Goranboyda iki nəfər dəm qazından zəhərlənib .....                     Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər .....                     Zərifin Qafqaz turnesi: “Ofsayt”dan çıxmaq istəyirlər, amma... .....                     Azərbaycan Prezidenti portuqaliyalı həmkarını .....                     Qarabağdan erməni hərbçilər çıxarılır .....                     Lavrov ermənistanlı həmkarı ilə Qarabağı müzakirə etdi .....                     Güclü külək gözlənilir .....                     Ermənilərin dağıtdığı daha bir kəndin görüntüləri .....                     “Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” .....                     “Azərbaycan bölgədə vəziyyətin ağasıdır” .....                     "Pandemiyadan sonra da onlayn təhsil saxlanıla bilər” .....                     "Xəzər TV" yol kənarında dəfn olunan şəhidlərlə bağlı qalmaqallı reportaj hazırlayıb .....                     Ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarət polis tərəfindən gücləndirilib .....                     Koronavirusa yoluxan Əməkdar artist vəfat etdi .....                     Ukraynada Leninin sonuncu heykəlini söküblər .....                     “Evdəki münaqişədən, işsizlikdən, kasıblıqdan bezib canlarına qıyırlar” .....                     "Onu iki dəfə verilişə çağırmışam, gəlməyib" .....                     İrəvan meri Paşinyanın partiyasından istefa verdi .....                     Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı olubmu? .....                     "Səlahiyyət sahiblərindən xahiş edirəm, mənə şərait yaratsınlar..." .....                     Yeni nazirdən gözləntilər: .....                     Gürcüstan “altılıq platforması”nda iştirak etməyəcək .....                     Prezident QHT-lərlə bağlı .....                     Sabah dollar neçəyə olacaq? .....                     Xüsusi nümayəndə Şuşada bu işləri görəcək .....                     Rusiya İranı Qarabağa gətirmək istəyir .....                     Allahşükür Paşazadə daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq .....                     Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək .....                     Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? .....                     Paşinyan ombudsmanı istefaya göndərmək istəyir .....                     Goranboy rayonunda silah-sursat tapılıb .....                     Njdeyə Qarabağda heykəl qoymağın mənası... .....                     Yusif İldırımzadənin qardaşı oğlunun həbs müddəti uzadılıb .....                     “Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib .....                     Şəki sakini başçıya dəfələrlə müraciət etdiyini deyir, amma... .....                     “Toy edə bilməyən cütlüklər gərginlik keçirir” .....                     Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək .....                     Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB .....                     DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı .....                     XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb .....                 

“DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” – “Xankəndinin bir neçə kilometrliyində dayanmağımızın çox sanballı səbəbləri olmalıdır”
Tarix: 24-11-2020, 09:47 | Çap et
“DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...”
Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi prosesi başa çatıb. Rusiya Ermənistan və Azərbaycana nümayəndə heyəti göndərərək gələcək addımlar ətrafında məsləhətləşmələr aparır. Bununla paralel olaraq, Türkiyə hərbçilərinin Azərbaycana gəlişi üçün son hazırlıq işləri başa çatdırılıb. Beləliklə, hazırda hərbi-siyasi təhlilçilər üçün Cənubi Qafqaz dünyanın ən çox müzakirə olunan bölgəsi kimi önə çıxır.

“AzPolitika.info” bu mövzuyla bağlı “Ayna-Zerkalo” qəzetinin rəhbəri, siyasi analitik Elçin Şıxlının fikirlərini öyrənib:

- Elçin müəllim, noyabrın 10-dan, yəni məlum razılaşmanın imzalanmasından sonra baş verənləri necə xarakterizə edərdiniz?

- Bu müddətdə baş verənlərin mənfi və müsbət tərəflərini təsnifatlaşdırmaqla real situasiyanı dəyərləndirmək mümkündür. Birincisi və ən vacibi odur ki, biz, qan tökmədən və itki vermədən üç rayonu geri alırıq. Artıq Ağdam, nəhayət, bizə verildi. İndi dekabrın 1-ni gözləyək. Kəlbəcər və Laçın da əldə edildikdən sonra, bütün bunlar olacaq məsələnin müsbət tərəfi.

Məsələnin ikinci müsbət tərəfi odur ki, Mehri dəhlizi açılır. Bunun faydası daha çox bizim bu şərtdən nə dərəcədə istifadə edə biləcəyimizdən asılı olacaq. Yəni bundan nə dərəcə effektiv istifadə edəcəyik. Sözsüz ki, bunun bizə faydası olacaq, amma bu, eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan keçmək şərtilə dəmir yolunun açılması anlamını da verir.

Məlum məsələdir ki, rusların bu regiona qoşun yeritməsi razılıq əsasındadır. Ancaq qoşunun arxasınca Rusiya Fövqəladə Hallar Nazirliyinin personalının və texnikasının gəlişini başa düşmürəm. Rusiya Fövqəladə Hallar Nazirliyinin burada nə işi var?

Mənfi cəhətlərdən biri də rus sülhməramlılarının başında gələn şəxsin separatçıların baş hərbi cinayətkarı ilə oturub danışması, bu zaman qondarma qurumun saxta bayrağının masaya qoyulmasıdır.

Rusiya mətbuatı Xankəndinə indiyə qədə də Stepanakert deyir. Solovyov kimi şəxslər indiyə kimi Qarabağa “Artsax” deyib durur. İtaliyanın hansısa şəhəri, Paris şəhəri guya bu zəhrimarı tanıyır. Bunlar tam başqa məsələlərdir. Sonradan Putinin Qarabağla bağlı iclas çağırması, müsahibə verməsi və müsahibədə bizə hədə-qorxu gəlməsi, eyni zamanda ermənilərə Qarabağın Azərbaycan ərazisi olduğunu deməsi kimi hallar da müşahidə edilir...

- Yeri gəlmişkən, Rusiyanın müdafiə, xarici işlər, fövqəladə hallar, səhiyyə nazirləri və baş nazirin müavininin də daxil olduğu böyük heyəti əvvəl İrəvana, daha sonra Bakıya səfər ediblər. Sizcə, bu səfərlərin gerçək məqsədi nədir?

- Mən bilmirəm niyə gəliblər. Sülhməramlı kontingent münaqişə bölgəsinə daxil olub və məsələ dayanıb. Haradasa Müdafiə naziri Şoyqunun Bakı və ya İrəvanda olması başadüşüləndir. Ancaq Rusiyanın fövqəladə hallar nazirinin regiona niyə gədiyini anlaya bilmirəm...

Nəhayətdə, bizim üçün ən müsbət xəbər odur ki, Türkiyə Quru Qoşunlarnının Azərbaycana göndərilməsilə bağlı prosedurlar başa çatıb. Ordu Bakıya gələcək. Atəşkəsə nəzarət üçün ruslarla birgə monitorinq mərkəzi qurulacaq. Amma türk qoşununun buraya yeridilməsinə ermənilər və ruslar etiraz edir. Diqqət edin, Prezident Putin bildirdi ki, Monitorinq Qrupu Azərbaycan ərazisində olacaq. Bu ifadədə mən zərərli yanaşma görürəm. Bu fikirdən sanki belə anlaşılır ki, Xankəndi bizim ərazimiz deyil. Bir yandan deyir ki, Qarabağ Azərbaycan ərazisidir, digər tərəfdən deyir ki, monitorinq mərkəzi Azərbaycan ərazisində yerləşəcək. Belə hallar müşahidə olunur. Mən hesab edirəm ki, bir qədər səbrli olmaq və dekabrın 1-ni gözləmək lazımdır. Dekabrın 1-də bizə söz verilən rayonlar geri qaytarıldıqdan sonra işlərimiz daha çox olacaq.

- Hansı işləri nəzərdə tutursunuz?

- Hesab edirəm ki, bundan sonra həm diplomatiya sahəsində, həm də ictimai həyatda bir sıra işlər getməlidir. Xankəndidə bizim bayrağımız dalğalanmalıdır. Əgər orada bu cinayətkarların, barbarların bayrağı dalğalanacaqsa, bizim işlərimiz başa çatmamış qala bilər. Amma mən düşünürəm ki, bu saat Azərbaycan diplomatiyası dinmir və dekabrın 1-ni gözləyir. Ehtimal edirəm ki, dekabrın 1-dən sonra bu istiqamətdə proseslər getməlidir.

Ümumi götürdükdə, müsbət cəhətlər mənfiləri üstələyir. Biz unutmamalıyıq ki, Rusiya həddən artıq iri ölkədir. Biz imkanlarımızı düzgün qiymətləndirməliyik. Görünür, elə məqamlar var ki, bizim o barədə informasiyamız olmadığı üçün müəyyən suallarla üz-üzə qalırıq. Zənnimcə, dekabrın 1-dən sonra çox şeylərə aydınlıq gələcək. Çünki Xankəndinin bir neçə kilometrliyində olduğumuz halda dayanmağımızın çox sanballı səbəbləri olmalıdır. Düşünürəm ki, belə səbəblər var. Əks halda, biz indi Xankəndini götürmüşdük.

- Sizin dekabrın 1-nə qədər Laçın və Kəlbəcərin bizə qaytarılmayacağına dair şübhələriniz var?

- Düşünmürəm. Məncə, oraları yandırıb talan etdikdən sonra bizə verəcəklər. Ermənilərin başqa yolu da yoxdur. Əslində, Rusiya bölgəyə bizə görə girmədi. O, erməniləri xilas etdi. Bizimlə danışıb buraya girməsəydi, Ermənistanı ümumiyyətlə itirəcəkdi. Beləcə, Ermənistan Rusiyanın əlindən çıxacaq və İrəvan üçün Moskvanın əhəmiyyəti sıfra düşəcəkdi.

- Sizcə, Cənubi Qafqazda hazırda müşahidə etdiyimiz bu qlobal proseslərdə Rusiya-Türkiyə razılaşmasının rolu nə dərəcədə realdır və demək olarmı ki, bu prosesin hansısa anında Türkiyə oyundan uzaq salınıb?

- Mən düşünmürəm ki, Türkiyə hadisələrdən kənarda qoyulub. Məsələ sadədir: ruslar ermənilərin arxasında dayanır, onlara məsləhət verir. Bizdə isə yüz faiz Türkiyə dövləti ilə məsləhətləşmələr olub və bundan sonra 10 noyabr bəyannaməsinə imza atmaq qərarı verilib. Amma burada əsas odur ki, bu addım bizə lazım olan məqamda atıldı. O mənada ki, biz, türklərin dediyi üçün dayanmadıq. Əksinə, biz özümüz Türkiyəyə dedik ki, başqa cür mümkün deyil. Çünki Türkiyə rusları bizim kimi tanıya bilməz. Biz rusların hər şeyini bilirik, onların içərisində yaşamışıq, psixologiyalarına bələdik. Eyni zamanda, regionda Türkiyənin özünün maraqları var. Biz istəməsəydik türklər bura heç vaxt quru qoşunlarını gətirə bilməzdilər. Biz işimizi elə qururuq ki, ruslar bizim tək olmadığımızı anlasınlar. Bu, bizim marağımızdadır. Əlbəttə, burada geosiyasi proses də var. Bu da türklərin Cənubi Qafqaza daxil olmasıdır.

- Sizcə, Cənubi Qafqaza yalnız Türkiyəmi daxil olur, yoxsa onunla birlikdə ABŞ və Böyük Britaniya da?

- ABŞ-ın Türkiyə vasitəsilə Qafqaza daxil olmasına inanmıram. Bu saat ABŞ-da siyasətçilərin başı seçkilərə qarışıb. İngiltərə isə ola bilər. Çünki London Avropa Birliyindən çıxıb, özünün maraqları var. Tarixən də Böyük Britaniyanın bu bölgədə maraqları olub. İndiki ərəb dünyasını bir vaxtlar xətkeşlə bölüşdürüb sərhəd çəkən də elə ingilislər olub. ABŞ indidən sonra buraya daxil ola bilər, bu barədə maraqlanacaq. Tramp syasətinin mahiyyətində daha çox öz problemlərini həll etmək dururdu. Baydenin və ümumən Demokrat Partiyasının siyasəti isə bir qədər fərqlidir. Onlar buraya gəlmək istəyəcəklər. ABŞ səfirliyinin nümayəndəsi ilə bir il əvvəl görüşmüşdüm. Həmin diplomata “ABŞ Azərbaycanla hələ də maraqlanırmı” sualını verdim. O da cavabında bildirdi ki, hələlik sizinlə maraqlanmırıq. Belə çıxdı ki, Tramp ikinci dəfə prezident seçilsəydi, bizə maraqları lap azalacaqdı. İndi isə bu yanaşma dəyişə bilər.

- Sizcə, Fransa parlamenti separatçı Dağlıq Qarabağ rejiminin “müstəqilliyini” tanıya bilərmi və əgər tanısa bunun arxasınca fransızdilli ölkələr birliyinin hərəkətə keçəcəyi ehtimal edilirmi?

- Fransız dilli ölkələr dedikdə Belçika və bəzi Afrika dövlətləri nəzərdə tutulur. Afrikanın bizə aidiyyəti yoxdur. Fransa isə nəhəng dövlətdir, onunla normal münasibətlərin olması lazımdır. Əlbəttə, Fransanın özünü belə aparması bizi məyus edib. Makron kimi cılız tiplərin Fransa kimi böyük dövlətə başçılıq etməsinin nəticəsi belə olmalı idi. Əslində, burada əsas məsələ fransız siyasətçilərin Fransadakı erməni diasporunun səsini qazanmaq istəyidir. Başqa məqsəd yoxdur. Bəli, ermənilər fransız cəmiyyətinə yetərincə inteqrasiya olunublar. Odur ki, lobbi fəaliyyətinin nəticəsində əksər istəklərini qanun halına salıb qəbul etdirə bilirlər. Aydın məsələdir ki, bu qərarı qəbul edənlərin mütləq əksəriyyətinin Qafqazdan, Dağlıq Qarabağdan xəbərləri yoxdur. Bu adamların daha çox şəxsi maraqları var ki, bütün bunlar da indiki mərhələdə bizə problem yaradır. Sözsüz ki, fransızlar buraya müharibə ilə gələn deyil, sadəcə münasibətlərimizdə soyuqluq yaranacaq. Eyni zamanda unutmayaq ki, Fransanın Türkiyə ilə münsibətləri də son zamanlar gərginləşib. Bəlkə də bizim əleyhimizə edilən hərəkətlər həm də bundan irəli gəlir. Amma bizim mövqeyimiz odur ki, Türkiyə ilə qardaşlığımız və əməkdaşlığımız daha da möhkəmlənməlidir.

- Rusiya öz sülhməramlılarının artıq bölgədə yerləşmə prosesinin başa çatdığını elan edib. Türk ordusu isə yaxın günlərdə ölkəmizə gələcək. Necə düşünürsünüz, təmas xəttində Rusiya-Türkiyə qarşıdurmasının baş verməsi mümkündürmü?

- İnsident ola bilər. Amma ciddi bir şey olacağına əmin deyiləm. Təmas xəttində tərəflərdən birinin güllə atması, digərinin iki güllə ilə ona cavab verməsi kimi halların baş verməsi mümkündür. Biz, ruslara və ermənilərə deyə bilərik ki, Laçın dəhlizi ilə gələn mallardan xəbərimiz olmalıdır. Bura bizim ərazimizdir, ruslar dəhlizi mühafizə edir. Amma sərhədimizdə Sərhəd Qoşunlarımız və Gömrük Komitəsinin əməkdaşları durmalıdır. Yəni ruslar yoxlayıb buraxdıqdan sonra biz də yoxlamalı, bəyənmədiyimiz şeyi ölkəmizə buraxmamalıyıq.

Bu məsələlər var. Türk ordusunun burada olması həm də bizim belə tələbləri irəli qoyub onu əldə etməyimiz üçündür. Yəni rus bilməlidir ki, burada bizim arxamız var, tək deyilik. Əks halda, onların qarşısında durmaq çətindir. Onlar güclü deyillər, sadəcə olaraq yekədirlər. Məhz böyük deyil, yekədirlər!...



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Goranboyda iki nəfər dəm qazından zəhərlənib
Bu gün, 18:22
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər - Rusiya XİN
Bu gün, 18:02
Zərifin Qafqaz turnesi: “Ofsayt”dan çıxmaq istəyirlər, amma... - GƏLİŞMƏ
Bu gün, 18:01
Azərbaycan Prezidenti portuqaliyalı həmkarını təbrik edib
Bu gün, 17:58
Qarabağdan erməni hərbçilər çıxarılır - Erməni analitik DETALLARI AÇDI
Bu gün, 17:54
Lavrov ermənistanlı həmkarı ilə Qarabağı müzakirə etdi
Bu gün, 17:52
Güclü külək gözlənilir - XƏBƏRDARLIQ
Bu gün, 17:45
Ermənilərin dağıtdığı daha bir kəndin görüntüləri - VİDEO
Bu gün, 17:43
“Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” - deputat
Bu gün, 17:42
“Azərbaycan bölgədə vəziyyətin ağasıdır” - Erməni politoloq
Bu gün, 17:41
"Pandemiyadan sonra da onlayn təhsil saxlanıla bilər” - AÇIQLAMA
Bu gün, 17:40
"Xəzər TV" yol kənarında dəfn olunan şəhidlərlə bağlı qalmaqallı reportaj hazırlayıb - VİDEO
Bu gün, 17:39
Ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarət polis tərəfindən gücləndirilib - VİDEO
Bu gün, 17:35
Koronavirusa yoluxan Əməkdar artist vəfat etdi
Bu gün, 17:33
Ukraynada Leninin sonuncu heykəlini söküblər
Bu gün, 17:31
“Evdəki münaqişədən, işsizlikdən, kasıblıqdan bezib canlarına qıyırlar” - Səngiməyən İNTİHAR DALĞASI
Bu gün, 17:26
"Onu iki dəfə verilişə çağırmışam, gəlməyib"
Bu gün, 17:24
İrəvan meri Paşinyanın partiyasından istefa verdi
Bu gün, 17:22
Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı olubmu? - AÇIQLAMA
Bu gün, 17:20
"Səlahiyyət sahiblərindən xahiş edirəm, mənə şərait yaratsınlar..."
Bu gün, 17:19
Yeni nazirdən gözləntilər: - İnternet sürətlənəcəkmi?
Bu gün, 17:13
Gürcüstan “altılıq platforması”nda iştirak etməyəcək - Qonşudan ruslara TƏRS SİLLƏ
Bu gün, 17:10
Prezident QHT-lərlə bağlı FƏRMAN İMZALADI
Bu gün, 17:09
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
Xüsusi nümayəndə Şuşada bu işləri görəcək - AÇIQLAMA
Bu gün, 17:01
Rusiya İranı Qarabağa gətirmək istəyir - “Əlini gücləndirir”
Bu gün, 16:52
Allahşükür Paşazadə daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq
Bu gün, 16:51
Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək
Bu gün, 16:50
Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? — SAYĞAC MAXİNASİYASI
Bu gün, 16:48
Paşinyan ombudsmanı istefaya göndərmək istəyir
Bu gün, 16:44
Goranboy rayonunda silah-sursat tapılıb - FOTO
Bu gün, 16:43
Njdeyə Qarabağda heykəl qoymağın mənası... - Korotçenko
Bu gün, 16:41
Yusif İldırımzadənin qardaşı oğlunun həbs müddəti uzadılıb
Bu gün, 16:39
“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib
Bu gün, 16:38
Şəki sakini başçıya dəfələrlə müraciət etdiyini deyir, amma... - "Biz bu ölkənin vətəndaşı deyilik?"
Bu gün, 16:36
“Toy edə bilməyən cütlüklər gərginlik keçirir” – Qadağanın götürülməsi Milli Məclisdə müzakirə olunacaq
Bu gün, 16:30
Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
Bu gün, 16:27
Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB - İLGİNC
Bu gün, 16:25
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı - Diqqət!
Bu gün, 16:22
XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb
Bu gün, 16:21
Azərbaycanda ümumilikdə 229584 nəfər COVID-19-a yoluxub, 3105 nəfər vəfat edib
Bu gün, 16:20
Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Bu gün, 16:19
Azərbaycanda indiyədək 2 380 074 koronavirus testi aparılıb
Bu gün, 16:18
Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışıb
Bu gün, 16:16
"Dünyada qaynar qlobal münaqişələrə yol vermək olmaz" - Vladimir Putin
Bu gün, 16:15
Ermənistan daha 750 milyon dollar “borc almaq” istəyir
Bu gün, 16:12
“Xüsusi yer axtarmağa məcbur olduğum üçün siqareti azaltmışam” - deputat
Bu gün, 16:11
"Fransa cəmiyyətinin mövqeyi Azərbaycanda təəssüflə qarşılanır" - Anar Kərimov
Bu gün, 16:09
Vüqar Səfərli ilə birgə həbs olunan direktor apelyasiya şikayəti verdi
Bu gün, 16:08
Qulu Məhərrəmli AMEA-nı sərt tənqid etdi: - "Dağıdırlar…"
Bu gün, 16:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru