FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq .....                     “Göyçə gölünün əsas su mənbələri Azərbaycanın nəzarətindədir” .....                     Borçalı türklərinin torpaq problemi: əllərindən alınıb kilsəyə verilir .....                     “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” .....                     Erməni mədəniyyət mərkəzində silahlı insident .....                     "Bu dövlət tərəfindən verilən bir qərardırsa, bizə də bu qərara hörmət etmək düşər" .....                     Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər .....                     "Hər zaman olduğu kimi, bu prosesdə də bir-birimizə dəstəyimiz davam edir" .....                     Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi .....                     Albert Mustafayev Prezidentin fəxri diplomu ilə təltif edildi .....                     “Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” .....                     Dövlət şirkətlərinin idarəetməsində yeniliklər üçün gecikmişik? .....                     İran XİN başçısı İrəvanda səfərdədir .....                     Vüqar Səfərli ilə bağlı QƏRAR VERİLDİ .....                     Bakıda növbəti DƏHŞƏTLİ İNTİHAR: .....                     "Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..." .....                     Qarabağda müharibəni Ermənistan başlatdı .....                     Azərbaycanda qaz borcunu 1 aya ödəməyənlərin qazı kəsiləcək .....                     Baş Prokurorluq “MTK-REAL”la bağlı iddialara .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Tonoyan raketsiz qırıcıları, şikəst “OSA”ları ilə fəxr edirdi” .....                     Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı .....                     İrəvanda “ağlı başına gələnlərin” sayı artır .....                     Azərbaycanda istehsal edilən siqaretlərə aksiz dərəcələrinin artırılmasının səbəbi məlum olub .....                     Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması üçün yol xəritəsi tərtib edilməlidir .....                     “Ceyranların ən çox yayıldığı yer Şirvan Milli Parkıdır” .....                     “Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq” .....                     “Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” .....                     Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib .....                     "Paşinyan təşkil edərsə, erkən seçkilərə qatılmayacağıq" .....                     Rusiyaya qadağa nəyi dəyişəcək? .....                     Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? .....                     Hərbçilərin maaşı artırılsın! .....                     Şirvanda həkimlərin maaşlarını ala bilməməsi ilə bağlı açıqlama .....                     Azərbaycana buğda idxalı daha 1 il ƏDV-dən azad edilir .....                     50 nəfərlik toya əksəriyyət razıdır .....                     Rusiya buğdanın ixrac rüsumunu bahalandırır .....                     Ermənistanla gediş-gəliş bərpa olunsun? .....                     Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular .....                     TƏBİB də deyir ki, "bizlik deyil"... .....                 

Peqova qarşı cinayət işi: təhvil verilməsə, özümüz... - GƏLİŞMƏ
Tarix: 25-11-2020, 09:35 | Çap et
Peqova qarşı cinayət işi: təhvil verilməsə, özümüz...
Respublika Prokurorluğu Rusiya vətəndaşları olan “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Arkadeviç Baqdasarov barəsində cinayət işi açıb. Buna səbəb də hər iki şəxsin “SolovyovLive” verilişində “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələridir.

Qeyd edək ki, Azərbaycanın təcrübəsində milli mənafelərimizə zidd hərəkətlərə yol verən xarici ölkə vətəndaşlarından bəzilərini ölkəmizə gətirib mühakimə etməsi halları var. Xatırlayırsınızsa, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olduğu üçün 2017-ci ilin fevralında Belarusda qandallanaraq ölkəmizə gətirilmiş və barəsində məhkəmə hökmü də çıxarılmışdı. Sonradan yalvarışlarından sonra Azərbaycan dövləti humanist mövqeədən çıxış edərək, onu azadlığa buraxmışdı.

Məhz sadaladığımız bu faktlardan çıxış edərək, Peqov və Baqdasarovu da eyni taleyin gözlədiyini söyləmək olar.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hər iki şəxsin məsuliyyətə cəlb olunmalarını mümkünsüz saymır: “Əksər ölkələrin hüquq sistemində terrora, milli, irqi ekstremizmə çağırışlar, eyni zamanda terroru dəstəkləmək, təbliğ etmək cinayət məsuliyyəti yaradır və dünyada bu cür şəxslərin, informasiya vasitələrinin cəzalandırılmasının şahidi çox olmuşuq. 44 günlük Vətən müharibəsi gedişində bir çox ölkələrdə bizə qarşı bu səpkili təbliğat aparanlar var idi. Hesab edirəm ki, dövlətin müvafiq qurumları bunların monitorinqini aparmalı, həmin şəxslər haqqında cinayət işi qaldıraraq mənsub olduqları ölkələrə müraciət etməli və interpol vasitəsilə axtarışa verməlidir. Bu gün hamımızın daha çox izlədiyi, sosial şəbəkələrdə qarşımıza daha çox çıxan Rusiya vətəndaşı olan ayrı-ayrı insanların cinayət xarakterli çıxışlarıdır. Təbii ki, Rusiya hüquq-mühafizə orqanları onları bizə təhvil verməyəcəklər. Ancaq biz bütün hüquqi prosedurları keçməliyik ki, həmin şəxslərin gələcəkdə həbs olunmasını həyata keçirə bilək. Bu gün Semyon Peqov, Baqdasarovla bərabər terrora çağırış edən digər insanlar da var ki, onların da haqqında qərarlar vermək lazımdır. Hadisələr dövründə və bu gün də onlar öz cinayətkar fəaliyyətlərini davam etdirirlər. Məsələ ondadır ki, onların əksəriyyəti sıravi vətəndaşlar deyil. Məsələn, Rusiyada media maqnatı kimi tanınan, bir çox çap və mətbuat qurumlarının rəhbəri olan ”İzvestiya"nın sahibi Aram Qabrielyanovun açıqlamaları həm Rusiya, həm də Azərbaycan qanunlarına görə cinayət tərkibi daşıyır. Dediyim kimi, belə adamların sayı az deyil və biz hüquqdan gələn öhdəliklərimizi yerinə yetirməklə onları axtarışa verməliyik. Sabah onlar bizimlə yaxşı münasibəti olan, yaxud münasibətlərin inkişafında maraqlı olan hansısa başqa bir ölkənin ərazisində olarkən həbs olunub bizə təhvil verilə bilərlər. Lapşin məsələsini unutmaq olmaz. Bildiyiniz kimi, o, Rusiya vətəndaşı idi, axtarışda olduğu üçün Belarusda həbs edilib, Azərbaycana ekstradisiya edildi".

Tanınmış vəkil Əsabəli Mustafayev: “Bu iş hüquqi müstəvidə aparılır. Belə də olmalıdır. Cinayət işindən çıxarışlar Rusiya Baş Prokurorluğuna göndərilir. Xahiş olunur ki, həmin şəxs orada həbs edilərək, Azərbaycana təhvil verilsin. İndi bunun baş tutub-tutmayacağı barədə nəsə deyə bilmərəm. Çünki bir çox ölkələrdə, o cümlədən Azərbaycanda belə bir qayda var ki, ölkə vətəndaşı digər ölkəyə təhvil verilə bilməz. Ancaq özü o şəxs barəsində cinayət işi apara bilər. İndi burada ola bilər ki, Rusiya Baş Prokurorluğu desin ki, siz o materialları verin, özümüz onun məsuliyyətə cəlb olunmasını, cinayət əməlinin istintaqının aparılmasını və məhkəməyə göndərilməsini təmin edəcəyik. Açığı, bu mənə daha çox inandırıcı gəlir. Çünki biz tərəf də elə edir. Yəqin ki, onlar haqqında artıq məhkəməyə təqdimat var. Barələrində həbs-qətimkan tədbiri qərarı çıxarılıb və axtarış elan olunub. Əgər hər hansı bir sərhədi keçəndə ”İnterpol" tərəfindən tutulsalar və Azərbaycana təhvil verilsələr, bu asan olacaq. Onlar Rusiya tərəfindən ya Azərbaycana təhvil verilməlidirlər, ya da bu cinayət işinin tədqiqatı orada aparılmalıdır. Mənə daha çox inandırıcıdır ki, bunu xahiş və tələb etmək olar ki, onların törətdiyi cinayət əməlinə hüquqi qiymət verilsin".

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev də Rusiyanın vətəndaşlarını ölkəmizə təhvil verəcəyinə inanmır: “Peqov müharibənin şiddətli vaxtında Hadrutda əvvəllər çəkilmiş kadrları yayımlayıb deyirdi ki, həmin ərazilər hələ də ermənilərdədir. Yalan informasiyalarla cəmiyyəti çaşdırmağa çalışırdı. Azərbaycan vətəndaşlarında inamsızlıq yaratmaq cəhdləri təbii ki, baş tutmayacaqdı. Amma Rusiya və Ermənistanı bu cür yalan informasiyaları ilə aldada bildi. Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu dəfələrlə digər ölkələrə müraciət edib ki, işğal altındakı ərazilərinə Azərbaycanın icazəsi olmadan heç kim səfər etməsin, sərhədi keçməsin, əks halda, müvafiq tədbirlər görüləcək. Gördüyünüz kimi, bu adam sərhədi qanunsuz keçib Azərbaycan ərazisində at oynadırdı, döyüş meydanındakı uğurlarımıza kölgə salmağa çalışırdı. Bu azmış kimi, Moskvada yayımlayan verilişə çıxıb ağlasığmayan fikirlər səsləndirir. Cinayət işi əsasında həmin şəxsi əgər Rusiya Azərbaycana təhvil verməsə belə, Azərbaycan qanunlarını pozduqları üçün onları mühakimə etməlidir. Ölkəmiz ekstradisiya haqqında konvensiyaya qoşulan zaman orada bir qeyd var ki, Azərbaycan öz vətəndaşlarını mühakimə olunmaq üçün başqa ölkəyə vermir. Yəni vətəndaşı cinayət edibsə, onu özü mühakimə edir. Bundan çıxış edərək, ola bilsin ki, Rusiya həmin şəxsləri Azərbaycana təhvil verməsin. Amma bu o demək deyil ki, bu adam məsuliyyətdən yaxa qurtarsın. Milli qanunvericilik səviyyəsində bu şəxs cəzalandırılmalıdır ki, başqasına da bu bir nümunə olsun”.
“Yeni Müsavat”



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu gün, 18:28
“Göyçə gölünün əsas su mənbələri Azərbaycanın nəzarətindədir” - Erməni nazir
Bu gün, 18:16
Borçalı türklərinin torpaq problemi: əllərindən alınıb kilsəyə verilir – Araşdırılsın!
Bu gün, 18:10
“6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH
Bu gün, 18:05
Erməni mədəniyyət mərkəzində silahlı insident
Bu gün, 18:03
"Bu dövlət tərəfindən verilən bir qərardırsa, bizə də bu qərara hörmət etmək düşər"
Bu gün, 17:50
Qubadlı rayonunun Dəmirçilər kəndindən görüntülər - VİDEO
Bu gün, 17:46
"Hər zaman olduğu kimi, bu prosesdə də bir-birimizə dəstəyimiz davam edir"
Bu gün, 17:41
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Bu gün, 17:35
Albert Mustafayev Prezidentin fəxri diplomu ilə təltif edildi - SƏRƏNCAM
Bu gün, 17:34
“Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” – KOVALENKO
Bu gün, 17:32
Dövlət şirkətlərinin idarəetməsində yeniliklər üçün gecikmişik? - VİDEOŞƏRH
Bu gün, 17:30
İran XİN başçısı İrəvanda səfərdədir
Bu gün, 17:27
Vüqar Səfərli ilə bağlı QƏRAR VERİLDİ - ev dustaqlığına buraxılmadı
Bu gün, 17:23
Bakıda növbəti DƏHŞƏTLİ İNTİHAR: - daha bir gənc qadın özünü çoxmərtəbəli binadan atdı
Bu gün, 17:22
"Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..."
Bu gün, 17:20
Qarabağda müharibəni Ermənistan başlatdı – Zakaryan
Bu gün, 17:17
Azərbaycanda qaz borcunu 1 aya ödəməyənlərin qazı kəsiləcək - Diqqət!
Bu gün, 17:09
Baş Prokurorluq “MTK-REAL”la bağlı iddialara AYDINLIQ GƏTİRDİ
Bu gün, 17:08
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
“Tonoyan raketsiz qırıcıları, şikəst “OSA”ları ilə fəxr edirdi”
Bu gün, 17:01
Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı - FOTO
Bu gün, 16:56
İrəvanda “ağlı başına gələnlərin” sayı artır - GƏLİŞMƏ
Bu gün, 16:54
Azərbaycanda istehsal edilən siqaretlərə aksiz dərəcələrinin artırılmasının səbəbi məlum olub
Bu gün, 16:51
Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması üçün yol xəritəsi tərtib edilməlidir - TƏLƏB!
Bu gün, 16:44
“Ceyranların ən çox yayıldığı yer Şirvan Milli Parkıdır”
Bu gün, 16:43
“Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq” - Lavrov
Bu gün, 16:39
“Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” - GİLEY
Bu gün, 16:34
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Bu gün, 16:28
"Paşinyan təşkil edərsə, erkən seçkilərə qatılmayacağıq" - Manukyan
Bu gün, 16:27
Rusiyaya qadağa nəyi dəyişəcək? - “AŞ PA böyük siyasi oyun meydançası deyil”
Bu gün, 16:25
Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE
Bu gün, 16:23
Hərbçilərin maaşı artırılsın! - “Ağır şərtlər altında faəlliyyət göstərirlər”
Bu gün, 16:21
Şirvanda həkimlərin maaşlarını ala bilməməsi ilə bağlı açıqlama
Bu gün, 16:19
Azərbaycana buğda idxalı daha 1 il ƏDV-dən azad edilir
Bu gün, 16:19
50 nəfərlik toya əksəriyyət razıdır - AÇIQLAMA
Bu gün, 16:15
Rusiya buğdanın ixrac rüsumunu bahalandırır – Azərbaycana neçəyə gələcək?
Bu gün, 16:12
Ermənistanla gediş-gəliş bərpa olunsun? – Siyasilərimiz Georgi Vanyanın təklifini dəyərləndirib
Bu gün, 16:06
Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular - Ruslara təsir etmir, BƏS BİZ NİYƏ SUSURUQ?
Bu gün, 16:01
TƏBİB də deyir ki, "bizlik deyil"...
Bu gün, 15:58
""Arvad başqa kişi ilə qaçdı" xəbərləri müzakirə olunur"
Bu gün, 15:56
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi - RƏSMİ
Bu gün, 15:54
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bu gün, 15:53
Amerikalı ekspertdən müharibə mesajı - “Etiraf etməliyik ki, tərəflər ortaq məxrəcə gəlməyiblər”
Bu gün, 15:52
“İstefa ver, Ermənistana investisiya yatıraq” - Diaspordan Paşinyana ŞƏRT
Bu gün, 15:47
Ermənistanda iqtisadi çöküş: - Müharibə böhranı daha da dərinləşdirib
Bu gün, 15:45
Mədəniyyət Nazirliyinin regional idarələrində yeni kadr təyinatları olub - SİYAHI
Bu gün, 15:42
Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi
Bu gün, 15:38
Şəki-Zaqatalada koronavirusa yoluxma halları artıb
Bu gün, 15:37
"Bütün günü otururam anamın yanında, əlləri şişib, ovuşdururam"
Bu gün, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru