
“İşğaldan azad edilmiş hər bir rayon ölkə iqtisadiyyatında xüsusi paya malik olsa da, Agdam bu rayonların içində xüsusilə seçiləçək. Çünki Ağdam təkcə özünün deyil, Qarabağ iqtisadi rayonunun inkişafında lokomativ rolunu oynaya biləcək potensiala malikdir”.
Bunu Azvision.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspertin sözlərinə görə, birinci Qarabağ müharibəsi zamanı digər rayonlar kimi Ağdama da böyük zərər vurulub. Lakin hazırda işğaldan tam azad edildiyi üçün növbə onun iqtisadi inkişafının təmin edilməsindədir:
“Düşünürəm ki, bu missiyanın icrası o qədər də çətin olmayacaq. Çünki, orada yenidən iqtisadi inkişafa nail olmaq üçün Ağdam geniş iqtisadi potensiala malikdir. Bu potensialı təsnifləşdirsək, birinci növbədə buranın kənd təsərrüfatı üçün movcud potensialını qeyd etməliyik. Belə ki, Ağdamın Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyinin tədricən azması, meyilliyin az olması ilə əlaqədar düzənliyin səthi çox zəif parçalanması, çay qollarının əlverişli paylanması və diğər münbit xüsusiyyətlər bu ərazilərin əkinçilik üçün yararlı olmasını təmin edir. Bu relyef həm kənd təsərrüfatı maşınlarının istifadəsini, həm də suvarma işlərini asanlaşdırır. Eyni zamanda torpaqları erroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır. Azad edilmiş digər ərazilərimizdə olan su ehtiyatlarının bu istiqamətə yönəldilmə imkanlarının da olması bizə onu deməyə imkan verir ki, qısa müddət ərzində Ağdamda əkinçilik və maldarlığın sürətli inkişaf etdirilməsinin şahidi olacagıq”.
E.Əmirov bildirib ki, kənd təsərrüfatı istehsalından danışarkən bu sahənin yeyinti və yüngül sənayeyə vərə biləcəyi töhfəni unutmaq olmaz: “Agdamda olan şərab zavodlarının istehsal etdiyi məhsullar bütün pos-sovet ərazisində məhşur idi. Niyə də o nastolji dad yenidən qayıtmasın? Yeni şərad zavodlarının inşası uzun illər əvvəlin tanınmış bir brendinin geri dönüşü demək olacaq. Hətta bura bir məlumatı da əlavə edim ki, Ağdam rayonu ərazisində Üzərliktəpə qədim yaşayış yerindən e.ə. II minilliyin ortalarına aid "Vitis Vinifera" üzüm növünə mənsub tumlar aşkar edilmişdir.
Bu faktları ona görə vürğuladım ki, onlar Ağdamda şərabçılığın sürətli inkişafında böyük marketinq işinin qurulmasına xüsusi imkan deməkdir. Ağdam iqtisadiyyatının hərəkətverici qüvvələrindən ikincisi ticarət sektorunda movcud potensialıdır. Bu rayonun yerləşdiyi cografi mövqe və oranın insanlarının ticarət sahəsində özünə məxsus bacarıqlarının olması bu potensialı daha da artırır.
Növbəti illərdə nəinki Qarabağ və ya Azərbaycanın, bütün regionun ən böyük ticarət zonasının bu rayonun ərazisində yaradılması mümkündür. Naxçıvan dəhlizinin açılması ilə yeni yaranacaq Türkiyə-Orta Asiya dəhlizi bu rayonun cənub sərhədlədindən keçəcək. Bu isə həmin ticarət zonasının Cənubi Qafqaz, Şimali Qafqaz, Orta Asiya respublikaları, İran, Türkiyə və digər ölkələrin də istifadə edəcəyi nəhəng ticarət qovşağına çevirəcəkdir. Hətta bu zaman beynəlxalq təcrübələrdən yararlanaraq müəyyən güzəşt sistemləri yaradılarsa, buranı Qafqazın Dubayına çevirmək olar. Digər potensialı sahələri mineral xammal ehtiyatlarını, tikinti xammal ehtiyatlarını göstərmək olar. Belə ki, Ağdam rayonunda mişar daşı istehsalına və sement istehsalına yararlı olan əhəngdaşı yataqları, zəngin gil yataqları, üzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı, kərpic istehsalına yararlı gil yatağı, ümumi ehtiyatları, 2 qum-çınqıl qarışığı yataqları var. Ən əsası isə bu yataqların ehtiyatlar həcmi yeterincə böyükdür. Bunlar da imkan verir ki, həmin ehtiyatların istismarı və emalı üçün iri sənaye müəssisələri yaradılsın. Bu müəssisələr isə həm ətraf rayonların ehtiyaclarının ödənilməsi, həm də rayonun iqtisadi durumunun yüksəldilməsinə imkan verəcək”.
Ekspert vurğulayıb ki, iqtisadı potensialdan danışarkən mütləq işğaldan əvvəlki iqtisadi fəaliyyət sahələrini xatırlamaq və hazırkı şəraitin tələblərinə cavab verən sahələri yenidən qurmaq olar. Məsələn, dəzgah avadanlıqları, asfalt, konserv, yağ-pendir, barama toxumu, xalça fabriki və s. Döyüş meydanında ciddi məğlubiyyətlə üzləşən düşmən hər zamankı kimi, münaqişəyə milli və dini don geyindirməyə çalışdı. Belə cəhdlərdən biri də Şuşada kilsənin guya Azərbaycan ordusu tərəfindən hədəfə alınması ilə bağlı məlumatların yayılması idi. Onlar kilsəyə xələl gətirərək Azərbaycanı bu kilsəni dağıtmaqda günahlandırmağa çalışdılar. Bu cur yalanların təşkilində xüsusi bacarığa malik Ermənistanın xunta rejiminin bu cəhdi də fiaskoya uğradı. Beynəlxalq ictimaiyyətin diqqətini özlərinə çəkə və qarşılarına qoyduqları məqsədlərə nail ola bilmədilər. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri qədim dövrlərdən Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşamışlar.
Ölkəmizdə həyata keçirilən uğurlu və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən və ən tolerant ölkələrindən birinə çevrilib. Ermənistandan fərqli olaraq bu gün Azərbaycanda bütün ibadət ocaqları, o cümlədən Bakının mərkəzində yerləşən erməni kilsəsi, içərisində olan 5 min ədəbiyyatla birgə dövlət tərəfindən qorunur. Azərbaycanın bu uğuru beynəlxalq qurumlar, dünyanın tanınmış nüfuzlu dini liderləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib.
Hamımıza məlumdur ki, Azərbyacandan fərqli olaraq bu gün Ermənistan monoetnik dövlətdir və bu ölkədə yaşayan digər dinlərin nümayəndələri davamlı təzyiqlə üzləşirlər. Dağlıq Qarabağda eləcə də, Ermənistanda Azərbaycan xalqına məxsus bütün dini abidələr dağıdılıb. Ermənistan siyasi hakimiyyəti üçün heç bir dəyər və müqəddəslik anlayışı yoxdur. Məscidlərdə donuz, inək saxlanılması, bir qisminin dağıdılması bu vəhşiliyin əyani sübutudur. Ermənilərin ən çox saxtalaşdırma apardıqları və dağıtdıqları Alban abidələridir. Ermənilərin Alban kilsələrinə sahib çıxmalarının və onların saxtalaşdırılmasının qarşısının alınması üçün Alban katolikosluğunun bərpasını və onların idarəçiliyinin Alban-udi icmasına verilməsi indiki dövrdə xüsusi əhəmiyyət daşıyır. Vahid idarəçiliyinə verilməyəcəyi təqdirdə bu kimi halların baş vermə ehtimalları daha çox olacaq”.