Goranboyda iki nəfər dəm qazından zəhərlənib .....                     Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər .....                     Zərifin Qafqaz turnesi: “Ofsayt”dan çıxmaq istəyirlər, amma... .....                     Azərbaycan Prezidenti portuqaliyalı həmkarını .....                     Qarabağdan erməni hərbçilər çıxarılır .....                     Lavrov ermənistanlı həmkarı ilə Qarabağı müzakirə etdi .....                     Güclü külək gözlənilir .....                     Ermənilərin dağıtdığı daha bir kəndin görüntüləri .....                     “Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” .....                     “Azərbaycan bölgədə vəziyyətin ağasıdır” .....                     "Pandemiyadan sonra da onlayn təhsil saxlanıla bilər” .....                     "Xəzər TV" yol kənarında dəfn olunan şəhidlərlə bağlı qalmaqallı reportaj hazırlayıb .....                     Ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarət polis tərəfindən gücləndirilib .....                     Koronavirusa yoluxan Əməkdar artist vəfat etdi .....                     Ukraynada Leninin sonuncu heykəlini söküblər .....                     “Evdəki münaqişədən, işsizlikdən, kasıblıqdan bezib canlarına qıyırlar” .....                     "Onu iki dəfə verilişə çağırmışam, gəlməyib" .....                     İrəvan meri Paşinyanın partiyasından istefa verdi .....                     Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı olubmu? .....                     "Səlahiyyət sahiblərindən xahiş edirəm, mənə şərait yaratsınlar..." .....                     Yeni nazirdən gözləntilər: .....                     Gürcüstan “altılıq platforması”nda iştirak etməyəcək .....                     Prezident QHT-lərlə bağlı .....                     Sabah dollar neçəyə olacaq? .....                     Xüsusi nümayəndə Şuşada bu işləri görəcək .....                     Rusiya İranı Qarabağa gətirmək istəyir .....                     Allahşükür Paşazadə daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq .....                     Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək .....                     Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? .....                     Paşinyan ombudsmanı istefaya göndərmək istəyir .....                     Goranboy rayonunda silah-sursat tapılıb .....                     Njdeyə Qarabağda heykəl qoymağın mənası... .....                     Yusif İldırımzadənin qardaşı oğlunun həbs müddəti uzadılıb .....                     “Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib .....                     Şəki sakini başçıya dəfələrlə müraciət etdiyini deyir, amma... .....                     “Toy edə bilməyən cütlüklər gərginlik keçirir” .....                     Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək .....                     Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB .....                     DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı .....                     XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb .....                 

Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət etdi - MƏTN
Tarix: 24-11-2020, 08:43 | Çap et
Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət etdi
Söz və məlumat azadlığının qorunduğu, vətəndaşların öz fikirlərini sərbəst ifadə etdiyi mühitin mövcudluğu demokratizmin mühüm göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında bu, istər hüquqi, istərsə də praktik müstəvidə qəbul edilir. Ölkəmizdə söz və ifadə azadlığına, jurnalistikanın funksiya və vəzifələrinə münasibət qanunvericiliyin tələbləri ilə yanaşı, müxtəlif situasiyaların təhlilinə, etik prinsiplərə əsasən formalaşır. Özünün qabaqcıl jurnalistika ənənələri ilə seçilən Rusiya Federasiyasında da bu kimi məsələlər fundamental əhəmiyyətə malikdir. Ancaq bizi təəccübləndirən bir sıra məqamlar var ki, müraciətimiz onlardan biri ilə bağlıdır. Söhbət “WarGonzo” layihəsinin müəllifi, Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqovdan, daha doğrusu bu şəxsin fəaliyyətindən gedir.

DİA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciətində deyilir.

Qeyd olunub ki, Azərbaycan ictimaiyyəti, o cümlədən media ictimaiyyəti qəbul edir ki, hazırda bütün dünyanın diqqət mərkəzində dayanan Qarabağ münaqişəsi kimi problemə münasibətdə fikir müxtəlifliklərinin mövcudluğu təbiidir.

"İndiyədək ədalətsiz saydığımız çoxsaylı jurnalist məqalələri, reportajlar görmüşük. Ayrı-ayrı siyasi motivlərin aşkar duyulduğu belə yanaşmaları qeyri-obyektiv qiymətləndirsək də, hesab etmişik ki, hər kəsin bizim düşündüyümüz tərzdə düşünməməsi normaldır. Lakin Semyon Peqovun məsələyə yanaşması fikir müxtəlifliyi ilə bağlı bütün kriteriyaları və normaları aşır. O, Azərbaycan qanunlarına zidd şəkildə Qarabağda fəaliyyət həyata keçirməklə yanaşı, malik olduğu internet resursun köməyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, milli düşmənçiliyin və ədavətin qızışdırılmasına yönələn açıq çağırışlar edir, Azərbaycanın rəsmi qurumları tərəfindən yayılmış məlumatların doğruluğunu əsassız, cəfəng mülahizələrlə şübhə altına alır. Belə yanaşma ümumən Cənubi Qafqaz regionunda davamlı sülhün təminatına, sabitliyin qorunmasına yönələn təşəbbüslərə kölgə salır. Onu da düşünək ki, hazırda bu şəxsin pozmağa çalışdığı sülh və sabitliyin əldə edilməsinə Rusiya dövləti çox ciddi cəhdlə çalışır, vasitəçi missiyasını konkret işi ilə ortaya qoyur.

Semyon Peqovun birtərəfli mövqeyinin, heç bir real fakta əsaslanmayan, təxribatçı düşüncələrinin Rusiyanın nüfuzlu media orqanlarında yayıldığını da görürük. Bu, dərin təəssüf hissi doğurmaqdadır. Bir daha bildiririk ki, onun səsləndirdikləri, irəli sürdüyü iddialar, habelə ona fikir bildirmək üçün yaradılmış şərait söz və ifadə azadlığının, plüralizmin, obyektivliyin göstəricisi sayıla bilməz. Nəzərə alaq ki, Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan halda yaranan haqlı təəssürat budur ki, jurnalist adı ilə hərəkət edən bir nəfər, konkret olaraq Semyon Peqov kifayət qədər həssas bölgədə düşmənçiliyi yenidən alovlandırmaq niyyəti güdür, münaqişənin bu gün üçün əldə edilmiş ən optimal həllinə qarşı çıxır. Onun spekulyativ mövqeyi təhlükəlidir.

Azərbaycan Mətbuat Şurası və Azərbaycan jurnalistləri Rusiyanın media ictimaiyyətini, media orqanlarını Semyon Peqov adlı şəxsin jurnalistika adı altında gerçəkləşdirdiyi xoşagəlməz fəaliyyətə biganə qalmamağa çağırır. Bildiririk ki, Rusiya cəmiyyətinin müxtəlif təbəqələri Qarabağla bağlı həqiqətləri görmək, düzgün nəticə çıxarmaq üçün kifayət qədər ciddi resurslara, alternativ mənbələrə malikdir. İnanmaq istərdik ki, onlar ədalət axtarmaq istəyirlərsə, məhz bu resurs və mənbələrə üz tutacaq, Semyon Peqov, eləcə də onun kimilərinin konkret siyasi məqsədlərə hesablanmış mülahizələrindən uzaq duracaq, belələrinə münasibətdə ictimai qınaq tədbirlərini artıracaqlar. Əmin edirik ki, bu məsələdəki prinsipiallıq və qətiyyət həm söz və ifadə azadlığından sui-istifadənin qarşısını almaqdır, həm də Qarabağ münaqişəsinə münasibətdə ədalətli yanaşmaya, bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhün, əminamanlığın təminatına mühüm töhfədir. Bu qətiyyət və prinsipiallıq, həmçinin Qarabağ münaqişəsi müstəvisindəki digər ziyanlı tendensiyaların aradan qaldırılmasına yönələn məqsədyönlü müştərək dəstəkdir. Biz, Azərbaycan jurnalistləri olaraq, Rusiyanın mütərəqqi ruhlu media ictimaiyyətini, kütləvi informasiya vasitələrini bu istiqamətdə həmrəyliyə çağırırıq".



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Goranboyda iki nəfər dəm qazından zəhərlənib
Dünən, 18:22
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər - Rusiya XİN
Dünən, 18:02
Zərifin Qafqaz turnesi: “Ofsayt”dan çıxmaq istəyirlər, amma... - GƏLİŞMƏ
Dünən, 18:01
Azərbaycan Prezidenti portuqaliyalı həmkarını təbrik edib
Dünən, 17:58
Qarabağdan erməni hərbçilər çıxarılır - Erməni analitik DETALLARI AÇDI
Dünən, 17:54
Lavrov ermənistanlı həmkarı ilə Qarabağı müzakirə etdi
Dünən, 17:52
Güclü külək gözlənilir - XƏBƏRDARLIQ
Dünən, 17:45
Ermənilərin dağıtdığı daha bir kəndin görüntüləri - VİDEO
Dünən, 17:43
“Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” - deputat
Dünən, 17:42
“Azərbaycan bölgədə vəziyyətin ağasıdır” - Erməni politoloq
Dünən, 17:41
"Pandemiyadan sonra da onlayn təhsil saxlanıla bilər” - AÇIQLAMA
Dünən, 17:40
"Xəzər TV" yol kənarında dəfn olunan şəhidlərlə bağlı qalmaqallı reportaj hazırlayıb - VİDEO
Dünən, 17:39
Ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarət polis tərəfindən gücləndirilib - VİDEO
Dünən, 17:35
Koronavirusa yoluxan Əməkdar artist vəfat etdi
Dünən, 17:33
Ukraynada Leninin sonuncu heykəlini söküblər
Dünən, 17:31
“Evdəki münaqişədən, işsizlikdən, kasıblıqdan bezib canlarına qıyırlar” - Səngiməyən İNTİHAR DALĞASI
Dünən, 17:26
"Onu iki dəfə verilişə çağırmışam, gəlməyib"
Dünən, 17:24
İrəvan meri Paşinyanın partiyasından istefa verdi
Dünən, 17:22
Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı olubmu? - AÇIQLAMA
Dünən, 17:20
"Səlahiyyət sahiblərindən xahiş edirəm, mənə şərait yaratsınlar..."
Dünən, 17:19
Yeni nazirdən gözləntilər: - İnternet sürətlənəcəkmi?
Dünən, 17:13
Gürcüstan “altılıq platforması”nda iştirak etməyəcək - Qonşudan ruslara TƏRS SİLLƏ
Dünən, 17:10
Prezident QHT-lərlə bağlı FƏRMAN İMZALADI
Dünən, 17:09
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:02
Xüsusi nümayəndə Şuşada bu işləri görəcək - AÇIQLAMA
Dünən, 17:01
Rusiya İranı Qarabağa gətirmək istəyir - “Əlini gücləndirir”
Dünən, 16:52
Allahşükür Paşazadə daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq
Dünən, 16:51
Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək
Dünən, 16:50
Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? — SAYĞAC MAXİNASİYASI
Dünən, 16:48
Paşinyan ombudsmanı istefaya göndərmək istəyir
Dünən, 16:44
Goranboy rayonunda silah-sursat tapılıb - FOTO
Dünən, 16:43
Njdeyə Qarabağda heykəl qoymağın mənası... - Korotçenko
Dünən, 16:41
Yusif İldırımzadənin qardaşı oğlunun həbs müddəti uzadılıb
Dünən, 16:39
“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib
Dünən, 16:38
Şəki sakini başçıya dəfələrlə müraciət etdiyini deyir, amma... - "Biz bu ölkənin vətəndaşı deyilik?"
Dünən, 16:36
“Toy edə bilməyən cütlüklər gərginlik keçirir” – Qadağanın götürülməsi Milli Məclisdə müzakirə olunacaq
Dünən, 16:30
Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
Dünən, 16:27
Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB - İLGİNC
Dünən, 16:25
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı - Diqqət!
Dünən, 16:22
XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb
Dünən, 16:21
Azərbaycanda ümumilikdə 229584 nəfər COVID-19-a yoluxub, 3105 nəfər vəfat edib
Dünən, 16:20
Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Dünən, 16:19
Azərbaycanda indiyədək 2 380 074 koronavirus testi aparılıb
Dünən, 16:18
Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışıb
Dünən, 16:16
"Dünyada qaynar qlobal münaqişələrə yol vermək olmaz" - Vladimir Putin
Dünən, 16:15
Ermənistan daha 750 milyon dollar “borc almaq” istəyir
Dünən, 16:12
“Xüsusi yer axtarmağa məcbur olduğum üçün siqareti azaltmışam” - deputat
Dünən, 16:11
"Fransa cəmiyyətinin mövqeyi Azərbaycanda təəssüflə qarşılanır" - Anar Kərimov
Dünən, 16:09
Vüqar Səfərli ilə birgə həbs olunan direktor apelyasiya şikayəti verdi
Dünən, 16:08
Qulu Məhərrəmli AMEA-nı sərt tənqid etdi: - "Dağıdırlar…"
Dünən, 16:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru