“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir .....                     Deputat "Vergilər" qəzetində çıxan elanı niyə sildirdi? .....                     Bakıda itkin düşən 12 yaşlı qız psixoloji reabilitasiyadan sonra ailəsinə verilib .....                     “Səbail” – “Neftçi” oyunundan əvvəl maraqlı hadisə yaşanıb .....                     DİN Ağsu bazarının bağladılması məsələsinə aydınlıq gətirdi .....                     Polad Bülbüloğlundan Rusiya üçün “BƏRAƏT” .....                     Maşın bazarında son durum: .....                     Daha bir hərbçimiz şəhid oldu .....                     "Azərbaycanla Türkmənistan arasında münasibətlər müsbət məcrada inkişaf edir" .....                     "Vətən müharibəsində həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib" .....                     “İran Rusiya vasitəsi ilə Qarabağa girmək istəyir” .....                     Ermənistan Qarabağda ən çox itkini hansı prezidentin dövründə verib? .....                     Gürcüstanda azərbaycanlılar və gürcü din xadimləri arasında mübahisə yaranıb .....                     Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi: .....                     “Dostluq” yatağında birgə fəaliyyətimiz uğurlu olacaq" .....                     Akademik Gəncədə “qara kassa” rolunda .....                     1296 nəfər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunu .....                     Yeni problemlə ÜZ-ÜZƏYİK... .....                     "Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır" .....                     "Bilmirəm, aptekəm, marketəm ya bank...hamı pul istəyir" .....                     “Yeni bahalaşma dalğası gəlir” .....                     Şirvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi .....                     Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlanıb .....                     ƏFV GÖZLƏNİLİR... .....                     21.21.21 mistik rəqəmdir? .....                     Naxçıvan Dövlət Tarix Muzeyinə direktor təyin olunub .....                     ”Ermənistan yeni plan izində...” .....                     "İndi məşhur olmağa nə var ki..." .....                     SSRİ Baş prokurorunun müavini: .....                     Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür .....                     Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair .....                     Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək .....                     Bakıda “Şamlıq” deyilən ərazidə cinsi azlıq nümayəndəsi ilə... .....                     "Baydenin dövründə bizi çətin dörd il gözləyir" .....                     Qarabağda itkin düşən ermənilərin sayı məlum olub .....                     Türkiyənin ən böyük bankı Şuşada filial açır .....                     “Monopolistlərin torpağı suvarılır, digərlərinə su çatmır” .....                     Qırğız Respublikasında hökumət istefa verib .....                     Nazir Sumqayıtın polis rəisini işdən çıxardı .....                     Novruz bayramına qədər TOY QADAĞASI LƏĞV OLUNACAQ? .....                 

“Vətən müharibəsində qələbəyə görə…” - Deputatdan təklif
Tarix: 25-11-2020, 08:26 | Çap et
 “Vətən müharibəsində qələbəyə görə…”
“Biz 2 əsrlik tariximizdə qazanılan ən böyük qələbəmizə Parlamentdə - xalqımızın iradəsinin ifadə olunduğu ən yüksək məclislərdən birində qiymət veririk. Bu, hər birimiz üçün şərəf hadisəsidir. Dövlətimizin başçısı min illik gələcəyimiz üçün hər zaman iftixarla və qürur hissi ilə qeyd olunacaq qalibiyyətin gerçək qəhrəmanlarının əməyini qiymətləndirmək üçün təşəbübslə çıxış edib. Millətimiz indi hər yerdə belə çağışların, hətta deyərdim, qanun quruculuğu prosesinin birbaşa iştirakçısına çevrilib”.

Bunu AYNA-ya açıqlamasında Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc deyib. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin hamıdan birinci, əslində isə aktiv döyüş əməliyyatlarına bərabər tutulacaq addım ataraq ön cəbhəyə - azad olunan torpaqlarımıza səfəri zamanı bəyan etdiyi kimi, Müzəffər Ordumuzun qəhrəmanlığına dəyər verilməsi həm də düşmənin orden və medallarının onların sinələrindən qoparılması deməkdir.

“Prezident düşmənə dedi: “Çıxarın, atın o medalları”. İndi isə bir neçə vacib təklifi səsləndirmək istərdim. Təltiflər sistemi ən mühüm dövlətçilik hadisəsi olduğu üçün, ciddi hazırlıq, ümumxalq rəyinin nəzərə alınmasını tələb edir. Tarixi təcrübəyə baxsaq, SSRİ-də 22 adda orden, 58 adda medal olub. Qardaş Türkiyədə ordenlərin sayı 21, medallar isə 19-dur. Rusiya müstəqil olandan, medal təsisi yüksək səviyyəyə çatıb - 53-dən artıq medal yaradılıb. Doğrudur, SSRİ dağılandan sonra təltiflərin əhəmiyyətsizləşməsi, ictimai rəydə dəyərsizləşməsinə çalışıblar. Lakin hərbi qəhrəmanlıqların dəyərləndirilməsi həm maddi, həm mənəvi, eyni zamanda hüquqi mənaya malik olduğunu hər kəs qəbul edir. Onu daşıyan qəhrəmanlar millət və dövlət üçün xüsusi yerə, çəkiyə, yüksək mərtəbəyə malikdir. Bildiyimiz kimi, ən məşhur Fransa ordeni olan “Fəxri Legion Ordeni”ni Napoleon Bonapart 1802-ci ildə özü təsis edib. Bununla bağlı yazıb: “Fransızların yalnız bir hissi var - şərəf hissi, buna görə də bu hissi mümkün qədər gücləndirmək, onlara özlərinin fərqli olduğunu göstərmək lazımdır”. Ona görə də müzakirəyə çıxarılan layihələrlə bağlı deyə bilərik ki, orada keçmiş Sovet təcrübəsindən istifadə olunması bu sahədə model qanunlardan yararlanmaq deməkdir”, - Oruc vurğulayıb.

“Lakin, eyni zamanda biz arzulayırıq ki, o halda “Vətən müharibəsində Ermənistan üzərində qələbəyə görə” medalı da təsis oluna bilərdi. (Almaniya üzərində qələbə medalında olduğu kimi). Ordenlər Sərkərdə, Ali Hərbi Rəhbərlik, Komandir heyəti və əsgərlər üçün fərqlənə bilərdi. Tarixi varislik və yaddaşın qorunması, vətənpərvərlik, hərbi tarixi missiyalarının yerinə yetirildiyini əsas götürərək, 27 sentyabrdan başlanan Böyük Zəfərimizi vahid bir dövlət təltiflərində birləşdirmək, onların hamısı arasında mənəvi-hüquqi bağları təmin etmək çox vacibdir. Ona görə də bizim seçdiyimiz adlar sırasında tarixi ənənələri və varislik prinsiplərini qorumaq üçün “Pənahəli Xan”, “Fətəli Xan”, yaxud, Ağdamın alınmasına görə “Allahverdi Bağırov medalı”, Qubadlıya görə “Əliyar Əliyev medalı”nın təsis edilməsi tarixilik, varislik, ədalət baxımından hamıda vahid fikir yaradardı. Bu ərazi adlarındakı medallarda atın (duruşu) rəsmi “Qarabağ atı” simvolu olaraq izahı verilməli, Vətən müharibəmizin - Qarabağ Zəfərimizin atributlarından biri olduğu bəyan edilməlidir. O cümlədən, 7 rayonun-ərazi üzrə adlarına uyğun seçilən medalların rəsmlərində həmin bölgəyə məxsus təsvirlər hüquqi və mənəvi baxımından yerinə düşərdi. Məsələn, Cəbrayılı Xudafərin körpüsü, Kəlbəcəri “Murov zirvəsi”nin təsviri ilə təsis etmək millətimiz tərəfindən rəğbətlə qarşılanardı”, - deputat əlavə edib.

Müsahibimizin fikrincə, müqəddəs savaşın ən böyük qaliblərini mükafatlandırarkən, ümumxalq rəyini nəzərə alırıqsa, onda tam əminliklə Ali Baş Komandanın adı və təltifi ilə bağlı milyonlarla insanımızın vahid bir tələbi-istəyinə də ehtiramla yanaşmalıyıq: “Çünki bu müharibənin son 200 ildə bənzəri olmayıb. Ona görə də XXI əsrin ordenləri sırasında “Azərbaycana xidmətə görə İlham Əliyev” ordeni və “Azərbaycan Dövlətinə xidmətə görə Xilaskar Sərkərdə”, “Hünər və Fəxarət” ordeni variantlarına baxıla bilərdi. Qardaş Türkiyənin müharibədə bizə göstərdiyi mənəvi-siyasi dəstəyi nəzərə alaraq, müvafiq ordenin təsis edilməsini təşkil etmək olar, yaxud təklif olunan medalların birində Türkiyə və Azərbaycan bayrağının yanaşı təsviri rəmziləşərək, tarixiləşə bilər. Layihənin yekununda göstərilən “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalının adı rus dilində bir qədər fərqlidir. “Vətən müharibəsində fədakar əməyə-zəhmətə görə” gözəl səslənən adı seçmək olardı. Dövlət başçısının “Vahid Azərbaycan var” çağırışının təsdiqi üçün dövlətimizin və millətimizin xilasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin arzularının və ideallarının, vəsiyyətinin gerçəkləşdiyi ideyanı özündə ifadə edən hərbi simvolun Milli Ordumuzda tətbiqi çox əhəmiyyətli olardı. “Cəsur döyüşçü” medalı, əslində bütün əsgərlərimizin döyüşdə göstərdiyi cəsurluğa aiddir. Alternativ olaraq, “Cəsur topçu”, “Cəsur kəşfiyyatçı” və s. qoşun növü üzrə işğaldan azad olunmasında göstərdiyi fərqlənməyə görə mükafatlandırmaq olar. Eləcə də Qələbəmizdə əvəzsiz xidmətləri olan Xüsusi Təyinatlı Qüvvələri fərqləndirmək olar”.

“Hazırkı layihələrlə bağlı olmasa da, qarşıdakı dövrdə Vətən müharibəsində qalib gələn Müzəffər Ordumuzun iştirakçılarının əsas sosial müdafiə və imtiyazlarına dair də bir neçə təklif söyləmək istərdim: Qarabağ müharibəsində iştirak edən əsgər və zabitlərin bütün yaxınlarına qayğı və həssaslıq göstərilməsi son dərəcə vacib məsələdir. “Qarabağ müharibəsi veteranı və əlili” statusuna da yeni hərbi reallıqlar çərçivəsində baxmaq, kinci Qarabağ müharibəsində bu statusu əldə edən bütün qazilərimizi yüksək ad və hüquqda təsbit etməliyik. “Şəhid ailəsi”, yaxud “Əsgər ailəsi” ifadələrinə diqqət yetirilməsinə, onlara sosial güzəştlərin tətbiqinə yenidən nəzər salınaraq, Əmək və Əhalinin Sosial Müdafiə Naziriliyi nəzdində ayrıca Şəhid Ailələri və Qazilər Fondunun yaradılması məqsəduyğun olar. Zəfər Paradı üçün ümumxalq hazırlığına başlanılmalı, cəmiyyətin bütün təbəqələrindən ideya və təkliflərin alınması üçün platformalar yaradılmalı, müxtəlif xarakterli simvolikaların hazırlanmalıdır. “Qarabağ savaş tarixi parkları”, “Hərbi Panteon” və s. məkanların yaradılması, təltif edilənlərin adlarının xüsusi şərəf lövhəsinə yazılması məqsədəuyğun olardı”, - deyə Z. Oruc fikrini yekunlaşdırıb.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
Bu gün, 16:16
Deputat "Vergilər" qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT
Bu gün, 16:14
Bakıda itkin düşən 12 yaşlı qız psixoloji reabilitasiyadan sonra ailəsinə verilib
Bu gün, 16:07
“Səbail” – “Neftçi” oyunundan əvvəl maraqlı hadisə yaşanıb
Bu gün, 16:05
DİN Ağsu bazarının bağladılması məsələsinə aydınlıq gətirdi
Bu gün, 16:01
Polad Bülbüloğlundan Rusiya üçün “BƏRAƏT” - “Geri çağırılmalı və mükafatları əlindən alınmalıdır”
Bu gün, 15:55
Maşın bazarında son durum: - Alan çoxdur, yoxsa satan?
Bu gün, 15:49
Daha bir hərbçimiz şəhid oldu
Bu gün, 15:46
"Azərbaycanla Türkmənistan arasında münasibətlər müsbət məcrada inkişaf edir" - Dövlət başçısı
Bu gün, 15:45
"Vətən müharibəsində həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib" - Xanlar Vəliyev
Bu gün, 15:43
“İran Rusiya vasitəsi ilə Qarabağa girmək istəyir” - Tehranın Zərif gedişi
Bu gün, 15:42
Ermənistan Qarabağda ən çox itkini hansı prezidentin dövründə verib?
Bu gün, 15:39
Gürcüstanda azərbaycanlılar və gürcü din xadimləri arasında mübahisə yaranıb
Bu gün, 15:36
Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi: - “Küçə musiqilərini efirlərdən yığışdırın!“
Bu gün, 15:34
“Dostluq” yatağında birgə fəaliyyətimiz uğurlu olacaq" - Qurbanqulu Berdiməhəmmədov
Bu gün, 15:30
Akademik Gəncədə “qara kassa” rolunda - İTTİHAM
Bu gün, 15:28
1296 nəfər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunu
Bu gün, 15:24
Yeni problemlə ÜZ-ÜZƏYİK... - Əgər toylara qadağa götürülməzsə...
Bu gün, 15:22
"Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır" - Prezident İlham Əliyev
Bu gün, 15:17
"Bilmirəm, aptekəm, marketəm ya bank...hamı pul istəyir"
Bu gün, 15:16
“Yeni bahalaşma dalğası gəlir” - NƏ BAŞ VERİR?
Bu gün, 15:14
Şirvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi
Bu gün, 15:12
Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlanıb
Bu gün, 15:09
ƏFV GÖZLƏNİLİR... - Amma nə vaxt?
Bu gün, 15:06
21.21.21 mistik rəqəmdir? - Tanınmış astroloq bu günlə bağlı nələr dedi?
Bu gün, 15:05
Naxçıvan Dövlət Tarix Muzeyinə direktor təyin olunub - SƏRƏNCAM
Bu gün, 15:04
”Ermənistan yeni plan izində...” – Revanşa hazırlaşır?
Bu gün, 15:03
"İndi məşhur olmağa nə var ki..."
Bu gün, 14:59
SSRİ Baş prokurorunun müavini: - Qarabağda ilk öldürülən azərbaycanlılar olub
Bu gün, 14:57
Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür - MÜJDƏ
Bu gün, 14:51
Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Bu gün, 14:49
Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək
Bu gün, 13:07
Bakıda “Şamlıq” deyilən ərazidə cinsi azlıq nümayəndəsi ilə... - TƏFƏRRÜAT
Bu gün, 13:03
"Baydenin dövründə bizi çətin dörd il gözləyir" - Amerikalı analitik
Bu gün, 13:00
Qarabağda itkin düşən ermənilərin sayı məlum olub
Bu gün, 12:59
Türkiyənin ən böyük bankı Şuşada filial açır
Bu gün, 12:54
“Monopolistlərin torpağı suvarılır, digərlərinə su çatmır” - VİDEO
Bu gün, 12:52
Qırğız Respublikasında hökumət istefa verib
Bu gün, 12:48
Nazir Sumqayıtın polis rəisini işdən çıxardı - ƏMR
Bu gün, 12:46
Novruz bayramına qədər TOY QADAĞASI LƏĞV OLUNACAQ? - AÇIQLAMA
Bu gün, 12:43
“Caspian Energy Club”un rəhbəri: - "DTX ilə əməkdaşlıq edirik"
Bu gün, 12:40
"Dövlət ona vurulan ziyanın ödənilməsini məhkəmədən tələb etməlidir" - Partiya sədri
Bu gün, 12:38
Müğənnilərlə musiqiçilər arasında şabaş davası - Toyda yığılan pul kimə çatmalıdır?
Bu gün, 12:29
Sabah Bakıya qar yağacaqmı? - Nazirlik açıqladı
Bu gün, 12:28
İLGİNC İDDİA: Paşinyan layihəsi 6 il əvvəl hazırlanıb - Türk kəşfiyyatı daxil olmaqla...
Bu gün, 12:18
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib
Bu gün, 12:17
Sabahdan ov mövsümü başlayır
Bu gün, 12:16
Sabahdan Milli parklar ziyarətçilər üçün açılacaq
Bu gün, 12:15
Ermənistanın 2-3 ilə yeni savaşa başlaması inandırıcı deyil - AMMA...
Bu gün, 12:14
Qarabağın bəzi ərazilərinə avtobus reysləri açılır
Bu gün, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru