Ağsu icra başçısı dəfn olundu .....                     “Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” .....                     "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" .....                     AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında .....                     Ermənistan prezidenti Rusiyaya gedib .....                     “Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” .....                     “Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi .....                     “Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” .....                     "Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib .....                     Evi tərk edən COVID-19 xəstələri saxlanıld .....                     Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb .....                     Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb .....                     Xudat sakini dəm qazından boğulub .....                     Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi .....                     “Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik” .....                     Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb .....                     Məlahət Mürşüdlü vəfat edib .....                     İstisu qəsəbəsindən görüntülər .....                     Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır .....                     Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin! .....                     Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb .....                     Donbasdakı son durum açıqlandı .....                     Laçın həsrətinin bitməsinə 2 gün qaldı .....                     Polis rəisinin müavini ürək tutmasından öldü .....                     Ermənistan müdafiə nazirliyində xaos yaşanır .....                     Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır .....                     "Hakimiyyət detallı məlumat verməlidir" .....                     Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı .....                     Azərbaycanın qızıl “bitən” torpaqları: .....                     Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... .....                     Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb .....                     “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” .....                     Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: .....                     Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır .....                     Gəncədə də eyni bəhanələr qüvvədədir... .....                     “Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. .....                     İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... .....                 

Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...
Tarix: 11-11-2020, 09:48 | Çap et
Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT...
Balakən sakini Şahin Dabaxov oktyabrın 7-də Suqovuşanda yaralanıb. O, doğma rayonunda məmur biganəliyindən narazıdır.

Şahin Dabaxov sentyabrın 21-də ehtiyatda olan hərbi qulluqçu kimi təlimlərə çağırılıb. Müharibənin ilk günündən döyüşlərdə iştirak etməyə başlayıb. 28 yaşlı döyüşçü oktyabrın 7-də yaralanıb. Qəlpə döş nahiyəsinə dəyib. Sonradan onu cərrahiyyə əməliyyati ilə çıxarıblar.

Şahin Dabaxovun bir neçə qabırğası da sınıb. Dediyinə görə, bu üzdən indi nə əyləşə, nə də uzana bilir: “Gəncə hospitalındaydım. Oktyabrın 14-də evə buraxıldım. Müalicə də evdə davam edir. Daha çox ayaqüstə qalmağa, gəzişməyə çalışıram. Qabırğalarım sındığına görə əyləşəndə və uzananda çox ağrı verir”.

Şahin Dabaxov rayon rəhbərliyinin ona heç bir diqqət ayırmadığını deyir. Gəncə hospitalında onun qayğısına qalıblar. Amma Balakəndə eyni diqqəti görməməyindən gileylənir: “Rayonda hörmətsizliklə qarşılaşdım. Ağır vəziyyətdəyəm, amma diqqət görmürəm. Cavan yaşımda ailəmin üstünə yarımcan gəlmişəm. Amma heç kəs mənimlə maraqlanmır. Gəlib soruşmurlar ki, nə kömək lazımdı, hansı həkimə aparaq səni? Heç nə görmürəm”.

Balakənli əsgər yaralandığına görə məzuniyyətə buraxılıb. Müalicəsini doğma yerlərdə davam etdirməli olub. Həkimə gedib, dərman yazılıb. Heç bir gəlir mənbəyi olmayan əsgərin dərmanlarına 47 manat lazım olub ki, onu da ödəyə bilməyib:

“İndiyə qədər heç kimə ağız açıb deməmişəm ki, filan işdə mənə kömək elə. Gedib icra başçısının müavinilə - Mehparə xanımla görüşdüm. Dedi ki, bizim büdcədə yaralı əsgərlərə yardım üçün vəsait nəzərdə tutulmayıb, belə tapşırıq verilməyib. Mənim ailəm var. Atam 60 yaşına çatıb. Gedib haradansa pul qazanıb gətirə bilmir o adam. Sonradan icra başçısı zəng vurub dedi ki, mən sənə o pulu verərəm. Onlara da dedim, məsələ təkcə 47 manatda deyil. Öz dərmanlarına 47 manatı tapa bilməyən adamın ailəsinin vəziyyətini təsəvvür eləsinlər. Mən istəyirəm ki, sağlamlığımla maraqlansınlar”.

Şahin Dabaxov hərbi təlimlərə yola düşəndən cəmi 12 gün idi ki, ailə qurmuşdu. Deyir ki, belə olacağını təsəvvür etmirdi, əvvəldən bilsəydi, ailə qurmazdı: “Əlimdə işim var idi, ev təmiri, inşaat işləri ilə məşğul olurdum. Qızıl taxtımız yox idi, amma ailəmi dolandırırdım. İndi üzüm gəlmir ki, 60 yaşlı atamdan pul istəyim. Siqaret çəkirəm, almaq üçün pul istəməyə utanıram”.

Balakən sakininin pensiya məsələsi hələ müzakirə olunmur. Onun sözlərinə görə, hospitaldan verilən sənəddə “qazi şəhadətləndirilməlidir” ifadəsi yer alıb: “Bir çox adamlara göstərdim. Belə başa düşdüm ki, əlilliyim tanınmalıdı. Amma sənəddə həm də o yazılıb ki, beş gün sonra cəbhəyə qayıtmalıyam. Bütün yaralılar kimi mənim evə buraxılmağım da məzuniyyət sayılır. Mən geri qayıtmalıyam, amma qabırğalarımın ağrısından yata bilmirəm”.

Şahin Dabaxov deyir ki, Balakəndə rayon rəhbərliyi təkcə ona biganə münasibət göstərmir. Başqa yaralı döyüş yoldaşından da xəbər bilən yoxdur: “Biri var, məndən də pis yaralanıb. Maddi baxımdan mənim günümdədir. Nə bələdiyyə maraqlanır, nə icra nümayəndəsi, nə də icra hakimiyyəti. Yazıq bir azyaşlı uşaqla kirayədə yaşayır. Yata bilmir, yuxu dərmanları alır ki, gözünü yumsun. Onun qapısını da açan yoxdu. Təkcə gəlib camaat xəbər bilir. Vəzifəli şəxslərdən heç kim gözə görünmür”.

Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT...


Qeyd edək ki, artıq qarşı tərəf olaraq Balakən RİH məsələyə münasibət verib. Həmin açıqlamanı təqdim edirik:

"DİA.az (Dünya İnformasiya Agentliyi) saytında 11 noyabr 2020-ci il tarixində yerləşdirilmiş “Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...” başlıqlı yazı ilə əlaqədar bildiririk ki, Balakən rayon Tülü kənd sakini Dabaxov Şahin Ələddin oğlunun yazıda qeyd etdiyi fikirlər əsassızdır. Belə ki, Şahin Dabaxov Balakən Rayon İcra Hakimiyyətində qəbul olunub, ona maddi və ərzaq yardımı göstərilib, ehtiyacı olan dərman preparatları ilə təmin olunub. RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri Şahin Dabaxovun evində bir neçə dəfə olmuş, problemləri ilə maraqlanmış və həlli istiqamətində tədbirlər görmüşlər.

Həmçinin bildiririk ki, rayonda səfərbərliyə çağrılmış, müharibədə yaralanmış onlarla əsgərin və 22 şəhid ailəsinin müraciətinə həssaslıqla yanaşılır, onların problemlərinin həlli istiqamətində bütün mümkün tədbirlər görülür.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altındakı ərazilərimizin düşməndən azad edildiyi, Vətən müharibəsində qalib gəldiyimiz bir dövrdə bu cür tam araşdırılmamış yazıların saytınızda dərc olunması dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirə biləcəyini nəzərə almağınızı xahiş edirik. Vətən müharibəsi zamanı sosial media, online media və ümumilikdə Kütləvi İnformasiya Vasitələrində işıqlandırılan, cəmiyyətə təqdim edilən istənilən bu formatda informasiyadan düşmənimiz öz maraqları naminə istifadə edə bilər. Bu gün ən çox oxunan, etimad göstərilən bir xəbər saytı olaraq dia.az saytının rəhbərliyindən xahiş edirik ki, yuxarıda qeyd olunanları nəzərə alsın".




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu icra başçısı dəfn olundu
Dünən, 12:07
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ
Dünən, 12:06
"Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi
Dünən, 12:04
AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında
Dünən, 12:03
Ermənistan prezidenti Rusiyaya gedib
Dünən, 12:02
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub” - Ərdoğan
Dünən, 12:01
“Hell”in 130 min cərimələnməsi ilə bağlı qərar verildi
Dünən, 11:48
“Erməni virusu üzərində qələbə çaldıq, indi qarşımızda başqa bir virus var” - deputat
Dünən, 11:44
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirib - FOTO
Dünən, 11:42
Evi tərk edən COVID-19 xəstələri saxlanıld
Dünən, 11:35
Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb
Dünən, 11:34
Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb
Dünən, 11:32
Xudat sakini dəm qazından boğulub
Dünən, 11:28
Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi
Dünən, 11:16
“Qaydalara riayət etsək, yaxın həftələrdə koronavirusa yoluxmada azalmaya nail ola biləcəyik”
Dünən, 11:13
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
Dünən, 11:11
Məlahət Mürşüdlü vəfat edib
Dünən, 11:10
İstisu qəsəbəsindən görüntülər - VİDEO
Dünən, 11:08
Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır – Ermənistan mətbuatı
Dünən, 11:07
Navalnıdan AB-yə: Onlara sanksiya tətbiq edin!
Dünən, 11:05
Gürcüstanda son sutkada 4 472 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
Dünən, 11:00
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 121-ə çatıb
Dünən, 11:00
Donbasdakı son durum açıqlandı
Dünən, 10:51
Laçın həsrətinin bitməsinə 2 gün qaldı - təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək
Dünən, 10:48
Polis rəisinin müavini ürək tutmasından öldü - Vəzifəyə yenicə təyin olunmuşdu
Dünən, 10:45
Ermənistan müdafiə nazirliyində xaos yaşanır
Dünən, 10:37
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
Dünən, 10:35
"Hakimiyyət detallı məlumat verməlidir" - Erməni ombudsman
Dünən, 10:34
Pentensiar Xidməti 48 min manata Azərbaycan bayrağı aldı
Dünən, 10:31
Azərbaycanın qızıl “bitən” torpaqları: - Ermənilərin daşıdığı milyardlar nə olacaq?
Dünən, 10:30
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Dünən, 10:26
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Dünən, 10:22
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər” - Fuat Oktay
Dünən, 10:21
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?
Dünən, 10:17
Bakıda körpəsini və özünü bıçaqlayanın məhkəməsi başlayır
Dünən, 10:09
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
Dünən, 10:08
“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” - Tofiq Zülfüqarov
Dünən, 10:06
Azərbaycan nefti yenidən bahalaşıb
Dünən, 10:03
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...
Dünən, 10:02
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Dünən, 09:59
Terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Dünən, 09:57
Ermənistan ordusunun komandanı məhkəməyə verildi
Dünən, 09:50
Yağış “Kristal Abşeron”un ayıbını ortaya çıxardı... - FOTO
Dünən, 09:48
"Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir" - Hikmət Hacıyev
Dünən, 09:44
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Dünən, 09:41
"Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər"
Dünən, 09:37
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Dünən, 09:35
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Dünən, 09:33
Qonşularımız pullarını "öldürürlər", biz - vergini... - Malı kimə satmalı?
Dünən, 09:28
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru