Sahil Babayev ancaq narazılıq yaradır... .....                     "Qarabağın suyu, otu, daşı-divarı muğam idi" .....                     Oqtay Güləliyev koronavirusdan sağaldı .....                     "Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" .....                     “Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir” .....                     “Vecon Consulting” Qarabağ Nümayəndəliyi açır .....                     “DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” .....                     Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb .....                     MİDA-nın başbilənləri dövlət qayğısını necə heçə endirdilərsə... .....                     BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq .....                     Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." .....                     Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? .....                     Goranboyun icra başçısının adı qalmaqalda... .....                     ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir .....                     Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır .....                     Neyrocərrahiyyə Xəstəxanası qəssabxanadır, yoxsa?.. .....                     28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir... .....                     Lombardlardakı girovu bağlayanlar peyda olublar .....                     “Düşmən rus “sülhməramlı”larını çarpaz atəş altında qoymaq istəyir” .....                     Vandallar qənimət bilir, amma: Bizim o işıq dirəklərinə ehtiyacımız yoxdur .....                     Neftin bahalaşması davam edir .....                     Qarabağda sülhməramlıların dislokasiyası məsələsində Türkiyə ilə Rusiya arasında ziddiyyət yaranıb .....                     Lənkəran Dövlət Universitetinin tenderi ləğv edildi .....                     Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir .....                     Həm üçtərəfli razılaşma pozulur, həm də beynəlxalq konvensiya .....                     Ermənistan qonşularını və dünyanı bezdirməkdən əl çəkəcəkmi? .....                     "Bu xəbərdən sonra atamın məzarı başına getdim" .....                     Tanınmış həkimdən TƏBİB-ə və Səhiyyə Nazirliyinə etiraz: .....                     Qobustan sakini çətin durumda... .....                     “Ermənilər məhv edilən muzdluları, terrorçuları qeydiyyata almır” .....                     Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət etdi .....                     Ermənistan yavaş-yavaş Rusiyaya birləşir... .....                     COVİD-19 tüğyan edir, günlük yoluxma və ölüm sayı durmadan artır.... .....                     Dünyada COVID-19-a yoluxma sayı 59 milyonu keçib .....                     ABŞ rəhbərliyinin dəyişilməsinə başlanılır .....                     Səfər Mehdiyevin SİRLİ GÖMRÜK QAPISI... .....                     Lavrov və Şoyqunun qovluğunda nələr vardı? .....                     “Ölkəmiz borcun ÜDM-ə nisbətinə görə ən yaxşı vəziyyətdə olan ilk 10 ölkə arasındadır” .....                     Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur .....                     Şirvan sakini tüstüdən boğularaq ölüb .....                 

"Ermənilər dəridən-qabıqdan çıxır" - Azərbaycanı bu istiqamətdə zəif salmaq üçün
Tarix: 31-10-2020, 10:50 | Çap et
"Ermənilər dəridən-qabıqdan çıxır"
Bütün dinlərdə insanların arasına nifaq toxumu səpmək böyük günah sayılır. Amma sentyabrın 27-dən Ermənistanın ölkəmizə genişmiqyaslı hücumu nəticəsində başlanan Vətən savaşında qardaş Türkiyənin dövlətimizə güclü siyasi və mənəvi dəstəyi işğalçı qüvvələrin havadarlarını bu günaha batmaqdan çəkindirmir.

Azərbaycanla Türkiyənin nümayiş etdirdikləri birlik və həmrəyliyin onları necə qəzəbləndirdiyini və qıcıqlandırdığını görmək üçün Fransa və Rusiya mediasını izləmək kifayətdir.

Əslində, müharibə başlanandan bəri Azərbaycanın yanında olduqlarını birmənalı şəkildə bəyan edən təkcə islam dövlətləri olan Türkiyə və Pakistan deyil. Rəsmi Bakının uğurlu xarici siyasəti sayəsində belə ölkələrin arasında İsrail, İtaliya, Ukrayna, Gürcüstan, Latviya, Litva, Estoniya, Macarıstan və sair bu kimi yəhudi, xristian dövlətlər də var.

Amma erməni havadarlarının gözünə daha çox canımızla, qanımızla, dilimizlə və dinimizlə bağlı olduğumuz Türkiyənin siyasi və media dəstəyi batır. Onların sifarişlərini yerinə yetirən “ekspert”, “politoloq”lar və “jurnalistlər” də kütləvi informasiya vasitələrində və ya Azərbaycan Prezidenti ilə müsahibələrində Türkiyənin ünvanına iftiralar yağdırmaqla iki ölkənin arasına nifaq toxumu salacaqlarını güman edirlər.

“Le Figaro” qəzeti əməkdaşının “Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsində diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar?” və ya “Россия” telekanalında bədnamlıqla tanınmış Vladimir Solovyovun başına topladığı xəstə təfəkkürlü “ekspertlər”in Türkiyə Prezidentinin Azərbaycanı satacağı barədə “əndişələri” çox gülünc səslənsə də, həmçinin təhlükəli niyyətdən xəbər verir. Onlar Türkiyənin regionda gücə çevrilməsini pantürkizmin və panislamizmin sərhədlərinin genişlənəcəyi, neoosmanizm baxımından Azərbaycan variantını Ukraynada və digər ölkələrdə də tətbiq ediləcəyi barədə illüziyalarla ictimaiyyəti qorxutmağa və ictimai rəyi bu istiqamətdə formalaşdırmağa çalışırlar.

Fransanı qoyaq bir kənara, zatən onların ermənipərəstliyi cümlə cahana məlumdur. Bir zamanlar slavyan qardaşlığının güclənməsindən, ermənilərin xristian olduqları üçün müdafiə olunmasının vacibliyindən danışan, amma kefləri istəyəndə bu dəyərlərin daşıyıcılarını aşağılayan, alçaldan Rusiya KİV-lərinə nəzər salaq.

Bu, istər slavyan və xaçpərəst Belarusa, Ukraynaya, istərdə də xristian Gürcüstana və Moldovaya münasibətdə belə olub. Rusiya ilə guya eyni ittifaqda olan Belarusun məhsullarının idxalına vaxtaşırı qadağalar qoyulub, vacib məqamda kredit verməkdən imtina olunub, prezident Aleksandr Lukaşenko federal tv-lərdə ən kobud şəkildə təhqirlərə məruz qalıb, iki ölkə arasında nifaq salmaq üçün bütün əməllərə əl atılıb. Dövlət müstəqilliyini qorumağa, demokratik dəyərlərə sadiq qalmağa cəhd edən Ukraynanın başına gətirilənlər, ukraynalı hərbçiləri alman əsirləri kimi Donbasda kütlənin qarşısına çıxarmaları, ümumiyyətlə, slavyan qardaşlığına tamamilə zidd hərəkətlərdir.

Xristian Gürcüstanın, Ukraynanın və Moldovanın ərazi bütövlüyünü kobudcasına pozaraq torpaqlarını işğal edərkən, gürcüləri, ukraynalıları və moldavanları öz vətənlərində məcburi köçkün durumuna salarkən də dini inanc və dəyərlər yada düşməyib.

Amma islam ölkəsi olsa da, sözün əsl mənasında, dünyəvi dəyərlərə sadiq qalan Azərbaycan nə edir? Ən çətin məqamlarında slavyan və xaçpərəst Belarusa, Ukraynaya, xaçpərəst Gürcüstana dəstək olub. Ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq, heç kimin maliyyə baxımından kömək etmədiyi Belarusa 200 milyon ABŞ dolları məbləğində kredit ayırdı. Nə üçün? Slavyan və xaçpərəst qardaşı Rusiyaya olan qaz borcunu ödəməsi üçün. Belarus prezidenti Aleksandr Lukaşenko bu faktı dəfələrlə minnətdarlıqla etiraf edib.

Gürcüstanın keçmiş prezidenti Mixel Saakaşvili dəfələrlə xatırladıb ki, ölkəsinin ən çətin zamanında Azərbaycan gürcü xalqını soyuqdan donmaqdan xilas edib. Bu il Tovuz hadisələri baş verərkən Azərbaycanın İctimai Televiziyasına müsahibəsində tanınmış siyasətçi ölkəmizin Gürcüstana yardımlarını sadalamışdı: “Azərbaycan bizə çox yardım edib. İlk növbədə 2005-ci ili yada salmaq istərdim. O zaman bizdə böyük enerji böhranı var idi. Gürcüstana daxil olan qaz boruları və elektrik xətləri kəsilmişdi. Azərbaycan bizi – milyonlarla gürcüstanlını – soyuqdan qurtardı. Hətta, deyərdim, aclıqdan, ölümdən xilas etdi. Bu, bir neçə həftə davam edirdi. Həm mən, həm Gürcüstan xalqı bu köməyi heç vaxt unutmarıq. 2008-ci ildə ölkəmiz təcavüzə məruz qaldıqda Azərbaycan iqtisadi müstəvidə enerji hasilatı yönündə bir sıra tədbir gördü ki, bunlar Gürcüstan üçün həyati əhəmiyyət daşıyırdı. Bu, əsl dost, əsl qardaş dəstəyi idi. Heç də hər qardaş Azərbaycanın göstərdiyi köməyi göstərməzdi. Belə məsələlər nəsillər, yüzilliklər boyu yaddaşlarda qalır”.

Azərbaycanın yəhudi dövləti ilə münasibətləri isə bütün dünyanın gözü qarşısındadır. Əgər yəhudi qardaşlarımız İsraildə və başqa ölkələrdə “Qarabağ Azərbaycandır!” şüarını gur səslə hayqırırlarsa, Qərbdə, o cümlədən Avropa ölkələrində İsrail bayrağına bürünüb azərbaycanlılarla birlikdə yürüş və mitinqlərdə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını tələb edirlərsə, bu, xalqımıza baş ucalığı gətirmirmi? Əlbəttə gətirir və biz İsraillə dostluğumuzdan qürur duyuruq.

Yalnız xəstə təfəkkürlü qüvvələr ayrılmaz can olan Azərbaycanla Türkiyənin münasibətlərinin korlanmasına ümid bəsləyə bilərlər. Amma buna nail ola bilməzlər! Əslində, qardaş ölkələrimiz arasında dəfələrlə nifaq salmağa cəhdlər olub.

Ölkələrimiz arasında bayraq nifaqı salmaq istədilər – alınmadı. Bursada Azərbaycan bayrağına qarşı törədilmiş təxribata 2011-ci ildə “Evrovision” mahnı müsabiqəsində qalib gələn ifaçılarımızdan Nigar Camal səhnəyə Türkiyənin dövlət bayrağı ilə çıxmaqla cavab verdi. Bununla da Azərbaycanla Türkiyənin arasına nifaq salmağın qeyri-mümkün olduğu nümayiş etdirildi. Azərbaycan və Türkiyə azərbaycanlı ifaçının bu səmimi addımını ayaqüstə alqışladılar. Ermənistan və onun kimi naqislər isə növbəti dəfə xar oldular.

Qarsda erməni–türk qardaşlıq abidəsi ucaltmağa, bu vilayət tərəfdən Türkiyə–Ermənistan sərhədlərinin açılmasına cəhd edən qüvvələrin də niyyəti baş tutmadı. Qeyd edək ki, bu məsələ zamanı Azərbaycanın Qarsdakı Baş konsulu Həsən Zeynalovun yerli ictimaiyyətlə bərabər atdığı mühüm addımlar bu təxribatın qarşısının alınmasında müstəsna rol oynadı. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində “erməni qardaşlığı” abidəsi tarixin zibil qutusuna göndərildi və Dağlıq Qarabağ münaqişəsi həll olunanadək Ermənistanla sərhədlərin açılmayacağı bir daha, birrmənalı şəkildə və xüsusi qətiyyətlə bəyan edildi.

Azərbaycan və Türkiyə xalqları təkcə canı, qanı, dili eyni olduğu üçün xoşbəxt deyil. Ona görə xoşbəxtik ki, ölkələrimizdə yaşayan hər bir millətə, onların inancına, dilinə, yaşamaq haqqına hörmətlə yanaşırıq.

Bu gün Azərbaycan bölgələrində aparılan Vətən müharibəsində yəhudi, talış, rus, avar, ləzgi, tat və digər millətlərin nümayəndələri iştirak edirlər. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün canından keçən və şəhidliyə ucalan rus, talış, ləzgi, yəhudi əsilli azərbaycanlılar var. Onların hamısı son mənzilə Azərbaycan bayrağına bükülərək yollanırlar. Çünki hamımız Azərbaycanıq və suyunu içdiyimiz, çörəyini yediyimiz, havasını udduğumuz Vətənimizin 27 ildir pozulan haqqının bərpa olunmasını tələb edirik!

Belə xalq və ölkə xoşbəxt deyilmi?! Təbii ki, xoşbəxtdir! Azərbaycan və Türkiyə qardaşlığı və doğmalığı isə bütün bəd niyyətlərin fövqündədir. Onu sarsıtmaq qeyri-mümkündür. İyulun 12-dən başlanan proseslər buna daha bir sübutdur.

Xatirə SADİQ
KONKRET.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahil Babayev ancaq narazılıq yaradır... - FAKTLAR
Bu gün, 10:11
"Qarabağın suyu, otu, daşı-divarı muğam idi"
Bu gün, 10:02
Oqtay Güləliyev koronavirusdan sağaldı
Bu gün, 10:01
"Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" - deputat
Bu gün, 09:58
“Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir” - Tofiq Zülfüqarov
Bu gün, 09:56
“Vecon Consulting” Qarabağ Nümayəndəliyi açır
Bu gün, 09:54
“DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” – “Xankəndinin bir neçə kilometrliyində dayanmağımızın çox sanballı səbəbləri olmalıdır”
Bu gün, 09:47
Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb - SƏBƏB
Bu gün, 09:45
MİDA-nın başbilənləri dövlət qayğısını necə heçə endirdilərsə... - İndi həmin "qayğını" vətəndaş elan saytından SATIN ALIR...
Bu gün, 09:40
BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
Bu gün, 09:37
Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." - Belələri vaxtında cəzalandırılmalı idi...
Bu gün, 09:35
Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? - ШДПШТС
Bu gün, 09:33
Goranboyun icra başçısının adı qalmaqalda... - İTTİHAM
Bu gün, 09:28
ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir – Müharibə yenidən başlaya bilər
Bu gün, 09:23
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır - SİYAHI
Bu gün, 09:20
Neyrocərrahiyyə Xəstəxanası qəssabxanadır, yoxsa?.. - VİDEOGİLEY
Bu gün, 09:19
28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir... - VİDEO
Bu gün, 09:16
Lombardlardakı girovu bağlayanlar peyda olublar - Onların vətəndaşa xeyri nədir?
Bu gün, 09:14
“Düşmən rus “sülhməramlı”larını çarpaz atəş altında qoymaq istəyir” - Ermənilərin məkrli planı
Bu gün, 09:09
Vandallar qənimət bilir, amma: Bizim o işıq dirəklərinə ehtiyacımız yoxdur - AÇIQLAMA
Bu gün, 09:08
Neftin bahalaşması davam edir
Bu gün, 09:06
Qarabağda sülhməramlıların dislokasiyası məsələsində Türkiyə ilə Rusiya arasında ziddiyyət yaranıb - TƏFƏRRÜAT
Bu gün, 09:06
Lənkəran Dövlət Universitetinin tenderi ləğv edildi
Bu gün, 09:04
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir - RƏSMİ
Bu gün, 09:02
Həm üçtərəfli razılaşma pozulur, həm də beynəlxalq konvensiya – DİQQƏT ƏSİRLƏRƏ
Bu gün, 09:01
Ermənistan qonşularını və dünyanı bezdirməkdən əl çəkəcəkmi? - TƏHLİL
Bu gün, 09:00
"Bu xəbərdən sonra atamın məzarı başına getdim"
Bu gün, 08:55
Tanınmış həkimdən TƏBİB-ə və Səhiyyə Nazirliyinə etiraz: - “Sizin ucbatınızdan...”
Bu gün, 08:50
Qobustan sakini çətin durumda... - GİLEY
Bu gün, 08:48
“Ermənilər məhv edilən muzdluları, terrorçuları qeydiyyata almır” - GƏLİŞMƏ
Bu gün, 08:44
Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət etdi - MƏTN
Bu gün, 08:43
Ermənistan yavaş-yavaş Rusiyaya birləşir... - “Ermənistanın bütün sərhədlərində rus bayraqları dalğalanır”
Bu gün, 08:42
COVİD-19 tüğyan edir, günlük yoluxma və ölüm sayı durmadan artır.... - Diqqət, TƏHLÜKƏ!
Bu gün, 08:39
Dünyada COVID-19-a yoluxma sayı 59 milyonu keçib
Bu gün, 08:38
ABŞ rəhbərliyinin dəyişilməsinə başlanılır
Bu gün, 08:37
Səfər Mehdiyevin SİRLİ GÖMRÜK QAPISI... - Vətəndaşın bilgisiz olması kimin işinə yarayır?
Bu gün, 08:36
Lavrov və Şoyqunun qovluğunda nələr vardı? – “Sülhməramlılarla bağlı narahatlıq...”
Bu gün, 08:33
“Ölkəmiz borcun ÜDM-ə nisbətinə görə ən yaxşı vəziyyətdə olan ilk 10 ölkə arasındadır” - deputat
Bu gün, 08:32
Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur - Hande Harmancı
Bu gün, 08:27
Şirvan sakini tüstüdən boğularaq ölüb
Bu gün, 08:26
Teymur Rəcəbov bir günə üç qələbə qazandı
Bu gün, 08:25
Bu gün dollar neçəyədir?
Bu gün, 08:23
“Bu ilin dekabr və gələn ilin yanvar ayları daha böhranlı keçəcək” - ekspert
Dünən, 18:18
Azərbaycanın yeganə keçəçi rəssamı Prezidentə müraciət edib: - “Mənə cəmi 10 gün vaxt verilib ki..."
Dünən, 18:15
Kalının bəyanatı CİDDİ MESAJDIR: - “NATO Qarabağda...”
Dünən, 18:10
Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub
Dünən, 18:07
İşğalın başlanğıcı, qətl edilən Xan ailəsi, uğursuz üsyan... – TARİXİN SANDIĞINDAN
Dünən, 18:00
“Laqeyd yanaşılsa, virusa yoluxma rekord həddə çatacaq” - SOS
Dünən, 17:44
Milli Məclisin koronavirusa yoluxan deputatlarının siyahısı açıqlandı - ADLAR
Dünən, 17:43
“Paşinyanı linç edirlər” - GƏLİŞMƏ
Dünən, 17:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru