Kim Kardaşyan oğurluqda günahlandırılır .....                     Bakıda qar yağacaq .....                     Jurnalistikada hərşeyşünaslardan imtina olunmalı, .....                     “Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər... .....                     “O gənclər Vətən müharibəmizin qədərini təyin etdilər” .....                     "Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" .....                     İki erməni hərbçinin meyiti qarşı tərəfə verilib .....                     Ermənistan üzərindən yeni yol: Gürcüstanın əhəmiyyəti azalmır, amma... .....                     "Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" .....                     Qarabağda hərbi hissələrə və şəhərciklərə .....                     "BakuBus"a yeni direktor təyin edilib .....                     "Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb" .....                     "Rüstəm Muradov öz rəhbərliyindən erməniləri himayə və müdafiə etmək əmrini alıb" .....                     Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? .....                     Ukraynada rus dili QADAĞAN OLUNDU .....                     Şəhid ailəsini incidən kimdir? .....                     Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb, .....                     "Çoxallahlılıq dövründə ermənilərin Allahları “Anait” olub, bu da fahişəlik ilahəsidir...” .....                     “Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir” .....                     Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib .....                     Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb .....                     Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz .....                     Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama .....                     Kəlbəcərin Hacıkənd kəndindən görüntülər .....                     Azərbaycanda 8-9 milyon insan koronavirusa yoluxmayıb, ona görə də vaksinasiya vacibdir .....                     Status “gorbagor” oldu, bəs Moskva üçün? .....                     Vaksin təhlükəsizdir .....                     Şuşada da vaksinasiya məntəqəsi qurulub .....                     COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb .....                     Xəstəxanalarda və reanimasiyada çarpayı yeri xeyli boşalıb .....                     “Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib” .....                     “Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir” .....                     “Əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizə də davam edir” .....                     Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu .....                     Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb .....                     Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək .....                     Gürcüstanda son sutkada 24 nəfər koronavirusdan ölüb .....                     Bütün qapalı və açıq məkanlarda maska məcburidir .....                     Giriş-çıxışa qadağa qoyulan şəhər və rayonlarda hərəkət qaydası belə olacaq .....                     Yas yerlərində iştirakla bağlı qərar açıqlanıb .....                 

“Fransa Qarabağda sülhə gedən yola mina basdırır” - GƏLİŞMƏ
Tarix: 27-11-2020, 08:12 | Çap et
“Fransa Qarabağda sülhə gedən yola mina basdırır”
Noyabrın 25-də Fransa Senatı Fransa hökumətini Qarabağın separatçı qondarma qurumunu tanımağa çağıran tövsiyə xarakterli qətnaməni müzakirəyə çıxardı və nəticədə iclasda iştirak edən 306 senatordan 305-nin lehinə səs verməsi ilə qətnamə qəbul olundu. Həmçinin, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən senatorların müzakirələrə çağırılmaması, çıxış edən senatorların isə həddindən artıq qərəzli mövqe nümayiş etdirməsi diqqətdən yayınmadı.

AYNA-nın mövzuya dair suallarını Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı cavablandırıb:

- Bu qətnamə Fransanın regiondakı ümumi siyasətindən və xüsusi olaraq Qarabağ problemi və düşdüyü fərqli mənzərədən qaynaqlanır. Fransanın həm Cənubi Qafqaz və Anadolu bölgəsi ilə bağlı müəyyən planları və siyasətləri olub, həm də Azərbaycan və Türkiyəyə yönəlik siyasətini ayırmağa çalışıb. Zamanında biz də Fransa ilə münasibətlərdə özümüzə uyğun fərqli bir xətt qurmuşduq. Məsələn, Azərbaycan prezidentləri 1998-2003-cü illərdə ilk xarici səfərlərini, məhz Fransaya ediblər. Yəni, Fransanın vaxtilə Azərbaycana qarşı mövqeyi bir qədər fərqli olsa da, son mərhələdə mövqelərini əhəmiyyətli dərəcədə itirdi. İstər Cənubi Qafqazda, istər Aralıq dənizi hövzəsində, istərsə də Türkiyə ilə rəqabət sərtləşdi və Fransa mövqelərini itirdi.

İndi isə Fransa manevr etmək istəyir və münaqişənin tənzimlənməsi prosesinə mane olmaq təşəbbüsü güdür. Yəni, Fransa regionda ümumi şəkildə təsirini davam etdirmək istəyirdi, bunu edə bilməyəndə isə, ən azından Ermənistanı təsir dairəsində saxlamağa cəhd göstərdi. Bəlkə də, Rusiyanın münaqişədə son mövqeyi Ermənistanda narazılığa və qəzəbə səbəb oldu deyə, Fransa Cənubi Qafqazda hansısa bir dövləti öz təsir dairəsinə salmağa çalışdı. Çünki bütün münaqişə ərzində heç bir dövlət Fransanın Ermənistanı müdafiə etdiyi kimi, beynəxalq hüquqa zidd hərəkət və mövqe nümayiş etdirmədi. Yeganə dövlət və nümunə Fransa oldu ki, beynəlxalq hüquqa zidd hərəkət edərək açıq şəkildə birtərəfli mövqe nümayiş etdirdi. Eyni zamanda, yeganə dövlət yenə Fransa oldu ki, başqa tərəfləri açıq-aydın ittiham etdi. Yəni, Fransa bu iki ay ərzində özünəməxsus mövqe nümayiş etdirib və bu mövqe beynəlxalq hüquqa da uyğun olmayıb, hansısa məntiqi əsasa da söykənməyib. Hesab edirəm ki, Fransanın indiki məlum addımı da keçən iki ayda əsası olmayan addımlarının davamıdır.

- Burada məqsəd nədir?

- Rusiya Ermənistanda mövqeyini itirib və bununla da ölkədə boşluq yaranacağı təqdirdə, Paris həmin boşluğu doldurmaq, münaqişənin tənzimlənməsi prosesində itirdiyi mövqeyi geri qaytarmaq və mövqeyini geri qaytarmadığı halda, Fransasız həll olunan münaqişənin həllinə mane olmaq məqsədi güdür. Bir də ola bilər ki, bu kimi dövlətlər münaqişənin qalıcı həllini arzulamır və indi də müəyyən addımlar ataraq münaqişənin həlli prosesinə mane ola biləcəklərini fikriləşirlər. Bildiyiniz kimi, münaqişə hərbi-siyasi baxımdan artıq elə bir mərhələyə gəlib ki, bu mərhələdə Dağlıq Qarabağ “respublika” kimi hansısa danışıq və ya müzakirə prosesinin tərəfi və predmeti deyil. Gələcəkdə predmeti ola, ya olmaya bilər, bunu dəqiq bilmirik. Amma tərəfi olmayacağını təxmin edirik. Fransa isə onun predmet olmaqdan çıxmamasını təmin etməyə çalışır ki, bununla da tərəfi olmaq mövqeyinə şərait yaratsın. Bu da münaqişənin dinc yolla tənzimlənməsi prosesinə ciddi zərbə vura bilər. Bu dəqiqə üçün bu risk, bəlkə də ciddi görünmür, amma Fransanın bu addımının arxasında elə məqamlar dayanacaq ki, həm regionda, həm də regiondan kənarda gələcəkdə münaqişənin dinc yolla tənzimlənməsinə problem yaradacaq ciddi nüanslar yarada bilər.

- Bu fakt Ermənistanı işğal faktını davam etdirməyə yenidən həvəsləndirə, yaxud şərait yarada bilərmi?

- Mütləq şəkildə. Çünki mən az öncə münaqişənin dinc yolla tənizmlənməsinə mane olmaq perspektivi olduğunu deyəndə, ilk növbədə nəzərdə tuduğum məqamlardan biri də məhz bu idi. Paşinyan ən azı üçtərəfli bəyanatı imzalayarkən, edə biləcəkləri heç nəyin qalmadığını söyləmişdi. Yəni, hərbi-siyasi cəhətdən elə vəziyyətdə idilər ki, məcburi şəkildə sənədi imzalamışdılar. Növbəti mərhələdə isə onlar sülh sazişini imzalamalıdırlar. Bəyanatla sülh sazişi arasındakı mərhələdə də Ermənistan daxilində belə bir yanaşma ortaya çıxa bilər ki, Paşinyanın məcburiyyət qarşısında qalıb sənədi imzaladığını, lakin indi şərtlərin dəyişdiyini deyə bilərlər. İndi isə qondarma rejimi tanmağa çalışan dövlətlər var və bu dövlətlər də güclü dövlətlərdir. Məsələn, dünyanın böyük dövlətlərindən biri, BMT Təhlüksəzilik Şurasının daimi üzvü olan ölkə qondarma rejimi tanımağa çalışırsa, hansı əsasla sülh sazişi imzalayır? Bu, sülhə gedən yolda basdırılmış minalardan biridir. Sabah bunu daha böyük minalar da əvəz edə bilər ki, Ermənistanda yeni ümdilər yaradan provokativ addımlar atmağa səbəb olsun.

- Sizcə, bu qətnamə ilə bağlı Fransa hökumətinin möqveyi necə olacaq?

- Bu qətnamə hökumətə tövsiyə xarakterli olsa da, hesab edirəm ki, qətnamənin qəbulunda elə hökumətin də rolu olub. Əslində, Qərb demokratiyasında bu cür nümunələri çox görümüşük və son illərdə sadəcə Qərb demokratiyasında yox, Şərq ölkələrində də bunu görürük. Hökumətlər başqa dövlətlər üzərində təzyiq yaratmaq üçün, yaxud provokasiya məqsədi ilə hansısa bir qərarın qəbulunun əvvəlcə parlament səviyyəsində qəbul olunmasını təmin edirlər, sonra isə özləri şərait yaradırlar ki, qərarın əleyhinə olduğu ölkələr onlara minnətçilər yollasınlar ki, parlament qəbul edib, amma siz qəbul etməyin. Yəni, müəyyən bazarlıq vasitəsi kimi bu məsələlərdən istifadə etməyə çalışırlar. Eyni zamanda, gələcəkdə özləri hansısa bir qərar qəbul edəcəklərsə, onun üçün bir əsas hazırlayırlar. Əgər qərar qəbul olunmayacaqsa, təzyiq və ya alver vasitəsi kimi istifadə edir, qərar qəbul ediləcəksə, əvvəlcədən ona zəmin yaradır və qarşı tərəfi buna hazırlamağa çalışırlar.

İndiki halda düşünürəm ki, bu qərar Senat tərəfindən qəbul edilsə də, bunun qəbulunda Fransa hökumətinin müəyyən rolu olub. Yəni, 305 lehinə olan səsə qarşı, 1 əleyhinə səs göstərir ki, hökumətin burada rolu var. Amma aydındır ki, hökumət daha diqqətli davranmağa çalışacaq. Çünki Fransanın həm ATƏT-in Minsk Qrupunda həmsədrliyi, həm də BMT Təhlükəszilik Şurasında daimi üzvlüyü nəzərə alınacaq. Amma bu iki məqamdan da daha çox Fransanın Avropa İttifaqında (Aİ) aparıcı dövlətlərdən biri olması və Aİ-nin Azərbaycanla enerji də daxil olmaqla, xüsusi münasibətlərə malik olması nəzərə alınacaq. Hökumət ən azından buna görə daha diqqətli davranacaq. Ona görə də ehtimal olunur ki, Fransanın beynəlxalq hüquqa zidd addım atmasında, Azərbaycanın Aİ ilə münasibətləri də nəzərə alınacaq. Hesab edirəm ki, Fransa hökuməti bir qədər Azərbaycana təzyiq göstərəcək, Ermənistanı sülhə getmək prosesindən çəkindirməyə çalışacaq, amma sonda güman ki, hökumət səviyyəsində həmin provokativ addımı atmayacaq.

- Rəsmi Paris istər müharibə zamanı, istərsə ondan sonra, istərsə də məlum qətnamə ilə ermənipərəst mövqe nümayiş etdirməklə ATƏT-in Minsk qrupunun həmsədrliyinə və bitərəfliyinə xələl gətirir. Fransanı həmsədrlikdən uzaqlaşdırmağın vaxtı çatmayıbmı?

- Fransa artıq uzun müddətdir ki, həm Minsk Qrupunun həmsdərlik mövqeyinə, həm də beynəlxalq hüququn və Avropanın ümumi maraqlarına uyğun olmayan siyasət həyata keçirir. Həmsədr kimi Fransanın borcu tərəfsiz qalmaqdırsa, beynəlxalq hüququn subyekti kimi beynəlxalq təşkilatların qərarına uyğun davranmalıdır. Eyni zamanda isə Aİ-nin enerji təhlükəsizliyi ilə bağlı siyasəti var ki, orada da Azərbaycan xüsusi önəm daşıyır. Bir də Aİ Rusiya ilə müxtəlif istiqamətlərdə müəyyən problemlər yaşayır. Guya ki, Rusiyanın regionda mövqeyinin zəifləməsinə çalışır, amma faktiki olaraq elə addımlar atır ki, keçmiş Sovet regionunun güclənməsinə töhfə verir. Yəni, Aİ-nin üzvü olan Fransa da həm öz dəyərlərinə xəyanət edir, həm beynəlxalq hüququn prinsiplərini pozur, həm də həmsdər kimi üzərinə düşən missiyaya xəyanət edir.

Bunu edən Fransanın Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması ən düzgün addım olardı. Amma belə görünür ki, Fransa həmsədrlikdən kənarlaşdırılmasa da, indiki proseslərdə fəal rola sahib deyil. Ola bilsin ki, həmsədrlik insitutu gələcəkdə Ermənistanla Azərbaycan arasındak münasibətlərin tənzimlənməsində rol oynasın. Amma indiki halda Qarabağ probleminin həlli məsələsində xüsusi bir missiyası yoxdur. Bu baxımdan, Fransa indiki mövqeyində qalsa, həmsədr kimi verəcəyi heç bir töhfə olmayacaq və həmsədrlikdən kənarlaşdırılması və onu Almaniyanın əvəzləməsi ən təbbi istək olacaq.

- Artıq Milli Məclis səviyyəsində də Fransa Senatının qətnaməsinə etiraz bəyanatı qəbul edildi. Bütün bunlar irəlidə iki ölkə arasındakı münasibətlərə necə təsir edə bilər?

- Az əvvəl də qeyd etdiyim kimi, Azərbacan Fransa ilə münasibətlərə zamanında xüsusi önəm verirdi. Baxmayaraq ki, Fransada böyük erməni lobbisi var idi, buna rəğmən ilk xarici səfərlərimiz məhz Fransaya edilirdi və Azərbayan xarici siyasətində Fransaya qarşı xüsusi bir məna var idi. Hətta, Parlamentin Fransa ilə dostluq qrupunun sədri ölkənin birinci xanımı sayılırdı. Çünki Fransa özü də ölkədə böyük erməni lobbisinin olmasına baxmayaraq, 1990-cı illərdə Qarabağ problemi ilə bağlı daha konstruktiv mövqe tutur və münaqişənin həllinə töhfə verməyə çalışırdı. Amma Fransa bunu düzgün qiymətləndirmədi və xüsusən də Makronun hakimiyyəti dövründə Fransanın ənənəvi siyasətinə zidd addımlar atıldı ki, bu da Azərbaycanı adekvat addımlar atmağa vadar etdi.

Azərbaycan ilkin olaraq müharibə dövründə Fransanın əsassız açıqlamalarına cavablar verdi, Fransa parlament səviyyəsində Azərbaycan əlyehinə qərar qəbul etdi, indi də Azərbaycan parlament səviyyəsində Fransaya cavab addımı atdı. Həm də Fransanın həmsədrliyinə baxılması ilə bağlı məsələnin qaldırılması nəzərdə tutulur. Mən də tərəfdarıyam ki, Fransanın Azərbaycana qarşı atdığı addımlara cavab eyni ölçüdə olmalıdır. Fransa bizim üçün düşmən dövlət deyil və Fransa ilə münasibətləri pisləşdirmək də bizim hədəfimiz deyil. Amma Fransanın atdığı addımlara eyni tərzdə cavab vermək mütləqdir. Növbəti mərhələdə də görsək ki, Fransa hakimiyyətində arzuolunmaz yanaşma var və bu yanaşma tək Fransa dövləti səviyyəsində yox, həm də Fransanın təsir dairəsində olan dövlətlər səviyyəsindədir, Azərbaycan bu məqamlara da xüsusi diqqət yetirməlidir. Bu cür məqamlarda ən azından Fransadakı səfir geri çağrıla, səfirlik bağlana və digər müxtəlif addımlar atıla bilər. Çünki ərazi bütövlüyümüzün əleyhinə atılan addımlar bizim üçün yolverilməzdir.

Təbii ki, ilk növbədə dövlətin borcu qabaqlayıcı addımlar atmaqdır. Əgər, qabaqlayıcı addımlar fayda vermirsə, Milli Məclisin bu gün atdığı addımlar səviyyəsində addımlar atılmalıdır. Yəni, Fransa bu məsələlərdə bizim ciddiyyətimizin fərqinə varmalıdır. Eyni zamanda, bunu Aİ və digər beynəlxalq təşkilatlar vasitəsi ilə Fransaya çatdırmalıyıq. Yəni, Fransanın beynəlxalq hüquqa uyğun olmayan hərəkətlərini əsas götürərək, yer aldığı bütün regional və beynəlxalq təşkilatlar səviyyəsində məsələ qaldırılmalıdır. Azərbaycan, hətta, Rusiyadan da tələb etməlidir ki, Fransanın sülh prosesini pozmağa və münaqişəni alovlandırmağa xidmət edən hərəkətlərinə münasibət bildirsin.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kim Kardaşyan oğurluqda günahlandırılır
Dünən, 13:07
Bakıda qar yağacaq - Belə deyirlər...
Dünən, 13:05
Jurnalistikada hərşeyşünaslardan imtina olunmalı, - rəqabətli media mühiti yaradılmalıdır
Dünən, 13:02
“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər... - İLGİNC
Dünən, 12:59
“O gənclər Vətən müharibəmizin qədərini təyin etdilər” - deputat
Dünən, 12:55
"Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" - Əlil maşınlarına kəsilən cəzlar
Dünən, 12:54
İki erməni hərbçinin meyiti qarşı tərəfə verilib
Dünən, 12:51
Ermənistan üzərindən yeni yol: Gürcüstanın əhəmiyyəti azalmır, amma... - Gürcülərdən İLGİNC REAKSİYA
Dünən, 12:49
"Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" - AÇIQLAMA
Dünən, 12:43
Qarabağda hərbi hissələrə və şəhərciklərə nə qədər vəsait xərclənəcək?
Dünən, 12:42
"BakuBus"a yeni direktor təyin edilib
Dünən, 12:39
"Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb" - Şahmar Möhsümov
Dünən, 12:30
"Rüstəm Muradov öz rəhbərliyindən erməniləri himayə və müdafiə etmək əmrini alıb" - ekspert
Dünən, 12:27
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Dünən, 12:23
Ukraynada rus dili QADAĞAN OLUNDU - Rusca danışan 224 dollar cərimə ödəyəcək
Dünən, 12:21
Şəhid ailəsini incidən kimdir? - GİLEY
Dünən, 12:11
Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb, daha 2 milyon doza alacaq
Dünən, 12:08
"Çoxallahlılıq dövründə ermənilərin Allahları “Anait” olub, bu da fahişəlik ilahəsidir...”
Dünən, 12:06
“Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir” - Prezidentin köməkçisi
Dünən, 12:01
Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib
Dünən, 11:55
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - Polisdən əməliyyat
Dünən, 11:46
Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz - Xalq artisti
Dünən, 11:44
Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama - Diqqət!
Dünən, 11:41
Kəlbəcərin Hacıkənd kəndindən görüntülər - VİDEO
Dünən, 11:40
Azərbaycanda 8-9 milyon insan koronavirusa yoluxmayıb, ona görə də vaksinasiya vacibdir - TƏBİB
Dünən, 11:39
Status “gorbagor” oldu, bəs Moskva üçün? - TƏHLİL
Dünən, 11:37
Vaksin təhlükəsizdir - Səhiyyə Nazirliyi
Dünən, 11:32
Şuşada da vaksinasiya məntəqəsi qurulub
Dünən, 11:24
COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb - Diqqət!
Dünən, 11:21
Xəstəxanalarda və reanimasiyada çarpayı yeri xeyli boşalıb - TƏBİB
Dünən, 11:17
“Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib” - Azərbaycan Prezidentinin köməkçisi
Dünən, 11:14
“Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir” - Şahmar Mövsümov
Dünən, 11:10
“Əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizə də davam edir” - Prezidentin köməkçisi
Dünən, 11:07
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu
Dünən, 11:06
Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb
Dünən, 11:05
Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək
Dünən, 11:02
Gürcüstanda son sutkada 24 nəfər koronavirusdan ölüb
Dünən, 11:01
Bütün qapalı və açıq məkanlarda maska məcburidir
Dünən, 11:00
Giriş-çıxışa qadağa qoyulan şəhər və rayonlarda hərəkət qaydası belə olacaq
Dünən, 10:58
Yas yerlərində iştirakla bağlı qərar açıqlanıb
Dünən, 10:58
Bərbərxana və gözəllik salonları açılır
Dünən, 10:58
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 987-yə çatıb
Dünən, 10:57
Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət qüvvədə saxlanılıb
Dünən, 10:45
İş yerlərinin fəaliyyətinə icazə verilir
Dünən, 10:44
Azərbaycanda "SMS" icazə ləğv olunur - Operativ Qərargah
Dünən, 10:43
Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur
Dünən, 10:42
Metronun fəaliyyəti yenə də BƏRPA OLUNMADI - NK
Dünən, 10:41
Fevralın 1-dən kafe, restoran və digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur - QƏRAR
Dünən, 10:38
Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi ilə bağlı yeni qaydalar açıqlayıb - Diqqət!
Dünən, 10:35
"Başıma da meyvəni ssenariyə görə qoymuşdular"
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru