Milli Məclisin iclası başladı .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 002-yə çatıb .....                     "Türkiyə-Rusiya-Azərbaycan əlaqələri yeni inkişaf platforması yarada bilər" .....                     "Günay Sığorta"nın departament rəhbəri dəyişdi .....                     Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyula bilər .....                     Supergüclər üz-üzə: Bölgəyə nə vəd edilir? .....                     "Yoluxmanın pis tərəfi odur ki, bütün dünya qapanıb" .....                     “Ermənistanda ən radikal millətçi də hakimiyyətə gəlsə, razılaşmadan çıxa bilməz” .....                     Deputat Ramil Həsənin həyat yoldaşı AXTARIŞA VERİLDİ .....                     "Ermənistan biabırçı məğlubiyyəti ilə barışa bilmir" .....                     Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb .....                     "Müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?" .....                     Şamaxıda avtomobil Müalicə Diaqnostika Mərkəzinin əməkdaşlarını vuraraq öldürüb .....                     İlham Əliyevdən Ərdoğana .....                     "Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular" .....                     Başçının 5 villası var, vətəndaş isə çöllərdə gecələyir... .....                     "Bir daha gücümüzü göstərəcəyik" .....                     Əli Həsənova ağır itki üz verdi .....                     "Ermənistan ordusu demək olar ki, yoxdur" .....                     Prezident SİRRİ AÇDI .....                     "Düşmən bizi buradan gözləyirdi, biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək" .....                     "Paşinyan hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq" .....                     Gəncədə əlilin başına kimlər oyun açır? .....                     Azərbaycan nefti kəskin bahalaşıb .....                     "Onlar bizim arxamızda kişi kimi durdular" .....                     Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı .....                     "Haqq-ədalət bizim tərəfimizdədir" .....                     "Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir" .....                     "Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq" .....                     Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edili .....                     "Bu, bizim böyük uğurumuzdur" .....                     Sahil Babayev ancaq narazılıq yaradır... .....                     "Qarabağın suyu, otu, daşı-divarı muğam idi" .....                     Oqtay Güləliyev koronavirusdan sağaldı .....                     "Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" .....                     “Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir” .....                     “Vecon Consulting” Qarabağ Nümayəndəliyi açır .....                     “DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” .....                     Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb .....                     MİDA-nın başbilənləri dövlət qayğısını necə heçə endirdilərsə... .....                 

Təhsildə yaranmış boşluq sonradan bərpa edilə biləcəkmi? - AKTUAL
Tarix: 31-10-2020, 08:28 | Çap et
Təhsildə yaranmış boşluq sonradan bərpa edilə biləcəkmi?
Məlum olduğu kimi, xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil ediləcək. Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” oktyabrın 29-da imzalanan qərarında əksini tapıb.

İddialara görə, bu hal dekabrın 1-nə kimi davam edə bilər. O da məlumdur ki, Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağ münaqişəsi ilə bağlı sentyabrın 27-də döyüşlər başlandığından ölkədə internet məhdudlaşdırılıb. Bu da dərslərin onlayn keçirilməsində xeyli çətinliklər yaradır.

Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da elə bununla bağlı brifinq keçirib. Nazir qeyd edib ki, noyabrın 2-dən bütün təhsil müəssisələrinin distant təhsilə keçilməsi üçün iki həftəlik hazırlıq işləri görülüb. Nazir bu proseslə bağlı müəyyən problemlərin yaranmasını da istisna etməyib, amma vəziyyətin mürəkkəbliyini nəzərə alaraq distant təhsilə keçməyin vacib olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, əsas məsələ budur ki, “Microsoft Teams” proqramı bərpa edilib və bu proqrama daxil olmaq üçün Azərbaycanda problem yoxdur və platformalar VPN-siz işləyəcək: “İnternetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı ilə bağlı problemlər var. Bir çox brauzerlər köhnə versiyada olduğu üçün proqram işləmir, bu hallar da var. 10-15 faiz istifadəçidə internet olsa da, sadaladığım məsələlərə görə problem olur, ona görə çalışırıq maarifləndirmə işi aparaq”.

Bəs uzun müddətdir ki, təhsildə yaranmış boşluqları sonradan necə bərpa etmək mümkündür?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk növbədə qeyd edim ki, pandemiya dünyada təhsil sisteminə təsirsiz qalmadı. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi, sadəcə proseslərin arxasınca getmişdir. Pandemiya ölkəmizdə yayılmağa başlayanda ilk mərhələdə martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı. Bu da ölkəmizdə virusa yoluxanların sayının digər dünya ölkələri ilə müqayisədə az olmasına gətirib çıxardı. Çünki ölkə təhsili öz ətrafında 2 milyondan çox şəxsi birləşdirir və gün ərzində təhsil müəssisələrinə bu qədər insan daxil olur. Bu da böyük hərəkət qüvvəsi deməkdir. Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili, virtual məktəb kimi platformalar hesabına tədrisin geridə qalan hissəsi təmin edildi. Əlbəttə, burada müəyyən qədər dövlət qurumlarının səhlənkarlığından da danışmalıyıq. Çünki 2020-ci ilin mart ayının 3-dən etibarən ölkədə pandemiya səbəbindən ənənəvi formada tədris prosesinin həyata keçirilməsi mümkün olmadı. Həmin vaxt Təhsil Nazirliyi müsbət və çevik qərar qəbul edərək, 11 martdan tele-dərslərə, aprelin 2-dən etibarən isə virtual məktəb layihəsini həyata keçirməyə başladı. 2019-2020-ci tədris ili bu üsul və vasitələrdən istifadə etməklə başa çatdırıldı. 2020-2021-ci tədris ilində artıq qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması üçün müəyyən layihələr, təkliflər və planlar hazırlanmalı idi. Amma bu, baş vermədi.

Məlum olduğu kimi sentyabrın 15-dən etibarən ibtidai siniflər üzrə mərhələli şəkildə 640 min şagirdi əhatə edən dərslər başlamışdı. Ondan sonrakı mərhələdə, oktyabrın 1-dən V-IX siniflər məktəblərə gəlməli idi. Oktyabrın 19-dan X-XI sinif şagirdləri dərslərdə ənənəvi formada ən azı həftədə iki dəfə iştirak etməli idilər. Amma 27 sentyabrdan etibarən müharibə başladığına görə, ölkədə internetin verilməsində məhdudiyyətlər yarandı və şagirdlər onlayn tədris prosesindən, eyni zamanda ənənəvi formada olan dərslərdən də kənarda qaldılar".

Kamran Əsədov qeyd edib ki, hazırda təhsilin qarşısında iki vacib məsələ dayanır: “Birinci məsələ keçirilməyən dərslərin kompensasiyası, ikincisi isə 2021-ci ildə keçirilməsi nəzərdə tutulan qəbul və buraxılış imtahanlarıdır. Nəzərə alsaq ki, 2020-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarında test tapşırıqlarındakı sualların mövzuları mart ayının 3-nə qədər olan mövzular idi və martın 3-dən sonrakı mövzular da tədris prosesində istifadə edilmədi. 2021-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında ciddi problemlər yaranacaq. Ona görə də, ən vacib məqam tədrisin kompensasiyası məsələsidir.

Noyabrın 2-nə qədər növbədənkənar tətil elan edilib və ilk dəfədir ki, Azərbaycanda tədris ilinin gedişində məhz ali təhsil müəssislərində də tətil elan olunub. Burada keçirilməyən mövzuların sonradan digər tətillər hesabına kompensasiyası mümkündür, yəni noyabr ayının ikinci həftəsində, yaxud da Yeni il, Novruz tətili günlərində tədris prosesinin keçirilməsi mümkündür. Bu da yetərli olmayacaq. Ən azından onlayn tədris həyata keçirilməli idi. Amma indiyə qədər “Microsoft”, “Zoom”, “Skype” kimi proqramların üzərində qalmışıq. Mart ayından bu günə qədər Təhsil Nazirliyi özünün onlayn platforma sistemini yaratmalı idi ki, hər hansı fövqəladə vəziyyətdə, müharibə şəraitində tədris prosesinin həyata keçirilməsi mümkün olsun. Digər tərəfdən, Təhsil Nazirliyi özünün vahid videokonfrans platformasını yaratmalıdır ki, şagirdlər və müəllimlər həmin onlayn platformadan istifadə etməklə tədris prosesində iştirak etsinlər. Üçüncüsü, biz dərsliklərimizi və proqramlarımızı sadələşdirməliyik. Şagirdlərə yalnız zəruri biliklər verməliyik ki, həmin biliklərlə qəbul və buraxılış imtahanlarında iştirak edə bilsinlər".

Kamran Əsədov qeyd edib ki, təhsil haqları ilə bağlı məsələyə də yenidən baxılmasına ehtiyac var: “Burada ali təhsillə bağlı digər bir məsələ də var. Təəssüf ki, indiyə qədər ali təhsil müəssisələrində tədris prosesi keçirilməsə belə, tələbələrdən sanki dərslər keçirilirmiş kimi, təhsil haqqını tələb edirlər. Bu, düzgün deyil. Hazırda ali təhsil müəssisələrinin xərcləri dəfələrlə azalıb və ona görə də təhsil haqlarına da yenidən baxmaq lazımdır”.

Təhsil eksperti Məlahət Mürşüdlü isə qeyd edib: “Sözsüz ki, təhsildə yaranmış boşluqlar təbiidir. Bu nə Təhsil Nazilriyinin, nə də digər qurumların fəaliyyətindən asılıdır, bütün dünyada vəziyyət bu cürdür. Müşahidə edirik ki, bütün dünyada onlayn təhsilə keçid startı verilib. Bu çatışmazlıqlar yenə də davam edəcək. Bunlardan əsas olanlardan biri internet problemidir. Xüsusən də kənd və bölgələrdə bu problem yenə də yaşanacaq. Cəbhədəki vəziyyəti də nəzərə alsaq bu problem daha artıq olacaq. Düşünürəm ki, istənilən fənlər üzrə proqram təminatı tam yerinə yetirlməyəcək. Yəni bunlar gözlənilən faktlardır. Bəs bu boşluğu necə doldurmalıyıq? Məlum olduğu kimi indi üzü Yeni il tətilinə doğru gedirik. Ümid edirəm ki, koronavirusla bağlı şərait bir qədər yüngülləşər və qarşıdakı yanvar, mart tətillərindən səmərəli istifadə edərək, həm ənənəvi, həm də distant dərsləri təşkil etmək olar. Bununla da boşluqları bir qədər aradan qaldırmaq mümkün olacaq”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Məclisin iclası başladı
Bu gün, 11:02
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 002-yə çatıb
Bu gün, 10:57
"Türkiyə-Rusiya-Azərbaycan əlaqələri yeni inkişaf platforması yarada bilər" - ekspert
Bu gün, 10:55
"Günay Sığorta"nın departament rəhbəri dəyişdi - FOTO
Bu gün, 10:52
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyula bilər
Bu gün, 10:49
Supergüclər üz-üzə: Bölgəyə nə vəd edilir? - TƏHLİL
Bu gün, 10:48
"Yoluxmanın pis tərəfi odur ki, bütün dünya qapanıb"
Bu gün, 10:45
“Ermənistanda ən radikal millətçi də hakimiyyətə gəlsə, razılaşmadan çıxa bilməz” - ekspert səbəblərini açıqlayır...
Bu gün, 10:44
Deputat Ramil Həsənin həyat yoldaşı AXTARIŞA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 10:42
"Ermənistan biabırçı məğlubiyyəti ilə barışa bilmir" - Arif Hacılı
Bu gün, 10:41
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Bu gün, 10:39
"Müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?" - Prezident
Bu gün, 10:38
Şamaxıda avtomobil Müalicə Diaqnostika Mərkəzinin əməkdaşlarını vuraraq öldürüb
Bu gün, 10:37
İlham Əliyevdən Ərdoğana XÜSUSİ TƏŞƏKKÜR
Bu gün, 10:36
"Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular" - İlham Əliyev
Bu gün, 10:34
Başçının 5 villası var, vətəndaş isə çöllərdə gecələyir... - NARAZILIQ...
Bu gün, 10:33
"Bir daha gücümüzü göstərəcəyik" - Prezident İlham Əliyev
Bu gün, 10:29
Əli Həsənova ağır itki üz verdi
Bu gün, 10:28
"Ermənistan ordusu demək olar ki, yoxdur" - Dövlət başçısı
Bu gün, 10:27
Prezident SİRRİ AÇDI - "Ağdam əməliyyatı planlaşdırılırdı"
Bu gün, 10:26
"Düşmən bizi buradan gözləyirdi, biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək" - İlham Əliyev uğurlu savaş taktikasından danışdı
Bu gün, 10:25
"Paşinyan hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq" - İlham Əliyev
Bu gün, 10:23
Gəncədə əlilin başına kimlər oyun açır? - GİLEY
Bu gün, 10:22
Azərbaycan nefti kəskin bahalaşıb
Bu gün, 10:20
"Onlar bizim arxamızda kişi kimi durdular" - Prezidentdən dost ölkələrə TƏŞƏKKÜR
Bu gün, 10:20
Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı - "Mən xoşbəxt adamam ki..."
Bu gün, 10:18
"Haqq-ədalət bizim tərəfimizdədir" - Prezident İlham Əliyev
Bu gün, 10:17
"Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir" - İlham Əliyev
Bu gün, 10:15
"Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq" - Dövlət başçısı
Bu gün, 10:14
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edili - DİN
Bu gün, 10:13
"Bu, bizim böyük uğurumuzdur" - Prezident İlham Əliyev
Bu gün, 10:12
Sahil Babayev ancaq narazılıq yaradır... - FAKTLAR
Bu gün, 10:11
"Qarabağın suyu, otu, daşı-divarı muğam idi"
Bu gün, 10:02
Oqtay Güləliyev koronavirusdan sağaldı
Bu gün, 10:01
"Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" - deputat
Bu gün, 09:58
“Türkiyə tərəfin bir gün gec və ya tez gəlməsi, yaxud sayların fərqi heç bir əhəmiyyət kəsb etmir” - Tofiq Zülfüqarov
Bu gün, 09:56
“Vecon Consulting” Qarabağ Nümayəndəliyi açır
Bu gün, 09:54
“DİPLOMATİYAMIZ SƏBRLƏ DEKABRIN BİRİNİ GÖZLƏYİR...” – “Xankəndinin bir neçə kilometrliyində dayanmağımızın çox sanballı səbəbləri olmalıdır”
Bu gün, 09:47
Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb - SƏBƏB
Bu gün, 09:45
MİDA-nın başbilənləri dövlət qayğısını necə heçə endirdilərsə... - İndi həmin "qayğını" vətəndaş elan saytından SATIN ALIR...
Bu gün, 09:40
BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
Bu gün, 09:37
Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." - Belələri vaxtında cəzalandırılmalı idi...
Bu gün, 09:35
Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? - ШДПШТС
Bu gün, 09:33
Goranboyun icra başçısının adı qalmaqalda... - İTTİHAM
Bu gün, 09:28
ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir – Müharibə yenidən başlaya bilər
Bu gün, 09:23
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır - SİYAHI
Bu gün, 09:20
Neyrocərrahiyyə Xəstəxanası qəssabxanadır, yoxsa?.. - VİDEOGİLEY
Bu gün, 09:19
28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir... - VİDEO
Bu gün, 09:16
Lombardlardakı girovu bağlayanlar peyda olublar - Onların vətəndaşa xeyri nədir?
Bu gün, 09:14
“Düşmən rus “sülhməramlı”larını çarpaz atəş altında qoymaq istəyir” - Ermənilərin məkrli planı
Bu gün, 09:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru