Ermənistanda daha bir nazir istefaya göndərilir .....                     Qarabağın böyük bərpa planı: Nə qədər vəsait lazım olacaq? .....                     Əslində siqaret çəkən koronaviruslu xəstələrin müalicəsi daha ağır keçir .....                     Azərbaycanlılar gözlərini yeni bir ölkədə açdılar .....                     Azərbaycan Ordusu erməniləri Şuşada .....                     Rusiyalı dinşünas məscidlərin ermənilər tərəfindən təhqir edilməsini pisləyib .....                     Paşinyanın yerinə kim olacaq? .....                     Yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb .....                     “Azərbaycanın dəmir yumruğu öz tarixi missiyasını yerinə yetirdi” .....                     Mübariz İbrahimovun şəhid olduğu posta bayrağ sancan Şəhid .....                     Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda idarəetmə mexanizmi nə zaman qurulacaq .....                     Azərbaycanda daha bir deputat .....                     Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilib .....                     Eksternat imtahanlarının vaxtı açıqlanıb .....                     Yoxa çıxan erməni millətçi-aktivistinin sədası Bakıdan gəlir! .....                     Təhsil Nazirliyi 3 milyon manatlıq idman inventarı alır .....                     Şəhid polkovnik Babək Səmidli dəfn olunub .....                     Milli Məclisin növbəti iclasının vaxtı məlum olub .....                     "Koronavirus testinin qiymətinə yenidən baxılmalıdır" .....                     Vilayət Eyvazov Surxanının polis rəisini yüksək vəzifəyə təyin etdi .....                     Kütləvi etirazlar Paşinyan iqtidarını qorxuya salıb .....                     “Fitch” Ermənistanla əməkdaşlığı dayandırıb .....                     "İş 3 ildir ki, Nəsimi rayon məhkəməsində “karusel”ə mindirilib..." .....                     AYİB Gəncəyə 10 mln. avro kredit ayırıb .....                     Salyan xəstəxanasına yeni baş həkim təyin olundu .....                     “Ürəyim partlayır, havalanmasam yaxşıdır” .....                     Koronavirusun üçüncü dalğa TƏHLÜKƏSİ: .....                     Samux Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     BDU-nun dosenti vəfat edib .....                     “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi ikinci oxunuşda qəbul edildi .....                     İqtisadçı gələn il üçün çıxış yolunu göstərdi: .....                     Fəzail Ağamalının ailəsinin sürücüsü koronavirusdan öldü .....                     Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul etdi .....                     Qarabağda 67 məsciddən 63-ü dağıdılıb .....                     Tanınmış jurnalist vəfat etdi .....                     Gürcüstanda ötən sutkada koronavirusa 3 128 nəfər yoluxub, 39 pasiyent vəfat edib .....                     Milli Məclisin iclası başladı .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 002-yə çatıb .....                     "Türkiyə-Rusiya-Azərbaycan əlaqələri yeni inkişaf platforması yarada bilər" .....                     "Günay Sığorta"nın departament rəhbəri dəyişdi .....                 

Sabitliyin yeni modeli- “Qafqaz evi”: - “Bölgənin gələcəyini Rusiyasız qurmalıyıq”
Tarix: 30-10-2020, 15:17 | Çap et
Sabitliyin yeni modeli- “Qafqaz evi”:
“Bir neçə gündür, Rusiya televiziyaları terror dövləti olan Ermənistanın Azərbaycan mülki əhalisinə qarşı terroruna haqq verir, dəstəkləyici çıxışlar sərgiləyır, Bakını bombalamaqdan danışır. Rusiyanın bizə münasibəti bəllidir, bu barədə kiməsə nəyisə isbat eləməyə gərək yoxdur. Uzun illərdir, bu barədə yazırıq, danışırıq, amma vaxtilə Rusiyanın “R” hərfini dilə gətirməyi meteorit hadisəsi kimi görənlər indi rahat şəkildə rusiyaşünas olublar.

Olsunlar, gec də olsa, ehtiyatla da olsa, Prezidentin ağzın güdməklə də olsa, olsunlar. Bu gün bizim əsas işimiz ölkəmizdə Rusiya sevdalılığını söküb atmaq, Rusiyanın bizə qarşı şovinist və birtərəfli münasibətinə qarşı cəmiyyətdə milli mənafeyə xidmət edən ictimai fikri formalaşdırmaqdır”.

Cebhe.info xəbər verir ki, bunu siyasi təhlilçi Anar Əsədli deyib. O qeyd edib ki, Qarabağ məsələsində Rusiyanın marağı maddiyyatdan üstündür: “Təbii ki, yenə də hamını bir klassik sual düşündürür: Axı niyə Rusiya və ya ruslar bizə düşmən münasibət bəsləyir? Niyə Ermənistanı durmadan silahlandırır? Niyə bizə qarşı nifrət doludurlar? Qarabağın yaxın tarixinə baxsaq, xatırlatmaq yerinə düşər ki, öncə Dağlıq Qarabağ ərazisində nümayişlər şəklində başlanan bu erməni fitnəsi sonradan bütünlüklə Qarabağ və ətraf rayonlara yayılan qanlı savaşa çevrildi. Hətta möhkəmlənməmiş, yeni qurulan dövlət olduğumuz vaxtlarda belə, heç kimə sirr deyil ki, savaşın ana planı Rusiyada cızılır, yaxın qonşu, müsəlman olmasına baxmayaraq, yumşaq desək, heç vaxt dost olmayan İran tərəfindən təqdir edilir. Rusiya nəhəng dərəcədə silahlanmış dövlətdir.

Ən böyük istehsalatı silahdır, bundan dolayı dünyanın istənilən yerində tökülən qan Rusiya üçün gəlir mənbəyidir. Ancaq Qarabağ məsələsində Rusiyanın maraqları maddiyyatdan daha üstündür - Qafqazda daim qan ocaqları yaradıb, şantaj mövqeyi tutmaq, savaşan tərəfləri bir-birinə qanlı düşmən etmək, bu məqsədlə soyqırımları törətmək və s. məsələləri hədəf alır. Qafqaz kimi regiondan Rusiyanın xoşluqla çıxmayacağını, yeri gələrsə, konfliktə müdaxilə etmək istəyəcəyini Azərbaycan rəhbərliyi daha yaxşı bilir. Bu səbəbdən də “Türkiyənin “F 16”sı burada dayanıb, xarici aqressiya zamanı istifadə ediləcək” kimi mesajlar verildi. Bu mesajdan Moskva dərhal öz payını götürdü.

28 oktyabr tarixində Rusiya informasiya agentliklərində hərbi analitiklər Aleksandr Perenciyev, Aleksandr Qolts, Pavel Felqeauer Prezident İlham Əliyevin bu mesajının Moskvaya ünvanlandığını söylədilər. Bu yerdə yaxşı deyiblər: “Sözü atarsan, yiyəsi götürər”. Azərbaycan Prezidenti açıq-aşkar Ermənistana edilən hərbi yardımların hesabatını tələb edir və Rusiyaya sual verir ki, beş minlik rus ordusunun Azərbaycan sərhədində nə işi var? Tovuz hadisələrindən dərhal sonra da İlham Əliyev Putinlə telefon danışıqları zamanı Rusiyadan Ermənistana transfer edilən 400 tonluq yardımla bağlı narazılığını bildirdi. Rusiya o zaman məsələni taxta-şalbana bağladı. Lakin biz doğruların nə olduğunu yaxşı bilirdik”.

Ekspert əlavə edib ki, “Böyük Ermənistan” xülyası Rusiyanın əlində girova çevrilən erməniləri bu qədər vəhşi, uşaq qatili, vandala çevirdi: “Heç təəccüblü deyil ki, yayda Türkiyə hərbi gücləri 11000-lik qoşunla ölkəmizə hərbi təlim keçmək məqsədi ilə gələrkən rus maşaları bizi Rusiyanın başımıza yağdıracağı bombalarla qorxudurdu. Bu gün o bombalar Gəncəni, Bərdəni, Tərtəri vurur. Günahsız azərbaycanlıların qanına əlini bulaşdırmış ermənilər rusların əlində girova çevriliblər.

Şizofren erməni xüsusiyyətləri, “Böyük Ermənistan” xülyası onları bu qədər vəhşi, uşaq qatili, vandala çevirdi. Rusiya bundan yaxşı istifadə etdi. Ermənilər böyük məğlubiyyətləri zamanı da son nəfəslərinədək savaşaraq düşünürlər ki, Moskva gələcək. Bir tək Xankəndi qalsa belə, ruslar gələcək. Buna ümid edirlər. Niyə? Çünki Rusiya bu xalqı qatil edərkən, soyqırımı törətməyə məcbur edərkən onları qoruyacağına söz vermişdi. Ermənilər də qazandıqları müvəqqəti qalibiyyətlərində eyforiyaya qapıldılar. Rusları özlərinə dost bildilər. Bir xüsusu unutdular. Bütün dövlətlər kimi, Rusiyanın dostu-düşməni yox, maraqları var. Maraqlarına uyğun olanda sonuna qədər susacaqlar”.

A.Əsədli onu da vurğulayıb ki, Moskva bu gün 90-cı illərdən fərqli bir oyun oynayır: “Rusiya artıq hadisədə birbaşa iştirak etmir. Xocalıda olduğu kimi, soyqırımı törətmir. Tərəfsizlik nümayiş etdirir kimi görünməyə çalışır. Sülhməramlı kimi iştirakının yalnız Azərbaycanın da razılığı olacağı təqdirdə baş verəcəyini söyləyir. Susurmuş kimi davranır. Putin öz çıxışında “biz daim Ermənistanın yanındayıq, daim baş nazirlə əlaqə saxlayırıq, bağladığımız müqavilələrə sadiqik, amma Azərbaycan ərazisinə girə bilmərik” deyə bildirdi. Lakin bu tərəfdən Rusiyanın xarici işlər naziri Lavrov rahat durmur, sürəkli sülhə (yəni mövcud durumun ermənilərin xeyrinə davam etməsinə) yönəlik çağırışlar edir, vəziyyəti ermənilərin xeyrinə dondurmaq istəyir.

Bu məsələdə Rusiya ikili oynadığını bir daha ortaya qoyur. Birincisi, Rusiya söz verdiyi ermənilərə “əlimdən gələni edirəm, ancaq Azərbaycan məni dinləmir” mesajını verir. İkincisi, zəifləmiş gücünü gizlədə bilməyən Rusiya əsl ayı kimi ətrafı dağıdaraq çökür. Həm iqtisadi, həm siyasi cəhətdən tənəzzül yaşayan Moskva, elə pandemiya dövründə bir daha ekstremal hallara hazırlıqlı olmadığını göstərdi. Qüdrətli bir dövlət kimi davrana bilmədi, əhalisinə heç bir yardım göstərə bilmədi və faktiki ən böyük milyarderləri belə “batan gəmini seyr edirik” kimi etiraflar etdilər.

Təəssüf ki, biz batan gəmini qansız seyr edə bilmirik. Biz hər gün davamlı qanımızı tökən qansız bir yağı ilə üz-üzəyik. Hazırda Bərdəni, Gəncəni pulsuz-parasız, rusun məqsədli şəkildə verdiyi silahla vuran ermənilər uşaq və sivilləri öldürürlər. Rus silahı ilə əsgərimizi öldürür erməni. Bizə bəzən deyirlər ki, Rusiya ilə bu günə və sabaha görə münasibət saxlamalıyıq tarixi münasibətləri qurdalamayaq. Yaxşı, mən tarixi dünəndə qoydum. “Bu gün bu gündür” deyib, yola çıxsaq, yenə rusu qarşı tərəfdə görürük. Nə qədər istəsək, Rusiyanı yanımızda görə bilmədik. Rus məktəbləri, rus dilinin ölkəmizdə statuslu olması, rus biznesinə son vaxtlar açılan paytaxt, rus musiqiçiləri üçün hazırlanan konsert proqramları Rusiyanı yanımıza gətirmədi. Biz nə zaman boylansaq, qanımıza batmış rus əlini görürük”.

Ekspert qeyd əlavə edib ki, Rusiyada siyasi hakimiyyət dəyişsə də, siyasi yanaşma tərzi dəyişmir: “Mən 1920, 1990-cı il 20 yanvarını, hətta Xocalını, işğal olunmuş torpaqlarımızda rus iştirakını kənara qoyuram. Deyək ki, vəziyyət başqadır, rus rəhbərliyi dəyişib o vaxtdan və Putin o cinayətlərə görə məsuliyyət daşımır. Bəs indi? İndi ki, Rusiya rəhbərliyi fərqlidir. Bu nə Yekaterinadır, nə Lenindir, nə Qorbaçovdur, nə Yeltsindir. Nə Polyaniçkodur, nə Yazov. Onları tarixə gömsək belə, gələn hər rus rəhbəri yeni qan xatirəsi yaşadacaq bizə. Bunu birbaşa etməyəcək, erməninin əli ilə yeni Gəncələr, yeni Bərdələr...

Bu gün qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinə təklif edir - gəl, regionda sülhü bərqərar edək, yəni gəl, itini çək - deyir. Amma itini çəkmək rusun işinə yarayırmı, bax, suallar buradan doğur. Rusu regiondan çıxartmasaq, bizə nəfəs yoxdur. Acıdır, amma gerçək budur. İti öldürənə sürüdürlər. Biz SSRİ-ni dağıtmış xalqıq, müstəqilliyimizi dişlə, dırnaqla yazmışıq, qanla həkk etmişik, Qarabağımız uğrunda qanımızı, canımızı fəda demişik, rus qoşununu ölkədən çıxartmışıq, indi isə bir daha toparlanıb öldürücü zərbəni vurmalıyıq, biz erməniləri tam zərərsizləşdirməliyik.

Müstəqilliyimizi qazanandan sonra bizi qalib göstərməmək üçün uzun illər belə təbliğat getdi ki, SSRİ-ni Amerika dağıtdı - biz də göydən düşmə kimi müstəqillik qazandıq. Bəs Amerika burada iş apararkən biz armud toplayırdıq? Milyonlarla insan “Azadlıq” meydanına boşunamı yığışdı? 20 Yanvar Şəhidləri nə uğrunda canlarını verdilər? Biz bu qədər qanımızı nəyin naminə tökdük? Əlbəttə ki, Müstəqilliyimiz uğrunda. SSRİ-nin dağılmasında ən böyük rollardan biri məhz xalqımıza məxsusdur. Bunu unutmamalıyıq və hazırkı güc bu gün daha mütəşəkkil, daha yüksək səviyyədə doğulur. Elə bu xalq gücünün sayəsində Rusiyanın qoşunlarını ölkəmizdən çıxara bildik”.

A.Əsədli Qafqazda yeni layihə təklifi də irəli sürüb: “Bu gün nə bizdə, nə qonşu Gürcüstanda rus qoşunu mövcuddur. Rusun qoşunu olduğu tək region ölkəsi Ermənistandır. Biz bu məsələdə Gürcüstanla birləşməli və Ermənistanı tam zərərsizləşdirməliyik. “Qafqaz evi” yaranmalıdır. Qafqazın gələcək hüzuru və stabilliyi naminə. Russuz, qansız, mehriban yaşayan “Qafqaz evi”. Bu absurd bir ideya deyil, reallıqdır, məcburiyyətdir. Sülhün və demokratiyanın simvolu olan Qafqaz. Türkiyənin, İsrailin, Pakistanın, Ukraynanın, Avropanın dostu olan Qafqaz. Rusiyasız Qafqazın gələcəyini qurmalıyıq və buna hazır olmalıyıq”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda daha bir nazir istefaya göndərilir
Bu gün, 12:42
Qarabağın böyük bərpa planı: Nə qədər vəsait lazım olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:42
Əslində siqaret çəkən koronaviruslu xəstələrin müalicəsi daha ağır keçir - ekspert
Bu gün, 12:38
Azərbaycanlılar gözlərini yeni bir ölkədə açdılar - Eldar Əzizov
Bu gün, 12:34
Azərbaycan Ordusu erməniləri Şuşada BELƏ ALDATDI
Bu gün, 12:31
Rusiyalı dinşünas məscidlərin ermənilər tərəfindən təhqir edilməsini pisləyib
Bu gün, 12:29
Paşinyanın yerinə kim olacaq? - Üç şəxsin namizədliyi və Moskvanın seçimi
Bu gün, 12:28
Yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb
Bu gün, 12:24
“Azərbaycanın dəmir yumruğu öz tarixi missiyasını yerinə yetirdi” - Malik Həsənov
Bu gün, 12:22
Mübariz İbrahimovun şəhid olduğu posta bayrağ sancan Şəhid - VİDEO
Bu gün, 12:15
Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda idarəetmə mexanizmi nə zaman qurulacaq - AKTUAL
Bu gün, 12:13
Azərbaycanda daha bir deputat koronavirusa yoluxdu
Bu gün, 12:11
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilib
Bu gün, 12:10
Eksternat imtahanlarının vaxtı açıqlanıb - Diqqət!
Bu gün, 12:08
Yoxa çıxan erməni millətçi-aktivistinin sədası Bakıdan gəlir! — ŞOK HADİSƏ
Bu gün, 12:04
Təhsil Nazirliyi 3 milyon manatlıq idman inventarı alır
Bu gün, 11:59
Şəhid polkovnik Babək Səmidli dəfn olunub
Bu gün, 11:58
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Bu gün, 11:53
"Koronavirus testinin qiymətinə yenidən baxılmalıdır" - deputat
Bu gün, 11:52
Vilayət Eyvazov Surxanının polis rəisini yüksək vəzifəyə təyin etdi - ƏMR
Bu gün, 11:48
Kütləvi etirazlar Paşinyan iqtidarını qorxuya salıb - GƏLİŞMƏ
Bu gün, 11:39
“Fitch” Ermənistanla əməkdaşlığı dayandırıb
Bu gün, 11:38
"İş 3 ildir ki, Nəsimi rayon məhkəməsində “karusel”ə mindirilib..." - GİLEY
Bu gün, 11:37
AYİB Gəncəyə 10 mln. avro kredit ayırıb
Bu gün, 11:33
Salyan xəstəxanasına yeni baş həkim təyin olundu
Bu gün, 11:32
“Ürəyim partlayır, havalanmasam yaxşıdır”
Bu gün, 11:25
Koronavirusun üçüncü dalğa TƏHLÜKƏSİ: - azərbaycanlı alimdən AÇIQLAMA
Bu gün, 11:22
Samux Rayon İcra Hakimiyyətində yeni təyinat olub
Bu gün, 11:19
BDU-nun dosenti vəfat edib
Bu gün, 11:17
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi ikinci oxunuşda qəbul edildi
Bu gün, 11:16
İqtisadçı gələn il üçün çıxış yolunu göstərdi: - “Yüngül devalvasiyaya gedib...”
Bu gün, 11:16
Fəzail Ağamalının ailəsinin sürücüsü koronavirusdan öldü
Bu gün, 11:14
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul etdi
Bu gün, 11:12
Qarabağda 67 məsciddən 63-ü dağıdılıb - biz onlarla heç vaxt barışa bilmərik
Bu gün, 11:10
Tanınmış jurnalist vəfat etdi
Bu gün, 11:09
Gürcüstanda ötən sutkada koronavirusa 3 128 nəfər yoluxub, 39 pasiyent vəfat edib
Bu gün, 11:07
Milli Məclisin iclası başladı
Bu gün, 11:02
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 002-yə çatıb
Bu gün, 10:57
"Türkiyə-Rusiya-Azərbaycan əlaqələri yeni inkişaf platforması yarada bilər" - ekspert
Bu gün, 10:55
"Günay Sığorta"nın departament rəhbəri dəyişdi - FOTO
Bu gün, 10:52
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyula bilər
Bu gün, 10:49
Supergüclər üz-üzə: Bölgəyə nə vəd edilir? - TƏHLİL
Bu gün, 10:48
"Yoluxmanın pis tərəfi odur ki, bütün dünya qapanıb"
Bu gün, 10:45
“Ermənistanda ən radikal millətçi də hakimiyyətə gəlsə, razılaşmadan çıxa bilməz” - ekspert səbəblərini açıqlayır...
Bu gün, 10:44
Deputat Ramil Həsənin həyat yoldaşı AXTARIŞA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 10:42
"Ermənistan biabırçı məğlubiyyəti ilə barışa bilmir" - Arif Hacılı
Bu gün, 10:41
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Bu gün, 10:39
"Müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?" - Prezident
Bu gün, 10:38
Şamaxıda avtomobil Müalicə Diaqnostika Mərkəzinin əməkdaşlarını vuraraq öldürüb
Bu gün, 10:37
İlham Əliyevdən Ərdoğana XÜSUSİ TƏŞƏKKÜR
Bu gün, 10:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru