“Göyçə gölünün əsas su mənbələri Azərbaycanın nəzarətindədir” .....                     Borçalı türklərinin torpaq problemi: əllərindən alınıb kilsəyə verilir .....                     “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” .....                     Erməni mədəniyyət mərkəzində silahlı insident .....                     "Bu dövlət tərəfindən verilən bir qərardırsa, bizə də bu qərara hörmət etmək düşər" .....                     Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər .....                     "Hər zaman olduğu kimi, bu prosesdə də bir-birimizə dəstəyimiz davam edir" .....                     Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi .....                     Albert Mustafayev Prezidentin fəxri diplomu ilə təltif edildi .....                     “Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” .....                     Dövlət şirkətlərinin idarəetməsində yeniliklər üçün gecikmişik? .....                     İran XİN başçısı İrəvanda səfərdədir .....                     Vüqar Səfərli ilə bağlı QƏRAR VERİLDİ .....                     Bakıda növbəti DƏHŞƏTLİ İNTİHAR: .....                     "Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..." .....                     Qarabağda müharibəni Ermənistan başlatdı .....                     Azərbaycanda qaz borcunu 1 aya ödəməyənlərin qazı kəsiləcək .....                     Baş Prokurorluq “MTK-REAL”la bağlı iddialara .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Tonoyan raketsiz qırıcıları, şikəst “OSA”ları ilə fəxr edirdi” .....                     Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı .....                     İrəvanda “ağlı başına gələnlərin” sayı artır .....                     Azərbaycanda istehsal edilən siqaretlərə aksiz dərəcələrinin artırılmasının səbəbi məlum olub .....                     Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması üçün yol xəritəsi tərtib edilməlidir .....                     “Ceyranların ən çox yayıldığı yer Şirvan Milli Parkıdır” .....                     “Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq” .....                     “Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” .....                     Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib .....                     "Paşinyan təşkil edərsə, erkən seçkilərə qatılmayacağıq" .....                     Rusiyaya qadağa nəyi dəyişəcək? .....                     Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? .....                     Hərbçilərin maaşı artırılsın! .....                     Şirvanda həkimlərin maaşlarını ala bilməməsi ilə bağlı açıqlama .....                     Azərbaycana buğda idxalı daha 1 il ƏDV-dən azad edilir .....                     50 nəfərlik toya əksəriyyət razıdır .....                     Rusiya buğdanın ixrac rüsumunu bahalandırır .....                     Ermənistanla gediş-gəliş bərpa olunsun? .....                     Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular .....                     TƏBİB də deyir ki, "bizlik deyil"... .....                     ""Arvad başqa kişi ilə qaçdı" xəbərləri müzakirə olunur" .....                 

Köçəryan istintaq altında, Ohanyan axtarışda, Sərkisyana cinayət işi açılıb... - GƏLİŞMƏ
Tarix: 25-11-2020, 10:04 | Çap et
Köçəryan istintaq altında, Ohanyan axtarışda, Sərkisyana cinayət işi açılıb...
Xocalıda əliyalın insanları qətlə yetirmiş Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətinin devrilməsi ilə heç də hər şey onlar üçün bitməyib. Belə ki, “Qarabağ klanı” adlandırılan bu traybalist qüvvələrin əsas kriminal fiqurları bir-bir istintaqa cəlb olunmaqdadır. Azərbaycan Ordusu təkcə Ermənistanın indiki rəhbərliyinə deyil, keçmiş prezidentlər Sərkisyan-Köçəryan cütlüyünə də elə bir dağ çəkib ki, özlərinə çətin gəlsinlər.

İllərdir ki, “Artsax qəhrəmanı” kimi qürrələnərək İrəvanda “at oynadan”, iki il yarım əvvəl isə “Soros uşaqlarının” küçə inqilabı nəticəsində küncə sıxışdırılan Sərkisyan-Köçəryan ikilisinə, eləcə də ətrafına dəmir barmaqlıqlar arxası görünməkdədir.

Onsuz da Köçəryan istintaq altındadır, klanın odioz liderlərindən biri Seyran Ohanyan barəsində axtarış elan edilib, Sərkisyanın da qandallanmasına çox qalmayıb. Çünki bu ağır məğlubiyyətdə onların da məsuliyyəti az deyil. Odur ki, “Qarabağ klanı”nın nəinki hakimiyyətə gəlmək, hətta idarə qapısında gözətçi olmaq şansları belə yoxdur - Ordumuz təkcə Paşinyanı deyil, onun müxalifətini də darmadığın edib.

Prezident İlham Əliyev də həm Füzulidə, həm Ağdamda olarkən Köçəryan-Sərkisyan cütlüyünə sillə kimi sözlər yağdırmışdı. Sitat: “Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Köçəryan, Sərkisyan ordusunu məhv etmişik. Biz Köçəryana, Sərkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Köçəryan, Sərkisyan, siz diz çökdünüz bizim qabağımızda... Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!”

Əlbəttə, əcəb eləyib. Amma maraqlıdır, bu terrorçuların yenidən iqtidarı ələ almaq şansları zərrə qədər də olsa qalıbmı?

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanda “Qarabağ klanı”nın çox zəif mövqeləri qalıb. Onun fikrincə, Köçəryan və Sərkisyan iflasa uğramış siyasətçilərdir: “Baxmayaraq ki, cəmiyyət müharibədə məğlubiyyətə görə Paşinyandan hesab istəyir, amma erməni ordusunun zəifləməsində, məğlubiyyətində Köçəryan-Sərkisyan rejiminin az rolu olmayıb. Onlar illər ərzində sülh danışıqlarında qeyri-konstruktivliyin bünövrəsini qoyublar. Eyni zamanda saxta ”Artsax" ideyasını Ermənistan ermənilərinə süni şəkildə, zorla qəbul etdiriblər. Ona görə cəmiyyətdə parçalanma var".

Siyasi şərhçi hesab edir ki, Ermənistandakı ermənilərin böyük qismi “Artsax” ideyasını qəbul etmək istəmir. “Onlar bildirirlər ki, Qarabağa görə övladlarımızın həlak olmasının tərəfdarı deyilik. Deyirlər ki, başımızı aşağı salmalıyıq, hökumət Ermənistandakı ermənilərin maddi rifahının yüksəlməsi üçün çalışmalıdır. Bu mənada məğlubiyyətdən sonra ”Qarabağ klanı"nın Ermənistanın gələcək siyasi palitrasında aparıcı rol oynayacağını proqnozlaşdırmaq çətindir. Digər tərəfdən, Qarabağ ermənilərinin sayı heç 100 min nəfərə çatmır. Mühacirəti də nəzərə alsaq, onlar cəmi 65-70 min nəfərdir. Eyni zamanda Ermənistanda da əhali də azdır, cəmi 1.8 milyon nəfərdir. Odur ki, bu kiçik kriminal qrupun Ermənistanda hakimiyyəti götürmək imkanları müşkül görünür. Hətta deyərdim ki, əgər demokratik seçkilər keçirilsə, üçüncü dövlətin - Rusiyanın bu ölkədə təsiri azaldılsa, “Qarabağ klanı”nın nümayəndələrinin hakimiyyətə gəlmək şansları uzun müddət üfüqdə belə görünməyəcək", - deyə Q.Hüseynli Ermənistandakı siyasi mənzərəni şərh edir.

Analitikin sözlərinə görə, Köçəryan üzərində həbs cəzası var, müəyyən məbləğ ödəməklə azadlığa çıxıb, Ohanyan axtarışdadır, Sərkisyana cinayət işi açılıb, təhqiqat gedir: “Sadəcə, müharibə onun istintaqına fasilə verib. Habelə, onun arvadı koronavirusdan ölüb, hökumət bir qədər rəhm edir. Ancaq gələcəkdə siyasi mübarizə qızışdıqca, bu qüvvələr çətin ki, bir-birinə rəhm eləsinlər”.

Bu arada baş nazir Nikol Paşinyanın istefasını tələb edən 17 partiyanın nümayəndələri Rusiya elitasının nümayəndələri ilə fəal işləyirlər ki, yeni namizədi irəli sürsünlər. Ermənistanın “Joxovurd” qəzeti belə yazıb.

Bildirilir ki, Ermənistanın 17 partiyası üç namizədi - Vazgen Manukyanı, Artur Vanetsyanı və Qrant Baqratyanı müzakirə edib: “Strateji tərəfdaşımız bu namizədlərdən Vazgen Manukyana üstünlük verib. Manukyan bu yaxınlarda namizədlik məsələsini müzakirə etmək üçün Moskvaya yollanıb. Lakin bu, o demək deyil ki, Manukyan gələcəkdə Ermənistan Respublikasının baş naziri olacaq, o, yalnız müvəqqəti hökumətin başçısı olacaq. Yəni Manukyan qısamüddətli hökumətə rəhbərlik edəcək. Qəribədir, amma eyni zamanda aydın olur ki, vətəndaşlar arasında Nikol Paşinyanın çoxsaylı dəstəkçiləri də var”.

Nəşrin əməkdaşı Vazgen Manukyanla bu mövzu ətrafında söhbət etməyə çalışsa da, o, suallara cavab verməkdən imtina edib. Göründüyü kimi, Ermənistanda siyasi kataklizmlər yaşanır, ölkənin sabahının necə olacağı qaranlıq tunel kimi görünür, nicatın hansı qüvvənin hakimiyyətə gətirilməsində görüldüyü belə bilinmir. Eyni zamanda çökmüş “Qarabağ klanı”ndan ad çəkənlər də yoxdur. Çünki cəmiyyətdə böyük nifrət qazanıblar.
“Yeni Müsavat”



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Göyçə gölünün əsas su mənbələri Azərbaycanın nəzarətindədir” - Erməni nazir
Bu gün, 18:16
Borçalı türklərinin torpaq problemi: əllərindən alınıb kilsəyə verilir – Araşdırılsın!
Bu gün, 18:10
“6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH
Bu gün, 18:05
Erməni mədəniyyət mərkəzində silahlı insident
Bu gün, 18:03
"Bu dövlət tərəfindən verilən bir qərardırsa, bizə də bu qərara hörmət etmək düşər"
Bu gün, 17:50
Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər - VİDEO
Bu gün, 17:46
"Hər zaman olduğu kimi, bu prosesdə də bir-birimizə dəstəyimiz davam edir"
Bu gün, 17:41
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Bu gün, 17:35
Albert Mustafayev Prezidentin fəxri diplomu ilə təltif edildi - SƏRƏNCAM
Bu gün, 17:34
“Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” – KOVALENKO
Bu gün, 17:32
Dövlət şirkətlərinin idarəetməsində yeniliklər üçün gecikmişik? - VİDEOŞƏRH
Bu gün, 17:30
İran XİN başçısı İrəvanda səfərdədir
Bu gün, 17:27
Vüqar Səfərli ilə bağlı QƏRAR VERİLDİ - ev dustaqlığına buraxılmadı
Bu gün, 17:23
Bakıda növbəti DƏHŞƏTLİ İNTİHAR: - daha bir gənc qadın özünü çoxmərtəbəli binadan atdı
Bu gün, 17:22
"Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..."
Bu gün, 17:20
Qarabağda müharibəni Ermənistan başlatdı – Zakaryan
Bu gün, 17:17
Azərbaycanda qaz borcunu 1 aya ödəməyənlərin qazı kəsiləcək - Diqqət!
Bu gün, 17:09
Baş Prokurorluq “MTK-REAL”la bağlı iddialara AYDINLIQ GƏTİRDİ
Bu gün, 17:08
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
“Tonoyan raketsiz qırıcıları, şikəst “OSA”ları ilə fəxr edirdi”
Bu gün, 17:01
Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı - FOTO
Bu gün, 16:56
İrəvanda “ağlı başına gələnlərin” sayı artır - GƏLİŞMƏ
Bu gün, 16:54
Azərbaycanda istehsal edilən siqaretlərə aksiz dərəcələrinin artırılmasının səbəbi məlum olub
Bu gün, 16:51
Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması üçün yol xəritəsi tərtib edilməlidir - TƏLƏB!
Bu gün, 16:44
“Ceyranların ən çox yayıldığı yer Şirvan Milli Parkıdır”
Bu gün, 16:43
“Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq” - Lavrov
Bu gün, 16:39
“Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” - GİLEY
Bu gün, 16:34
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Bu gün, 16:28
"Paşinyan təşkil edərsə, erkən seçkilərə qatılmayacağıq" - Manukyan
Bu gün, 16:27
Rusiyaya qadağa nəyi dəyişəcək? - “AŞ PA böyük siyasi oyun meydançası deyil”
Bu gün, 16:25
Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE
Bu gün, 16:23
Hərbçilərin maaşı artırılsın! - “Ağır şərtlər altında faəlliyyət göstərirlər”
Bu gün, 16:21
Şirvanda həkimlərin maaşlarını ala bilməməsi ilə bağlı açıqlama
Bu gün, 16:19
Azərbaycana buğda idxalı daha 1 il ƏDV-dən azad edilir
Bu gün, 16:19
50 nəfərlik toya əksəriyyət razıdır - AÇIQLAMA
Bu gün, 16:15
Rusiya buğdanın ixrac rüsumunu bahalandırır – Azərbaycana neçəyə gələcək?
Bu gün, 16:12
Ermənistanla gediş-gəliş bərpa olunsun? – Siyasilərimiz Georgi Vanyanın təklifini dəyərləndirib
Bu gün, 16:06
Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular - Ruslara təsir etmir, BƏS BİZ NİYƏ SUSURUQ?
Bu gün, 16:01
TƏBİB də deyir ki, "bizlik deyil"...
Bu gün, 15:58
""Arvad başqa kişi ilə qaçdı" xəbərləri müzakirə olunur"
Bu gün, 15:56
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi - RƏSMİ
Bu gün, 15:54
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bu gün, 15:53
Amerikalı ekspertdən müharibə mesajı - “Etiraf etməliyik ki, tərəflər ortaq məxrəcə gəlməyiblər”
Bu gün, 15:52
“İstefa ver, Ermənistana investisiya yatıraq” - Diaspordan Paşinyana ŞƏRT
Bu gün, 15:47
Ermənistanda iqtisadi çöküş: - Müharibə böhranı daha da dərinləşdirib
Bu gün, 15:45
Mədəniyyət Nazirliyinin regional idarələrində yeni kadr təyinatları olub - SİYAHI
Bu gün, 15:42
Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi
Bu gün, 15:38
Şəki-Zaqatalada koronavirusa yoluxma halları artıb
Bu gün, 15:37
"Bütün günü otururam anamın yanında, əlləri şişib, ovuşdururam"
Bu gün, 15:34
Dostluq, əməkdaşlıq və firavanlıq dənizi - Rəşad Əliyev yazır...
Bu gün, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru