Azad olunmuş Qarabağın ümumölkə iqtisadiyyatına verəcəyi töhfə... .....                     Əjdər Həmidov burada dəfn ediləcək .....                     "Brent" neftinin qiyməti sentyabrın əvvəlindən ilk dəfə 48 dolları ötüb .....                     Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... .....                     "Bunlar görünməmiş bir qələbələr idi" .....                     Əgər Əliyev yox, başqası olsaydı, onda Putin... .....                     Kürdəmirdə qəhrəman əsgərimizin anası ÇƏTİN DURUMDA! .....                     “Tezliklə müstəqilliyi itirəcəyik, Ermənistan yox olacaq...” .....                     Sahil Babayevin idarəsindən yeni şikayətlər... .....                     Ermənilər Laçın yolu ilə gedib-gəlməyə qorxur .....                     Sarsıdıcı məğlubiyyət və koronavirus: Ermənistan problemlər girdabında .....                     Qarabağda Azərbaycana sərf edən atəşkəsin imzalanması kimlərə sərf etmir? .....                     "Azərbaycan xalqı heç vaxt qorxaq olmayıb, sadəcə o vaxt onlara ruslar kömək edib" .....                     "Ermənilərin yalan və iftiralarını dəstəkləyən fransız aktyorlar..." .....                     Düşmənin xain mina tələləri .....                     Keçmiş müavinə yüksək vəzifə verilə bilər... .....                     Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi .....                     Neft Fondunun yükünü necə azalda bilərik? .....                     “Vətən müharibəsində qələbəyə görə…” .....                     Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir .....                     “Gözləyirik ki, dekabrın 1-i tamamlansın, çünki bu çox kritik dönəmdir” .....                     Xocalı caniləri harada və necə mühakimə olunacaq? .....                     Tramp jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib .....                     Nəsimi rayon İcra Hakimiyyətində video-müşavirə keçirilib .....                     Qolunu itirmiş qazimizə rəsmi biganəlik... .....                     “Prezident və xanımı öz dininə, islam adət-ənənlərinə riayət edir, sadəlik göstərir və xalqla bir arada olur” .....                     Qarabağ müharibəsini işıqlandıran məşhur türk jurnalisti COVID-19-a yoluxdu .....                     İşğaldan azad olunan Kəlbəcərdən ilk görüntülər .....                     Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub .....                     Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu .....                     Səhiyyə Nazirliyi koronavirusla mübarizə aparan həkimlərə əlavə pul ödəyib .....                     Azərbaycanda son sutkada 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib .....                     Azərbaycan qisası qiyamətə saxlamadı .....                     Netanyahu və Əbu Dabinin vəliəhdi Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb .....                     Ermənistan Müdafiə Nazirliyində istefalar davam edir .....                     Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Qarabağda yaradılacaq müşahidə postları arasında patrul xidməti aparılacaq" .....                     Şəhid və qazilərimizin puluna göz dikən baş həkim .....                     Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb .....                 

Kremlin Qarabağ siyasəti: Putin Türkiyəni də masaya gətirir? - TƏHLİL
Tarix: 31-10-2020, 12:07 | Çap et
Kremlin Qarabağ siyasəti: Putin Türkiyəni də masaya gətirir?
Prezident Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həli ilə bağlı son açıqlaması sentyabrın 27-dən etibarən özünü müşahidəçi kimi təqdim etməyə çalışan Rusiyanın mövqeyinə aydınlıq gətirib.

Yəni ilk günlər hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini əsas gətirən V.Putin Rusiyanın bu məsələdə tərəfsiz olduğunu nümayiş etdirməyə çalışırdı. Ancaq hadisələrin sonrakı inkişafı və prezident Putinin açıqlaması əslində, Kremlin gözləmə mövqeyinə çəkildiyini göstərdi.

Ümumiyyətlə isə Rusiya rəhbərliyinin planı ilk növbədə, Azərbaycanın müəyyən qədər əraziləri işğaldan azad etməsindən sonra prosesə müdaxilə etməklə bölgədə geosiyasi dayaqlarını yenidən möhkəmləndirməkdən ibarət olub. Putin administrasiyasının əsl niyyəti Ermənistanın cəbhədəki məğlubiyyətlərinə laqeyd qalmaqla Nikol Paşinyan hökumətinin devrilməsinə nail olmaq, sonra da tərəfləri atəşkəsə məcbur etməklə sülhməramlılar adı altında münaqişə bölgəsinə Rusiya qoşunlarını yerləşdirmək idi. Lakin bölgədə Türkiyə amilinin getdikcə güclənməsi, coğrafi şərtlər Rusiyanın açıq müdaxiləsinin qarşısını alıb. Üstəlik, Azərbaycanın qısa zamanda geniş əraziləri işğaldan azad etməsi də Rusiya üçün gözlənilməz olduğundan Kreml yeni geosiyasi reallıqlarla üzləşib.

Bunlar ilk növbədə, Türkiyənin Azərbaycanda silahlı qüvvələrini yerləşdirməsi və münaqişənin nizamlanmasında söz sahibinə çevrilməsi nəticəsində geosiyasi balansın dəyişməsidir. İkincisi, Azərbaycanın 27 ildir davam edən status-kvonu aradan qaldırmağa nail olub. Xüsusilə də rəsmi Bakının hərbi əməliyyatları yarımçıq dayandırmaq, Dağlıq Qarabağdakı ermənilərə yüksək özünüidarəetmə statusu vermək və sülhməramlıların bölgəyə yerləşdirilməsi kimi məsələlərdədə güzəştlərdən imtina etməsi Kremlin planlarını pozub. Ona görə də prezident Putinin son təkliflərini əslində, Rusiyanın öz mövqeyini tərəflərə diqtə etməsi və ya diplomatik təzyiqi kimi qiymətləndirmək olar. Rusiyanın hazırkı mövqeyinin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün ilk növbədə, V.Putinin çıxışındakı siyasi tezisləri diqqətlə təhlil etmək lazımdır. “Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”. “Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”. Hər kəsin öz həqiqəti var...

Burada sadə həllər yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü deyirik. Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda effektiv regional inkişaf üçün imkan yaradılsın. On illərlə davam edən münaqişə, tərəflərin effektiv inkişafına imkan vermir. İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır. Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələrinin iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - Rusiya lideri belə vurğulayıb. Göründüyü kimi, Putin yeddi rayonu Azərbaycanın əzəli torpağı adlandırmaqla onu Dağlıq Qarabağdan ayırır. Burada həm Dağlıq Qarabağ ayrıca tərəf kimi təqdim olunur, həm də Azərbaycanın ətraf yeddi rayon üzərində suveren hüquqa malik olduğuna işarə edilir.

Rusiya prezidenti “Dağlıq Qarabağla məsələni ayırd etmək”dən söz açarkən çox güman ki, həmin bölgəyə özünüidarəetmə statusunun verilməsini nəzərdə tutur. Bu məsələdə artıq Azərbaycanın və Rusiyanın mövqeyi üst-üstə düşmür. Azərbaycan artıq ərazilərinin xeyli hissəsini işğaldan azad edən tərəf olduğu üçün döyüş meydanında qalib gəlib. Artıq Azərbaycan Prezidenti də bildirib ki, ermənilərə xüsusi özünüidarəetmə statusunun verilməsindən söhbət gedə bilməz. Dağlıq Qarabağın erməni icmasına Azərbaycanın tərkibində mədəni muxtariyyət verilə bilər. Onlar da digər Azərbaycan vətəndaşları kimi təhlükəsizliyi təmin olunmaqla yaşamaqda davam edəcək. Rusiya Prezidenti isə atəşi dayandımaq və yeddi rayonun 5+2 variantında, yəni mərhələli şəkildə qaytarılmasından söhbət açmaqla prosesi “Madrid prinsipləri”nə qaytarmaq niyyətini nümayiş etdirir. Yəni Rusiya Prezidenti Azərbaycana ən yaxşı halda 5 rayonu azad etdikdən sonra əməliyyatları dayandırmağa çağırış mesajı verir. Azərbaycan ətraf 5 rayondan dördünü- Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlını azad edib.

Çox güman ki, Rusiya prosesi burada dayandırmaqla status-kvonun saxlanılmasına çalışır. Halbuki Hadrut qəsəbəsinin və Xocavənd rayonunun xeyli hissəsini azad edilməsindən sonra Azərbaycan Dağlıq Qarabağın daxili ərazilərinə də nəzarəti ələ alıb. Bu halda, baza prinsiplərində əksini tapmış əvvəl beş, sonra iki rayonun qaytarılması və Dağlıq Qarabağa birinci mərhələdə aralıq, yekunda isə özününidaəretmə statusunun verilməsi kimi təkliflər artıq qüvvəsini itirib. Azərbaycan isə status-kvonun artıq mövcud olmadığını bəyan edib. Putin isə 5+2 variantından söz açmaqla Laçın və Kəlbəcər rayonlarının qaytaraılmasını növbəti mərhələyə saxlamağı təklif edir. Bu da yenidən uzunmüddətli danışıqlar prosesinin başlanılması, Ermənistanın işğal altındakı ərazilərin qalan hissəsində hərbi cəhətdən möhkəmlənməsi, Laçın dəhlizi də daxil olmaqla hər iki rayonun və Dağlıq Qarabağın Ermənistanın nəzarətində qalması deməkdir. Beləliklə, Rusiya status-kvonun və təmas xəttinin bərpasına nail olmağa çalışır. Ancaq BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Azərbaycana Kəlbəcər rayonunun işğalçılardan təmizlənməsi üçün hərbi əməliyyat aparmağa tam hüquq verir.

Azərbaycan Ermənistanın öz qoşunlarını bütün ərazilərdən, o cümlədən Laçın və Kəlbəcər rayonlarından bir neçə gün və ya həftə ərazində çıxaracağına dair cədvəl təqdim etməklə öhdəlik götürdüyü təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib. Rusiya prezidenti Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunmasını şərti ilə ətraf rayonların qaytarılmasının mümkünlüyündən danışır.

Putin qarşılıqlı əlaqədən söz açarkən Laçın dəhlizinin Ermənistanın nəzarətində qalmasına, təhlükəsizliyin təmin olunması rejimini vurğulamaqla status-kvonun saxlanılmasına nəzarət etmək üçün Rusiya hərbi kontingentinin sülhməramlı adı altında bölgəyə yerləşdirilməsinə işarə edir. Halbuki Azərbaycan Dağlıq Qarabağdakı erməni icmasının təhlükəsizliyinə təminat verməyə hazır olduğunu 28 ildir davam edən bütün danışıqlar prosesində bildirib. Lakin 2019-cu ildə Ermənistan rəsmi şəkildə “Təhülkəsizlik müqabilində ərazilər” prinsipindən imtina edib və “Yeni müharibə, yeni ərazilər” şüarı ilə çıxış edib.

Diqqəti cəlb edən xüsusi məqam isə Putinin “Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmağın lazım” olmasını münaqişənin həlli yolu göstərməsidir. Bu nə deməkdir? Putin birinci növbədə, Rusiya tərəfindən ortaya atılmış və sonradan digər həmsədrlərin də siyasi leksikonunda yer almış “Münaqişənin həllində qalib olmamalıdır” prinsipini yenidən gündəmə gətirir. Yəni münaqişə yalnız Azərbaycanın maraqları çərçivəsində həllini tapa bilməz. Bununla da Rusiya prezidenti Azərbaycanın son qələbəyədək mübarizəni davam etdirmək siyasətinin düzgün olmadığını hesab edir. Azərbaycanın qələbəsi regionda geosiyasi balansı dəyişə bilər ki, bu da Rusiyanın maraqlarına ziddir. Ona görə də Putin Ermənistanın maraqlar balansından söz açır. Kremlin rəhbəri Azərbaycanın Türkiyənin dəstəyi ilə Rusiyanın bölgədəki balansı dəyişməsindən narahatlığını ifadə edir.

Ən təhlükəli məqamlardan biri isə Putinin üç tərəf- Azərbaycan, erməni xalqı və Ermənistan arasında maraqlar balansından danışmasıdır. Çox güman ki, Rusiyanın dövlət başçısı erməni xalqı dedikdə, Dağlıq Qarabağ ermənilərini ayrıca tərəf kimi nəzərdə tutur. Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını Ermənistanın maraqları ilə balanslaşdırması isə həmin torpaqlar üzərində işğalçı tərəfin nəzarətini legitim qaydada tanımaq deməkdir. Göründüyü kimi, hərbi əməliyyatlardan narahatlığını dolayısı ilə ifadə edən Putin Azərbaycanı Rusiyanın Cənubi Qafqazda çəkdiyi “qırmızı xətt”i keçməməyə çağırır. Rusiya Prezidentinin Türkiyəni danışıqlara cəlb etməyin mümkünlüyünü dilə gətirməsi isə sadəcə olaraq, diplomatik manevrdir. O, bununla bir tərəfdən, Türkiyənin maraqlarının nəzərər alındığına dair görüntü yaratmaqla Ankaranı sakitləşdirmək, eyni zamanda öz müttəfiqnin əli ilə Azərbaycanı təklif etdiyi şərtlərə razı salmağa çalışır.
Cebhe.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azad olunmuş Qarabağın ümumölkə iqtisadiyyatına verəcəyi töhfə... - TƏHLİL
Bu gün, 09:17
Əjdər Həmidov burada dəfn ediləcək - Açıqlama
Bu gün, 09:15
"Brent" neftinin qiyməti sentyabrın əvvəlindən ilk dəfə 48 dolları ötüb
Bu gün, 09:12
Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY
Bu gün, 09:11
"Bunlar görünməmiş bir qələbələr idi" - deputat
Bu gün, 09:08
Əgər Əliyev yox, başqası olsaydı, onda Putin... - VK
Bu gün, 09:07
Kürdəmirdə qəhrəman əsgərimizin anası ÇƏTİN DURUMDA! - NARAZILIQ...
Bu gün, 09:05
“Tezliklə müstəqilliyi itirəcəyik, Ermənistan yox olacaq...” - İrəvan çıxılmaz durumda
Bu gün, 09:02
Sahil Babayevin idarəsindən yeni şikayətlər... SERİYASI...
Bu gün, 09:01
Ermənilər Laçın yolu ilə gedib-gəlməyə qorxur - “Azərbaycan ordusu 2-2,5 km-likdədir...”
Bu gün, 08:54
Sarsıdıcı məğlubiyyət və koronavirus: Ermənistan problemlər girdabında - GƏLİŞMƏ
Bu gün, 08:46
Qarabağda Azərbaycana sərf edən atəşkəsin imzalanması kimlərə sərf etmir? - TƏHLİL
Bu gün, 08:42
"Azərbaycan xalqı heç vaxt qorxaq olmayıb, sadəcə o vaxt onlara ruslar kömək edib"
Bu gün, 08:40
"Ermənilərin yalan və iftiralarını dəstəkləyən fransız aktyorlar..."
Bu gün, 08:39
Düşmənin xain mina tələləri - Nə etməli?..
Bu gün, 08:36
Keçmiş müavinə yüksək vəzifə verilə bilər... - İDDİA
Bu gün, 08:35
Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
Bu gün, 08:30
Neft Fondunun yükünü necə azalda bilərik? - GƏLİŞMƏ
Bu gün, 08:27
“Vətən müharibəsində qələbəyə görə…” - Deputatdan təklif
Bu gün, 08:26
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - TƏHLİL
Bu gün, 08:24
“Gözləyirik ki, dekabrın 1-i tamamlansın, çünki bu çox kritik dönəmdir” - Partiya sədri
Bu gün, 08:23
Xocalı caniləri harada və necə mühakimə olunacaq? - Vəkil detalları açıqlayır
Bu gün, 08:21
Tramp jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib
Bu gün, 08:18
Nəsimi rayon İcra Hakimiyyətində video-müşavirə keçirilib
Bu gün, 08:16
Qolunu itirmiş qazimizə rəsmi biganəlik... - "Sumqayıtın İcra Başçısı, Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi..."
Bu gün, 08:14
“Prezident və xanımı öz dininə, islam adət-ənənlərinə riayət edir, sadəlik göstərir və xalqla bir arada olur” - ekspert
Bu gün, 08:11
Qarabağ müharibəsini işıqlandıran məşhur türk jurnalisti COVID-19-a yoluxdu - FOTO
Bu gün, 08:09
İşğaldan azad olunan Kəlbəcərdən ilk görüntülər - VİDEO
Bu gün, 08:07
Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub - Müdafiə Nazirliyi
Bu gün, 08:06
Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu - RƏSMİ
Bu gün, 06:15
Səhiyyə Nazirliyi koronavirusla mübarizə aparan həkimlərə əlavə pul ödəyib
Dünən, 17:50
Azərbaycanda son sutkada 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib
Dünən, 17:47
Azərbaycan qisası qiyamətə saxlamadı - Koçaryan-Sarqsyan ordusu məhv edildi
Dünən, 17:45
Netanyahu və Əbu Dabinin vəliəhdi Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb
Dünən, 17:32
Ermənistan Müdafiə Nazirliyində istefalar davam edir
Dünən, 17:31
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Dünən, 17:30
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:10
"Qarabağda yaradılacaq müşahidə postları arasında patrul xidməti aparılacaq" - Akar
Dünən, 17:00
Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM
Dünən, 16:59
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
Dünən, 16:51
İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin videogörüntüləri - VİDEO
Dünən, 16:46
Bərdə–Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:41
İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb - SƏRƏNCAM
Dünən, 16:37
Cəlilabadda yaşayış yerini tərk edən üç koronavirus xəstəsi saxlanılıb
Dünən, 16:33
Xəzərdə zəlzələ olub
Dünən, 16:09
Ermənilərin “İsgəndər" biabırçılığı: - Atdıqları raket hədəfdən 6 kilometr yayınıbmış
Dünən, 16:08
Bayraktar TB2 Rusiyanın nəbzini bu dəfə Krımda yoxladı: - Rus HHM sistemləri yenə “lax” çıxdı
Dünən, 16:03
Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır
Dünən, 16:00
GDU rektorunun işi araşdırılır.. - İDDİA
Dünən, 15:59
“Ağdamı Qafqazın Dubayına çevirmək olar” - ekspert danışır
Dünən, 15:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru