"Sumqayıt Texnologiyalar Parkı"na yeni Baş İcraçı Direktor təyin olunub .....                     Rusiya sülhməramlıları Qarabağa köçürdüyü ermənilərin sayını şişirdir .....                     Fevralın 1-dən sonrakı növbəti iki həftədə V-IX siniflər, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir .....                     “Elə Xalq artisti var ki, 100 manat verib toya da aparmırlar...“ .....                     Ali məktəblərin açılması barədə qərar veriləcək .....                     Fevralın 1-dən ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək .....                     "Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik” .....                     İcra başçısı məsləhətçiyə yüksək vəzifə verdi .....                     Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Livan vətəndaşları barəsində .....                     Paşinyanla Arutunyan Təhlükəsizlik Şurasının iclasını keçirdi .....                     Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur .....                     İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb .....                     Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili olub .....                     ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb .....                     "Xan sarayı bizim oyun meydançamızdı" .....                     "Şərait olmalıdır ki, insanlar elektromobillərə keçid etsin" .....                     Ağdamda döyüşən könüllülər qeydiyyata alınmayıb? .....                     "Ermənilər niyə görə Araratı özlərinki sayır?" .....                     Beş il icra edilməyən inzibati cərimə qüvvədən düşəcək .....                     Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı .....                     Avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilir .....                     "Azəriqaz" Gəncədə gördüyü işə belə HAQQ QAZANDIRDI .....                     Dövlət Komitəsi bu xainləri niyə susdurmur? .....                     ABŞ-ın gələcək Dövlət katibinin Qarabağ röyası .....                     Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub .....                     BNA-dan dövlət rəsmiləri də şikayət edir .....                     Qarabağda daha 4 erməni cəsədi .....                     Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə qarşı əməliyyat keçirib .....                     DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açılıb .....                     Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb .....                     “Yelo Bank”a iki yeni departament direktoru təyin edilib .....                     "Rusiya Ermənistan üçün son variantı təklif etdi" .....                     Avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edilir .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 030-a çatıb .....                     Şuşada yeni yarımstansiya tikilir .....                     Milli Məclisin İntizam Komissiyasının tərkibi müəyyənləşib .....                     “İmkanlı kişinin oğlu olduğum üçün tələbə olanda işləməmişəm” .....                     Kamran Əliyev yeni kadr dəyişikliyi edib .....                     Astarada gizli təşkil olunan nişan mərasimi aşkarlandı .....                     Azərbaycan nefti ucuzlaşıb .....                 

Azad olunmuş Qarabağın ümumölkə iqtisadiyyatına verəcəyi töhfə... - TƏHLİL
Tarix: 25-11-2020, 09:17 | Çap et
Azad olunmuş Qarabağın ümumölkə iqtisadiyyatına verəcəyi töhfə...
Azərbaycanın Ermənistanın işğalından azad olunan əraziləri iki iqtisadi rayonu əhatə edir. Bunlar Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarıdır. 30 ilə yaxın işğal altında olan ərazilər Azərbaycan torpaqlarının 20 faizi qədər (1,7 milyon hektar) idi. Rayonlarımızın işğal olunması nəticəsində 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb.

İndi isə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində bu ərazilərin hamısı işğaldan azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, azad olunan ərazilər ilk öncə minalardan təmizlənəcək, daha sonra əhalinin yaşaması üçün infrastruktur qurulacaq, ərazinin iqtisadiyyatı bərpa olunacaq. Bu isə ölkənin aqrar sektoruna mühüm təkan verə bilər. Belə ki, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarının iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Regionda əsasən əhali bitkiçilik məhsllarından üzümçülük, taxılçılıq, meyvəçilik və tütünçülüklə məşğul olsa da, təsərrüfatlarda tərəvəz, kartof və bostan məhsulları da yetişdiriblər. Regionda yaşayan əhalinin mühüm hissəsinin əsas məşğuliyyəti heyvandarlıq olub. Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan kəndlilər heyvandarlıq məhsullarından ət, süd, yumurta, bal, yun və sair kənd təsərrüfatı məhsulları istehsal ediblər.

İşğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Rəsmi məlumatlara əsasən, işğaldan əvvəl Qubadlı iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonda ildə 15 min tona qədər taxıl məhsulları, ildə 12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 1,2 min tonadək ət və 2 min ton süd məhsulları istehsal olunurdu. Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı. İstehsal sahələrindən biri də baramaçılıq idi. İldə 60-70 ton barama istehsal edilib dövlətə təhvil verilirdi. 60-cı illərədək rayon çəltikçiliklə də məşğul olub. Qubadlı düyüsü o dövrdə respublikada məşhur idi.

Zəngilan rayonu respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə edib. Əkin üçün yararlı olan 35548 ha. torpağın 7204 ha illik, 2667 ha çoxillik bitkilər altında istifadə edilib, 207 ha sahəni biçənəklər və 22873 ha sahəni isə otlaqlar təşkil edib. Əkin altında olan 7204 ha sahədə 4000 ha taxıl, 307 ha tütün, 41 ha şəkər çuğunduru, 56 ha kartof, 33 ha tərəvəz, 10 ha bostan bitkiləri becərilib. 41 ha meyvə və giləmeyvə bağlarından, 2047 ha isə üzümlüklərdən ibarət olub. İl ərzində dənli bitkilər istehsalı orta hesabla 3180 ton, tütün istehsalı 1700 ton, barama istehsalı 80 ton, bostan məhsulları 30 ton, kartof istehsalı 20 ton, üzüm istehsalı 18000 ton təşkil edib. Rayonun ictimai təsərrüfatlarında iribuynuzlu mal-qara 9340 baş, qoyun-keçi 12000 baş, o cümlədən, inək və camışlar 1300 baş, donuzlar 30 baş olmaqla 310 ton ət, 1700 ton süd, 11,5 ton yun istehsal edilib. Fərdi təsərrüfatlarda mal-qara (iribuynuzlu) 43000 baş, qoyun-keçi (davarlar) 92000 baş, arı ailəsi 1400 yeşik, meyvə ağacları 287000 ədəd təşkil edib. Rayonda 12000 baş quş yetişdirmək gücünə malik olan 1 quşçuluq kompleksi fəaliyyət göstərib.

Cəbrayıl rayonunda işğala qədər 40 39 hektar meşə zolağı, 58 585 hektar əkin sahəsi, 1 079 hektar bağ sahəsi var idi. Rayon ərazisindəki iki böyük suvarma kanalından kənd təsərrüfatının intensiv inkişafını təmin edirdi. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatında əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, quşçuluq və baramaçılıqla məşğul olurdu.

Füzuli rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min ha otlaq sahələri var idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdi. Suvarılan torpaqlar 24 min hektardı. İşğaldan əvvəl təsərrüfatlarda 17,6 min baş qaramal, 70 min baş qoyun və keçi saxlanılırdı.

Ağdam rayonunun 70 faizi işğal altında olub. Rayonun 40 min hektardan çox olan əkin sahəsinin çox hissəsi işğal edilmişdi və Azərbaycan yalnız 17 min hektar sahədə əkin işləri apara bilirdi. Rayon əkinçiliyin inkişafı üçün əlverişli əraziyə sahibdir. Rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıq təşkil edir. 1992-ci ilə qədər rayonun ictimai və şəxsi təsərrüfatlarında 40211 baş iri və 244000 baş xırda buynuzlu heyvanlar, 44235 arı ailəsi, 1470 hektar meyvə ağacları vardı. Rayonda 3438 hektar sahədə taxıl, 245 hektar sahədə çoxillik otlar, 31 hektar sahədə isə kartof əkilib becərilirdi. Ümumiyyətlə, həmin dövrdə rayon üzrə 36.1 min nəfər əmək qabiliyyətli əhalidən 29.5 min nəfəri kənd təsərrüfatında çalışırdı. Hər il rayon üzrə dövlətə 6000 ton süd, 5000 ton ət, 400 tondan çox yun satılırdı.

Göründüyü kimi, azad olunan ərazilər kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malikdir. Bu qədər torpaq ərazilərinin yenidən istifadəyə verilməsi bölgədə yaşayan əhalinin sosial durumunun yaxşılaşdırılmasında və ümumilikdə respublikanın kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynaya bilər. Buna görə də bir sıra mütəxəssislər təklif edirlər ki, Azərbacan hökuməti Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi dövlət proqramı hazırlasın.

Qeyd edək ki, ordumuzun Ermənistanın işğalından azad etdiyi rayonlarda Prezident İlham Əliyevin oktyabrın 29-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb. Fərmana əsasən müvəqqəti komendantlıqlara Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi və s. daxildir;

Kənd təsərrüfatı naziri İnam Kərimovun verdiyi açıqlamaya görə, gələcəkdə işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur: “Artıq bununla bağlı hesablamalara və Fəaliyyət Planının hazırlanmasına başlanılıb”.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunan torpaqlarımızın kifayət qədər böyük aqrar potensialı var: “Bir tərəfdən söhbət böyük ərazilərin yenidən ölkənin torpaq fonduna qaytarılmasından gedir. Digər tərəfdən isə həmin torpaqların əhəmiyyətli hissəsi yüksək münbitliyə malik məhsuldar torpaqlardır. Məsələn, Aran Qarabağın ən böyük rayonlarından biri olan Ağdamın torpaqlarının 92 faizindən çoxu məhsuldar torpaqlardır. Yaxud Füzuli rayonunda torpaqların 90 faizindən çoxu məhsuldardır. O cümlədən digər işğaldan azad olunan rayonlarımızda da məhsuldar torpaqlar üstünlük təşkil edir. Yəni azad olunmuş ərazilərin mühüm hissəsi həm bitkiçiliyin, həm də heyvandarlığın inkişafı üçün əlverişli torpaqlardan ibarətdir”.

Millət vəkilinin dediyinə görə, artıq hər bir rayon üzrə vəziyyətin qiymətləndirilməsi, imkanların müəyyənləşdirilməsi üçün işlərə başlanıb: “O cümlədən hansı ərazidə hansı sahələrin inkişaf etdirilməsi məsələsi dəqiq müəyyənləşdiriləcək. Məsələn, Zəngilan-Qubadlı-Laçın-Kəlbəcərdə heyvandarlığın inkişafı üçün çox əlverişli imkanlar var. Ağdam-Füzuli-Cəbrayılda isə əkinçilik üçün imkanlar daha genişdir. Elə rayonumuz var ki, hər iki sahənin inkişafı üçün geniş imkanlar var. Bu baxımdan, hər bir rayon üzrə ayrıca qiymətləndirilmə aparılacaq, hansı sahələrdə inkişaf perspektivi daha yüksəkdir, həmin sahələrin dirçəldilməsi istiqamətində işlərə başlanacaq”.

V.Bayramov Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarında aqrar sahənin inkişafı nəticəsində Azərbaycanın ixrac imkanlarının artacağını deyir: “Bu gün bizim qeyri-neft ixracatımızda aqrar məhsullar mühüm yer tutur. Azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası, inkişafı bu payı daha da artıracaq. Məsələn, Füzuli rayonu pambıq, üzüm istehsalında yüksək nəticələrə malik idi. O cümlədən Ağdamda üzüm, pambıq və taxıl istehsalında uğurlar böyük idi. İşğaldan azad olunmuş rayonların su ilə təchizat imkanları da genişdir. Bu rayonlarda istehsalın bərpası aqrar məhsulların ixracı, emalı sahəsində yüksək artıma səbəb ola bilər”.

İqtisadçı-alimin fikrincə, azad olunmuş ərazilərdə kənd təsərrüfatı istehsalının bərpa olunması həm də Azərbaycanın ərzaq təchizatında idxaldan asılılığı da azaltmağa imkan verəcək: “Eyni zamanda bu, məşğulluğun təmini baxımından da ciddi müsbət effekt verəcək. Düşünürəm ki, hökumət azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpasını əsas prioritetlərdən biri kimi görür və yaxınmüddətli dövrdə bu sahədə ciddi proseslər başlanacaq”.
“Yeni Müsavat”



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sumqayıt Texnologiyalar Parkı"na yeni Baş İcraçı Direktor təyin olunub - FOTO
Bu gün, 12:29
Rusiya sülhməramlıları Qarabağa köçürdüyü ermənilərin sayını şişirdir - FAKT BUDUR!
Bu gün, 12:24
Fevralın 1-dən sonrakı növbəti iki həftədə V-IX siniflər, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir
Bu gün, 12:21
“Elə Xalq artisti var ki, 100 manat verib toya da aparmırlar...“
Bu gün, 12:16
Ali məktəblərin açılması barədə qərar veriləcək - Emin Əmrullayev
Bu gün, 12:12
Fevralın 1-dən ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək - QƏRAR
Bu gün, 12:09
"Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik” - Nazir
Bu gün, 12:06
İcra başçısı məsləhətçiyə yüksək vəzifə verdi
Bu gün, 12:04
Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Livan vətəndaşları barəsində cinayət işi başlanılıb
Bu gün, 11:59
Paşinyanla Arutunyan Təhlükəsizlik Şurasının iclasını keçirdi
Bu gün, 11:58
Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur - MÜJDƏ
Bu gün, 11:56
İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb
Bu gün, 11:55
Məlik Dadaşovun cangüdəniylə 20 il sevgili olub - "Toy gecəsi evimə gəldi"
Bu gün, 11:54
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
Bu gün, 11:51
"Xan sarayı bizim oyun meydançamızdı"
Bu gün, 11:49
"Şərait olmalıdır ki, insanlar elektromobillərə keçid etsin"
Bu gün, 11:44
Ağdamda döyüşən könüllülər qeydiyyata alınmayıb? - AÇIQLAMA
Bu gün, 11:42
"Ermənilər niyə görə Araratı özlərinki sayır?" - Vitali Spirin
Bu gün, 11:40
Beş il icra edilməyən inzibati cərimə qüvvədən düşəcək
Bu gün, 11:39
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
Bu gün, 11:37
Avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilir
Bu gün, 11:35
"Azəriqaz" Gəncədə gördüyü işə belə HAQQ QAZANDIRDI - VİDEO
Bu gün, 11:34
Dövlət Komitəsi bu xainləri niyə susdurmur? - YOLU VARMI?
Bu gün, 11:30
ABŞ-ın gələcək Dövlət katibinin Qarabağ röyası – 907-ci düzəliş, Ermənistana yardım...
Bu gün, 11:24
Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub
Bu gün, 11:21
BNA-dan dövlət rəsmiləri də şikayət edir - VİDEO
Bu gün, 11:19
Qarabağda daha 4 erməni cəsədi TAPILDI
Bu gün, 11:12
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə qarşı əməliyyat keçirib - FOTO
Bu gün, 11:11
DSMF-nin işdən çıxarılmış əməkdaşlarına və poçt şöbəsinin müdirinə cinayət işi açılıb
Bu gün, 11:08
Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb - ŞOK İDDİA
Bu gün, 11:07
“Yelo Bank”a iki yeni departament direktoru təyin edilib - FOTO
Bu gün, 11:04
"Rusiya Ermənistan üçün son variantı təklif etdi" - Dmitri Yevstafyev
Bu gün, 11:01
Avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edilir
Bu gün, 10:59
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 030-a çatıb
Bu gün, 10:56
Şuşada yeni yarımstansiya tikilir - VİDEO
Bu gün, 10:55
Milli Məclisin İntizam Komissiyasının tərkibi müəyyənləşib - SİYAHI
Bu gün, 10:53
“İmkanlı kişinin oğlu olduğum üçün tələbə olanda işləməmişəm” - deputat
Bu gün, 10:53
Kamran Əliyev yeni kadr dəyişikliyi edib
Bu gün, 10:49
Astarada gizli təşkil olunan nişan mərasimi aşkarlandı
Bu gün, 10:45
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 10:42
Terror dövləti terrorçuya da "hərbi əsir" deyəcək... - GƏLİŞMƏ
Bu gün, 10:35
Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü
Bu gün, 10:33
Sürücülər üçün sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır - Diqqət!
Bu gün, 10:32
Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək
Bu gün, 10:31
Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? - AÇIQLAMA
Bu gün, 10:23
Həqiqətən, sən yalançı və əclafsan! - Konstantin Zatulinin səhvi və cinayəti
Bu gün, 10:21
Yevlax Şəhər İcra Hakimiyyətindən “YAŞAT” fonduna dəstək
Bu gün, 10:17
Müxalifət “satqın”ı niyə hakimiyyətdən uzaqlaşdıra bilmir... - “ONU İSTEFAYA MƏCBUR EDƏ BİLƏCƏK QÜVVƏ GÖRMÜRƏM”
Bu gün, 10:16
Paşinyanı gün keçdikcə cəsarətləndirən nədir və... - Ermənistanı nə gözləyir?
Bu gün, 10:11
Ermənilər rəsmən “qaşınır” - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru