlükəsizlik qaydaları olmalıdır, hava limanına nəzarət Azərbaycan tərəfində olmalıdır. AZAL tərəfindən bu mesajın verilməsi həm də onu ifadə edir ki, Xankəndinin də gələcəkdə Azərbaycanın nəzarətində olması ehtimalı kifayət qədər yüksəkdir. Əlbəttə, müəyyən təhlükələr, çəkinəcəyimiz məqamlar var. Ehtimal var ki, sülhməramlıların təchizat məsələlərinin həllində istifadə ediləcəyi üçün hava limanının açılmasına Rusiya tərəfdən də israrlar var. Ancaq o ehtimallara və israrlara diplomatik dildə cavab vermək lazımdır ki, əgər Rusiya sülhməramlıları və orada yerləşən kontingent havan limanının Azərbaycan orqanlarının nəzarəti altında fəaliyyətinə şərait yaradacaqlarsa, o zaman bu məsələdə heç bir problem yaranmaz”.

N.Cəfərli hesab edir ki, artıq hərbi uğurları diplomatik uğurlara çevirməyə çalışmalı və bu kimi məsələlərdə Azərbaycanın maraqlarının təmin olunmasına nail olmalıyıq: “Rusiya sülhməramlılarının orada yerləşdirilməsindən təkcə ermənilər yox, biz də faydalanmalıyıq. Bu baxımdan Xankəndi hava limanının açılmasında Rusiyanın müəyyən maraqları olsa da, Azərbaycan bu maraqları öz xeyrinə yönəltməyə çalışmalıdır. Xankəndi hava limanının Azərbaycanın ümumi hava limanları sisteminə daxil edilməsi üçün Rusiyanın təhlükəsizlik məsələlərini təmin etməsini tələb etməliyik. Əgər sərhəd-buraxılış məntəqələri, nəzarət məsələləri Azərbaycanın əlində olacaqsa, təbii ki, bu bizim maraqlarımız çərçivəsindədir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da bildirdi ki, əsas məsələ hava limanında nəzarətin kimdə olacağıdır: “Füzuli, Ağdam və Xankəndi hava limanlarına beynəlxalq aeroport statusu verilməsi bir tərəfdən yaxşı haldır. Ancaq əsas məsələ Xankəndi aeroportuna nəzarət mexanizminin necə qurulmasıdır. Əgər Xankəndi aeroportunda bizim gömrük sistemi, sərhəd qoşunlarımız oturacaqsa, Azərbaycan qanunlarına uyğun idarə olunacaqsa, burada heç bir narahatlıq yoxdur. Yox, əgər hansısa xarici dövlət və ya qurumlar tərəfindən idarə olunacaqsa, o zaman ciddi problemlər yarana bilər. Xankəndi bizim ərazimizdir, müəyyən müddət lazımdır ki, biz orada bütün orqanlarımızın fəaliyyətini bərpa edək. Bu zaman yükdaşımalarla bağlı ciddi problemlər yarana bilər. Əhaliyə lazım olmayan, gələcəkdə istifadə oluna bilən müəyyən mallar daşına bilər. Ona görə də aviasiya şirkətləri ilə əlaqədar Azərbaycan hökuməti müəyyən danışıqlar aparmalıdır. Biz Xankəndinə öz idarəetmə sistemimizi qursaq, bu məsələdə də problem olmayacaq. Xankəndi bizim ərazimizdir, faktiki olaraq heç bir status verilməyib. Cənab Prezident də vurğuladı ki, nə qədər ki, mən prezidentəm, heç bir statusdan söhbət gedə bilməz. Bu cəhətdən bizim üçün əhəmiyyətlidir, biz Xankəndi aeroportundan həm sərnişin daşınmasında, həm də yükdaşımada istifadə edə bilərik. Bir şərtlə ki, nəzarət mexanizmi Azərbaycanın müvafiq strukturlarının əlində olsun”.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft cüzi ucuzlaşıb
Bu gün, 09:21
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 20 il ötür - ƏN YAXIN TARİX
Bu gün, 09:20
"Mən evimə vertolyotla gəlməliyəm?" - Nazirə müraciət olundu
Bu gün, 09:19
“Hippokratın goruna and olsun ki, şprisdəki vaksin idi” - AÇIQLAMA
Bu gün, 09:15
ABŞ-Azərbaycan münasibətlərini pozmaq istəyənlər çoxdur - deputat
Bu gün, 09:13
Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları - “QAPINI SINDIRMAQ ÜÇÜN 6-7 SAAT ÇALIŞDILAR, İÇƏRİ GİRƏN KİMİ...”
Bu gün, 09:11
Ucarda otlaq sahələrini kimlər zəbt edib? - GİLEY
Bu gün, 09:08
Rusiyanın Avropaya qaz kəmərləri: Moskva ilə Vaşinqton anlaşdımı? - TƏHLİL
Bu gün, 09:06
“ERMƏNİLƏRİN BAYDENLƏ BAĞLI ÜMİDLƏRİ MƏNASIZDIR” – “ABŞ Rusiyanın nəyi ilə rəqabət aparsın?...”
Bu gün, 09:04
FHN şefinin qardaşı ilə bağlı ilginc İDDİA - "...pulu geri qaytarmaqdan boyun qaçırdı"
Bu gün, 09:01
Qarabağda yeni iqtisadi model tətbiq ediləcək - GƏLİŞMƏ
Bu gün, 08:56
Teledərslərin bugünə olan cədvəli - Diqqət!
Bu gün, 08:52
Rusiya qondarma qurumu bura daxil etmək istəyir
Bu gün, 08:51
Vətən Müharibəsi Qəhrəmanı icra başçısından narazıdır... - "Maraqlanan da yoxdur..."
Bu gün, 08:49
"Ümidlə gözləyirəm ki, nə vaxtsa məni də çağırarlar"
Bu gün, 08:46
"Sistemi bu şəkildə mənasızlaşdırırlar" - Partiya sədri
Bu gün, 08:38
“Azəriqaz” Qarabağ müharibəsi əlilinə sərfiyyatdan artıq borc yazdı - GİLEY
Bu gün, 08:37
"Yasamal İCRA HAKİMİ QAZİNİN YOLDAŞINA DEYİB Kİ..." - aktrisa SƏRT danışdı
Bu gün, 08:34
Vüsal Kərimlinin pul yığan qoçuları... - İTTİHAM
Bu gün, 08:32
Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA
Bu gün, 08:31
Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxdılar
Bu gün, 08:21
Dövlət repetitorluğu leqallaşdırmayacaq, ona görə ki... - Ekspertlər danışır
Bu gün, 08:20
AZAL-da nə baş verir? - NARAZILIQ!
Bu gün, 08:19
Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər
Bu gün, 08:17
3 ölkənin birliyi: İran nədən narahatdır? - GƏLİŞMƏ
Bu gün, 08:16
Hərbçilərin maaşı niyə azaldılır? - AKTUAL
Bu gün, 08:15
İki türk dövlətinin “Dostluq”u: Daha bir qala fəth edildi - TƏHLİL
Bu gün, 08:14
Dünyada son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Bu gün, 08:11
Məhkəmə Hüquq Şurasından NARAZILIQ - "Bu bərbadlığın başlıca nədənlərindən biri..."
Bu gün, 08:09
Bu gün AŞ PA-nın qış sessiyası başlayır
Bu gün, 08:06
Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar - Diqqət!
Bu gün, 08:05
Azərbaycanda karantin rejimi yenə yumşaldıldı - Bu sahələrdən qadağa götürüldüü
Bu gün, 08:04
Bu gün dollar neçəyədir?
Bu gün, 08:02
Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb
23-01-2021, 12:16
"Nə qədər çox banklar açılırsa..." - AÇIQLAMA
23-01-2021, 12:16
Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır
23-01-2021, 12:13
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
23-01-2021, 12:11
Paytaxta təmizliklə bağlı iməclik keçirildi
23-01-2021, 12:10
“Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub - ciddi yoxlamalar aparılmalıdır
23-01-2021, 12:05
Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ - "...qətiyyən çəkinməyin"
23-01-2021, 12:02
ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL - Müxalifət səfirin geri çağırılmasını istəyir
23-01-2021, 11:57
Sosial şəbəkə istifadəçilərinin nəzərinə! - DİN XƏBƏRDARLIQ ETDİ
23-01-2021, 11:54
ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR - başqa xəstəxanaya köçürülüb
23-01-2021, 11:52
Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olunub - Təzəcə istefa vermişdi
23-01-2021, 11:51
Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb - FOTO
23-01-2021, 11:47
Yolların buz bağlayacağı ehtimalı var - Belə deyirlər...
23-01-2021, 11:45
Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək
23-01-2021, 11:36
Vüqar Səfərli həbsdən azad olunmağa çalışır - ŞİKAYƏT VERİB
23-01-2021, 11:35
AMEA-da bir sıra şöbə və laboratoriyaların fəaliyyəti dayandırılacaq
23-01-2021, 11:32
Ramiz Mehdiyevin fəaliyyəti YOXLANILMALIDIR... - "Başqa işlərlə məşğuldurlar"
23-01-2021, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru