"Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir" .....                     "Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq" .....                     Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edili .....                     "Bu, bizim böyük uğurumuzdur" .....                     Sahil Babayev ancaq narazılıq yaradır... .....                     "Qarabağın suyu, otu, daşı-divarı muğam idi" .....                     Oqtay Güləliyev koronavirusdan sağaldı .....                     "Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" .....                     “Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir” .....                     “Vecon Consulting” Qarabağ Nümayəndəliyi açır .....                     “DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” .....                     Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb .....                     MİDA-nın başbilənləri dövlət qayğısını necə heçə endirdilərsə... .....                     BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq .....                     Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." .....                     Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? .....                     Goranboyun icra başçısının adı qalmaqalda... .....                     ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir .....                     Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır .....                     Neyrocərrahiyyə Xəstəxanası qəssabxanadır, yoxsa?.. .....                     28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir... .....                     Lombardlardakı girovu bağlayanlar peyda olublar .....                     “Düşmən rus “sülhməramlı”larını çarpaz atəş altında qoymaq istəyir” .....                     Vandallar qənimət bilir, amma: Bizim o işıq dirəklərinə ehtiyacımız yoxdur .....                     Neftin bahalaşması davam edir .....                     Qarabağda sülhməramlıların dislokasiyası məsələsində Türkiyə ilə Rusiya arasında ziddiyyət yaranıb .....                     Lənkəran Dövlət Universitetinin tenderi ləğv edildi .....                     Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir .....                     Həm üçtərəfli razılaşma pozulur, həm də beynəlxalq konvensiya .....                     Ermənistan qonşularını və dünyanı bezdirməkdən əl çəkəcəkmi? .....                     "Bu xəbərdən sonra atamın məzarı başına getdim" .....                     Tanınmış həkimdən TƏBİB-ə və Səhiyyə Nazirliyinə etiraz: .....                     Qobustan sakini çətin durumda... .....                     “Ermənilər məhv edilən muzdluları, terrorçuları qeydiyyata almır” .....                     Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət etdi .....                     Ermənistan yavaş-yavaş Rusiyaya birləşir... .....                     COVİD-19 tüğyan edir, günlük yoluxma və ölüm sayı durmadan artır.... .....                     Dünyada COVID-19-a yoluxma sayı 59 milyonu keçib .....                     ABŞ rəhbərliyinin dəyişilməsinə başlanılır .....                     Səfər Mehdiyevin SİRLİ GÖMRÜK QAPISI... .....                 

Ermənistan ordusu dağılır - Qarabağda ölmək istəməyənlər döyüş bölgəsindən qaçırlar
Tarix: 31-10-2020, 09:03 | Çap et
Ermənistan ordusu dağılır
Ermənistan ordusunda sentyabrın 27-dən bu günə qədər davam edən müddətdə baş verən qiyamların sayı sürətlə artmaqdadır. Qarabağ cəbhəsində törətdiyi təxribatlarla “öz qazdığı quyuya düşən” təcavüzkar ölkə artıq bu qiyamın qarşısını almaqda acizlik çəkir. Erməni hərbçilər ön cəbhəyə gedib, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında məhv olmaq istəmirlər.

Döyüş üçün səfərbərliyə alınanlar nəinki ordudan yayınmaq üçün bütün yollara əl atırlar, hətta açıq şəkildə müqavimət göstərirlər. Bir sözlə, ermənilər başqasının torpağında döyüşüb məhv olduqlarını görməmiş deyillər.

Heç şübhəsiz ki, bu durum işğal altındakı torpaqlardan mənfur düşməni təmizləmək üçün Vətən müharibəsi başladan Azərbaycanın işinə tam yarayır. Mövcud durumun düşmən cəbhədə nə vaxta qədər davam edəcəyi, erməni ordusunu nələrin gözlədiyi, eləcə də, Azərbaycanın əks tərəfdəki bu qiyamlardan necə yararlanamalıdır yönündə çoxsaylı müzakirələr gedir.

Siyasi şərhçi Əhəd Məmmədli “Yeni Müsavat”a açıqlamasında erməni ordusunda baş verənlərdə təəccüblü heç nəyin olmadığını söylədi: “Ermənilərin bu vəziyyəti Azərbaycanın işğal altındakı əraziləri tam şəkildə azad olunana, Şuşa tam şəkildə nəzarətimiz altına keçənə qədər davam edəcək. Gördüyünüz kimi, ordumuz əsas iki istiqamətdə güc ortaya qoyub. İranla dövlət sərhədi nəzarətə götürülüb. İndi isə Ermənistanla dövlət sərhədi və Şuşa məsələsi həll olunmalıdır. Bu həll olunandan sonra düşmən güzəştlərə getməyə məcbur olacaq. Əslində son bir ayda gedən proseslər onu göstərdi ki, məsələ sürətlə bitməyə doğru gedir. Bu müharibə üçün böyük müddət deyil. Azərbaycanın istəyi artıq həyata keçməkdədir. Erməni ordusunun nə vəziyyətdə olduğu müharibədən bu günə qədər keçən müddətdə özünü açıq göstərdi. Bu ordu bütün cəhətlərdən Azərbaycan Ordusu ilə müqayisə oluna bilməz. Biz öz torpaqlarımız, onlar isə işğal etdikləri ərazilər uğrunda mübarizə aparırlar. Düşmənin hərbçilərinin ön xətdə getməkdən yayınmaları, döyüş meydanından qaçmaları hər şeyin sübutudur. Bu hal bundan sonra da davam edəcək. Onların bir qismini sadəcə indiyə qədər inandıra bilmişdilər ki, Qarabağ onların torpağıdır. Bu fikir darmadağın edildi. Azərbaycan hərb meydanında və diplomatik sahədə bunları etdi. Fanatik, ideoloji cəhətdən onlar buna inanırdılar. İnanırdılar ki, öz torpaqları uğrunda döyüşürlər və ölürlər. Onların döyüş qabiliyyətləri yoxdur. Havadarlarından bir çoxlarının erməniləri tərk etmələrindən sonra düşmən hansı vəziyyətə düşdü, hamımız gördük. Sadəcə, erməni ordusunda mif yaradılmışdı və Azərbaycan Ordusu ciddi güc tətbiq etmədən bu mifi məhv etdi. Artıq onlar reallıqlarla barışıblar, sadəcə, son çabalarını sərf edirlər”.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli məsələni bu cür şərh etdi: “Azərbaycan Ordusu peşəkar ordudur. Böyük nailiyyətlər əldə edib. Düşmənin ordusu zəif idi. Onların təriflədiyi xüsusi təyinatlıları, kəşfiyyat qrupları, illərlə hazırladıqları istehkamlar darmadağın edildi. Bunu erməni hərbçilər yaxşı görür. Bunun üçün də ölmək istəmirlər. Onlar görürlər ki, Azərbaycan Ordusunun zəif olması barədə onlara deyilənlər yalandır, əksinə güclüdür, sadəcə, uydurulan xülyalara inanıblar. Deyilənlərin əksini görəndə ordu dözə bilmir. Getdikcə erməni ordusunda qiyamlar artacaq. Hakimiyyət böhranından sonra dövlət böhranının şahidi olacağıq. Bu, qaçılmazdır. Ermənilərin orduya gəlməmələrinə səbəblərdən biri də bu orduda ruh düşkünlüyünün həddindən artıq dərinləşməsidir. Yüksəkliklər bir-birinin ardınca əldən verilir, texnikalar sıradan çıxarılır. Onların Qarabağda məzarlığı ola bilməz. Çünki məzarlıq müqəddəs yerdir. Onlar cəhənnəmdədirlər, ayaqlarının altı od tutub yanır. Erməni əsgəri yaxşı bilir ki, Qarabağa gəlsə məhv olacaq. Bunun üçün ordudan yayınır. Erməni cəmiyyəti, hərbiçiləri və onları idarə edənlər başa düşürlər ki, məğlubiyyətin astanasındadırlar. Biz bunu futbolla əlaqələndirsək, ikinci hissənin ortalarından sonra böyük hesabla uduzan komanda bilir ki, artıq oyunu xilas etmək olmaz, bunun üçün topu ora-bura vurur. Ermənilərin mülki əhalimizi atəşə tutmaları bunun kimi bir şeydir. Düşünürlər ki, bu cür çirkin yollarla nəyəsə nail olacaqlar, yanılırlar. Bundan sonra onların qazanacaqları bir şey qalmayıb. Sona qədər gedib, torpaqlarımızı azad edəcəyik. Nəticələr ortada olandan, yeni-yeni nəticələr Azərbaycan Ordusu qazanandan sonra erməni ordusunda qiyamlar getdikdə artır, insanlar orduya gəlib döyüşmək istəmirlər, nəticələr qazanacaqlarına inanmırlar. Əks tərəfdə, yəni Azərbaycan tərəfdə isə xalqın və ordunun böyük əhval-ruhiyyəsi var. Azad olunan torpaqlar ard-arda açıqlanır. Bunu ermənilər həzm edə bilmirlər. Amma başqa çarələrinin qalmadığını da görürlər.

İndi 90-cı illərin əvvəlində olan vəziyyət deyil. Bunu Ermənistan tərəfi yaxşı görür. İşğal və məğlubiyyəti gizlədə bilmirlər. Hətta taktiki, qismən geri çəkilmə kimi gülünc oyunlar qurub, erməni cəmiyyətindən nəyisə gizlətmək istədilər. Amma sonda qondarma rejimin rəhbərliyi, eləcə də, Ermənistan rəhbərliyi həqiqətləri etiraf etmək zorundadırlar. Rusiyadakı məşhur erməni milyonçusunun Paşinyana etdiyi müraciət hər şeyin sübutudur. Ermənistan daxilindən də erməni baş nazirə edilən müraciətlər az deyil. Məğlubiyyəti yaşayandan sonra onları qarşı hələ siyasi, iqtisadi böhran gözləyir. Bu da sonunda hakimiyyət böhranı ilə nəticələnəcək. Biz bundan sonra tez-tez Ermənistanda hakimiyyət çevirilişlərinin şahidi olacağıq. Düşmən ölkə bu müharibədə hərbi və iqtisadi cəhətdən 30-50 il geri atılıb. Biz torpaqlarımızı azad edəndən sonra bölgənin ən güclü dövlətinə çevriləcəyik. Ermənistanın vaxtında şansı var idi. Qərbində Türkiyə, şərqində Azərbaycan kimi böyük dövlətlə əməkdaşlıq edib, təcavüzkar siyasətinə son qoya bilərdi. Amma onlar normal bir ölkə kimi yaşamaq istəmədilər. Ermənistanda ağlı başında olan adamlar oranı tərk edib gedəcəklər".
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir" - İlham Əliyev
Bu gün, 10:15
"Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq" - Dövlət başçısı
Bu gün, 10:14
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edili - DİN
Bu gün, 10:13
"Bu, bizim böyük uğurumuzdur" - Prezident İlham Əliyev
Bu gün, 10:12
Sahil Babayev ancaq narazılıq yaradır... - FAKTLAR
Bu gün, 10:11
"Qarabağın suyu, otu, daşı-divarı muğam idi"
Bu gün, 10:02
Oqtay Güləliyev koronavirusdan sağaldı
Bu gün, 10:01
"Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" - deputat
Bu gün, 09:58
“Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir” - Tofiq Zülfüqarov
Bu gün, 09:56
“Vecon Consulting” Qarabağ Nümayəndəliyi açır
Bu gün, 09:54
“DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” – “Xankəndinin bir neçə kilometrliyində dayanmağımızın çox sanballı səbəbləri olmalıdır”
Bu gün, 09:47
Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb - SƏBƏB
Bu gün, 09:45
MİDA-nın başbilənləri dövlət qayğısını necə heçə endirdilərsə... - İndi həmin "qayğını" vətəndaş elan saytından SATIN ALIR...
Bu gün, 09:40
BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
Bu gün, 09:37
Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." - Belələri vaxtında cəzalandırılmalı idi...
Bu gün, 09:35
Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? - ШДПШТС
Bu gün, 09:33
Goranboyun icra başçısının adı qalmaqalda... - İTTİHAM
Bu gün, 09:28
ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir – Müharibə yenidən başlaya bilər
Bu gün, 09:23
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır - SİYAHI
Bu gün, 09:20
Neyrocərrahiyyə Xəstəxanası qəssabxanadır, yoxsa?.. - VİDEOGİLEY
Bu gün, 09:19
28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir... - VİDEO
Bu gün, 09:16
Lombardlardakı girovu bağlayanlar peyda olublar - Onların vətəndaşa xeyri nədir?
Bu gün, 09:14
“Düşmən rus “sülhməramlı”larını çarpaz atəş altında qoymaq istəyir” - Ermənilərin məkrli planı
Bu gün, 09:09
Vandallar qənimət bilir, amma: Bizim o işıq dirəklərinə ehtiyacımız yoxdur - AÇIQLAMA
Bu gün, 09:08
Neftin bahalaşması davam edir
Bu gün, 09:06
Qarabağda sülhməramlıların dislokasiyası məsələsində Türkiyə ilə Rusiya arasında ziddiyyət yaranıb - TƏFƏRRÜAT
Bu gün, 09:06
Lənkəran Dövlət Universitetinin tenderi ləğv edildi
Bu gün, 09:04
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir - RƏSMİ
Bu gün, 09:02
Həm üçtərəfli razılaşma pozulur, həm də beynəlxalq konvensiya – DİQQƏT ƏSİRLƏRƏ
Bu gün, 09:01
Ermənistan qonşularını və dünyanı bezdirməkdən əl çəkəcəkmi? - TƏHLİL
Bu gün, 09:00
"Bu xəbərdən sonra atamın məzarı başına getdim"
Bu gün, 08:55
Tanınmış həkimdən TƏBİB-ə və Səhiyyə Nazirliyinə etiraz: - “Sizin ucbatınızdan...”
Bu gün, 08:50
Qobustan sakini çətin durumda... - GİLEY
Bu gün, 08:48
“Ermənilər məhv edilən muzdluları, terrorçuları qeydiyyata almır” - GƏLİŞMƏ
Bu gün, 08:44
Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət etdi - MƏTN
Bu gün, 08:43
Ermənistan yavaş-yavaş Rusiyaya birləşir... - “Ermənistanın bütün sərhədlərində rus bayraqları dalğalanır”
Bu gün, 08:42
COVİD-19 tüğyan edir, günlük yoluxma və ölüm sayı durmadan artır.... - Diqqət, TƏHLÜKƏ!
Bu gün, 08:39
Dünyada COVID-19-a yoluxma sayı 59 milyonu keçib
Bu gün, 08:38
ABŞ rəhbərliyinin dəyişilməsinə başlanılır
Bu gün, 08:37
Səfər Mehdiyevin SİRLİ GÖMRÜK QAPISI... - Vətəndaşın bilgisiz olması kimin işinə yarayır?
Bu gün, 08:36
Lavrov və Şoyqunun qovluğunda nələr vardı? – “Sülhməramlılarla bağlı narahatlıq...”
Bu gün, 08:33
“Ölkəmiz borcun ÜDM-ə nisbətinə görə ən yaxşı vəziyyətdə olan ilk 10 ölkə arasındadır” - deputat
Bu gün, 08:32
Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur - Hande Harmancı
Bu gün, 08:27
Şirvan sakini tüstüdən boğularaq ölüb
Bu gün, 08:26
Teymur Rəcəbov bir günə üç qələbə qazandı
Bu gün, 08:25
Bu gün dollar neçəyədir?
Bu gün, 08:23
“Bu ilin dekabr və gələn ilin yanvar ayları daha böhranlı keçəcək” - ekspert
Dünən, 18:18
Azərbaycanın yeganə keçəçi rəssamı Prezidentə müraciət edib: - “Mənə cəmi 10 gün vaxt verilib ki..."
Dünən, 18:15
Kalının bəyanatı CİDDİ MESAJDIR: - “NATO Qarabağda...”
Dünən, 18:10
Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru