Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək .....                     Bakıda “Şamlıq” deyilən ərazidə cinsi azlıq nümayəndəsi ilə... .....                     "Baydenin dövründə bizi çətin dörd il gözləyir" .....                     Qarabağda itkin düşən ermənilərin sayı məlum olub .....                     Türkiyənin ən böyük bankı Şuşada filial açır .....                     “Monopolistlərin torpağı suvarılır, digərlərinə su çatmır” .....                     Qırğız Respublikasında hökumət istefa verib .....                     Nazir Sumqayıtın polis rəisini işdən çıxardı .....                     Novruz bayramına qədər TOY QADAĞASI LƏĞV OLUNACAQ? .....                     “Caspian Energy Club”un rəhbəri: .....                     "Dövlət ona vurulan ziyanın ödənilməsini məhkəmədən tələb etməlidir" .....                     Müğənnilərlə musiqiçilər arasında şabaş davası .....                     Sabah Bakıya qar yağacaqmı? .....                     İLGİNC İDDİA: Paşinyan layihəsi 6 il əvvəl hazırlanıb .....                     Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında .....                     Sabahdan ov mövsümü başlayır .....                     Sabahdan Milli parklar ziyarətçilər üçün açılacaq .....                     Ermənistanın 2-3 ilə yeni savaşa başlaması inandırıcı deyil .....                     Qarabağın bəzi ərazilərinə avtobus reysləri açılır .....                     "Mağaza açmaq istəyirəm" .....                     Ermənistanda inflyasiya dekabrda sürətlənib .....                     Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI .....                     Azərbaycan vətəndaşları Liviyadan Vətənə qayıtdı .....                     Mərdan Camalov Baş mühasibi .....                     Şuşada 100 metrlik televiziya qülləsi tikilə bilər .....                     “Rafael Cəbrayılov işi” "DALAN"DA... .....                     “50-100 metrdə türklər dayanıb” .....                     Faktiki hava durumu açıqlandı .....                     Biznesmen bütün həyatı boyu qurduğu işi itirdi və Azərbaycanı tərk edə bilmir .....                     DİN vətəndaşları XƏBƏRDAR ETDİ .....                     Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək .....                     “Ruslar Vidadini Rostova aparıb iynə vurdular ki...” .....                     Rus... həmin rus deyil, çıxıb gedəcək? .....                     Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək .....                     Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına .....                     “Altı minə qədər məhv olmuş həyat, on mindən çox əlil" .....                     Şəhid ailələri, qazi və digər şəxslərə .....                     İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu .....                     Şəfayət İmranovla bağlı ŞOK GƏLİŞMƏ... .....                     DTX tərəfindən saxlanılan icra başçısından .....                 

Xocalı caniləri harada və necə mühakimə olunacaq? - Vəkil detalları açıqlayır
Tarix: 25-11-2020, 08:21 | Çap et
Xocalı caniləri harada və necə mühakimə olunacaq?
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu, həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların müasir dövrdəki təzahürü olub.

Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin zəfərlə bitməsi Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcı kimi dəyərləndirilir. 30 illik işğala son verildikdən sonra bu illər ərzində Dağlıq Qarabağda, xüsusilə Xocalıda insanlıq əleyhinə qətliam törədən erməni cəlladlarının mühakimə edilməsi təkrar aktuallaşıb. Xocalı soyqırımının təşkilatçısı və icraçılarından olan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarksiyan, sabiq müdafiə naziri Seyran Ohanyan, Akop Movseyan gec-tez layiqli cəzalarını alacaqlar. Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Seyran Ohanyanı beynəlxalq axtarışa verib. Cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.

Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.

28 il əvvəl, 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıları, qadınları, körpələri qətlə yetirən canilərdən biri Conik Tevosyan Xocalı soyqırımına görə axtarışa verilənlər siyahısında 45-ci sırada dayanır. Conik Tevosyan Sumqayıtda yaşayıb, sonradan Dağlıq Qarabağa köçüb və oradakı erməni separatçılarına qoşulub. Xocalı qətliamında iştirak edib və müharibədən sonra Şuşada yaşamağa başlayıb. Vətən müharibəsində o, Şuşada əsgərlərimiz tərəfindən əsir götürülüb. Conik Tevosyan özünü dinc sakin kimi təqdim etmək istəsə də, məlum olub ki, Xocalı soyqırımının aktiv iştirakçısı olub.

Beləliklə, Azərbaycanın hüquq-mühafizə orqanları Xocalı soyqırımı təşkilatçı və icraçılarının hüquq çərçivəsində mühakimə edilməsi ilə bağlı hərəkətə keçib. Xocalı canilərini hansı cəza gözləyir? Azərbaycan onların beynəlxalq məhkəmədə cəza almasını təmin edə bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan vəkil Fariz Namazlı proseduru belə izah edib:

“Əslində onların ölkə daxili məhkəmələrdə məsuliyyətə cəlb olunması ilə bağlı cinayət işi başlayıb. Orada əsasən müharibə cinayətlərinin törədilməsi, mülki əhalinin qırılması, soyqırım və s. maddələr yer alır. Azərbaycan o şəxslərin məsuliyyətə cəlb olunmasına çalışır. Konkret olaraq bu faciəni törədən şəxslərlə bağlı əməliyyat-axtarış və istintaq hərəkətləri keçirilir. Təyin olunur ki, konkret hansı şəxslər soyqırımın həyata keçirilməsində iştirak edib. Sonra onların barəsində axtarış elan olunur. Səhv etmirəmsə, bu canilərdən yalnız bir nəfəri tutulub və daxili məhkəmədə mühakimə ediləcək”.

Vəkil qeyd edib ki, Azərbaycan caniləri beynəlxalq məhkəməyə verə bilmir:

“Bundan Avropa Məhkəməsinə şikayət vermək olmur. Xocalı hadisəsi 1992-ci ildə baş verib. Amma Azərbaycan Avropa Konvensiyasını 2002-ci ildə radifikasiya edib. Avropa Məhkəməsi 2002-ci ildən əvvəl baş vermiş işlərə baxmır. Bu baxımdan, caniləri Azərbaycan özü məsuliyyətə cəlb etməli, yaxud da tribunal yaradılmalıdır. Necə ki, İkinci Dünya Müharibəsindən sonra Nürenberq tribunalı yaradıldı. Yuqaslaviya, Tokio Tribunnaları var. O tribunallar vasitəsilə də canilər məsuliyyətə cəlb etmək olar. Hazırki mərhələdə Azərbaycan öz məhkəmələri vasitəsilə onları məsuliyyətə cəlb edə və barələrində hökm çıxara bilər”.

Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılmasına toxunan vəkil əlavə edib ki, şəxs başqa ölkədədir və o, “İnterpol”a verilməlidir:

“Tutaq ki, şəxs Ermənistandadırsa, heç bir halda düşmən ölkə o şəxsi Azərbaycana verməyəcək. Amma başqa ölkəyə getsə, ola bilsin ki, “İnterpol” vasitəsilə şəxs Azərbaycana təhvil verilsin. Belə şəxslər üçün 103-cü maddədə 14 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs nəzərdə tutulur. Əgər başqa ölkədə həbs olunsa, onun Azərbaycana ekstradisiya olunması haqda danışıqlar getməlidir. Elə ölkə ola bilər ki, onu qaytara bilməz. Əgər o ölkə hesab etsə ki, bu şəxsin tutulmasında müəyyən siyasi məqsədlər var, o zaman şəxsi heç bir halda Azərbaycana göndərməyəcəklər.

Yəni Azərbaycan məcburi şəkildə o ölkədən şəxsin bura göndərilməsini tələb edə bilməz. Şəxs məsələn, deyə bilər ki, Azərbaycan bizə düşmən ölkədir və ora ekstradisiya olunmağım daha pis şəraitdə saxlanmaq, yaxud işğəncələrə məruz qalmaq təhlükəsi yarada bilər. Hətta bu halda şəxs Avropa Məhkəməsinə də müraciət edə bilər ki, Azərbaycana göndərilməsinin qarşısı alınsın. Əgər Avropa Məhkəməsi hesab etsə ki, şəxs Azərbaycana göndərilsə, onu təhlükə gözləyir, həmin ekstradisiyanı Konvensiyaya zidd hesab edəcək”.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək
Bu gün, 13:07
Bakıda “Şamlıq” deyilən ərazidə cinsi azlıq nümayəndəsi ilə... - TƏFƏRRÜAT
Bu gün, 13:03
"Baydenin dövründə bizi çətin dörd il gözləyir" - Amerikalı analitik
Bu gün, 13:00
Qarabağda itkin düşən ermənilərin sayı məlum olub
Bu gün, 12:59
Türkiyənin ən böyük bankı Şuşada filial açır
Bu gün, 12:54
“Monopolistlərin torpağı suvarılır, digərlərinə su çatmır” - VİDEO
Bu gün, 12:52
Qırğız Respublikasında hökumət istefa verib
Bu gün, 12:48
Nazir Sumqayıtın polis rəisini işdən çıxardı - ƏMR
Bu gün, 12:46
Novruz bayramına qədər TOY QADAĞASI LƏĞV OLUNACAQ? - AÇIQLAMA
Bu gün, 12:43
“Caspian Energy Club”un rəhbəri: - "DTX ilə əməkdaşlıq edirik"
Bu gün, 12:40
"Dövlət ona vurulan ziyanın ödənilməsini məhkəmədən tələb etməlidir" - Partiya sədri
Bu gün, 12:38
Müğənnilərlə musiqiçilər arasında şabaş davası - Toyda yığılan pul kimə çatmalıdır?
Bu gün, 12:29
Sabah Bakıya qar yağacaqmı? - Nazirlik açıqladı
Bu gün, 12:28
İLGİNC İDDİA: Paşinyan layihəsi 6 il əvvəl hazırlanıb - Türk kəşfiyyatı daxil olmaqla...
Bu gün, 12:18
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib
Bu gün, 12:17
Sabahdan ov mövsümü başlayır
Bu gün, 12:16
Sabahdan Milli parklar ziyarətçilər üçün açılacaq
Bu gün, 12:15
Ermənistanın 2-3 ilə yeni savaşa başlaması inandırıcı deyil - AMMA...
Bu gün, 12:14
Qarabağın bəzi ərazilərinə avtobus reysləri açılır
Bu gün, 12:07
"Mağaza açmaq istəyirəm"
Bu gün, 12:06
Ermənistanda inflyasiya dekabrda sürətlənib
Bu gün, 12:04
Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI - ƏMR
Bu gün, 12:01
Azərbaycan vətəndaşları Liviyadan Vətənə qayıtdı
Bu gün, 11:56
Mərdan Camalov Baş mühasibi İŞDƏN ÇIXARDI
Bu gün, 11:54
Şuşada 100 metrlik televiziya qülləsi tikilə bilər
Bu gün, 11:52
“Rafael Cəbrayılov işi” "DALAN"DA... - Zərərçəkənlər istintaqın ləngliyindən narazıdırlar
Bu gün, 11:50
“50-100 metrdə türklər dayanıb” - Bir hissəsi Azərbaycana qaytarılan kəndin icma rəhbəri
Bu gün, 11:49
Faktiki hava durumu açıqlandı
Bu gün, 11:46
Biznesmen bütün həyatı boyu qurduğu işi itirdi və Azərbaycanı tərk edə bilmir - Prezidentə müraciət olundu
Bu gün, 11:44
DİN vətəndaşları XƏBƏRDAR ETDİ - Diqqət!
Bu gün, 11:38
Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək
Bu gün, 11:24
“Ruslar Vidadini Rostova aparıb iynə vurdular ki...” - Şuşa Televiziyasının keçmiş əməkdaşı
Bu gün, 11:20
Rus... həmin rus deyil, çıxıb gedəcək? – AXI NİYƏ?!
Bu gün, 11:16
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək
Bu gün, 11:11
Ermənilər Zoğalbulaq kəndində cəsəd axtarışına BAŞLAYIR
Bu gün, 11:09
“Altı minə qədər məhv olmuş həyat, on mindən çox əlil" - Qazinyan itkilərdən danışdı
Bu gün, 11:07
Şəhid ailələri, qazi və digər şəxslərə - KREDİT GÜZƏŞTLƏRİ BAŞLANDI
Bu gün, 11:03
İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu
Bu gün, 11:01
Şəfayət İmranovla bağlı ŞOK GƏLİŞMƏ... - Cəzalandırılacağı deyilir...
Bu gün, 10:56
DTX tərəfindən saxlanılan icra başçısından XƏBƏR VAR
Bu gün, 10:54
Əhəd Abıyev onu sektor müdiri təyin etdi
Bu gün, 10:53
Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi açıqlandı - ADLAR
Bu gün, 10:52
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 3 021-ə yüksəlib
Bu gün, 10:47
Büdcə xərclərinə qənaət olunmasının nəyi pisdir? - TƏHLİL
Bu gün, 10:44
Gürcüstanda koronavirusa yoluxanların sayı 250 mini ötdü
Bu gün, 10:43
Bakıda havaya fişəng atan şəxs saxlanıldı - Həm də 20 Yanvar günü...
Bu gün, 10:41
"Dilini bilməsən təhlükəli insandır"
Bu gün, 10:40
Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
Bu gün, 10:35
Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı məlum olub - SİYAHI
Bu gün, 10:34
Ağsuda qonşular arasında silahlı insident olub, yaralanan var
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru