Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb .....                     "Nə qədər çox banklar açılırsa..." .....                     Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır .....                     Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır .....                     Paytaxta təmizliklə bağlı iməclik keçirildi .....                     “Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub .....                     Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ .....                     ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL .....                     Sosial şəbəkə istifadəçilərinin nəzərinə! .....                     ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR .....                     Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olunub .....                     Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb .....                     Yolların buz bağlayacağı ehtimalı var .....                     Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək .....                     Vüqar Səfərli həbsdən azad olunmağa çalışır .....                     AMEA-da bir sıra şöbə və laboratoriyaların fəaliyyəti dayandırılacaq .....                     Ramiz Mehdiyevin fəaliyyəti YOXLANILMALIDIR... .....                     Şirvan Diaqnostika Mərkəzinin baş həkimi deputatın görüşünə tibbi maskasız gəldi .....                     "Astara rayon Baş həkimi dərmanları öz aptekində satır..." .....                     BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama .....                     Ermənistanda Rusiya hərbçisi diri-diri yandı .....                     "İçinizdəki kin və aqressiyadan çox iyrəndim" .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     "Ermənistan 82 deputat əvəzinə 656 inək saxlasa, daha yaxşı olardı" .....                     "S&P" Azərbaycanın kredit reytinqini təsdiqləyib, reytinq üzrə proqnozu yüksəldib .....                     “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” .....                     Gürcüstanda son sutkada koronavirusa 998 nəfər yoluxub, 16 pasiyent ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 034-ə yüksəlib .....                     "Bunu Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər…" .....                     “Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...” .....                     Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb .....                     Amnistiya və əfv yenidən gündəmdə .....                     "Jurnalistlərə də mütləq vaksin vurulmalıdır" .....                     "8 qəpiklik yumurta nədir ki, mən onu uşaqlarıma verə bilmirəm, ÇOX ACİZƏM" .....                     Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb .....                     “Rusiya və Türkiyə Cənubi Qafqazdan məsul olacaq, ABŞ isə...” .....                     Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək .....                     Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? .....                     Oğuz rayonunun Mollalı kəndinin bitməyən problemləri .....                     “Həkim də deyiləm sizə deyəm ki...” .....                 

"Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi" - Prezident İlham Əliyev
Tarix: 25-11-2020, 12:11 | Çap et
"Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi"
"Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

"Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəçilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar.

Əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər", - dövlət başçısı əlavə edib..



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda məhv edilən daha 72 erməni hərbçisinin adı açıqlanıb
23-01-2021, 12:16
"Nə qədər çox banklar açılırsa..." - AÇIQLAMA
23-01-2021, 12:16
Hələ yüzlərlə erməni cəsədi Qarabağ torpaqlarındadır
23-01-2021, 12:13
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
23-01-2021, 12:11
Paytaxta təmizliklə bağlı iməclik keçirildi
23-01-2021, 12:10
“Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub - ciddi yoxlamalar aparılmalıdır
23-01-2021, 12:05
Vaksin vurduran Adil Qeybulladan VACİB ÇAĞIRIŞ - "...qətiyyən çəkinməyin"
23-01-2021, 12:02
ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL - Müxalifət səfirin geri çağırılmasını istəyir
23-01-2021, 11:57
Sosial şəbəkə istifadəçilərinin nəzərinə! - DİN XƏBƏRDARLIQ ETDİ
23-01-2021, 11:54
ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR - başqa xəstəxanaya köçürülüb
23-01-2021, 11:52
Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olunub - Təzəcə istefa vermişdi
23-01-2021, 11:51
Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb - FOTO
23-01-2021, 11:47
Yolların buz bağlayacağı ehtimalı var - Belə deyirlər...
23-01-2021, 11:45
Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək
23-01-2021, 11:36
Vüqar Səfərli həbsdən azad olunmağa çalışır - ŞİKAYƏT VERİB
23-01-2021, 11:35
AMEA-da bir sıra şöbə və laboratoriyaların fəaliyyəti dayandırılacaq
23-01-2021, 11:32
Ramiz Mehdiyevin fəaliyyəti YOXLANILMALIDIR... - "Başqa işlərlə məşğuldurlar"
23-01-2021, 11:30
Şirvan Diaqnostika Mərkəzinin baş həkimi deputatın görüşünə tibbi maskasız gəldi - FOTO
23-01-2021, 11:26
"Astara rayon Baş həkimi dərmanları öz aptekində satır..." - hamı ayaq üstə dərman gözləyir...
23-01-2021, 11:24
BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama - Eyni zehniyyət...
23-01-2021, 11:20
Ermənistanda Rusiya hərbçisi diri-diri yandı
23-01-2021, 11:19
"İçinizdəki kin və aqressiyadan çox iyrəndim"
23-01-2021, 11:15
Azərbaycan nefti ucuzlaşıb
23-01-2021, 11:09
"Ermənistan 82 deputat əvəzinə 656 inək saxlasa, daha yaxşı olardı" - Özləri deyir...
23-01-2021, 11:05
"S&P" Azərbaycanın kredit reytinqini təsdiqləyib, reytinq üzrə proqnozu yüksəldib
23-01-2021, 11:03
“Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Hayk Mamicanyan
23-01-2021, 11:02
Gürcüstanda son sutkada koronavirusa 998 nəfər yoluxub, 16 pasiyent ölüb
23-01-2021, 10:58
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 034-ə yüksəlib
23-01-2021, 10:57
"Bunu Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər…" - Müraciət...
23-01-2021, 10:45
“Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...” - Tufeylilər qeydiyyata alınacaq
23-01-2021, 10:38
Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb
23-01-2021, 10:36
Amnistiya və əfv yenidən gündəmdə - Novruzadək hansı olacaq?
23-01-2021, 10:32
"Jurnalistlərə də mütləq vaksin vurulmalıdır" - risk qrupuna daxildir
23-01-2021, 10:28
"8 qəpiklik yumurta nədir ki, mən onu uşaqlarıma verə bilmirəm, ÇOX ACİZƏM" - 4 uşaq anasının HARAYI
23-01-2021, 10:26
Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb
23-01-2021, 10:24
“Rusiya və Türkiyə Cənubi Qafqazdan məsul olacaq, ABŞ isə...” - GƏLİŞMƏ
23-01-2021, 10:23
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək - Diqqət!
23-01-2021, 10:21
Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA
23-01-2021, 10:09
Oğuz rayonunun Mollalı kəndinin bitməyən problemləri - VİDEO
23-01-2021, 10:08
“Həkim də deyiləm sizə deyəm ki...”
23-01-2021, 10:07
"Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək" - Amerikalı həkim
23-01-2021, 10:02
İcra başçısına müraciət etsələr də... - GİLEY
23-01-2021, 10:01
“Ona Azərbaycanda da bir etirazçı kimi müəyyən maraq anlaşılandır, ancaq...” - deputat
23-01-2021, 09:57
"Həmişə ən yüksək yerləri tanış-bilişə verirdilər"
23-01-2021, 09:55
Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər edib - FOTO
23-01-2021, 09:54
“Ermənilər unutmamalıdırlar ki, yenidən onlara ciddi zərbə vura bilərik” - deputat
23-01-2021, 09:53
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
23-01-2021, 09:51
Ermənilərin Bayden administrasiyasından gözləntiləri reallığa uyğundurmu? - TƏHLİL
23-01-2021, 09:49
Hücumda olan qoşunun AXSAQ ƏSGƏRLƏRİ... - Onları dəyişmək olmazmı?
23-01-2021, 09:42
ATU-nun rəhbərliyindən Prezidentə daha bir şikayət... - "Bu barədə şahidlər var..."
23-01-2021, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru