Maşın bazarında son durum: .....                     Daha bir hərbçimiz şəhid oldu .....                     "Azərbaycanla Türkmənistan arasında münasibətlər müsbət məcrada inkişaf edir" .....                     "Vətən müharibəsində həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib" .....                     “İran Rusiya vasitəsi ilə Qarabağa girmək istəyir” .....                     Ermənistan Qarabağda ən çox itkini hansı prezidentin dövründə verib? .....                     Gürcüstanda azərbaycanlılar və gürcü din xadimləri arasında mübahisə yaranıb .....                     Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi: .....                     “Dostluq” yatağında birgə fəaliyyətimiz uğurlu olacaq" .....                     Akademik Gəncədə “qara kassa” rolunda .....                     1296 nəfər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunu .....                     Yeni problemlə ÜZ-ÜZƏYİK... .....                     "Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır" .....                     "Bilmirəm, aptekəm, marketəm ya bank...hamı pul istəyir" .....                     “Yeni bahalaşma dalğası gəlir” .....                     Şirvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi .....                     Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlanıb .....                     ƏFV GÖZLƏNİLİR... .....                     21.21.21 mistik rəqəmdir? .....                     Naxçıvan Dövlət Tarix Muzeyinə direktor təyin olunub .....                     ”Ermənistan yeni plan izində...” .....                     "İndi məşhur olmağa nə var ki..." .....                     SSRİ Baş prokurorunun müavini: .....                     Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür .....                     Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair .....                     Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək .....                     Bakıda “Şamlıq” deyilən ərazidə cinsi azlıq nümayəndəsi ilə... .....                     "Baydenin dövründə bizi çətin dörd il gözləyir" .....                     Qarabağda itkin düşən ermənilərin sayı məlum olub .....                     Türkiyənin ən böyük bankı Şuşada filial açır .....                     “Monopolistlərin torpağı suvarılır, digərlərinə su çatmır” .....                     Qırğız Respublikasında hökumət istefa verib .....                     Nazir Sumqayıtın polis rəisini işdən çıxardı .....                     Novruz bayramına qədər TOY QADAĞASI LƏĞV OLUNACAQ? .....                     “Caspian Energy Club”un rəhbəri: .....                     "Dövlət ona vurulan ziyanın ödənilməsini məhkəmədən tələb etməlidir" .....                     Müğənnilərlə musiqiçilər arasında şabaş davası .....                     Sabah Bakıya qar yağacaqmı? .....                     İLGİNC İDDİA: Paşinyan layihəsi 6 il əvvəl hazırlanıb .....                     Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında .....                 

Neft Fondunun yükünü necə azalda bilərik? - GƏLİŞMƏ
Tarix: 25-11-2020, 08:27 | Çap et
Neft Fondunun yükünü necə azalda bilərik?
Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq qələbə büdcəsi hazırlayacaq. Hələ 2021-ci ilin dövlət büdcəsinin müzakirələri başlamasa da növbəti ildə büdcənin xərc hissəsinin daha çox olacağı və bunun böyük bir hissəsinin azad edilən torpaqlarımızda bərpa prosesinə yönəldiləcəyi bəllidir. Bundan başqa, 44 günlük müharibədə ermənilərin dinc yaşayış məskənlərimizi bombalaması, şəhərlərimizə dəyən ziyan, müharibədə şəhid olanların, yaralananların sosial təminatı və sair kimi məsələlər növbəti ildə dövlət büdcəsini gözləyən mühüm xərclərdir. Bundan başqa, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası ilə bağlı vəziyyətin pik həddə çatması növbəti sərt karantin rejiminə daxil olacağımızdan xəbər verir ki, bu da hökumətin sosial xərclərini və büdcə yükünü artıran amildir.

Belə olan halda, əsas yük Neft Fondunun üzərindədir. Mütəxəssislər də hesab edir ki, pandemiya, müharibə və digər səbəblərdən bu il ölkə ÜDM-də ciddi bir artım gözlənilmir. Pandemiyanın zəiflətdiyi xarici ticarət əlaqələri də gömrük daxilolmalarında hər hansı artımı proqnozlaşdırmağa imkan vermir. Son illər iqtisadiyyat mümkün qədər kölgədən çıxarıldığı üçün vergi ödəmələrində ciddi bir artım da müzakirə mövzusu deyil. Çünki pandemiya hələ də, toy sektoru daxil olmaqla, bir çox iri sahələri iflic edib.

Bəs belə olan halda, Neft Fondu vəsaitlərini necə qoruya bilərik?

Mövzunu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, bu il Neft Fondunun gəlirləri 7,8 mlrd. manat, xərcləri isə 12,5 mlrd. manat olacaq: “Bu isə o deməkdir ki, Neft Fondunda 4,7 mlrd. manat kəsr yaranacaq və bu ciddi rəqəmdir. 2021-ci ilin büdcəsi hələ parlamentə təqdim edilməyib, səbəbi də məlumdur. Ordumuzun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatdı, Vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi, deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Bu isə o deməkdir ki, gələn il büdcə xərcləri ciddi artmalıdır - bunun üçün isə tək bir mənbə var, o da Neft Fondudur. Çünki bu il iqtisadiyyat 4-4,5 faiz daralacaq, ÜDM azalacaq, biznes çox ağır durumdadır deyə gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq, insanların alıcılıq qabiliyyəti düşüb deyə gömrükdən də daxil olmalar azalır və azalacaq. İqtisadiyyatın ”ağardılması" hesabına son 3 ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı artıq öz effektini itirdi - nə qədər mümkün idisə o qədər “ağardıldı”, deməli, daxili potensial artmalı, əlavə gəlir yaranmalıdır ki, vergi-gömrük daha çox pul yığsın, bu isə 2021-də mümkün deyil".

İqtisadçı qeyd edir ki, əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15 faiz artacaqsa, deməli, gələn il Neft Fondundan 4-5 mlrd. əlavə pul götürülməlidir: “Yəni fonddan azı 17 mlrd. manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 mlrd. dollar edir. 2021-ci ildə fond, ən yaxşı halda 8 mlrd. manat qazanacaq, deməli, fondun 2021-ci il kəsri 9 mlrd. manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü fondun üzərinə yıxsaq, bu, dayanaqlı model olmayacaq”.

N.Cəfərli vəziyyətdən çıxış yolu kimi az da olsa devalvasiyaya gedilməsini təklif edir: “Yüngül, yəni 15-20 faiz devalvasiyaya gedib fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır, paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır. Mən başqa yol görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik - bunun üçün isə tək Neft Fondu kifayət deyil”.

İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Dağlıq Qarabağ və ətraf rayonların bərpası üçün Neft Fondu vəsaitlərini əsirgəmək olmaz: “Neft Fondunun funksiyası odur ki, hər hansı xarici şoklar və təzyiqlər yarananda və ya iqtisadi risklər yarananda balansın tənzimlənməsi üçün istifadə edilsin. İndiki şərtlər daxilində Azərbaycanda hər bir vətəndaşın, icmaların arzusu torpaqların işğaldan azad olunması idi və buna nail olduq. İndiki halda Neft Fondunun vəsaitlərindən istifadə edilməsinə ehtiyac var və bunu əsirgəmək doğru olmaz. Əlbəttə, bu, müəyyən limit və şərtlər daxilində olmalıdır. Artıq büdcə qaydası dayandırılıb. Büdcə qaydasının dayandırılmasından sonra Neft Fondundan büdcəyə vəsaitlərin transferti ilə bağlı hüquqi bir limit yoxdur. Hətta 2021-ci ilin ilkin büdcə göstəriciləri açıqlandıqda da göründü ki, gəlirlərlə müqayisədə xərclər üçün daha çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu xərcləri bir qədər də artırmaq olar. Çünki bir zaman Azərbaycanda hətta işğal altında olan torpaqların pulla geri alınmasının müzakirəsi gedirdi. İnsanlar hazır idi ki, Dövlət Neft Fondundan 20-30 milyard verməklə həmin torpaqlar azad edilsin. Bu gün həmin torpaqlar hərbi yolla azad olunub. Biz indi həmin vəsaitlərin Dağlıq Qarabağda təmir-bərpa işlərinə yönəldilməsinə etiraz etməməliyik. Əsas məqam odur ki, burada şəffaflıq təmin edilməlidir, tender bazarında bu vəsaitlər yeyinti və korrupsiya obyektinə çevrilməməlidir. Azad edilən bölgələrdə həmin vəsaitlərin xərclənməsində şəffaflıq, ictimai iştirakçılıq və biznes iştirakçılığı təmin olunmalıdır. Biznes subyektləri də bu prosesdə iştirak etməli və mövcud imkanlardan yararlana bilməlidirlər”.

İqtisadçının fikrincə, təkcə Neft Fonduna yüklənmək əvəzinə, əhalinin istifadəsiz qalan yığımlarını da qiymətli kağızların emissiyası yolu ilə prosesə cəlb etmək mümkündür: “Ancaq proses təkcə Neft Fondu vəsaitləri üzərində qurulmamalıdır. Almaniya 1945-ci ildə hansı mexanizmi tətbiq edərək iqtisadiyyatını inkişaf etdirə bildi? İnsanların passiv vəsaitlərini cəlb etməklə. Azərbaycanda da böyük bir kütlə var ki, onların vəsaitləri faktiki olaraq dövriyyədən kənardadır. Çünki biznes o qədər də inkişaf etməyib, qiymətli kağızlar və səhm bazarı yoxdur, bu halda həmin vəsaitlərdən istifadə imkanları da məhduddur. Hökumət bu alətlərdən də istifadə edə bilər, dövlət bondlarının emissiyasını artırmaqla əhalinin passiv yığımlarını dövlət büdcəsinə, dolayısı ilə iqtisadiyyata cəlb etməyin özü də məntiqli yanaşmadır”.

R.Həsənov hesab edir ki, növbəti ilin artan büdcə xərclərini ödəmək üçün qrantlar və xarici kreditlərlə yanaşı, dövlət əmlakının və dövlət müəssisələrinin özəlləşdirilməsi də mühüm mənbələrdən biri ola bilər: “Hansısa formada borclar da olacaq. Dövlət büdcəsində kəsir əhəmiyyətli səviyyədə artacaq. Ancaq onu da nəzərə alaq ki, bu təmir-bərpa prosesi müvəqqəti xərclərdir, büdcənin əsas xərcləri deyil. O baxımdan bu xərclərin yaratdığı risklər də qısamüddətli dövr üçündür. Müəyyən borclar cəlb etməklə həmin xərclərin bir qismini kompensasiya edib uzunmüddətli dövrdə o borcları qaytarmaq olar. Böyük ehtimalla buna da gediləcək. Qrant və yardımlar da olacaq. Ancaq söhbət təkcə dövlət büdcəsindən gedirsə, növbəti ildə dövlət əmlakının özəlləşdirilməsi istiqamətində ciddi mövqe ortaya qoyulmalıdır. Artıq dövlət müəssisələrinin qeyri-effektiv işlədiyi məlumdur. Bununla bağlı proses də başlayıb, İnvestisiya Holdinqi yaradılıb. Onun funksiyalarından biri də səmərəliliyin təmin edilməsi məqsədilə, bəzi dövlət müəssisələrinin tam olaraq və ya onun fəaliyyətinin müəyyən hissələrinin özəlləşdirilməsi ilə mexanizmini hazırlayıb, təklif etməkdir.

Bu istiqamətdə proses sürətlənməlidir. Dövlət əmlakının və dövlət müəssisələrinin özəlləşdirilməsi yolu ilə büdcəyə cəlb olunan vəsaitlərin həcmini ciddi şəkildə artırmaq olar. Eyni zamanda siyasi müstəvidə də müəyyən addımlar atılmalıdır. Əgər sülhə təminat varsa, artıq hərbi istiqamətdə bu qədər xərclər ayrılmamalıdır. Bakı şəhərində və ətraf rayonlarda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı icra olunan layihələr, tikinti işləri dayandırılmalıdır, həmin vəsaitlər də azad edilən torpaqların bərpasına yönəldilməlidir. Çünki insanların bir çoxu öz yurd-yuvalarına qayıtdıqdan sonra balansda xeyli mənzillər yaranacaq. Həmin mənzillər artıq II Qarabağ savaşı qazilərinin, şəhid ailələrinin mənzillə təminatını yaxşılaşdırmaq üçün verilə bilər".

İqtisadçı hesab edir ki, xərclərə ciddi nəzarət, korrupsiyanın qarşısının alınması və ictimai nəzarətin tətbiqi 4-5 milyard manata qənaət etməklə yanaşı, həm də yardım fondlarının yaranmasına və könüllü toplanan vəsaitlərin formalaşmasına gətirib çıxara bilər: “Mənbələr kifayət qədər çoxdur. Sadəcə, bizim dövlət büdcəsinin xərcləri üzərində nəzarəti artırmaqla, 15-20 faiz qənaət etmək olar. Bu da 3-4 milyard vəsait deməkdir, korrupsiyanın qarşısını almaqla hətta 5 milyard manata qənaət etmək olar. Çünki hər birimiz bilirik ki, miqyas nə qədər genişdir, tenderlər nə qədər qeyri-şəffaf aparılır.

Mən təklif edərdim ki, Qarabağla bağlı tamamilə fərqli bir satınalma mexanizmi formalaşsın. Tamamilə ictimai nəzarətə açıq, hər bir vətəndaşın belə nəzarət edə biləcəyi ayrıca satınalma mexanizmi olsun, əvvəlki tender sistemi üzərindən olmasın. Hər bir iş adamının orada iştirakı mümkün olsun. Bu prosesdə müəyyən fondlar da formalaşacaq. Azərbaycan diaspor təşkilatlarının dəstəyi, həmçinin vətəndaşların dəstəyi bu istiqamətdə mühüm rol oynaya bilər, həm biznesin dəstəyini cəlb etmək mümkündür. Proses şəffaf olmalıdır ki, insanlar həmin fondlar vasitəsilə yardım göstərməyə meylli olsunlar. Bütövlükdə bu resursların hər biri Qarabağın bərpası istiqamətdə maliyyə mənbəyi olmaqla, dövlət büdcəsinin yükünü azalda bilər. Çox peşəkar şəkildə yerinə yetirilərsə, o qədər də ciddi risklər ortaya çıxmaz.

Neft Fondunun ehtiyatlarının 15-20 faizinin Dağlıq Qarabağ və ətraf rayonların bərpasına yönəldilməsi Azərbaycan üçün ciddi risk yaratmaz. Xatırlayırsınızsa, çox primitiv layihələrə zamanında böyük vəsaitlər ayrılıb. Manatın məzənnəsini qorumaq üçün son 5 ildə böyük vəsaitlər xərclənib. Heç bir zaman bu qədər ciddi bir məqsəd olmayıb. Çox peşəkar şəkildə bu vəsaitləri idarə etməklə, onların xərclənməsinə ciddi nəzarət etməklə proses həyata keçirilə bilər. Neft Fondunun aktivlərin likvitlik imkanları daxilində vəsaitlər cəlb olunmalıdır, aktivləri dəyər-dəyməzinə satmaqla, vaxtından əvvəl geri çəkməklə, daşınmaz əmlakdırsa hazırkı pandemiya dövründə səmərəsiz qiymətlərə atmaqla o vəsaitləri cəlb etmək də doğru olmaz".

R.Həsənov Neft Fonduna müəyyən qədər qənaət etmək məqsədilə cüzi devalvasiyaya gedilə biləcəyini də istisna etmədi: “Əlbəttə, hazırkı sosial vəziyyət devalvasiya qərarı üzərində ciddi təzyiqlər yaradır. Ancaq indiki məqamda biz iki pisin yaxşısını seçmək məcburiyyətindəyik. Manatın məzənnəsinin son 3 ildə sabit saxlanılması ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinə mənfi təsir göstərib. Həm istehsal mühitinə, həm xidmət və turizm sektoruna mənfi təsir edib. Region ölkələrində ciddi devalvasiyalar gedib, milli valyutalar dəyərsizləşib, bunun fonunda bizim təklif etdiyimiz mal və xidmətlərin dəyəri əhəmiyyətli səviyyədə artıb. Məzənnənin müəyyən qədər yumşaldılması ilə bağlı qərar qəbul edilə bilər. Təxminən 10 faiz ətrafında devalvasiyaya gedilə bilər. Bu da Neft Fondunun vəsaitlərinin daha səmərəli xərclənməsi və ölkə iqtisadiyyatında müəyyən qədər maliyyə tarazlığının yaranması, tədiyyə balansında yaranan risklərin minimuma endirilməsi və rəqabətliliyin təmin edilməsi baxımından da müsbət imkanlara gətirib çıxara bilər.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Maşın bazarında son durum: - Alan çoxdur, yoxsa satan?
Bu gün, 15:49
Daha bir hərbçimiz şəhid oldu
Bu gün, 15:46
"Azərbaycanla Türkmənistan arasında münasibətlər müsbət məcrada inkişaf edir" - Dövlət başçısı
Bu gün, 15:45
"Vətən müharibəsində həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib" - Xanlar Vəliyev
Bu gün, 15:43
“İran Rusiya vasitəsi ilə Qarabağa girmək istəyir” - Tehranın Zərif gedişi
Bu gün, 15:42
Ermənistan Qarabağda ən çox itkini hansı prezidentin dövründə verib?
Bu gün, 15:39
Gürcüstanda azərbaycanlılar və gürcü din xadimləri arasında mübahisə yaranıb
Bu gün, 15:36
Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi: - “Küçə musiqilərini efirlərdən yığışdırın!“
Bu gün, 15:34
“Dostluq” yatağında birgə fəaliyyətimiz uğurlu olacaq" - Qurbanqulu Berdiməhəmmədov
Bu gün, 15:30
Akademik Gəncədə “qara kassa” rolunda - İTTİHAM
Bu gün, 15:28
1296 nəfər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunu
Bu gün, 15:24
Yeni problemlə ÜZ-ÜZƏYİK... - Əgər toylara qadağa götürülməzsə...
Bu gün, 15:22
"Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır" - Prezident İlham Əliyev
Bu gün, 15:17
"Bilmirəm, aptekəm, marketəm ya bank...hamı pul istəyir"
Bu gün, 15:16
“Yeni bahalaşma dalğası gəlir” - NƏ BAŞ VERİR?
Bu gün, 15:14
Şirvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi
Bu gün, 15:12
Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlanıb
Bu gün, 15:09
ƏFV GÖZLƏNİLİR... - Amma nə vaxt?
Bu gün, 15:06
21.21.21 mistik rəqəmdir? - Tanınmış astroloq bu günlə bağlı nələr dedi?
Bu gün, 15:05
Naxçıvan Dövlət Tarix Muzeyinə direktor təyin olunub - SƏRƏNCAM
Bu gün, 15:04
”Ermənistan yeni plan izində...” – Revanşa hazırlaşır?
Bu gün, 15:03
"İndi məşhur olmağa nə var ki..."
Bu gün, 14:59
SSRİ Baş prokurorunun müavini: - Qarabağda ilk öldürülən azərbaycanlılar olub
Bu gün, 14:57
Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür - MÜJDƏ
Bu gün, 14:51
Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Bu gün, 14:49
Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək
Bu gün, 13:07
Bakıda “Şamlıq” deyilən ərazidə cinsi azlıq nümayəndəsi ilə... - TƏFƏRRÜAT
Bu gün, 13:03
"Baydenin dövründə bizi çətin dörd il gözləyir" - Amerikalı analitik
Bu gün, 13:00
Qarabağda itkin düşən ermənilərin sayı məlum olub
Bu gün, 12:59
Türkiyənin ən böyük bankı Şuşada filial açır
Bu gün, 12:54
“Monopolistlərin torpağı suvarılır, digərlərinə su çatmır” - VİDEO
Bu gün, 12:52
Qırğız Respublikasında hökumət istefa verib
Bu gün, 12:48
Nazir Sumqayıtın polis rəisini işdən çıxardı - ƏMR
Bu gün, 12:46
Novruz bayramına qədər TOY QADAĞASI LƏĞV OLUNACAQ? - AÇIQLAMA
Bu gün, 12:43
“Caspian Energy Club”un rəhbəri: - "DTX ilə əməkdaşlıq edirik"
Bu gün, 12:40
"Dövlət ona vurulan ziyanın ödənilməsini məhkəmədən tələb etməlidir" - Partiya sədri
Bu gün, 12:38
Müğənnilərlə musiqiçilər arasında şabaş davası - Toyda yığılan pul kimə çatmalıdır?
Bu gün, 12:29
Sabah Bakıya qar yağacaqmı? - Nazirlik açıqladı
Bu gün, 12:28
İLGİNC İDDİA: Paşinyan layihəsi 6 il əvvəl hazırlanıb - Türk kəşfiyyatı daxil olmaqla...
Bu gün, 12:18
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib
Bu gün, 12:17
Sabahdan ov mövsümü başlayır
Bu gün, 12:16
Sabahdan Milli parklar ziyarətçilər üçün açılacaq
Bu gün, 12:15
Ermənistanın 2-3 ilə yeni savaşa başlaması inandırıcı deyil - AMMA...
Bu gün, 12:14
Qarabağın bəzi ərazilərinə avtobus reysləri açılır
Bu gün, 12:07
"Mağaza açmaq istəyirəm"
Bu gün, 12:06
Ermənistanda inflyasiya dekabrda sürətlənib
Bu gün, 12:04
Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI - ƏMR
Bu gün, 12:01
Azərbaycan vətəndaşları Liviyadan Vətənə qayıtdı
Bu gün, 11:56
Mərdan Camalov Baş mühasibi İŞDƏN ÇIXARDI
Bu gün, 11:54
Şuşada 100 metrlik televiziya qülləsi tikilə bilər
Bu gün, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru