Gürcüstanda ötən sutkada koronavirusa 3 128 nəfər yoluxub, 39 pasiyent vəfat edib .....                     Milli Məclisin iclası başladı .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 002-yə çatıb .....                     "Türkiyə-Rusiya-Azərbaycan əlaqələri yeni inkişaf platforması yarada bilər" .....                     "Günay Sığorta"nın departament rəhbəri dəyişdi .....                     Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyula bilər .....                     Supergüclər üz-üzə: Bölgəyə nə vəd edilir? .....                     "Yoluxmanın pis tərəfi odur ki, bütün dünya qapanıb" .....                     “Ermənistanda ən radikal millətçi də hakimiyyətə gəlsə, razılaşmadan çıxa bilməz” .....                     Deputat Ramil Həsənin həyat yoldaşı AXTARIŞA VERİLDİ .....                     "Ermənistan biabırçı məğlubiyyəti ilə barışa bilmir" .....                     Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb .....                     "Müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?" .....                     Şamaxıda avtomobil Müalicə Diaqnostika Mərkəzinin əməkdaşlarını vuraraq öldürüb .....                     İlham Əliyevdən Ərdoğana .....                     "Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular" .....                     Başçının 5 villası var, vətəndaş isə çöllərdə gecələyir... .....                     "Bir daha gücümüzü göstərəcəyik" .....                     Əli Həsənova ağır itki üz verdi .....                     "Ermənistan ordusu demək olar ki, yoxdur" .....                     Prezident SİRRİ AÇDI .....                     "Düşmən bizi buradan gözləyirdi, biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək" .....                     "Paşinyan hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq" .....                     Gəncədə əlilin başına kimlər oyun açır? .....                     Azərbaycan nefti kəskin bahalaşıb .....                     "Onlar bizim arxamızda kişi kimi durdular" .....                     Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı .....                     "Haqq-ədalət bizim tərəfimizdədir" .....                     "Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir" .....                     "Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq" .....                     Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edili .....                     "Bu, bizim böyük uğurumuzdur" .....                     Sahil Babayev ancaq narazılıq yaradır... .....                     "Qarabağın suyu, otu, daşı-divarı muğam idi" .....                     Oqtay Güləliyev koronavirusdan sağaldı .....                     "Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" .....                     “Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir” .....                     “Vecon Consulting” Qarabağ Nümayəndəliyi açır .....                     “DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” .....                     Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb .....                 

Ermənistan büdcəsi dövlət, yoxsa şirkət büdcəsi kimi... - TƏHLİL
Tarix: 31-10-2020, 09:20 | Çap et
Ermənistan büdcəsi dövlət, yoxsa şirkət büdcəsi kimi...
Azərbaycan Ermənistanı bir obyekt gözündə alacaq qədər zəngin, Ermənistan (Rusiyanın obyekti) isə özünü satacaq qədər ehtiyaclı və yoxsuldur

(Qrant Ağasyana cavab əvəzi)

Ermənistanın düşdüyü miskin durumdan çıxması üçün ağlasığmaz ideyalar seriyası davam edir. Biri-birindən irəli gedən avantürist ideyaları göylərdə uçuşur. İnsanlar batdıqca əlini saman çöpünə atmağı son çarə bildiyi kimi, Qrant Aqasyan da daha ambisioz hədəflərlə ümidini itirmiş Ermənistan cəmiyyətini səfərbər etmək istəyir.

Erməni əsilli rusiyalı sahibkar, mesenat və ictimai xadim Qrant Ağasyan hərbi əməliyyatları dayandırmaq üçün “Dağlıq Qarabağ Respublikası”nı Azərbaycandan satın almağı təklif edib.

“Biz, dünyanın ən müxtəlif ölkələrindən olan erməni sahibkarlar bu müharibəni birdəfəlik bitirlmək, sövdələşmə aparmaq üçün hazırıq. Biz bu torpağı qiymətləndirməyə və ona olan iddiaları tamamilə və həmişəlik azərbaycanlı həmkarlarımızdan almağa hazırıq”, - Qrant bildirir.

O, torpağın müstəqil qiymətləndirilməsini, bombardmandan sonra onun real bazar dəyərinin və daşınmaz əmlakın hazırki vəziyyətinin nəzərə alınmasını və ya “Dağlıq Qarabağ Respublikası”na görə Ermənistan və Azərbaycan tərəfinin büdcələrində nə qədər vəsaitin yetmədiyinin hesablanmasını təklif edir.

“Biz erməni sahibkarlar bu vəsaiti toplayacağıq, həmin torpağı alacağıq və orada yaşayan insanlara verəcəyik”, - gənc milyarder bildirib.

Düşmən dövlət olduğu üçün aşağılamıram. Milli ideologiya səviyyəsində olan düşmənə qarşı beyinləri uşaqlıqdan zəhərləyən təbliğat motivlərinə görə bu erməni xalqını məntiqlə xəstə cəmiyyət adlandırmaq olar. XXI əsrdə dövlət səviyyəsində belə bir ideologiyanın daşıyıcısı olan dövlət nəinki çağdaş dövrün dövlət modellərinə, hətta klassik mənada dövlətin təməl anlayışlarını itirmiş durumda görünür. Bir dövlət özünün çıxarları və praqmatik maraqlarını bir kənara qoyub, qeyri-müəyyən gələcək üçün öz millətini zəlil etməsi gerçəkdən orta əsr düşüncəsinin qalıqları sayılmalıdır.

Əlbətdə ki, Azərbaycan torpaqlarını erməni milyarderləri tərəfindən satınalma iddiası olduqca gülüncdür. Özünü qoruma gücü olmayan bir dövlətin başqa dövlət torpaqlarını pulla satınalma cəhdi sadəcə nonsensdir. Amma Azərbaycanın özünün daxili daxili resurslarını mobilizasiya etməsi hesabına Ermənistanın bütün iqtisadi vahidlərini asanlıqla satınala bilər.

Azərbaycan üçün Qarabağda savaş Vətən müharibəsi sayılmaysaydı, asanlıqla valyuta ehtiyatlarından azca xərcləmək hesabına muzdlu döyüşçülər hesabına torpaqları çox asanlıqla ala bilərdi. Amma bir millətin heysiyyatı, milli qüruru və torpağının müqəddəsliyinin dərkı anlayışı varsa, onun sərvətinin çoxluğu milli qeyrətini kölgədə qoymalı deyil. Ona görə insanımız döyüşür, pulumuzu satınalma vasitəsi etmirik.

Ermənistanın 27 il rus-erməni hərbi qoşun heyəti hesabına əldə etdikləri Azərbaycan torpaqlarında daşın-daş üstünə qoya bilmədikləri onların bir dövlət olaraq hansı investisiya potensialına sahib olduqlarını ortaya qoyur. Bunu qaytarılan torpaqlarda hansı sərmayələrin qoyulmadığını təkcə bizlər görmədik. Beynəlxalq hesabatlarda da bu qırmızı hərflərlə keçir.

“Dünya investisiya hesabatı 2020”da qeyd olunur ki, son 6 il ərzində Ermənistana cəmi 1.6 milyard dollar səviyyəsində Birbaşa Xarixi İnvestisiya yatırılıb (müqayisə üçün Azərbaycana 19 milyard dolları). 2019-cu ilədək ölkəyə daxil olan BXİ həcmi isə cəmi 5.9 milyard ABŞ dolları olmuşdur (bu göstərici Azərbaycanda 32 milyard ABŞ dollarıdır). Sən sabit iqtisadi reyslərin mövcud olduğu şəraitdə xarici sərmayəni ölkənə cəlb edə bilməmisənsə, hərbi konfliktin şiddətləndiyi zaman müddətində bunu necə edəcəksən?

Ermənistan regionun enerji layihələrindən tam təcrid halına gəlmiş dövlət iqtisadi dayaqlarını necə yarada biləcəyi infrastrukturu üzərində düşünməkdənsə, ianələrlə dövlət büdcəsini necə doldurmaq haqqında düşünür. Əslində bu durumda olan bir dövlət sabit maliyyə qaynaqlarından məhrum, xarici dövlətlərdə yaşayan həmvətənlərinin maliyyə transfertləri hesabına tədiyyə balansında kövrək müvazinətə nail olmaqdansa, ondan necə xilas olması haqqında düşünməlidir.

Ermənistan büdcəsi dövlət, yoxsa şirkət büdcəsi kimi...

Müharibə başlayandan Azərbaycan dövlət büdcəsi ilin əvvəlində olduğu xərc istiqamətləri üzrə heç bir dəyişiklik aparmayıb. Müdafiə xərclərində heç bir fors-major hal yaranmayıb. Büdcə kərsi həddi böyüməyib. Ümumiyyətlə büdcə ilə bağlı hər hansı sekvestr tətbiq olunmayıb.

Ermənistanın dövlət büdcəsi isə müharibə başlayandan cəmi 10 gün bu xərc “zərbəsinə” dözə bildi. Ermənistan dövlət büdcəsində cari xərclərini artırmaq məcburiyyətində qalıb. Xərcin artımı ÜDM-də payı faizlərlə yox, dəfələrlə artırıb. Əgər büdcə təsdiq olunanda Ermənistanın büdcə kəsri həddi ÜDM-nin 2,4% səviyyəsində proqnozlaşdırılırdısa, son dəyişiklikdən sonra bu rəqəm 7,4%-ə yüksəlib.

Ermənistan rəhbərliyi hələ də başa düşməyib ki, onların bir dövlət kimi büdcə gəlirləri Azərbaycanın təkcə büdcədənkənar bircə fondundan kiçikdir. Azərbaycanın təmir-tikinti, sosialyönlü büdcə yükü, Ermənistandan yenə böyükdür.

Qrant Aqasyan satınalma ideyasını ortaya qoymazdan öncə gərək təəsübünü çəkdiyi bir dövlətin sərvətləri, valyuta ehtiyatları və ixracdan gəlir diapazonuna diqqət yetirəydi. Onda görəcəydi ki, Ermənistanın bu qədər simvolik səviyyədə olan valyuta rezervləri dünya çapında orta səviyyəli şirkətlərin likvid potensialından kiçikdir. Dünyada elə futbol klubları vardır ki, onların transfertlərlə aldıqları oyunçularin dəyəri Ermənistan büdcəsindən bahadır.

Borc bataqlığında olanın satınalma fantaziyası

Q.Aqasyan satınalma haqqında yox, Ermənistan adında dövlətin öz varlığını sürdürmək haqqında düşünə bilməsi onun üçün çox böyük üstünlükdür. İqtisadiyyatını öz yağında bişirə bilsə, bu onlar üçün mühüm avantaj olar. Dərd orasıdır ki, onlarda belə bir fiskal potensial yoxdur. Dövlət öz xərclərini artıq maliyyələşdirə bilmir. Ermənistan dövlət adından daha çox borc yükü altına girməli olub. Müharibə başlanandan sonra təkcə Ermənistanın dövlət borclarının ÜDM-ki payı 6% yüksəlib. Artıq dövlət borclarının həcmi 6 mlrd. dolları ötüb.

Sən dövlət olaraq hələ bu borcu nə zaman qaytarmaq haqqında düşün, sonra torpaqların satınalması kimi sərsəm ideyalarla cəmiyyəti zəhərləyə. Təbii ki, biznesmenlərin torpaqları pulla satın almaq haqqında xəstə düşüncələri orta əsrdən qalma təfəkkürdür. Həmin əsrlərdə torpaqları satınalma üçün xəraclar verilərdi. Onda torpaq müqəddəsliyindən daha çox merkantilist düşüncə də mövcud idi.

Amma XXI əsrdə 2-3 milyonluq dövlət şəkli almamış bir təsisat 10 milyonluq əhalisi, təbii resursu, valyuta ehtiyatları və geniş ərazisi olan bir dövlətdən pay ala bilər? Hələ Azərbaycanın yaxın illərdə artan maliyyə resursları və 10 milyardlarla ölçülən sərmayələri ilə Ermənistana qarşı iqtisadi ekspansiya siyasəti yürütməliyik. Biz çox təvazökar qonşu olmuşuq. İndi artıq qonşuluq münasibətimizin təbiətini kökündən dəyişməliyik. Əzici gücün bütün vektorlarını “Demokl” qılıncı kimi Ermənistanın başı üzərində saxlamalıyıq.

Azərbaycanın Ermənistana qarşı iqtisadi ekspansiyası siyasəti

Azərbaycan torpaqlarımız işğaldan azad olandan sonra görməli olduğumuz birinci iş – Azərbaycan 27 il ərzində dəymiş maddi və qeyri-maddi itkilərlə bağlı yüksək məbləğdə kompensasiya tələbini irəli sürmək olmalıdır.

Qrant Aqasyan bilməlidir ki, xarici impulslar hesabına dövləti sonsuza qədər ayaqda tutmaq mümkün deyil. Azərbaycanlıların belə bir atalar sözü var: “Eldən gələn yardımla öyün olmaz, olsa da doyum olmaz” Xaricdən gələn yardımla bir ölkə büdcəsi dola bilməz, dolsa da öyünə bilməz.

“Kimin pulunu kimə xərcləyirsən?” adlı əhvalat çoxlarına tanışdır. İnsanın pul xərcləmədəki 4-lü kombinasiya var: (ı) öz pulunu özü üçün xərcləyirsə; qiymət və keyfiyyətə baxar, (ıı) öz pulunu başqası üçün xərcləyərsə; yalnız qiymətə baxar, keyfiyyətə baxmaz, (ııı) başqasının pulunu özü üçün xərcləyərsə, yalnız keyfiyyətə baxar, qiymətə baxmaz, (ıv) başqasının pulunu başqası üçün xərclərsə, nə qiymətə, nə də keyfiyyətə baxar.

Bundan Ermənistan üçün hansı mesajın çıxarılması olduqca asandır. Ermənistan başqasının pulun xərcləyər, nə qiymətə baxar, nə keyfiyyətə.

Son: Qrant Aqasyan unutmasın, Ermənistanın dostları Azərbaycan torpaqlarını alacaq qədər varlı, Azərbaycan isə öz torpaqların satacaq qədər yoxsul deyil. Amma Azərbaycan Ermənistanı bir obyekt gözündə alacaq qədər zəngin, Ermənistan (Rusiyanın obyekti) isə özünü satacaq qədər ehtiyaclı və yoxsuldur.

Məhəmməd Talıblı
\\azpolitika.info\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda ötən sutkada koronavirusa 3 128 nəfər yoluxub, 39 pasiyent vəfat edib
Bu gün, 11:07
Milli Məclisin iclası başladı
Bu gün, 11:02
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 002-yə çatıb
Bu gün, 10:57
"Türkiyə-Rusiya-Azərbaycan əlaqələri yeni inkişaf platforması yarada bilər" - ekspert
Bu gün, 10:55
"Günay Sığorta"nın departament rəhbəri dəyişdi - FOTO
Bu gün, 10:52
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyula bilər
Bu gün, 10:49
Supergüclər üz-üzə: Bölgəyə nə vəd edilir? - TƏHLİL
Bu gün, 10:48
"Yoluxmanın pis tərəfi odur ki, bütün dünya qapanıb"
Bu gün, 10:45
“Ermənistanda ən radikal millətçi də hakimiyyətə gəlsə, razılaşmadan çıxa bilməz” - ekspert səbəblərini açıqlayır...
Bu gün, 10:44
Deputat Ramil Həsənin həyat yoldaşı AXTARIŞA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 10:42
"Ermənistan biabırçı məğlubiyyəti ilə barışa bilmir" - Arif Hacılı
Bu gün, 10:41
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Bu gün, 10:39
"Müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?" - Prezident
Bu gün, 10:38
Şamaxıda avtomobil Müalicə Diaqnostika Mərkəzinin əməkdaşlarını vuraraq öldürüb
Bu gün, 10:37
İlham Əliyevdən Ərdoğana XÜSUSİ TƏŞƏKKÜR
Bu gün, 10:36
"Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular" - İlham Əliyev
Bu gün, 10:34
Başçının 5 villası var, vətəndaş isə çöllərdə gecələyir... - NARAZILIQ...
Bu gün, 10:33
"Bir daha gücümüzü göstərəcəyik" - Prezident İlham Əliyev
Bu gün, 10:29
Əli Həsənova ağır itki üz verdi
Bu gün, 10:28
"Ermənistan ordusu demək olar ki, yoxdur" - Dövlət başçısı
Bu gün, 10:27
Prezident SİRRİ AÇDI - "Ağdam əməliyyatı planlaşdırılırdı"
Bu gün, 10:26
"Düşmən bizi buradan gözləyirdi, biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək" - İlham Əliyev uğurlu savaş taktikasından danışdı
Bu gün, 10:25
"Paşinyan hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq" - İlham Əliyev
Bu gün, 10:23
Gəncədə əlilin başına kimlər oyun açır? - GİLEY
Bu gün, 10:22
Azərbaycan nefti kəskin bahalaşıb
Bu gün, 10:20
"Onlar bizim arxamızda kişi kimi durdular" - Prezidentdən dost ölkələrə TƏŞƏKKÜR
Bu gün, 10:20
Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı - "Mən xoşbəxt adamam ki..."
Bu gün, 10:18
"Haqq-ədalət bizim tərəfimizdədir" - Prezident İlham Əliyev
Bu gün, 10:17
"Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir" - İlham Əliyev
Bu gün, 10:15
"Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq" - Dövlət başçısı
Bu gün, 10:14
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edili - DİN
Bu gün, 10:13
"Bu, bizim böyük uğurumuzdur" - Prezident İlham Əliyev
Bu gün, 10:12
Sahil Babayev ancaq narazılıq yaradır... - FAKTLAR
Bu gün, 10:11
"Qarabağın suyu, otu, daşı-divarı muğam idi"
Bu gün, 10:02
Oqtay Güləliyev koronavirusdan sağaldı
Bu gün, 10:01
"Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" - deputat
Bu gün, 09:58
“Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir” - Tofiq Zülfüqarov
Bu gün, 09:56
“Vecon Consulting” Qarabağ Nümayəndəliyi açır
Bu gün, 09:54
“DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” – “Xankəndinin bir neçə kilometrliyində dayanmağımızın çox sanballı səbəbləri olmalıdır”
Bu gün, 09:47
Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb - SƏBƏB
Bu gün, 09:45
MİDA-nın başbilənləri dövlət qayğısını necə heçə endirdilərsə... - İndi həmin "qayğını" vətəndaş elan saytından SATIN ALIR...
Bu gün, 09:40
BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
Bu gün, 09:37
Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." - Belələri vaxtında cəzalandırılmalı idi...
Bu gün, 09:35
Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? - ШДПШТС
Bu gün, 09:33
Goranboyun icra başçısının adı qalmaqalda... - İTTİHAM
Bu gün, 09:28
ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir – Müharibə yenidən başlaya bilər
Bu gün, 09:23
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır - SİYAHI
Bu gün, 09:20
Neyrocərrahiyyə Xəstəxanası qəssabxanadır, yoxsa?.. - VİDEOGİLEY
Bu gün, 09:19
28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir... - VİDEO
Bu gün, 09:16
Lombardlardakı girovu bağlayanlar peyda olublar - Onların vətəndaşa xeyri nədir?
Bu gün, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru