Kim Kardaşyan oğurluqda günahlandırılır .....                     Bakıda qar yağacaq .....                     Jurnalistikada hərşeyşünaslardan imtina olunmalı, .....                     “Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər... .....                     “O gənclər Vətən müharibəmizin qədərini təyin etdilər” .....                     "Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" .....                     İki erməni hərbçinin meyiti qarşı tərəfə verilib .....                     Ermənistan üzərindən yeni yol: Gürcüstanın əhəmiyyəti azalmır, amma... .....                     "Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" .....                     Qarabağda hərbi hissələrə və şəhərciklərə .....                     "BakuBus"a yeni direktor təyin edilib .....                     "Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb" .....                     "Rüstəm Muradov öz rəhbərliyindən erməniləri himayə və müdafiə etmək əmrini alıb" .....                     Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? .....                     Ukraynada rus dili QADAĞAN OLUNDU .....                     Şəhid ailəsini incidən kimdir? .....                     Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb, .....                     "Çoxallahlılıq dövründə ermənilərin Allahları “Anait” olub, bu da fahişəlik ilahəsidir...” .....                     “Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir” .....                     Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib .....                     Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb .....                     Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz .....                     Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama .....                     Kəlbəcərin Hacıkənd kəndindən görüntülər .....                     Azərbaycanda 8-9 milyon insan koronavirusa yoluxmayıb, ona görə də vaksinasiya vacibdir .....                     Status “gorbagor” oldu, bəs Moskva üçün? .....                     Vaksin təhlükəsizdir .....                     Şuşada da vaksinasiya məntəqəsi qurulub .....                     COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb .....                     Xəstəxanalarda və reanimasiyada çarpayı yeri xeyli boşalıb .....                     “Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib” .....                     “Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir” .....                     “Əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizə də davam edir” .....                     Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu .....                     Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb .....                     Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək .....                     Gürcüstanda son sutkada 24 nəfər koronavirusdan ölüb .....                     Bütün qapalı və açıq məkanlarda maska məcburidir .....                     Giriş-çıxışa qadağa qoyulan şəhər və rayonlarda hərəkət qaydası belə olacaq .....                     Yas yerlərində iştirakla bağlı qərar açıqlanıb .....                 

“Dnestryanı”nın sabiq Xarici İşlər naziri: - "Maya Sandu çox təhlükəli yol tutub”
Tarix: 26-11-2020, 17:36 | Çap et
“Dnestryanı”nın sabiq Xarici İşlər naziri:
Moldovanın yeni prezidenti Maya Sandu bu günlərdə Dnestryanı bölgədən Rusiya sülhməramlılarını çıxarmaq təklifi irəli sürüb. Ukraynanın "Avropa həqiqəti" nəşrinə verdiyi müsahibədə Sandu mövqeyini onunla izah edib ki, Moldova vaxtilə Dnestryanı məsələnin həllinə "yumşaq yanaşma" seçərək “separatçı respublika”nın danışıqlar formatına daxil olmasıyla razılaşıb. Ona görə də Ukrayna Donbass probleminin həlli variantlarının seçimində Moldovanın səhv təcrübəsindən nəticə çıxarmalıdır.

“Dnestryanı Moldova Respublikası”nın sabiq xarici işlər naziri Vladimir Yastrebçak Rusiyanın "Regnum" nəşrinə müsahibəsində Sandunun bu iddialarına cavab verib. Ovqat.com Dnestryanı bölgə ilə Dağlıq Qarabağ probleminin mahiyyət etibarilə xeyli bənzər olduğunu nəzərə alıb Vladimir Yastrebçakın müsahibəsini Azərbaycan oxucusu üçün də aktual sayır və təqdim edir.

-Maya Sandu ilə bu yaxınlarda verdiyi müsahibə Rusiya ictimaiyyətinin kifayət qədər kəskin reaksiyasına səbəb olub. Onun Rusiya sülhməramlılarının Dnestryanı bölgədən getməsinin vacibliyi barədə sözlərini necə başa düşürsünüz?

-Şübhəsiz ki, Moldovanın qərbpərəst siyasətçi kimi xanım Sandu yeni bir şey deməyib. Daha vacibi isə onun Ukrayna KİV-dən birinə müsahibəsindəki son bəyanatlarını hansı statusda verməsidir. Əgər bundan əvvəl həmin sözləri seçkiqabağı kampaniyanın, məqsədli auditoriyanın, onun "nüvə elektoratı"nın və s.-nin qarşısında çıxışın ayağına yazmaq mümkün idisə, indi, seçkinin nəticəsi bəlli olduqdan sonra Sandu öz bəyanatları haqda daha dərindən düşünməli, yəni Moldovanın yalnız bir hissəsinin yox, bütün vətəndaşlarının lider olmağa çalışmalı idi. Məncə, xanım Sandu hələ də seçkiqabağı mübarizə atmosferindən tam çıxa bilməyib.

Əlbəttə, Rusiya qoşunlarının Dnestryanı bölgənin ərazisindən çıxarılması tələbləri baxımından elə bir yenilik yoxdur, Moldovanın digər liderləri də bu cür tələblər irəli sürüblər. Xanım Sandunun bəyanatı Rusiyanın hərbi mövcudluğunu sülhməramlı qüvvələrindən ayırmaması baxımından ikimənalı səslənirdi. Əgər sülhyaratma mövcudluğuna yenidən baxılması cəhdindən söhbət gedirsə, xanım Sandu inauqurasiyadan sonra siyasi mövqeyini həyata keçirə bilər. Bunun üçün mövqeyini parlamentin müzakirəsinə təşəbbüs göstərməli, həm 1992-ci il razılaşmasından, həm də 2009-cu il üç prezidentin (Moldova, Rusiya və Dnestryanı bölgənin) birgə bəyanatından, yaxud Moldovanın bir sıra digər siyasi-hüquqi öhdəliklərindən yalnız bu yolla imtina etməlidir. Xanım Sandu Rusiya ilə münasibətlərin belə tezislərlə normallaşdırılması ilə bağlı dialoqa başlamaq niyyətindədirsə, bu cür niyyətin də ifadə edildiyi, belə şüarların səsləndirildiyi təqdirdə qarşıya qoyulan məqsədə tez və səmərəli çatmağın mümkünlüyünü ehtimal etmək çətindir.

- Sizcə, Maya Sandu sözügedən müsahibədə Dnestryanı münaqişənin həllinə “yumşaq yanaşmanın” nəticə vermədiyini söyləyərkən nə demək istəyirdi?

-Bu tezislər seçkiqabağı kampaniya zamanı səsləndirilirdi. Mənim üçün kifayət qədər qəribədir ki, o, indi də eyni fikirləri səsləndirməkdə davam edir. Moldova Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarını təsdiq edib və daxili prosedurlara uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qərarı Konstitusiya Məhkəməsinə təsdiq olunmaq üçün göndərilib. Maya Sandu artıq Moldovanın öz səlahiyyətlərinə hələ tam yiyələnməmiş seçilmiş prezidentidir. Buna görə də tezislərindəki "yumşaq yanaşma"na dair düşüncələrini davamını etdirməsi qəribədir. Üstəlik 1992-ci ildə, yəni hərbi əməliyyatlar fazası qurtardıqdan sonra, habelə 1994 — cü ildə rəsmi danışıqlar prosesi başlanandan sonra heç bir yumşaq yanaşma yox idi-yaranmış siyasi, hüquqi, hərbi reallıqdan çıxış edərək atılan addımlar idi. Kişinyovun seçimi var idi-ya hərbi avantüranı davam etdirə və ya Dnestryanı ilə razılığa gəlməyə cəhd göstərə bilərdi. Dnestryanı tərəfin danışıqlar prosesinin tamhüquqlu iştirakçısına çevrilməsi Kişinyovun xoş məramının jesti deyildi. Bu, sadəcə, həmin illər ərzində yaranmış reallığın etirafı idi. Xanım Sandu hesab edir ki, bu müddət ərzində siyasi məsələnin həllində irəliləyişə nail olmayıb. O zaman xanım Sandu bu fakta diqqət yetirsin ki, birincisi, silahlı münaqişə bərpa olunmur, ikincisi, hər halda, gediş-gəliş azadlığı, ticarətlə bağlı məsələlər və bir çox başqa problemlər az-çox həll olunub. Yaranmış vəziyyəti adekvat qiymətləndirməyi bacarmaq lazımdır.

Mən hələ bu sözlərin səsləndiyi kontekstə diqqətinizi yönəltmək istəyirəm. Müsahibədə Ukrayna hakimiyyətinə Donbasdakı vəziyyətin nizamlanmasında o qədər də səmərəli olmayan Moldova təcrübəsini nəzərə almaq təklifi tam şəffaf səslənib. Zənnimcə, bu, çox təhlükəli yoldur.

-Sizin fikrinizcə, bu cür yanaşmanın əsas təhlükəsi nədən ibarətdir?

-Dnestryanı vəziyyətin Donbassdakı vəziyyətə ekstrapolyasiya etmə cəhdi, mənim fikrimcə, uğursuz müqayisədir. Bunlar artıq təşəkkül tapmış spesifik həll mexanizmləri, öz siyasi, hüquqi və digər reallıqları ilə fərqlənən münaqişələrdir.

Ümumilikdə, yumşaq yanaşmanın səmərəsizliyi ilə bağlı tezislər yalnız Dnestryanı bölgəyə aid deyil. Nizamlama üzrə artıq mövcud olan formatlara münasibətdə istənilən hərəkət (onlar "5+2" formatı ilə bitmir) istər-istəməz ona gətirib çıxaracaq ki, geniş beynəlxalq iştirakın olduğu nizamlama formatları, sadəcə, qırılacaq. Onlardan birini prinsipial elementlərdən çıxararaq mexanizmləri saxlamaq mümkün deyil. "5+2" formatını səmərəsizdir deyı pozsanız, bu, həm də Aİ və ABŞ-ın bu formatda müşahidəçi qismində iştirakını pozmaq deməkdir. Düşünürəm ki, bu, ilk növbədə, xanım Sandunun xarici siyasətini yürüdəcək adam üçün lazım deyil. Zənnimcə, bu ritorikanı qələbədən başgicəllənmə kimi yazmaq olar, amma bu eyforiyadan qurtulmağın vaxtıdır.

-Xanım Sanduun ritorikasını və xarici siyasi oriyentasiyasını nəzərə alsaq, Moldova Aİ və ABŞ-ı Dnestryanı münaqişənin həllində getdikcə daha fəal iştiraka cəlb edəcəkmi? Sizin fikrinizcə, Qərbin özü bu məsələdə nə dərəcədə maraqlıdır?

-İsrar o bilər. Amma mənim fikrimcə, ABŞ və Aİ-nin "5+2" formatında statusu müəyyənləşdirən sənədlər əsasında onların iştirak potensialı heç də tükənməyib. Onların statusu 15 il bundan əvvəl, 2005-ci ildə müəyyən edilib. Onların fəaliyyət göstərmək üçün kifayət qədər imkanları var. O cümlədən, Avropa İttifaqı Moldova ilə Dnestryanı bölgə arasında etimad tədbirləri üzrə bütöv bir layihə həyata keçirir. Düşünürəm ki, hansısa yeni funksiya yaratmazdan əvvəl mövcud olan potensialı reallaşdırmaq lazımdır.

Həmçinin, hazırkı mərhələdə, nə vaxt bitəcəyi bəlli olMayan koronavirus pandemiyası da daxil olmaqla, müxtəlif beynəlxalq proseslər şəraitində, həmçinin daxili siyasi böhranlar burulğanında çırpınan ABŞ və Aİ-nin Moldova-Dnestryanı münaqişəsinin nizamlanmasına fəal qoşulmasına hazır olduğuna əmin deyiləm. Hesab edirəm ki, onlar üçün hər hansı bir məsuliyyətli dövlət kimi, indiyədək işləyən və bundan sonra da işləyə biləcək mexanizmlər qırmaq daha vacibdir. Hər hansı bir məsuliyyətli siyasətçi həkim kimi, "zərərsiz" prinsipinə əsaslanmalıdır.

-Yaxın gələcəkdə Moldovanın NATO-nun bölmələrinin Dnestryanı bölgədə sülhməramlı missiya yerinə yetirilməsinə qoşulmasını tələb etməsi perspektivi sizə nə dərəcədə real görünür?

-Mən belə bir perspektiv görmürəm. Üstəlik, NATO qüvvələrinin təcrübəsində uzunmüddətli sülhün bərqərar olmasına real nümunələr tapmaq çox çətindir. Bu təşkilatın öz funksiyaları var.

Xatırlatmaq istərdim ki, Moldovanın bütün rəhbərləri tərəfindən sülhməramlı missiyanın formatının transformasiyasının zəruriliyi barədə bəyanatlar səsləndirilsə də, məsələ real hərəkətlərə qədər çatmayıb. Görünür, sonda sülhyaratma prosesinin iflasına görə kimin məsuliyyət daşıyacağını anlamaq mümkün olub.

Tərcümə “Ovqat”-ındır.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kim Kardaşyan oğurluqda günahlandırılır
Dünən, 13:07
Bakıda qar yağacaq - Belə deyirlər...
Dünən, 13:05
Jurnalistikada hərşeyşünaslardan imtina olunmalı, - rəqabətli media mühiti yaradılmalıdır
Dünən, 13:02
“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər... - İLGİNC
Dünən, 12:59
“O gənclər Vətən müharibəmizin qədərini təyin etdilər” - deputat
Dünən, 12:55
"Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" - Əlil maşınlarına kəsilən cəzlar
Dünən, 12:54
İki erməni hərbçinin meyiti qarşı tərəfə verilib
Dünən, 12:51
Ermənistan üzərindən yeni yol: Gürcüstanın əhəmiyyəti azalmır, amma... - Gürcülərdən İLGİNC REAKSİYA
Dünən, 12:49
"Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" - AÇIQLAMA
Dünən, 12:43
Qarabağda hərbi hissələrə və şəhərciklərə nə qədər vəsait xərclənəcək?
Dünən, 12:42
"BakuBus"a yeni direktor təyin edilib
Dünən, 12:39
"Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb" - Şahmar Möhsümov
Dünən, 12:30
"Rüstəm Muradov öz rəhbərliyindən erməniləri himayə və müdafiə etmək əmrini alıb" - ekspert
Dünən, 12:27
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Dünən, 12:23
Ukraynada rus dili QADAĞAN OLUNDU - Rusca danışan 224 dollar cərimə ödəyəcək
Dünən, 12:21
Şəhid ailəsini incidən kimdir? - GİLEY
Dünən, 12:11
Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb, daha 2 milyon doza alacaq
Dünən, 12:08
"Çoxallahlılıq dövründə ermənilərin Allahları “Anait” olub, bu da fahişəlik ilahəsidir...”
Dünən, 12:06
“Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir” - Prezidentin köməkçisi
Dünən, 12:01
Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib
Dünən, 11:55
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - Polisdən əməliyyat
Dünən, 11:46
Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz - Xalq artisti
Dünən, 11:44
Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama - Diqqət!
Dünən, 11:41
Kəlbəcərin Hacıkənd kəndindən görüntülər - VİDEO
Dünən, 11:40
Azərbaycanda 8-9 milyon insan koronavirusa yoluxmayıb, ona görə də vaksinasiya vacibdir - TƏBİB
Dünən, 11:39
Status “gorbagor” oldu, bəs Moskva üçün? - TƏHLİL
Dünən, 11:37
Vaksin təhlükəsizdir - Səhiyyə Nazirliyi
Dünən, 11:32
Şuşada da vaksinasiya məntəqəsi qurulub
Dünən, 11:24
COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb - Diqqət!
Dünən, 11:21
Xəstəxanalarda və reanimasiyada çarpayı yeri xeyli boşalıb - TƏBİB
Dünən, 11:17
“Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib” - Azərbaycan Prezidentinin köməkçisi
Dünən, 11:14
“Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir” - Şahmar Mövsümov
Dünən, 11:10
“Əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizə də davam edir” - Prezidentin köməkçisi
Dünən, 11:07
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu
Dünən, 11:06
Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb
Dünən, 11:05
Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək
Dünən, 11:02
Gürcüstanda son sutkada 24 nəfər koronavirusdan ölüb
Dünən, 11:01
Bütün qapalı və açıq məkanlarda maska məcburidir
Dünən, 11:00
Giriş-çıxışa qadağa qoyulan şəhər və rayonlarda hərəkət qaydası belə olacaq
Dünən, 10:58
Yas yerlərində iştirakla bağlı qərar açıqlanıb
Dünən, 10:58
Bərbərxana və gözəllik salonları açılır
Dünən, 10:58
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 987-yə çatıb
Dünən, 10:57
Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət qüvvədə saxlanılıb
Dünən, 10:45
İş yerlərinin fəaliyyətinə icazə verilir
Dünən, 10:44
Azərbaycanda "SMS" icazə ləğv olunur - Operativ Qərargah
Dünən, 10:43
Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur
Dünən, 10:42
Metronun fəaliyyəti yenə də BƏRPA OLUNMADI - NK
Dünən, 10:41
Fevralın 1-dən kafe, restoran və digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur - QƏRAR
Dünən, 10:38
Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi ilə bağlı yeni qaydalar açıqlayıb - Diqqət!
Dünən, 10:35
"Başıma da meyvəni ssenariyə görə qoymuşdular"
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru