Səhiyyə Nazirliyi koronavirusla mübarizə aparan həkimlərə əlavə pul ödəyib .....                     Azərbaycanda son sutkada 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib .....                     Azərbaycan qisası qiyamətə saxlamadı .....                     Netanyahu və Əbu Dabinin vəliəhdi Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb .....                     Ermənistan Müdafiə Nazirliyində istefalar davam edir .....                     Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Qarabağda yaradılacaq müşahidə postları arasında patrul xidməti aparılacaq" .....                     Şəhid və qazilərimizin puluna göz dikən baş həkim .....                     Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb .....                     İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin videogörüntüləri .....                     Bərdə–Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb .....                     İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb .....                     Cəlilabadda yaşayış yerini tərk edən üç koronavirus xəstəsi saxlanılıb .....                     Xəzərdə zəlzələ olub .....                     Ermənilərin “İsgəndər" biabırçılığı: .....                     Bayraktar TB2 Rusiyanın nəbzini bu dəfə Krımda yoxladı: .....                     Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır .....                     GDU rektorunun işi araşdırılır.. .....                     “Ağdamı Qafqazın Dubayına çevirmək olar” .....                     Ermənilərdən daha bir saxtakarlıq .....                     Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi .....                     "Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi .....                     Bakının məşhur bazarı köçürülür .....                     Şəhid ailələri və qazilərin kredit borcları necə tənzimlənsin? .....                     Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir .....                     Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib .....                     "Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcək .....                     Onlayn təhsilin ACINACAQLI DURUMU: .....                     Fərhad Əhmədov şəhid polkovniklə görüşündən yazdı .....                     Müharibə bitdi, bazar canlandı: .....                     “Əsirlərimizlə bağlı SOS siqnalı çalınmalı...” .....                     “Prezident Xankəndinə də müzəffər sərkərdə kimi gedəcək” .....                     Azərbaycanın valyuta ehtiyatı proqnozu üstələyib .....                     Bir nəfər cəzalandırılmalıdır ki, hamıya dərs olsun .....                     Ermənistanın iqtisadiyyat naziri istefa verdi .....                     Açıq havada maska taxmaq: Nə qazanıb, nə itiririk? .....                     Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı .....                     Ermənistan ölən hərbçilərinin sığorta pulunu verə bilmir .....                     "Hakimiyyət tamamilə tükəndi, bütün ümidlər Rusiyaya və beynəlxalq strukturlaradır" .....                 

Fars-molla rejiminin ABSURD ƏNDİŞƏSİ... - Niyə narahatdırlar?
Tarix: 9-11-2020, 09:16 | Çap et
Fars-molla rejiminin ABSURD ƏNDİŞƏSİ...
“İranın şimal-qərb sərhədlərinə hər hansı təhdid yoxdur, sabitliyin qorunması, Dağlıq Qarabağ münaqişəsinin Bakı ilə İrəvan arasında dialoq və danışıqlar yolu ilə həll edilməsi vacibdir”.

Ovqat.com xəbər verir ki, İran İslam Respublikası ordusunun quru qoşunları komandanı, briqada general Qiyumars Heydəri Dağlıq Qarabağda gedən döyüşləri şərh edərkən belə deyib.

Onun sözlərinə görə, İranı hər iki qonşusu ilə bir çox ortaq dəyərlər birləşdirir və İran Azərbaycanla Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə, dövlət sərhədlərini qorumağa, problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır.

"Bölgənin geopolitikasını qorumaq İranın qırmızı xəttidir və heç bir qüvvə bölgənin coğrafiyasını dəyişdirməyə çalışmamalıdır",-Heydəri açıqlamasında bildirib.

Qeyd edək ki, sərhədlərin qorunması barədə xəbərdarlıq təkcə Heydəri tərəfindən dilə gətirilməyib. Ondan əvvəl İran dini lideri Xameneyi də bənzər bəyanatla çıxış etmişdi. Dini lider müharibənin 38-ci günü açıqlama verərək, Azərbaycanın ərazi bütünlüyünü tanıdıqlarını bəyan etməklə və Ermənistanı öz qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırmaqla yanaşı, sərhədlərin dəyişilməməsinin vacibliyini vurğulamışdı.

Bəs , görəsən, İranın son vaxtlar tez-tez dövlət sərhədlərin dəyişilməzliyi prinsipini dilə gətirməsinin altında yatan hikmət nədir?

Suallarımızı cavablandıran fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov İran rəsmilərinin bu çağırışlarının gəlişigözəl sözlər olmadığına və Azərbaycan ordusunun Ermənistanın bəzi ərazilərini nəzarətə götürə biləcəyi əndişəsindən doğduğuna inanır. Onun fikrincə, bu narahatlığın əslində real əsasları da yox deyil:

“Əvvəla, ona görə ki, Laçin dəhlizini tam nəzarət altına almaq istəyən Azərbaycan ordusu öz ağır hərbi texnikalarını Qubadlı-Laçın magistralından keçirməlidir. Bu magistral isə bir çox yerlərdə Ermənistanla tam sərhədlərimizdən keçir və həmin xətlə daşınan hərbi texnikalarımız qonşu dövlət tərəfindən atəşə tutulur. Azərbaycan erməni hücumlarının qarşısını almaq üçün istər-istəməz cavab atəşi açmalı, yeri gələndə həmin təhlükəli yerləri tamamilə zərərsizləşdirmək üçün öz nəzarətinə götürməlidir. Əsgərlərimiz Ermənistanın bu ərazilərindən atəşə tutulduğundan Azərbaycanın beynəlxalq hüquqa görə də belə bir haqqı var. 30 il erməni işğalına susan İranın məhz belə bir məqamda sərhədlərin qorunması prinsipini yada salması xeyli düşündürücüdür.

Digər tərəfdən 30 ildir erməni blokadasında qalan Naxçıvanın Azərbaycanın materik hissəsinə birləşdirilməsi də günün vacib tələblərindəndir. Vaxtilə rus imperiyasının Azərbaycandan alıb Ermənistana hədiyyə etdiyi Zəngəzur mahalı bu gün olmasa belə, sabah mütləq gündəmə gələcək və ordumuz öz tarixi torpaqlarını dövlət ərazimizə qatacaq. Bu təkcə Naxçıvanın blokadadan çıxarılması üçün deyil, həm də Türkiyədən başlayaraq, Orta Asiyaya qədər uzanan coğrafiyada zamanın tələbləri ilə qurulması gözlənilən Türk iqtisadi-siyasi əlaqələrinin bərpası üçün vacibdir. Nə yazıq ki, tarixi zərurət halına gələn bu hədəfin reallaşması yolunda ən ciddi əngəllərdən biri də Zəngəzur mahalının erməni işğalında olmasıdır.

Üstəlik, Zəngəzurun 1920-ci ildən sonra Ermənistana verilməsi onun İranla da qonşuluğa sığmayan münasibətlərinə zəmin yaradır. Son müharibə dövründə Rusiyadan Ermənistana göndərilən silah karvanlarının məhz bu ərazidən keçərək ünvanına çatdırıldığına dair çox saylı video-dəlillər ortaya çıxmışdı. Azərbaycan ordusu bu təhlükəli əlaqəyə nəzarət etmək üçün də Zəngəzura sahib çıxmaq durumunda qala bilər. Təsadüfi deyil ki, Türkiyənin milli düşüncəli partiyalarından olan MHP sədri Dövlət Bağçalı da bu xüsusu dilə gətirərək Naxçıvanla Azərbaycanın birləşdirilməsinin tarixi zərurətə çevrildiyini bildirmişdi.

Ayrıca, son müharibə dövründə istər Naxçıvandakı mülki ərazilərimiz, istərsə də işğaldan azad olunan Dağlıq Qarabağ ətrafındakı hərbi mövqelərimiz Ermənistanın bu coğrafiyadakı hərbi birlikləri tərəfindən zaman-zaman atəşə tutulur. Sözsüz ki, Azərbaycan düşmənin bu təcavüzkar siyasətinə laqeyd qala bilməz və onlara layiq olduqları cavabı verməlidir. İranın məhz belə bir zamanda həyəcanlanması, istər dini lideri, istərsə də hərbi komandanlığı çərçivəsində sərt reaksiyalar verməsi heç də yaxın qonşuluq siyasətilə bir araya sığmır”,-Aydəm İsmayılov belə deyib.

Ekspert həmçinin əlavə edib ki, Azərbaycan ordusu öz milli maraqlarımızdan çıxış edərək düşməni zərərsizləşdirməyə çalışır və erməni müqaviməti dövlət sərhədlərimizdən kənara sıçrayarsa, buna cavab vermək məcburiyyətində qalacaq: “Qeyd etdiyim kimi, artıq dəfələrlə Azərbaycan mövqeləri Ermənistan tərəfindən atəşə tutulur, Dağlıq Qarabağda əsgərlərimizlə savaşa qatılanlar arasında Ermənistan vətəndaşları da var. Təkcə bu faktın özü Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığını və ərazisini işğal etdiyini təsdiqləyən ən bariz nümunədir və rəsmi Bakıya müharibəni sərhədlərindən kənara çıxarmaq hüququ verir”.

İranın bu “canıyananlığına” gəlincə, ekspert Tehrana öz daxili problemlərinə zaman ayırmağı məsləhət bilərək, fikrini belə yekunlaşdırıb: “İran Azərbaycanın dəftərinin bir qırağına yazdığı qeydləri artırmasın. Bu günün sabahı var və biz qiyamətə qədər qonşu olaraq yaşayacağıq. Yaxşı olar ki, bir-birimizin üzünə utanmadan baxa bilək”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səhiyyə Nazirliyi koronavirusla mübarizə aparan həkimlərə əlavə pul ödəyib
Dünən, 17:50
Azərbaycanda son sutkada 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib
Dünən, 17:47
Azərbaycan qisası qiyamətə saxlamadı - Koçaryan-Sarqsyan ordusu məhv edildi
Dünən, 17:45
Netanyahu və Əbu Dabinin vəliəhdi Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb
Dünən, 17:32
Ermənistan Müdafiə Nazirliyində istefalar davam edir
Dünən, 17:31
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Dünən, 17:30
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:10
"Qarabağda yaradılacaq müşahidə postları arasında patrul xidməti aparılacaq" - Akar
Dünən, 17:00
Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM
Dünən, 16:59
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
Dünən, 16:51
İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin videogörüntüləri - VİDEO
Dünən, 16:46
Bərdə–Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:41
İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb - SƏRƏNCAM
Dünən, 16:37
Cəlilabadda yaşayış yerini tərk edən üç koronavirus xəstəsi saxlanılıb
Dünən, 16:33
Xəzərdə zəlzələ olub
Dünən, 16:09
Ermənilərin “İsgəndər" biabırçılığı: - Atdıqları raket hədəfdən 6 kilometr yayınıbmış
Dünən, 16:08
Bayraktar TB2 Rusiyanın nəbzini bu dəfə Krımda yoxladı: - Rus HHM sistemləri yenə “lax” çıxdı
Dünən, 16:03
Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır
Dünən, 16:00
GDU rektorunun işi araşdırılır.. - İDDİA
Dünən, 15:59
“Ağdamı Qafqazın Dubayına çevirmək olar” - ekspert danışır
Dünən, 15:54
Ermənilərdən daha bir saxtakarlıq - Fotofakt
Dünən, 15:52
Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi
Dünən, 15:49
"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi
Dünən, 15:46
Bakının məşhur bazarı köçürülür
Dünən, 15:44
Şəhid ailələri və qazilərin kredit borcları necə tənzimlənsin? - VİDEO
Dünən, 15:42
Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir
Dünən, 15:39
Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib
Dünən, 15:38
"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcək
Dünən, 15:35
Onlayn təhsilin ACINACAQLI DURUMU: - İki nazirliyi üz-üzə qoyan problem nədir?
Dünən, 15:30
Fərhad Əhmədov şəhid polkovniklə görüşündən yazdı - FOTO
Dünən, 15:28
Müharibə bitdi, bazar canlandı: - “Azərbaycana pul axını artacaq”
Dünən, 15:25
“Əsirlərimizlə bağlı SOS siqnalı çalınmalı...” - Vəkildən İDDİA
Dünən, 15:21
“Prezident Xankəndinə də müzəffər sərkərdə kimi gedəcək” - deputat
Dünən, 15:20
Azərbaycanın valyuta ehtiyatı proqnozu üstələyib - Artım nəyin hesabınadır?
Dünən, 15:18
Bir nəfər cəzalandırılmalıdır ki, hamıya dərs olsun
Dünən, 15:16
Ermənistanın iqtisadiyyat naziri istefa verdi
Dünən, 15:14
Açıq havada maska taxmaq: Nə qazanıb, nə itiririk? - AKTUAL
Dünən, 15:12
Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi açıqlama
Dünən, 15:10
Ermənistan ölən hərbçilərinin sığorta pulunu verə bilmir - FAKT
Dünən, 15:05
"Hakimiyyət tamamilə tükəndi, bütün ümidlər Rusiyaya və beynəlxalq strukturlaradır"
Dünən, 15:02
"Karantinin sərtləşməməsi üçün ..." - Baş infeksionistdən AÇIQLAMA
Dünən, 15:00
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsinə start verilib
Dünən, 14:58
Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökür
Dünən, 14:56
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - SİYAHI
Dünən, 14:52
Azərbaycan hərbçiləri ermənilərə Gülablıdan çıxmağa yardım edib - VİDEO
Dünən, 14:49
“Biz məğlub olmuşuq, həqiqətən ağrılı vəziyyətdir” - Erməni general
Dünən, 13:11
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rəhbərliyinə ŞOK İTTİHAM - "500 000 manatı açıqca talayırlar..."
Dünən, 13:09
Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək - Belə deyirlər...
Dünən, 13:03
“Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” - ABŞ generalı
Dünən, 12:56
Bir sinifdə oxuyan üç şəhidi siz də TANIYIN
Dünən, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru