Bakıda itkin düşən 12 yaşlı qız psixoloji reabilitasiyadan sonra ailəsinə verilib .....                     “Səbail” – “Neftçi” oyunundan əvvəl maraqlı hadisə yaşanıb .....                     DİN Ağsu bazarının bağladılması məsələsinə aydınlıq gətirdi .....                     Polad Bülbüloğlundan Rusiya üçün “BƏRAƏT” .....                     Maşın bazarında son durum: .....                     Daha bir hərbçimiz şəhid oldu .....                     "Azərbaycanla Türkmənistan arasında münasibətlər müsbət məcrada inkişaf edir" .....                     "Vətən müharibəsində həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib" .....                     “İran Rusiya vasitəsi ilə Qarabağa girmək istəyir” .....                     Ermənistan Qarabağda ən çox itkini hansı prezidentin dövründə verib? .....                     Gürcüstanda azərbaycanlılar və gürcü din xadimləri arasında mübahisə yaranıb .....                     Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi: .....                     “Dostluq” yatağında birgə fəaliyyətimiz uğurlu olacaq" .....                     Akademik Gəncədə “qara kassa” rolunda .....                     1296 nəfər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunu .....                     Yeni problemlə ÜZ-ÜZƏYİK... .....                     "Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır" .....                     "Bilmirəm, aptekəm, marketəm ya bank...hamı pul istəyir" .....                     “Yeni bahalaşma dalğası gəlir” .....                     Şirvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi .....                     Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlanıb .....                     ƏFV GÖZLƏNİLİR... .....                     21.21.21 mistik rəqəmdir? .....                     Naxçıvan Dövlət Tarix Muzeyinə direktor təyin olunub .....                     ”Ermənistan yeni plan izində...” .....                     "İndi məşhur olmağa nə var ki..." .....                     SSRİ Baş prokurorunun müavini: .....                     Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür .....                     Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair .....                     Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək .....                     Bakıda “Şamlıq” deyilən ərazidə cinsi azlıq nümayəndəsi ilə... .....                     "Baydenin dövründə bizi çətin dörd il gözləyir" .....                     Qarabağda itkin düşən ermənilərin sayı məlum olub .....                     Türkiyənin ən böyük bankı Şuşada filial açır .....                     “Monopolistlərin torpağı suvarılır, digərlərinə su çatmır” .....                     Qırğız Respublikasında hökumət istefa verib .....                     Nazir Sumqayıtın polis rəisini işdən çıxardı .....                     Novruz bayramına qədər TOY QADAĞASI LƏĞV OLUNACAQ? .....                     “Caspian Energy Club”un rəhbəri: .....                     "Dövlət ona vurulan ziyanın ödənilməsini məhkəmədən tələb etməlidir" .....                 

Azərbaycan qisası qiyamətə saxlamadı - Koçaryan-Sarqsyan ordusu məhv edildi
Tarix: 24-11-2020, 17:45 | Çap et
Azərbaycan qisası qiyamətə saxlamadı
Ermənistanda hakimiyyət dəyişikliyi bir qayda olaraq etirazlarla müşayiət olunub.

1997-ci ildə Levon Ter-Petrosyan istefaya göndərilib, yerinə Robert Koçaryan gətirilib. Onun prezidentliyi dövründə 1998-ci il oktyabrın 27-də parlamentə silahlı hücum olub. Dövlət və hökumət adamları qətlə yetirilib.

2008-ci ilin fevralında keçirilən prezident seçkisinin nəticələrinə etiraz edənləri Koçaryan silahla qarşıladı. 10-dan çox aksiyaçı öldürüldü, çoxlu sayda etirazçı yaralandı. Onda prezidentin postu uğrunda mübarizə Serj Sarqsyanla Levon Ter-Petrosyan arasında getmişdi. Koçaryanın aksiyalara hərbi müdaxiləsi nəticəsində Sarqsyan qalib elan olundu.


2018-ci ildə yeni konstitusiyaya əsasən, Ermənistan prezident üsul-idarəsindən parlamentli respublikaya keçdi. Həmin vaxt Sarqsyan yeni qanunla baş nazir oldu. Ancaq etiraz aksiyaları fonunda onun hökumət başçılığı heç 30 gün sürmədi.

Başqa sözlə, ölkədə hakimiyyət dəyişikliyi 2018-ci ilin aprelində yenı etirazlarla müşayiət edildi.

Qısa xatırlatmadan məlum olur ki, bu ölkədə qanunun aliliyi heç vaxt təmin olunmayıb. Bu, Ermənistanda dövlət quruculuğunun olmadığının göstəricisidir.

Bu ölkənin bir-birini əvəzləyən rəhbərliyi bir qayda olaraq “Ermənistanın güclü, qüdrətli ordusunun” olduğunu bildirib, onun “qəhrəmanlıqlarından” danışıblar.

Koçaryanın, Sarqsyanın ordusu harada və hansı “qəhrəmanlığı” edib?


Təbii ki, onların “qəhrəmanlıqları” Rusiya ordusunun yardımı ilə Qarabağı işğaldan başlayır. 1992-ci il fevralın 26-da Ermənistan hərbçiləril Rusiyanın 366 motoatıcı sülhməramlı alayı ilə birlikdə Xocalı soyqırımını törədiblər.

Həmin vaxt ölkə prezidenti Ter-Petrosyan olsa da, Koçaryan və Sarqsyanın da bu hakimiyyətə təsir gücü az deyildi.

Qonşu dövlətin, yəni Azərbaycanın torpaqlarını işğal etməklə öyünən Ermənistan hakimiyyəti Qarabağda yalnız əliyalın dinc sakinləri qətlə yetirib.

Bunu Serj Sarqsyan da etiraf edib. Tomas de Valın müəllifi olduğu “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabında S.Sarqisyanın dediklərinə istinadla yazılıb: “Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik” (Thomas de Waal, Black Garden: Armenia and Azerbaijan through Peace and War (New York and London, New York University Press, 2003), p. 172). Tomas de Val bu müsahibənin səs yazısına da malik olduğunu bildirib.


Sarqsyan və Koçaryan dinc sakinlərin qətliamının müəllifləri olaraq sonradan prezident kürsüsü ilə mükafatlandırıldılar.

Koçaryan erməniləri "ali irq" sayaraq müxtəlif tədbirlərdə azərbaycanlılarla müqayisədə mənsub olduğu etnik qrupun “genetik üstünlüklərindən” bəhs edib.

Ancaq faşist düşüncəli Koçaryan və Sarqsyanın heç bir qohumu son döyüşdə görünmədi. Qarabağa anasını yoxlamağa gəlməklə öyünən Sarqsyanın döyüşlər zamanı səsi də çıxmadı. Ümumiyyətlə, saqrsyanlar nəslindən kiminsə döyüşlərdə öldüyü bildirilmədi.

Elə Koçaryan ailəsi də səssizliyə üstünlük vermişdi. Döyüşlər zamanı Qarabağa Ermənistanın keçmiş müdafiə naziri, Xocalı qatillərindən biri, Seyran Ohanyanın gəldiyi bildirilirdi. Atəkəs elan olunan kimi onun da Ermənistandan müalicə adı ilə qaçdığı haqqında məlumat yayıldı.


Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın keçmiş rəhbərlərinin İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndiklərini qeyd edərək deyib: “…biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!”.

Azərbaycan ordusu Sarqsyanın qoşunlarının birinci dəfə dərsini 2016-cı ilin aprel döyüşlərində vermişdi. Azərbaycan əsgəri 44 günlük döyüşlərdə isə həmin ordunu məhv etdi.


Beləliklə, Azərbaycan ordusu işğalçını Qarabağdan qovmaqla yanaşı, Koçaryan və Sarqsyanın dövlət quruculuğu ilə məşğul olmadığını da sübut edib, onların iç üzünü erməni ictimaiyyətinə və sponsorlarına göstərdi. Bir də məlum oldu ki, Ermənistan ordusu dinc sakinlərə quldurcasına hücum edən silahlı dəstələrdən, “əsgər payını” oğurlayan generallardan ibarətdir.

Azərbaycan ordusu öz torpaqlarını işğalçı Ermənistandan, onu müdafiə edən sponsorlar və havadarlarından azad etdi. Azərbaycan əsgəri Xocalı və başqa kəndlərdə ermənilərin törətdikləri qətllərin cavabını verməklə qisası qiyamətə saxlamadı.


 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda itkin düşən 12 yaşlı qız psixoloji reabilitasiyadan sonra ailəsinə verilib
Bu gün, 16:07
“Səbail” – “Neftçi” oyunundan əvvəl maraqlı hadisə yaşanıb
Bu gün, 16:05
DİN Ağsu bazarının bağladılması məsələsinə aydınlıq gətirdi
Bu gün, 16:01
Polad Bülbüloğlundan Rusiya üçün “BƏRAƏT” - “Geri çağırılmalı və mükafatları əlindən alınmalıdır”
Bu gün, 15:55
Maşın bazarında son durum: - Alan çoxdur, yoxsa satan?
Bu gün, 15:49
Daha bir hərbçimiz şəhid oldu
Bu gün, 15:46
"Azərbaycanla Türkmənistan arasında münasibətlər müsbət məcrada inkişaf edir" - Dövlət başçısı
Bu gün, 15:45
"Vətən müharibəsində həlak olan 2858 nəfərin şəxsiyyəti tam müəyyənləşib" - Xanlar Vəliyev
Bu gün, 15:43
“İran Rusiya vasitəsi ilə Qarabağa girmək istəyir” - Tehranın Zərif gedişi
Bu gün, 15:42
Ermənistan Qarabağda ən çox itkini hansı prezidentin dövründə verib?
Bu gün, 15:39
Gürcüstanda azərbaycanlılar və gürcü din xadimləri arasında mübahisə yaranıb
Bu gün, 15:36
Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi: - “Küçə musiqilərini efirlərdən yığışdırın!“
Bu gün, 15:34
“Dostluq” yatağında birgə fəaliyyətimiz uğurlu olacaq" - Qurbanqulu Berdiməhəmmədov
Bu gün, 15:30
Akademik Gəncədə “qara kassa” rolunda - İTTİHAM
Bu gün, 15:28
1296 nəfər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunu
Bu gün, 15:24
Yeni problemlə ÜZ-ÜZƏYİK... - Əgər toylara qadağa götürülməzsə...
Bu gün, 15:22
"Azərbaycan ilə Türkmənistan Xəzərdəki yatağın birgə istismarına başlayır" - Prezident İlham Əliyev
Bu gün, 15:17
"Bilmirəm, aptekəm, marketəm ya bank...hamı pul istəyir"
Bu gün, 15:16
“Yeni bahalaşma dalğası gəlir” - NƏ BAŞ VERİR?
Bu gün, 15:14
Şirvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi
Bu gün, 15:12
Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlanıb
Bu gün, 15:09
ƏFV GÖZLƏNİLİR... - Amma nə vaxt?
Bu gün, 15:06
21.21.21 mistik rəqəmdir? - Tanınmış astroloq bu günlə bağlı nələr dedi?
Bu gün, 15:05
Naxçıvan Dövlət Tarix Muzeyinə direktor təyin olunub - SƏRƏNCAM
Bu gün, 15:04
”Ermənistan yeni plan izində...” – Revanşa hazırlaşır?
Bu gün, 15:03
"İndi məşhur olmağa nə var ki..."
Bu gün, 14:59
SSRİ Baş prokurorunun müavini: - Qarabağda ilk öldürülən azərbaycanlılar olub
Bu gün, 14:57
Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür - MÜJDƏ
Bu gün, 14:51
Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Bu gün, 14:49
Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək
Bu gün, 13:07
Bakıda “Şamlıq” deyilən ərazidə cinsi azlıq nümayəndəsi ilə... - TƏFƏRRÜAT
Bu gün, 13:03
"Baydenin dövründə bizi çətin dörd il gözləyir" - Amerikalı analitik
Bu gün, 13:00
Qarabağda itkin düşən ermənilərin sayı məlum olub
Bu gün, 12:59
Türkiyənin ən böyük bankı Şuşada filial açır
Bu gün, 12:54
“Monopolistlərin torpağı suvarılır, digərlərinə su çatmır” - VİDEO
Bu gün, 12:52
Qırğız Respublikasında hökumət istefa verib
Bu gün, 12:48
Nazir Sumqayıtın polis rəisini işdən çıxardı - ƏMR
Bu gün, 12:46
Novruz bayramına qədər TOY QADAĞASI LƏĞV OLUNACAQ? - AÇIQLAMA
Bu gün, 12:43
“Caspian Energy Club”un rəhbəri: - "DTX ilə əməkdaşlıq edirik"
Bu gün, 12:40
"Dövlət ona vurulan ziyanın ödənilməsini məhkəmədən tələb etməlidir" - Partiya sədri
Bu gün, 12:38
Müğənnilərlə musiqiçilər arasında şabaş davası - Toyda yığılan pul kimə çatmalıdır?
Bu gün, 12:29
Sabah Bakıya qar yağacaqmı? - Nazirlik açıqladı
Bu gün, 12:28
İLGİNC İDDİA: Paşinyan layihəsi 6 il əvvəl hazırlanıb - Türk kəşfiyyatı daxil olmaqla...
Bu gün, 12:18
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib
Bu gün, 12:17
Sabahdan ov mövsümü başlayır
Bu gün, 12:16
Sabahdan Milli parklar ziyarətçilər üçün açılacaq
Bu gün, 12:15
Ermənistanın 2-3 ilə yeni savaşa başlaması inandırıcı deyil - AMMA...
Bu gün, 12:14
Qarabağın bəzi ərazilərinə avtobus reysləri açılır
Bu gün, 12:07
"Mağaza açmaq istəyirəm"
Bu gün, 12:06
Ermənistanda inflyasiya dekabrda sürətlənib
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru